Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları testləri 501 test



Yüklə 0,62 Mb.
səhifə5/8
tarix23.02.2020
ölçüsü0,62 Mb.
#30518
1   2   3   4   5   6   7   8
Azərbaycan Respublikası Konstitutsiyası və hüququn əsasları

b) 7


c) 8

d) 3


e) 12
291. Azərbaycan Respublikası vətəndaşlarının daşıdığı vəzifələr hansı normativ hüquqi sənəddə əksini tapmışdır?
a) Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının 30 sentyabr 2018-ci il tarixli Qanununda

b) Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununda

c) Azərbaycan Respublikasının Konstitusiyasında

d) Azərbaycan Respublikasının vətəndaşının vəzifələri haqqında Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununda

e) Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının 30 sentyabr 2018-ci il tarixli Qanununda
292. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı neçə rejim fərqləndirilir və bu rejimlər hansılardır?
a) 5 - milli rejim, daha əlverişli rejim, siyasi rejim, ümumi rejim və xüsusi rejim

b) 4 - milli rejim, daha əlverişli rejim, siyasi rejim və xüsusi rejim

c) 2 - milli rejim və beynəlxalq rejim

d) 3 - milli rejim, daha əlverişli rejim və xüsusi rejim

e) 0 - əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı rejim fərqi yoxdur
293. Vətəndalığın xitamı üsullarına aşağıdakılardan yalnız biri aiddir:
a) filiasiya

b) reinteqrasiya

c) naturalizasiya

d) optasiya

e) denaturalizasiya

294. İctimai birliklər haqqında qanunvericiliyin əsasını hansı normativ hüquqi aktlar təşkil edir?


a) Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər) haqqında” Azərbaycan Respublikasının 13 iyun 2000-ci il tarixli qanunu, “Siyasi partiyalar haqqında” 3 iyun 1992-ci il Azərbaycan Respublikası qanunu

b) Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Cinayət Məcəlləri, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər) haqqında” Azərbaycan Respublikasının 13 iyun 2000-ci il tarixli qanunu, “Siyasi partiyalar haqqında” 3 iyun 1992-ci il Azərbaycan Respublikası qanunu

c) Azərbaycan Respublikasının Konstitusiyasının Preambulası, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər) haqqında” Azərbaycan Respublikasının 13 iyun 2000-ci il tarixli qanunu, “Siyasi partiyalar haqqında” 3 iyun 1992-ci il Azərbaycan Respublikası qanunu

d) Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər) haqqında” Azərbaycan Respublikasının 13 iyun 2000-ci il tarixli qanunu, “Siyasi partiyalar haqqında” 3 iyun 1992-ci il Azərbaycan Respublikası qanunu

e) yuxarıda sadalananların hamısı
295. İctimai birliklərin əmlakının formalaşdırılma mənbələrinə aşağıdakılardan hansı aid deyil?
a) malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar

b) təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları

c) könüllü əmlak haqları və ianələri

d) qanunvericiliklə qadağan olunan başqa gəlirlər

e) səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlər və dividentlər, gəlirlər
296. Siyasi partiyalar anlayışı aşağıdakılardan hansında daha dolğun verilmişdir?
a) Siyasi partiyalar - öz üzvlərinin hüquqi mənafelərini ifadə edən, xalqın siyasi iradələrinin formalaşdırılmasında yardımçı olan, əsas məqsədi dövlət hakimiyyəti və idarəetmə orqanlarının gizli yolla ələ keçirilməsində və habelə dövlət orqanlarına seçilən nümayəndələri vasitəsilə hakimiyyətin həyata keçirilməsində iştirak etməkdən ibarət olan ictimai birliklərin bir növüdür

b) Siyasi partiyalar - öz üzvlərinin siyasi mənafelərini ifadə edən, xalqın siyasi iradələrinin formalaşdırılmasında yardımçı olan, əsas məqsədi dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkilində və habelə dövlət orqanlarına seçilən nümayəndələri vasitəsilə hakimiyyətin həyata keçirilməsində iştirak etməkdən ibarət olmayan ictimai birliklərin bir növüdür.

