Təhlükəsizlik şkalası
Adətən, ekoloji təhlükəsizlik ayrı-ayrı şəxslərin,cəmiyyətin və ətraf mühitin son
dərəcə təhlükəli vəziyyətdən qorunmasıdır.Təhlükəsizliyin ölçü vahidi kimi
insanın və ətraf mühitin vəziyyətini (keyfiyyətcə) xarakterizə edən
göstəricilərdən istifadə etməyi məsləhət görürlər. İnsan sağlamlığı dedikdə isə,
onun ömrünün uzadılmasını, fiziki və zehni iş qabiliyyətini,insan orqanizminin
hərtərəfli fəaliyyətini təmin edən şəraitin yaradılması kimi başa düşülməlidir.
İnsan sağlamlığının əsas göstəricilərindən biri onun orta yaş həddidir. Bir çox
alimlər hesab edirlər ki, insanın bioloji vəziyyəti orta hesabla 89+5 il
yaşamasına imkan verir, lakin bir çox obyektiv səbəblərdən qeyd olunan yaş
həddi kəskin surətdə tərəddüd edir.
Ətraf mühitin vəziyyətinin təsnifatı
Ekosistemin dayanıqlığını nisbətən düzgün qiymətləndirmək üçün təbii-ekoloji
təsnifatdan istifadə edilir.
Təbii hal(vəziyyət)
-
Ancaq antropogen təsirin şəraiti (fonu) müşsahidə
olunur, bioloji kütlə maksimum, bioloji məhsuldarlıq minimumdur.
Müvazinət vəziyyəti
-
Bərpaolunma prossinin sürəti yuxarıdır və ya pozulma
tempinə bərabərdir. Bioloji məhsuldarlıq təbii məhsuldarlıqdam çoxdur, biokütlə
azalmağa başlayır.
Böhran vəziyyəti-
Antropogen pozuntular sürərə görə təbii bərpaolunma
prosesini qabaqlayır, lakin ekosistemin təbii xarakteri saxlanılır:biokütlə azalır,
bioloji məhsuldarlıq kəskin artır.
Fəlakətli (katastrof) vəziyyət
-
Az məhsuldarlıq ekosistemin
möhkəmləndirilməsinin öz əvvəlki vəziyyətinə çətin qayıtma prosesi: biokütlə
və biloji məhsuldarlıq minimumdur.
Sərbəst iş N°_ 6
Ekoloji qanun pozuntularına görə hüquqi məsuliyyət
Bir sıra hüquq ədəbiyyatlarında ekoloji hüquq pozuntusuna təbiətin mühafizəsi
sahəsində qanunvericiliyi pozan, ətraf təbii mühitə, insanların sağlamlığına zərər
vuran təqsirli, hüquqa zidd əməl kimi anlayış verilir. Lakin ekoloji
qanunvericiliyə əsasən qeyd edə bilərik ki, bu anlayış ekoloji hüquq
pozuntusunun mahiyyətini tam açıqlamır. Bu baxımdan biz iki məsələyə diqqət
yetirməliyik birincisi, ekoloji baxımdan hüquqa zidd hesab edilən əməl təqsirli
olmaya da bilər. Belə ki, Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi
haqqında Qanununun 79-cu maddəsinin 7-ci bəndində qeyd edilir ki, “Ətraf
mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş
zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş
qaydada ödənilir”. AzərbaycanRespublikasının Mülki Məcəlləsində isə təqsirsiz
olaraq vurulmuş zərərin ödənilməsi mümkünlüyü barədə göstəriş vardır (MM,
mad. 1097.3, 1116.2). Burada bir şeyi də qeyd etmək yerinə düşərdi ki, Ətraf
mühitin mühafizəsi haqqında Qanunda zərərin ödənilməsinə dair göstərişlər
arasında ziddiyyət vardır (mad. 79.4 və 79.7). İkincisi, ekoloji hüquq pozuntusu
həmişə konkret zərərin vurulması ilə müşayiət olunmur. Bir sıra hallarda ekoloji
hüquq pozuntusu ekologiya hüququnun subyektlərinin qanuni hüquq və
maraqlarının pozulmasında özünü biruzə verir. Ətraf mühitə dair informasiya
almaq haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qeyd
edilir ki, Ətraf mühitə dair informasiyanın verilməsini qanunazidd
məhdudlaşdırmaqda təqsirli bilinən dövlət və ya yerli özünüidarəetmə
orqanlarının rəhbərləri və digər vəzifəli şəxslər qanunvericiliyə uyğun olaraq
məsuliyyət daşıyırlar (CM Mad.308,309,313,314). Həmin Qanunun 11.2-ci
maddəsində qeyd edilir ki, Ətraf mühitə dair informasiya ilə bağlı qeyri-dəqiq və
ya əsassız imtina cavabı alanlar onlara dəyən maddi və mənəvi zərərin
ödənilməsini tələb etmək hüququna malikdirlər. Bütün yuxarıda göstərilənlərə
əsasən ekoloji hüquq pozunutusuna aşağıdakı kimi anlayış verə bilərik. Ekoloci
hüquq pozuntusu dedikdə, Hüquqazidd, əsas etibarı ilə təqsirli olaraq törədilən,
ekoloji zərər vuran və ya ekoloji zərər vurulması üçün təhlükə yaradan, yaxud da
ekoloji hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini pozan əməl
(hərəkət və ya hərəkətsizlik) başa düşülür. İctimai təhlükəlilik dərəcəsinə görə
ekoloji hüquq pozuntuları ekoloji xətalara və ekoloji cinayətlərə bölünür.
