bu cədvəldə verilmiş 3-11-ci
sütunlar üzrə sətirlərin cəmi
Sərbəst iş N°_ 3
Ekoloji pasportlaşdırma və ekspertiza
Müəssisələr tərəfindən ekoloji normativlərə əməl edilməsinə (o cümlədən,
texnoloji), istifadə edilən təbii və ikinci resursların kompleks uçotu və
istehsalın ətraf mühitə təsirinin müəyyən edilməsinə nəzarət məqsədilə
təsərrüfat subyektlərinin ekoloji pasportlaşdırılması həyata keçirilir. Ekoloji
pasportda müəssisə tərəfindən təbii və ikinci resurslardan istifadə edilməsi,
onun təsərrüfat və digər fəaliyyətinin ətraf mühitə təsiri barədə məlumatlar olur
və istehsal səviyyəsinin ən yaxşı mümkün texniki üsulla təyin edilməsi üçün
nəzərdə tutulmuşdur ki, bunlara da aiddir: texnoloji proseslər, istehsalın təşkil
eilməsi qaydası; məhsulun və enerjinin istehsalı üsulları, çirkləndirici
maddələrin ətraf mühitə tullanması həcminin azalmasını, yaxud qarşısının
alınmasım təmin edən işlərin görülməsi və xidmətlərin göstərilməsi,
tullantıların əmələ gəlməsinin azaldılması, təbii ehtiyatlardan və enerjidən
səmərəli istifadə. Həmin üsullar ətraf mühitin keyfiyyət normativlərinin, onların
iqtisadi məqsədəmüvafiqliyi və istifadəsinin texniki mümkün olması halında
təmin edilməsində daha çox effektivlidir. Müəssisənin ekoloji pasportu iki
hissədən ibarətdir: layihə və istismar. Fəaliyyətdə olan müəssisələr üçün
pasportun hər iki hissəsi mövcud sənədlər əsasında eyni vaxtda doldurulur.
Layihə göstəriciləri inşaata layihə sənədlərinin işlənməsi və uzlaşdırılması
mərhələsində aşağıdakı bölmələrə daxil edilir:
• Ümumi hissə - layihə təşkilatının adı, layihənin smeta dəyəri, inşaatın
başlanması, qurtarması vaxtı, buraxılan məhsulun illik həcmi, adı, dövlət
ekspertizasının və dövlət ekoloji ekspertizasının nömrəsi və tarixi göstərilir;
• Obyektin yerləşmə meydanı barədə məlumatlar - torpaq ərazisinin sahəsi,
xüsusilə mühafizə olunan təbii ərazilərin olması, süni örtüklü sahə, ümumi
yaşıllaşdırma sahəsi, ağac-277 sayı (ümumi və kəsikdə gövdələrin növü və
diametrləri qrupları üzrə), minik və yük maşınlarının saxlanma yerlərinin
sayı, torpaqda çirkləndirici maddələrin fon konsentrasiyası, sanitar-qoruyucu
zonanın normativ ölçüsü;
• Su ehtiyatlarının mühafizə edilməsi və ondan səmərəli istifadə barədə
məlumatlar - su təchizatı mənbəyi, su yığma qurğuları, su istehlakınm
ümumi həcmi, suyun uçotu cihazları (sayğac) barədə məlumatlar, çirkab
sularının ümumi həcmi, onların fıziki-kimyəvi tərkibi və xassələri, onların
təmizlənməsi üzrə qurğular;
• Heyvandarlıq axurlarının zərərsizləşdirilməsi, ləğv edilməsi (kənd təsərrüfatı
müəssisələri üçün);
• Atmosfer havasının mühafizəsi - tullantıların atmosfer havasına təsir
dərəcəsnə görə obyektlərin təhlükəlilik kateqoriyası, layihələşdirilən tullantı
mənbələrindən tullanan, tutulub saxlanılan və zərərsizləşdirilən maddələrin
miqdarı, rayonda çirkləndirici maddələrin fon konsentrasiyası, ümumi
tullantının və yol verilən tullantının kəmiyyəti;
• Tullantıların əmələ gəlməsi, istifadəsi, zərərsizləşdirilməsi, saxlanması və
basdırılması - növləri, əmələ gələn tullantıların həcmi və onlarla necə
davranma;
• Heyvanat aləmi obyektlərinin mühafizəsi - vəhşi heyvanların
məskunlaşma yerlərinin və miqrasiya yollarının saxlanmasını təmin edən
tədbirlərin siyahısı;
• Ozon təbəqəsinin mühafizəsi və iqlimə təsir - istifadəyə icazə verilmiş
ozonudağıdan maddələrin həcmi və növləri, istixana qazlarının tullanması həcmi
və onların azaldılması.