c) Siyasi partiyalar - öz üzvlərinin siyasi mənafelərini ifadə edən, xalqın siyasi iradələrinin formalaşdırılmasında yardımçı olan, əsas məqsədi dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkilində və habelə dövlət orqanlarına seçilən nümayəndələri vasitəsilə hakimiyyətin həyata keçirilməsində iştirak etməkdən ibarət olan ictimai birliklərin bir növüdür

d) Siyasi partiyalar - öz üzvlərinin siyasi mənafelərini ifadə edən, xalqın siyasi iradələrinin formalaşdırılmasında yardımçı olan, əsas məqsədi dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkilində və habelə dövlət orqanlarına seçilən nümayəndələri vasitəsilə hakimiyyətin həyata keçirilməsində iştirak etməkdən ibarət olan ictimai birliklərin bir növüdür.

e) Heç bir anlayış dolğun deyil, daha çox b və c variantları uyğun gəlir
297. Siyasi partiyaların funksiyaları barədə aşağıda göstərilənlərdən hansı yanlışdır?
a) nəzarət

b) elektoral

c) kompromis

d) qanunvericilik

e) istiqamətləndirmə
298. Dini birliklər haqqında qanunvericilik hansı normativ hüquq aktlardan ibarətdir?
a) “Dini birliklər haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları

b) Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Dini Məcəlləsi, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları.

c) Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələr, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları

d) Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları

e) yalnız a və d variantlarında sadalanan normativ hüquqi aktlar
299. Hakimiyyət bölgüsü prinsipi ilk dəfə ölkəmizdə hansı normativ hüquqi aktda təsbit edilmişdir?
a) Azərbaycan Respublikasının 18 oktyabr 1993-cü il tarixli dövlət müstəqilliyi haqqında Konstitusiya aktında

b) Azərbaycan Respublikasının 18 oktyabr 1990-cı il tarixli dövlət müstəqilliyi haqqında Konstitusiya aktında

c) Azərbaycan Respublikasının 18 oktyabr 1991-ci il tarixli dövlət müstəqilliyi haqqında Konstitusiya aktında

d) Azərbaycan Respublikasının 18 oktyabr 1991-ci il tarixli Konstitusiyasında

e) Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixli Konstitusiyasında
300. XVIII-XIX əsrlərdə Avropada əsası qoyulmuş xalq nümayəndəliyi nəzəriyyəsi aşağıdakı hansı prinsiplərin məcmusu kimi nəzərdən keçirilə bilər?
a) xalq nümayəndəliyi kralın razılığı ilə ilə təsis olunur; xalq, kralın təbəəsi kimi, parlamentə kralın adından qanunvericilik hakimiyyətini həyata keçirməyi həvalə edir; bu məqsədlə millət (xalq) parlamentə öz nümayəndələrini-deputatları, senatorları və başqalarını seçir; parlamentin üzvü - bütün millətin (xalqın) nümayəndəsidir, yalnız onu seçənlərin yox

b) xalq nümayəndəliyi Konstitusiya ilə təsis olunmur; xalq, suverenliyin daşıyıcısı kimi, parlamentə onun adından qanunvericilik hakimiyyətini həyata keçirməyi həvalə edir; bu məqsədlə millət (xalq) parlamentə öz nümayəndələrini-deputatları, senatorları və başqalarını seçir; parlamentin üzvü yalnız onu seçənlərin nümayəndəsidir

c) xalq nümayəndəliyi Konstitusiya ilə təsis olunur; xalq, suverenliyin daşıyıcısı kimi, parlamentə onun adından qanunvericilik hakimiyyətini həyata keçirməyi həvalə edir; bu məqsədlə millət (xalq) parlamentə öz nümayəndələrini-deputatları, senatorları və başqalarını seçir; parlamentin üzvü - bütün millətin (xalqın) nümayəndəsidir, yalnız onu seçənlərin yox