Ekoloci xətalar ekoloji cinayətlərə münasibətdə az təhlükəli əməllərdir. Ekoloci
xətaların növləri aşağıdakılardır: intizam, inzibati, mülki-hüquqi. Ekoloji hüquq
pozuntusu öz strukturuna görə dörd elementdən ibarətdir: obyekt, obyektiv tərəf,
subyekt və subyektiv tərəf. Ekoloji hüquq pozuntusunun obyekti ətraf mühitlə və
onun ayrı-ayrı komponentləri ilə əlaqədə olan və hüquq normaları ilə
tənzimlənən ictimai münasibətlərdir. Bu münasibətlər məzmun etibarı ilə
müxtəlifdir. Onlar aşağıdakı kimi təsnifləşdirilə bilər: təbii ehtiyatlar üzərində
mülkiyyət və ondan istifadə hüququ ilə bağlı münasibətlər; ətraf mühitin zərərli
təsirlərdən mühafizəsi ilə bağlı münasibətlər; insanların ekoloji hüquqları ilə
bağlı münasibətlər; insanların qanuni mənafelərinin müdafiəsi ilə bağlı
münasibətlər. Ekoloji hüquq pozuntusunun obyektiv tərəfi hərəkət və
hərəkətsizlikdə ifadə oluna bilər. Obyektiv cəhətdən ekoloji hüquqpozmanın
subyektinin hərəkəti hüquqazidd xarakter daşımalıdır. Hüquqazidlik iki formada
özünü göstərir. Aktiv – ətrf mühit haqqında Qanunvericiliyin pozulması. Passiv
– qanunun tələblərinə əməl edilməməsi. Pozuntunun predmetini ekoloji hüquq
qaydaları (hüquq münasibətləri
Sistemi) təşkil edir. Ekoloci hüquq pozuntusu üç əlamətlə xarakterizə olunur:
1) əməlin hüquqazidd olması;
2) ekoloji zərərin vurulması və ya həmin zərərin vurulmasına dair
Real təhlükə, yaxud ekoloji hüquq subyektlərinin digər qanuni hüquqlarının və
maraqlarının pozulması;
1)
Hüquqazidd əməl ilə ekoloji zərərin vurulması və ya həmin zərərin
vurulmasına dair real təhlükə, yaxud ekoloji hüquq subyektlərinin digər
qanuni hüquqlarının və maraqlarının pozulması arasında səbəb əlaqəsinin
mövcudluğu.