Müəssisənin pasportuna daxil edilən istismar göstəriciləri:
• istehsalat obyektləri barədə məlumatlar - sexin, sahənin, istehsalın
müəyyən edilmiş istehsal gücü, avadanlığın aşınması faizi, buraxılan məhsulun
planlı və faktiki həcmi;
• Torpaq resurslarından istifadə edilməsi;278
• Məhsul növləri üzrə xammalın və köməkçi maddi resursların məsrəfi;
• Məhsul növləri üzrə enerji ehtiyatlarının sərfi;
• Pozulmuş torpaqların və münbit torpaq qatının götürülməsinin
rekultivasiyası;
• Hüquqi şəxsin nəqliyyatı;
• Bitki aləminin obyektləri;
• Bitki aləminin obyektlərinin səmərəli istifadəsi üzrə təbiəti mühafizə
tədbirləri;
• Müəssisədə icarəyə götürülən sahələr barədə məlumatlar (icarədarlar).
Müəssisənin ekoloji pasportuna əlavələr - hesabat və digər sənədlərin surətləri
əlavə edilir. Ekoloji pasportun doldurulması kifayət qədər mürəkkəb prosedura
olduğundan, onu, adətən müəssisənin özü deyil, bu xidmətin göstərilməsi
üçün akkreditasiya edilmiş və istehlakçı ilə qanunvericiliyin tələblərinə
müvafiq olaraq bağlanmış müqavilə əsasında fəaliyyət göstərən ixtisaslaşmış
təşkilat tərtib edir. Pasport hesablamaların yoxlanması və uyğunlaşdırma
üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə orqanına
göndərilir. Ekoloji pasportun məlumatları müəssisənin təsərrüfat fəaliyyətinin
ekoloji aspektlərinin təhlil olunmasına və onun istehsalının ətraf mühitə
yükünün azaldılması üzrə tövsiyyələr proqramının işlənib hazırlanmasına
imkan verir. Dövlət ekoloji ekspertiza - planlaşdırılan təsərrüfat və digər
fəaliyyətin ətraf mühitə mümkün neqativ təsirləri barədə mühüm xəbərdarlıq
vasitəsidir. Planlaşdırılan və digər təsərrüfat fəaliyyəti dedikdə, təbii
resurslardan istifadə ilə bağlı təsərrüfat, tikinti, obyektlərin rekonstruksiyası və
digər fəaliyyət başa düşülür. Layihə sənədləşmənin əsaslandırılması
mərhələsində olan ekoloji ekspertiza potensial ekoloji təhılükə və riski
azaltmağa imkan yaradır. Onun mahiyyəti - təsərrüfat və digər fəaliyyətlə
bağlı layihə 279qərarlarının ətraf mühitin qorunması haqqında
qanunvericilik və ekoloji normativlərin tələblərinə uyğunluğunun
yoxlanılması, layihənin ekoloji təhlükəsizlik nöqteyi-nəzərindən məqsədəuy-
ğunluğunun əsaslandırılmasıdır. Ekoloji ekspertiza proseduru praktiki olaraq
bütün ölkələrdə tətbiq edilir. Belə ki, ABŞ-a o 1969-cu ildə Ətraf Mühitin
Mühafizəsi Sahəsində Milli Siyasət Haqqında Qanun qəbul edilən kimi
qəbul edilmişdir. Elə həmin ildə ekoloji ekspertiza barədə qanun İsveçdə,
1973-cü ildə Yaponiyada, 1975-ci ildə AFR-də, 1976-cı ildə isə Fransada
qəbul edilmişdir. Ekoloji ekspertizanın əsas məqsədi planlaşdırılan təsərrüfat
fəaliyyətinin ətraf mühitə, insanların sağlamlığına neqativ təsirinin minimuma
endirilməsi və xülasənin tərtib edilməsi, harada ki,əsasında ekoloji
təhlükəsizlik layihələrinin həyata keçirilməsi imkanları barədə rəy verilməsidir.
Dövlət ekoloji ekspertiza aşağıdakı prinsiplərə söykənir:
-
Layihə və digər sənədləşmənin təsdiqinə qədər onun mütləq şəkildə
həyata keçirilməsi;
-
Planlaşdirilan və digər fəaliyyətin ətraf mühitə mənfi təsirinin uçotu
və qarşısının alınması;
-
Layihə və digər sənədləşmələrdəki məlumatların həqiqətə uyğunluğu və
dolğunluğu;
- dövlət ekoloji ekspertizanın qanuniliyi və obyektivliyi;
- ictimai fikrin əsaslılığı və nəzərə alınması (uçotu). Dövlət ekoloji
ekspertizanın obyektlərinə aşağıdakı layihə sənədləşmələri daxildir: 280
-
Şəhərsalmanın ümumi, sosial və detallı planlaşdırması layihələri,
ərazinin qurulmasının arxitektur layihələri;
-
Tikinti, arxitektur və tikinti layihələrinin investisiyalaşdırılmasının
əsaslandırılması;
-
Təbii resurslardan rasional istifadə və ətraf mühitin mühafizəsinin
kompleks ərazi layihələri
sxemi;
-
Suyun mühafizəsi zonalarının və su obyektlərinin sahilyanı xətlərinin
layihələri;
-
Ovçuluq təsərrüfatının, balıqyetişdirmənin, balıq ovunun bioloji
əsaslandırılması;
-
ətraf mühitin mühafizəsinə, həmçinin (və ya) məhsul (onun emalı,
istehsalı, istismar edilməsi (istifadə), saxlanılması, daşınması, satışı və
işlədilməsi prosesinə) və xidmətlərin göstərilməsində təbii resurslardan
rasional istifadəyə dair tələblərin müəyyən edilməsi sahəsində texniki
normativ hüquqi aktlar. Özündə daha mürəkkəb layihə qərarlarını
birləşdirən layihə və digər sənədləşmənin dövlət ekoloji ekspertizam
həyata keçirmək məqsədilə Belarus Respublikasının Təbii Resurslar və
Ətraf Mühitin Mühafizəsi Nazirliyi, Minsk şəhərinin təbii resurslar, ətraf
mühitin mühafizəsi ərazi komitəsi tərəfindən müqavilə əsasında dövlət və
digər təşkilatların, beynəlxalq təşkilatlar, yaxud digər dövlətlərin müvafiq elm,
texnika və digər fəaliyyət sahəsində xüsusi biliyə malik mütəxəssislərinin
cəlb edilməsi yolu ilə ekspert komissiyaları yaradıla bilər. Qeyd olunan
ştatdankənar mütəxəssislər layihə və digər sənədləşmənin nəticələrinin
nəzərdən keçirilməsi yolu ilə dövlət ekoloji ekspertiza barədə rəy
hazırlanması zamanı nəzərə alma biləcək təkliflər hazırlayırlar. Dövlət
ekspertizasının aparılması üçün təqdim edilmiş sənədləşmənin ekoloji
tələblərə və təbiəti mühafizə qanunvericiliyə uyğun aparılması üçün özündə
aşağıdakıları birləşdirməlidir:
-
“Ətraf mühitin mühafizəsi” bölməsi;281
-
Doldurulmuş “Layihələndirmənin ekoloji şərtləri” Forması;
-
Torpaq sahəsinin razılaşdırılmış və təsdiqlənmiş seçilməsi barədə akt;- Layihənin
texnoloji hissəsi;
-
Layihənin ekoloji pasportu.
İctimai ekoloji ekspertiza sifarişçidən (təsərrüfat və dir fəaliyyətə
təşəbbüsçüdən) sənədləşməni, həmçinin planlaşdırılan təsərrüfat və digər
fəaliyyətin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair materialları,
həmçinin digər ictimai ekoloji ekspertizanın aparılması üçün zəruri
materialları tələb etmək hüququna malik olan ictimai birliklərin, vətəndaşların
və müstəqil mütəxəssislərin təşəbbüsü ilə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təşkil edilir və həyata keçirilir.
Sərbəst iş N°_ 5
Dostları ilə paylaş: |