d) xalq nümayəndəliyi Konstitusiya ilə təsis olunmur, bu məsələ şifahi şəkildə xalqla kralın təmsilçiləri arasında razılaşdırılır; xalq, suverenliyin daşıyıcısı kimi, parlamentə onun adından qanunvericilik hakimiyyətini həyata keçirməyi həvalə edir; bu məqsədlə millət (xalq) parlamentə öz nümayəndələrini-deputatları, senatorları və başqalarını seçir; parlamentin üzvü - bütün millətin (xalqın) nümayəndəsidir, yalnız onu seçənlərin yox

e) yuxarıdakılardan heç biri, xalq nümayəndəliyi sadəcə olaraq xalqın mənafelərinin təmin olunması məqsədilə hakimiyyətlə danışıqlar aparmaq məqsədilə yaradılır
301. Qanunvericilik hakimiyyətinin hansı səlahiyyəti onun səlahiyyətlərinin əsas hissəsini təşkil edir və parlamentin fəaliyyətində çox böyük yer tutur?
a) büdcə nəzarəti səlahiyyəti

b) hakimiyyətin digər qollarına nəzarət səlahiyyəti

c) qanunvericilik səlahiyyəti

d) qanunvericilik və büdcə nəzarəti səlahiyyətləri

e) qanun layihələrinin hazılanması səlahiyyəti
302. Azərbaycan parlamentarizminin tarixində yeni dövr hansı tarixdən etibarən və hansı normativ hüquqi aktın qəbulu ilə başlamışdır?
a) 1995-ci il 12 noyabrda, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ilə

b) 1991-ci il 18 oktyabrda, Azərbaycan Respublikası Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında haqqında” Konstitusiya Aktının qəbulu ilə

c) 1991-ci il 12 noyabrda, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ilə

d) 1991-ci il 12 noyabrda, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası haqqında” Bəyannamənin qəbulu ilə

e) 1991-ci il 30 avqustda, Azərbaycan Respublikası Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası haqqında” Bəyannamənin qəbulu ilə
303. Dövlət orqanları sistemində Milli Məclisin yeri və rolu barədə danışarkən, promulqasiya dedikdə nə başa düşülür?
a) Milli Məclisin icra hakimiyyətinin fəaliyyətinə müdaxilə etməsinə imkan verən əsas səlahiyyətdir, yəni qanunları imzalamaq və dərc etmək, habelə veto qoymaq hüququdur

b) icra hakimiyyətinin Milli Məclisin fəaliyyətinə müdaxilə etməsinə imkan verməyən əsas səlahiyyətdir, yəni qanunları imzalamamaq və dərc etməmək, habelə veto qoymamaq hüququdur

c) icra hakimiyyətinin Milli Məclisin fəaliyyətinə müdaxilə etməsinə imkan verən əsas səlahiyyətdir, yəni qanunları imzalamaq və dərc etmək, habelə veto qoymaq hüququdur

d) icra hakimiyyətinin Milli Məclisin fəaliyyətinə müdaxilə etməsinə imkan verən əsas səlahiyyətdir, yəni qanunları imzalamaq və dərc etmək, habelə veto qoymaq hüququdur

e) Milli Məclisin icra hakimiyyətinin fəaliyyətinə müdaxilə etməsinə imkan verən əsas səlahiyyətdir, yəni impiçment hüququdur
304. Azərbaycan Respublikası Milli Məclisininin səlahiyyətlərinə aid deyil:
a) dövlət büdcəsinə nəzarət

b) qanunların qəbulu

c) Azərbaycan Respublikasının vitse-prezidentlərinin vəzifəyə təyini və vəzifədən azad olunmasında iştirak