Ekoloji hüquq pozuntusunun subyektləri Azərbaycan Respublikasının ərazisində
təbiətdən istifadə ilə və ya ətraf mühitin mühafizəsi ilə bağlı hüquq pozuntusu
törətmiş hüquqi şəxslər, vəzifəli şəxslər və fiziki şəxslər, o cümlədən xarici
hüquqi və fiziki şəxslər ola bilər. Subyektlərin məsuliyyətə cəlb edilməsi
müvafiq hüquq sahəsinin müəyyən etdiyi dairədə konkretləşir. Belə ki, cinayət
məsuliyyətinə yalnız fiziki şəxslər cəlb edilirlər və ekoloji hüquq pozunutusuna
görə 16 yaşdan məsuliyyət yaranır. İnzibati məsuliyyətə isə fiziki və hüquqi
şəxslər cəlb edilirlər. İnzibati məsuliyyətə cəlb etmək üçün inzibati xəta törədənə
qədər şəxsin 16 yaşı tamam olmalıdır. Mülki məsuliyyətdə bir qədər fərqli
xüsusiyyətlər mövcuddur. Belə ki, 14 yaşdan 18 yaşınadək fiziki şəxslər məhdud
məsuliyyətli, 18 yaşdan sonra isə tam mülki məsuliyyətli hesab edilirlər. İntizam
məsuliyyətinə yalnız müəssisənin işçiləri cəlb edilirlər. Əmək
qanunvericiliyində intizam məsuliyyətinə cəlb edilə bilən şəxslərin yaş həddi ilə
bağlı konkret göstəriş yoxdur. Lakin qanunvericiliyə görə 15 yaşı tamam olmuş
şəxslər əmək müqaviləsi bağlaya bilərlər. Bu baxımdan 15 yaşı tamam olmuş
şəxslərin intizam məsuliyyətinə cəlb edilə bilməsi istisna deyildir. Ekoloji hüquq
pozuntusunun subyektiv tərəfi ekoloji hüquq pozuntusu törətmiş şəxsin təqsirini
nəzərdə tutur (burada ziyan vuranın təqsirindən asılı olmayaraq yüksək təhlükə
mənbəyinin vurduğu ziyanın ödənilməsi ilə bağlı Mülki qanunvericiliyin
göstərişi istisna edilmir). Təqsir Hüquqpozma törətmiş şəxsin öz əməlinə psixi
münasibətini əks etdirir. Qanunvericilikdə təqsirin iki forması olduğu qeyd
edilir. 1). Qəsd; 2). Ehtiyatsızlıq. Hüquq məsuliyyəti təqsirin qarışıq (ikili)
formasının da mövcudluğunu qeyd edir ki, bu müəlliflərin də fikrinə haqq
qazandırmaq olar. Belə ki, faktiki olaraq qanunvericilikdə təqsirin qarışıq (ikili)
forması ilə törədilən hüquqpozmalar öz əksini tapmışdır (məsələn, Cinayət
Məcəlləsi mad. 248.3, 250.3-252.3və s.) Qəsdən törədilən ekoloji hüquq
pozuntusunda şəxs öz əməlinin hüquqazidd olduğunu dərk edir, onun neqativ
nəticələrini əvvəlcədən görür və bunları arzu edir (birbaşa qəsd) və ya bunları
arzu etməsə də belə nəticələrin baş vermsinə şüurlu surətdə yol verir (dolayı
qəsd). Ehtiyatsızlığın iki növü fərqləndirilir: 1) özünəgüvənmə; 2) etinasızlıq.
Özünəgüvənmə nəticəsində törədilən ekoloji hüquq pozuntusunda şəxs öz
əməlinin zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görür, lakin kifayət
qədər əsas olmadan onların qarşısını alacağını güman edir, etinasızlıq
nəticəsində törədilən əməldə isə şəxs öz əməlinin zərərli nəticələr verə biləcəyi
imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək. Qabaqcadan görməli olduğu və
görə biləcəyi halda onları görmür. Biz yuxarıda ziyan vuranın təqsirindən asılı
olmayaraq yüksək təhlükə mənbəyinin vurduğu ziyanın ödənilməsi ilə bağlı
mülki qanunvericiliyin prinsipindən danışmışdıq. Mülki qanunvericiliyə
əsaslanaraq qeyd edə bilərik ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı
fəaliyyət nəticəsində (məsələn: mexanizmlərdən, nəqliyyat vasitələrindən, güclü
təsirə malik zəhərli maddələrdən istifadə, eləcə də istehsal fəaliyyəti ilə bağlı
ətrafdakılar üçün yüksək təhlükə yaradan müəssisələrin fəaliyyəti və s.) mülki
hüquq pozuntusu törətmiş fiziki və ya hüquqi şəxslər, zərərin qarşısıalınmaz
qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta
yetirə bilməsələr vurduqları zərərin əvəzini ödəməyə borcludurlar (Mülki
Məcəllə, mad. 1108). Ekoloji hüquqpozmaların təsnifləşdirilməsi müxtəlif
əlamətlərə görə aparılır: hüquqpozmanın predmetinə, obyektinə, sanksiyaya,
ziyanvurmanın üsuluna və s. Görə, predmetinə görə bütün hüquqpozmalar ətraf
mühitin qorunması və ondan istifadə edilməsi ilə bağlı olur Onlar üç qrupa
bölünür:
1. Mülkiyyət hüququnun pozulması;
2. Sahiblik hüququnun pozulması.
3. Təbii ehtiyatlardan istifadə hüququnun pozulması.
Sərbəst iş N°_7
Dostları ilə paylaş: |