d) hakimiyyətin digər qollarına nəzarət

e) b, c və d variantları doğrudur
305. Milli Məclisin hakimiyyətin digər iki qolu ilə qarşılıqlı əlaqəsi hüquq nəzəriyyəsində necə adlanır?
a) hakimiyyət tətbiqi

b) hakimiyyət əlaqəsi

c) hakimiyyət bölgüsü

d) hakimiyyət oyunları

e) hakimiyyət üsul-idarəsi
306. Konstitusiya hüququnda impiçment qaydası nə anlama gəlir?
a) məhkəmə hakimlərinin vəzifədən kənarlaşdırılması (təqsirləndirmə - dövlətin vəzifəli şəxslərinin xəyanət və digər ağır cinayətləri üzrə parlament məhkəməsi icraatı) qaydası

b) respublika Milli Məclis üzvlərinin vəzifədən kənarlaşdırılması (təqsirləndirmə - dövlətin vəzifəli şəxslərinin xəyanət və digər ağır cinayətləri üzrə parlament məhkəməsi icraatı) qaydası

c) respublika Nazirlər Kabinetinin vəzifəli şəxslərinin vəzifədən kənarlaşdırılması (təqsirləndirmə - dövlətin vəzifəli şəxslərinin xəyanət və digər ağır cinayətləri üzrə parlament məhkəməsi icraatı) qaydası

d) respublika prezidentinin vəzifədən kənarlaşdırılması (təqsirləndirmə - dövlətin vəzifəli şəxslərinin xəyanət və digər ağır cinayətləri üzrə parlament məhkəməsi icraatı) qaydası

e) heç biri
307. Milli Məclisə seçkilər neçə ildən bir keçirilir, Milli Məclisə neçə deputat seçilir, “deputat” sözü hansı dildən götürülüb və hansı mənanı verir?
a) 7, 123, rus dilində, “elçi qəbul edilmiş”

b) 7, 123, fransız dilində, “elçi göndərilən” 

c) 5, 125, ingilis dilində, “elçi göndərilən” 

d) 5, 125, serb dilində, “elçi göndərilən”  

e) 5, 125, alman dilində, “elçi göndərilən” 
308. Milli Məclisin fəaliyyətinin əsas prinsiplərinə aşağıdakılardan biri aid deyildir:
a) aşkarlıq

b) siyasi plüralizm, çoxpartiyalılıq

c) məsələlərin sərbəst müzakirə olunması

d) mübahisələrin dinc həlli və ya güc tətbiqi

e) məsələlərin müstəqil həll olunması
309. Milli Məclisin Konstitusiyanın 94-cü maddəsində nəzərdə tutulan ümumi qaydaları müəyyən edərkən və 95-ci maddədə nəzərdə tutulmuş məsələləri həll edərkən hansı aktları qəbul edə bilər?
a) konstitusiya qanunları, qanunlar, qərarlar və fərmanlar

b) konstitusiyalar, qanunlar və qərarlar

c) konstitusiya qanunları, konstitusiyalar, qanunlar və qərarlar

d) konstitusiya qanunları, qanunlar və qərarlar

e) konstitusiyalar, konstitusiya qanunları, qərarlar və fərmanlar
310. Azərbaycan Respublikası Milli Məclisinin strukturundan danışarkən, onun orqanlarına hansılar daxildir?
a) Milli Məclisin müvəqqəti komissiyaları, hesablama palatası, nəzarət-təftiş komissiyası və intizam komissiyası

b) Milli Məclisin müvəqqəti komissiyaları, hesablama palatası, hesablayıcı komissiya və intizam komissiyası

c) Milli Məclisin daimi komissiyaları, mühasibat, hesablayıcı komissiya və intizam komissiyası

d) Milli Məclisin daimi komissiyaları, hesablama palatası, hesablayıcı komissiya və intizam komissiyası

e) Milli Məclisin daimi komissiyaları, hesablama palatası, hesablayıcı komissiya və iltizam komissiyası
311. Azərbaycan Respublikasının Milli Məclisinin iclaslarının məcmusu necə adlanır və onların keçirilmə tarixləri hansılardır?
a) Milli Məclisinin iclaslarının məcmusu sessiyalar adlanır. Qış sessiyası – yanvarın 10-dan aprelin 30-dək davam edir və payız sessiyası - sentyabrın 30-dan dekabrın 30-dək davam edir

b) Milli Məclisinin iclaslarının məcmusu toplantılar adlanır. Yaz toplantısı - martın 1-dən mayın 31-dək davam edir və payız toplantısı - sentyabrın 30-dan dekabrın 30-dək davam edir

c) Milli Məclisinin iclaslarının məcmusu seminarlar adlanır. Yaz seminarı - martın 1-dən mayın 31-dək davam edir və payız seminarı - sentyabrın 30-dan dekabrın 30-dək davam edir

d) Milli Məclisinin iclaslarının məcmusu sessiyalar adlanır. Yay sessiyası - mayın 1-dən avqustun 31-dək davam edir və payız sessiyası - sentyabrın 30-dan dekabrın 30-dək davam edir

e) Milli Məclisinin iclaslarının məcmusu sessiyalar adlanır. Yaz sessiyası - martın 1-dən mayın 31-dək davam edir və payız sessiyası - sentyabrın 30-dan dekabrın 30-dək davam edir
312. Azərbaycan Respublikası Milli Məclisinin iclasları ayda neçə dəfədən az olmayaraq keçirilir?
a) 3

b) 2


c) həftədə 1 dəfədən az olmayaraq

d) 4


e) həftədə 2 dəfədən az olmayaraq
313. Azərbaycan Respublikası Milli Məclisinin iclası onda neçə millət vəkili iştirak etdiyi halda səlahiyyətli sayılır?
a) 63

b) 81


c) 82

d) 83


e) 61
314. Milli Məclis hansı normativ hüquqi aktların əsasında fəaliyyət göstərir?
a) Konstitusiya, Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi və Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələr

b) Konstitusiya və Milli Məclis Məcəlləsi

c) Konstitusiya və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr

d) Konstitusiya və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi

e) Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi
315. Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi səlahiyyəti hansı dövlət qurumuna aiddir?
a) Azərbaycan Respublikasının Ali Məhkəməsi

b) Azərbaycan Respublikasının Prezidenti

c) Azərbaycan Respublikasının Milli Məclisi

d) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

e) Azərbaycan Respublikasının Prokurorluğu
316. “Azad mandat” və “imperativ mandat” prinsiplərinin mahiyyəti aşağdakı variantlardan hansında düzgün açıqlanır?
a) “azad mandat” – deputat yalnız majoritar qaydada seçilir, bütün xalqın nümayəndəsidir və geri çağırıla bilər; “imperativ mandat” – deputat yalnız proporsional qaydada seçilir, heç kəs qarşısında məsuliyyət daşımır və geri çağırıla bilməz

b) “imperativ mandat” – hansı dairədən seçilməsindən asılı olmayaraq, deputat bütün xalqın nümayəndəsidir və geri çağırıla bilməz; “azad mandat” – deputat onu seçən şəxslərin qarşısında məsuliyyət daşıyır və onların tələbləri ilə geri çağırıla bilər

c) “azad mandat” – hansı dairədən seçilməsindən asılı olmayaraq, deputat xalqın nümayəndəsidir, istədiyini edə bilər və geri çağırıla bilməz; “imperativ mandat” – deputat onu seçən şəxslərin qarşısında məsuliyyət daşımır və onların tələbləri ilə geri çağırıla bilməz

d) “azad mandat” – hansı dairədən seçilməsindən asılı olmayaraq, deputat bütün xalqın nümayəndəsidir və geri çağırıla bilməz; “imperativ mandat” – deputat onu seçən şəxslərin qarşısında məsuliyyət daşıyır və onların tələbləri ilə geri çağırıla bilər

e) heç biri doğru deyil, çünki deputatlar sadəcə millət vəkili mandatına malikdir
317. Deputatların hüquq və vəzifələri hansı normativ hüququ aktda əksini tapmışdır?
a) Azərbaycan Respublikasının Seçki Məcəlləsində

b) Azərbaycan Respublikasının Konstitusiyasında

c) “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda

d) “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda və Azərbaycan Respublikasının Konstitusiyasında

e) “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda və Azərbaycan Respublikasının Seçki Məcəlləsində
318. Deputatların mandatdan məhrum edilməsinin əsasları barədə aşağıdakılardan biri düzgün deyildir. Beləliklə, deputat mandatdan məhrum oluna bilər:
a) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda

b) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda

c) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə

d) elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olduqda

e) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda
319. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququnun anlayışı barədə səsləndirilən aşağıdakı fikirlərdən hansı düzgündür?
a) qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikasının I Vitse-Prezidentinin müzakirəsinə təqdim etmək hüququdur

b) qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Prezidentinin müzakirəsinə təqdim etmək hüququdur

c) qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququdur

d) qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müzakirəsinə təqdim etmək hüququdur

e) qüvvədə olan qanunları və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququdur
320. Qanunvericilik təşəbbüsünə malik subyektlər aşağıda göstərilənlərdən hansılardır?
a) Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının seçki hüququ olan 50 min vətəndaşı, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri

b) Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşı, Azərbaycan Respublikasının Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

c) Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının seçki hüququ olan 50 min vətəndaşı, Azərbaycan Respublikasının Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

d) Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşı, Azərbaycan Respublikasının Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

e) Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının vitse-prezidentləri, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, insan hüquqları üzrə müvəkkil, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşı, Azərbaycan Respublikasının Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

321. Qanunvericilik prosesinin son mərhələsi hansıdır?


a) qanunun radionun xəbərlər proqramında səsləndirilməsi

b) qanunun rəsmi qaydada televiziya proqramlarında oxunması

c) qanunun dərc olunması

d) qanunun sosial şəbəkələrdə yayımlanması

e) qanunun kitab şəklində çap edilməsi
322. Qanunvericilik prosesi neçə mərhələdən ibarətdir?
a) 6

b) 3


c) 4

d) situasiyadan asılı olaraq 4 və ya 3

e) situasiyadan asılı olaraq 6 və ya 3
323. İcra hakimiyyəti hakimiyyətin müstəqil bir qolu kimi nəzərdən keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasına görə icra hakimiyyəti:
a) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Ədliyyə qərarlarının icrası şöbəsi”nə mənsubdur

b) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mənsubdur

c) Azərbaycan Respublikasında müxtəlif rayon icra hakimiyyətlərinə mənsubdur

d) Azərbaycan Respublikasının Prezidentinə mənsubdur

e) Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyalarına mənsubdur
324. Azərbaycan Respublikasında prezidentlik institutu və onun dövlət orqanları sistemində yeri barədə aşağıdakılardan hansı doğrudur?
a) Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, lakin Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin başçısı deyil

b) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin başçısıdır və lakin icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsub deyildir

c) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin başçısıdır və Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur

d) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin başçısıdır, lakin icra hakimiyyəti Nazirlər Kabinetinə mənsubdur

e) yuxarıdakıların heç biri doğru deyil, Azərbaycan Respublikasının Prezidenti, sadəcə olaraq, Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir
325. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini şərti olaraq neçə qrupa bölmək olar?
a) 6

b) 5


c) 4

d) 3


e) 7
326. Azərbaycan Respublikasının prezidentliyinə seçkilər hansı qaydada keçirilir və prezident neçə il müddətinə seçilir?
a) ümumi, bərabər və birbaşa seçki hüququ əsasında məcburi, şəxsi və şəffaf səsvermə yolu ilə 5 il müddətinə

b) ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə

c) ümumi, bərabər və dolayı seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə

d) ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin