Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları testləri 501 test



Yüklə 0,62 Mb.
səhifə8/8
tarix23.02.2020
ölçüsü0,62 Mb.
#30518
1   2   3   4   5   6   7   8
Azərbaycan Respublikası Konstitutsiyası və hüququn əsasları

b) 50 % + 1 formulası tətbiq olunur

c) 50 %-dən çoxu

d) 60 %-dən çoxu

e) 60 % + 1 formulası tətbiq olunur
433. Kollektiv sazişlərin neçə növü mövcuddur və onlar hansılardır?
a) 2 - baş kollektiv saziş və nazirlik kollektiv sazişi

b) 3 - baş kollektiv saziş, tarif kollektiv sazişi, regional kollektiv sazişi

c) 3 - baş kollektiv saziş, nazirlik kollektiv sazişi, ərazi (rayon) kollektiv sazişi

d) 3 - baş kollektiv saziş, tarif kollektiv sazişi, ərazi (rayon) kollektiv sazişi

e) 2 - tarif kollektiv sazişi və ərazi (rayon) kollektiv sazişi
434. Əmək intizamı barədə aşağdakı fikirlərdən biri doğru deyil:
a) əmək intizamı normal səmərəli iş üçün lazımı təşkilati və iqtisadi şərtlərin yaradılması ilə təmin edilir

b) əmək münasibətləri iştirakçılarının müəyyən davranış qaydalarının məcmusudur

c) işçilər əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməli və müəssisədaxili intizam qaydalarına əməl etməlidirlər

d) əmək intizamı sahəsində işəgötürənin də üzərinə konkret öhdəliklər düşür

e) əmək münasibətləri iştirakçılarının və onların yaxınlarının iltizam öhdəliklərinin məcmusudur
435. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin tam maddi məsuliyyətinin neçə halı göstərilmişdir?
a) 11

b) 9


c) 7

d) 4


e) 8
436. Dövlət tərəfindən “işsiz şəxs” kimi tanınmaq üçün ən vacib hüquqi şərtlər aşağıdakılardan hansılardır?
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti və onun yerli orqanlarında iş axtaran kimi qeydiyyata götürülmə

2. iş və qazancın olmaması

3. işə başlamağa hazır olma

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti və onun yerli orqanlarında iş axtaran kimi qeydiyyata alınmama

5. əmək qabiliyyətli yaşda olma və əmək qabiliyyəti
a) 1, 4

b) 2, 5


c) 3, 5

d) 1, 5


e) 1, 2, 4
437. Aşağıdakılardan biri əmək hüququnun həyata keçirilmə forması deyil:
a) şəxsi və özəl sahibkarlıq fəaliyyəti

b) əmək müqaviləsini bağlamaq

c) seçkili vəzifələrə seçilmək

d) gənc mütəxəssisləri müvafiq təhsil müəssisələrini bitirdikdən sonra təyinat üzrə işə göndərmək

e) seçkilərdə səs vermək
438. Cinayət hüququnun predmetini nə təşkil edir?
a) xətanın baş verməsi ilə əlaqədar olan ictimai münasibətlər

b) cinayətin baş verməsindən 10 il əvvəl meydana ictimai münasibətlər

c) yalnız cinayətin baş verməsi ilə əlaqədar olan ictimai münasibətlər

d) xətanın baş verməsindən 3 il əvvəl meydana gələn ictimai münasibətlər

e) cinayət hüququnun predmetini cinayətin özü təşkil edir
439. Aşağıdakılardan biri cinayət hüququnun funksiyalarına daxil deyil:
a) ümumi xəbərdaredici

b) mühafizəedici

c) mübadiləedici

d) xüsusi xəbərdaredici

e) tərbiyəvi
440. Cinayət qanunu hansı dövlət orqanı tərəfindən qəbul olunur?
a) Daxili İşlər Nazirliyi

b) Prezident

c) Nazirlər Kabineti

d) Milli Məclis

e) Baş Prokurorluq
441. Cinayət Məcəlləsi neçə hissəyə bölünür və onlar hansılardır?

a) hissələrə bölünmür

b) 2 - ümumi və əlahiddə

c) 2 - ümumi və qismən xüsusi

d) 2 - ümumi və xüsusi

e) Cinayət Məcəlləsi yalnız maddələrə və bəndlərə bölünür


442. Aşağıdakılardan hansı yetkinlik yaşına çatmayanlar üçün təyin edilən cəza növü deyil?

a) ictimai işlər

b) cərimə

c) maksimum 12 il müddətinə azadlıqdan məhrumetmə

d) islah işləri

e) müəyyən müddətə azadlıqdan məhrum etmə


443. Yetkinlik yaşına çatmayan məhkumların cəzalarını çəkdikləri tərbiyə müəssisələri aşağıdakılardan hansılardır?

a) ümumi rejimli tərbiyə müəssisələri və mülayim rejimli tərbiyə müəssisələri

b) xüsusi rejimli tərbiyə müəssisələri və möhkəm rejimli tərbiyə müəssisələri

c) ümumi rejimli tərbiyə müəssisələri və möhkəm rejimli tərbiyə müəssisələri

d) yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını evlərində valideyinlərin xüsusi nəzarəti altında çəkirlər

e) doğru cavab a və b variantlarıdır


444. Yetkinlik yaşına çatmayanlara tətbiq edilən tərbiyəvi xarakterli məcburi tədbir deyil:

a) vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək

b) xəbərdarlıq

c) valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək

d) maksimum 1 il müddətinə azadlıqdan məhrumetmə

e) yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək


445. Aşağıdakı fikirlərdən hansı düzgündür?

a) zəruri özünümüdafiə, son zərurət həddini aşma, əsassız risk əməlin cinayət olmasını aradan qaldırır

b) zəruri özünümüdafiə, son zərurət, əsassız risk əməlin cinayət olmasını aradan qaldırır

c) zəruri özünümüdafiə həddini aşma, son zərurət, əsassız risk əməlin cinayət olmasını aradan qaldırır

d) zəruri özünümüdafiə, son zərurət və əsaslı risk əməlin cinayət olmasını aradan qaldırır

e) heç bir hal əməlin cinayət olmasını aradan qaldıra bilməz


446. Cinayət Hüququnun ən əsas vəzifəsi aşağıdakılardan hansıdır?

a) cəmiyyətdə ictimai-siyasi və sosial-iqtisadi sabitlik yaratmaq

b) cəmiyyətdə ictimai-siyasi sabitlik yaratmaq

c) cəmiyyəti ən təhlükəli hüquq pozuntularından (cinayətlərdən) müdafiə (mühafizə) etmək

d) hüquq pozuntuları (cinayətlər) törədən şəxsləri cəzalandırmaq

e) hüquq pozuntuları (cinayətlər) törədən şəxsləri cəmiyyətdən müdafiə (mühafizə) etmək


447. Zəruri özünümüdafiə hüququna kimlər malikdir?

a) yalnız xüsusi təlim və hazırlıq keçmiş şəxslər

b) yalnız hüquq mühafizə orqanlarının əməkdaşları

c) bütün hüquqi şəxslər

d) bütün fiziki şəxslər

e) yalnız bütün dövlət rəsmiləri


448. Son zərurət hüquqi anlayışı aşağıdakı variantlardan hansında daha dolğur açıqlanır?

a) şəxsin düşdüyü vəziyyətdən çıxmaq üçün radikal addımlara əl atmasıdır

b) qanunla qorunan digər mənafelərə zərər vurmadan daha az zərərin qarşısının alınması üçün şəxsin düşdüyü vəziyyətdir

c) qanunla qorunan digər mənafelərə zərər vurmaq yolu ilə daha az zərərin qarşısının alınması üçün şəxsin düşdüyü vəziyyətdir

d) qanunla qorunan digər mənafelərə zərər vurmaq yolu ilə daha mühüm zərərin qarşısının alınması üçün şəxsin düşdüyü vəziyyətdir

e) şəxsin başqalarını onların düşdükləri vəziyyətdən çıxarmaq üçün radikal addımlara əl atmasıdır


449. Cinayət hüququnda əsaslı riskin hansı növləri fərqləndirilir?

a) istehsal riski, o cümlədən peşəkar fəaliyyətin bütün sahələrində mümkün olan peşə riski

b) istehsal riski, təsərrüfat riski, kommersiya riski, elmi-texniki risk

c) yalnız peşəkar fəaliyyətin bütün sahələrində mümkün olan peşə riski

d) istehsal riski, təsərrüfat riski, kommersiya riski, elmi-texniki risk, o cümlədən peşəkar fəaliyyətin bütün sahələrində mümkün olan peşə riski

e) istehsal riski, kommersiya riski, o cümlədən peşəkar fəaliyyətin bütün sahələrində mümkün olan peşə riski


450. Aşağıdakılardan hansı cinayət qanununun məkana görə qüvvəsinin əsaslanmadığı prinsipdir?

a) real və universal

b) ərazi

c) vətəndaşlıq

d) əhali

e) ekstradisiya


451. Azərbaycan Respublikası ərazisində cinayət törətmiş xarici dövlətlərin diplomatik nümayəndələrinin və toxunulmazlıq hüququna malik olan digər şəxslərin cinayət məsuliyyəti haqqında məsələ necə həll edilir?

a) diplomatik kanallar vasitəsilə qəbul edilmiş normativ hüquqi instruksiyalara uyğun olaraq həll edilir

b) ümumi qaydada həll edilir

c) diplomatik yollarla, yəni beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir

d) xarici dövlətlərin diplomatik nümayəndələri və toxunulmazlıq hüququna malik olan digər şəxslər cinayət məsuliyyətinə cəlb edilmir, ölkələrinə geri göndərilir

e) diplomatik yollarla, yəni milli hüquq normalarına uyğun olaraq həll edilir


452. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsində cinayətdə iştirakçılığın hansı növləri fərqləndirilir?

a) icraçı, məsləhətçi, təhrikçi və köməkçi

b) icraçı, cinayətkar, təhrikçi və köməkçi

c) icraçı, təşkilatçı, təhrikçi və köməkçi

d) məsləhətçi, təşkilatçı, təhrikçi və icraçı

e) məsləhətçi, təhrikçi, köməkçi və icraçı


453. Cinayət qanununun geriyə qüvvəsi barədə aşağıdakı fikirlərdən hansı düzgündür?

a) əməlin cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən etməyən, cəzanı ağırlaşdırmayan, lakin cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanunun geriyə qüvvəsi var

b) şəxsin vəziyyətini ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi var

c) əməlin cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanunun geriyə qüvvəsi yoxdur

d) əməlin cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanunun geriyə qüvvəsi var

e) cinayət qanunun geriyə qüvvəsi heç bir halda yoxdur


454. Cinayət qanununun prinsiplərindən birinə müvafiq olaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda respublikanın cinayət qanunları əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Bu hansı prinsipdir?

a) vətəndaşlıq

b) universal

c) real


d) ərazi

e) ekstradisiya


455. Cəzanı digər dövlət məcburiyyəti tədbirlərindən (inzibati, mülki-hüquqi) fərqləndirən neçə mühüm əlamət mövcuddur?

a) 4


b) 7

c) 5


d) 8

e) 6
456.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində cəzanın neçə növü göstərilir?

a) 9

b) 10


c) 13

d) 14


e) 12
457. Aşağıdakı cəzalardan hansılar həm əsas, həm də əlavə cəzalar kimi tətbiq olunur?

a) cərimə, müəyyən vəzifə tutma və ya hərbi xidmət üzrə məhdudlaşdırma

b) cərimə, ictimai işlər və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə

c) cərimə, islah işləri və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə

d) cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə

e) cərimə, müəyyən vəzifə tutma və ya azadlığın müvəqqəti məhdudlaşdırılması


458. Cəzanın məqsədi aşağıdakılardan hansıdır?

a) cəza cinayətkarların gözünün qorxudulması məqsədilə tətbiq edilir

b) cəza sosial ədalətin bərpası, məhkumun cəzalandırılması, beləliklə də həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir

c) cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir

d) cəza yalnız dövlətin əsaslarının qorunması məqsədinə xidmət edir

e) cəza yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir


459. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14-cü maddəsində cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin, yəni hərəkət və ya hərəkətsizliyin təqsirli olaraq törədilməsi nə sayılır?

a) cinayət hüquq pozuntusu

b) xəta

c) özbaşınalıq



d) cinayət

e) təqsirli ictimai təhlükəli hərəkət


460. Cinayətin əlamətləri aşağıdakı hansı variantda tam sadalanır?

a) qeyri-qanuni, təqsirləndirilməli, cəzalanmalı olan və qeyri-əxlaqi

b) ictimai-təhlükəli, qeyri-qanuni, təqsirli, cəzalanmalı olan və qeyri-əxlaqi

c) ictimai-təhlükəli, qeyri-hüquqi, təqsirli, cəzalanmalı olan

d) ictimai-təhlükəli, qeyri-hüquqi, təqsirli, cəzalanmalı olan və qeyri-əxlaqi

e) qeyri-hüquqi, təqsirləndirilməli, cəzalanmalı olan və qeyri-əxlaqi


461. Hansı meyara görə cinayətlər böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır növ cinayətlərə ayrılır?

a) cinayətlərin sadəcə ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq

b) cinayətlərin sadəcə xarakterindən asılı olaraq

c) cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq

d) cinayətlərin kim tərəfindən törədilməsindən asılı olaraq

e) cinayətlərin kimə qarşı törədilməsindən asılı olaraq


462. Cinayət qanunu ilə qəsdən və ya ehtiyatsızlıqla törədilən və barəsində on iki ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan əməllər hansı növ cinayətlər hesab olunur?

a) orta ağır cinayətlər

b) böyük ictimai təhlükə törətməyən cinayətlər

c) xüsusilə ağır cinayətlər

d) az ağır cinayətlər

e) ağır cinayətlər


463. Ömürlük azadlıqdan məhrumetmə cəzası hansı cinayətlərə görə müəyyən edilir?

a) xüsusi amansızlıqla qətlə yetirmə cinayətlərinin hər birinə görə

b) sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş ağır cinayətlərə görə

c) sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş ağır cinayətlərə və az ağır cinayətlərə görə

d) sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə

e) xüsusi amansızlıqla törədilən cinayətlərin hər birinə görə


464. Azərbaycan Respublikasında ölüm cəzası hansı tarixdə ləğv olunmuşdur?

a) 8 fevral 1998-ci ildə

b) 15 fevral 1998-ci ildə

c) 10 fevral 1998-ci ildə

d) 11 fevral 1997-ci ildə

e) 10 fevral 1999-ci ildə


465. Cinayət qanununun hansı prinsipinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarında kənarda törətdikləri əmələ görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, respublikanın qüvvədə olan Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər?

a) real


b) vətəndaşlıq

c) universal

d) cinayətkarların verilməsi

e) ekstradisiya


466. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14-cü maddəsinin 2-ci hissəsinə əsasən, cinayət qanununda nəzərdə tutulmuş hüquqi cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl:

a) cinayət hesab edilir

b) cinayət hesab edilmir

c) cinayət hesab edilmir, lakin yüngül cəzaya səbəb olur

d) cinayət hesab edilir, lakin yüngül cəzaya səbəb olur

e) cinayət hesab edilmir, cəzalandırılmır, lakin Cinayət Məcəlləsinə əsasən ictimai qınağa səbəb olur


467. Cinayət məsuliyyəti hüquqi məsuliyyətin digər növlərindən ən çox nə ilə fərqlənir?

a) qaçılmazlığı

b) xüsusi çəkisi

c) xüsusi ictimai təhlükəliliyi

d) yüksək ağırlığı

e) dövlət tərəfindən tətbiq olunması


468. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinin yeganə vacib əsası nədir?

a) törədilmiş əməldə şahidlərin təsvir etdiyi cinayət tərkibinin mövcud olması

b) törədilmiş əməldə zərərçəkənlərin ərizələrində göstərilmiş cinayət tərkibinin mövcud olması

c) törədilmiş əməldə qanunda göstərilmiş cinayət tərkibinin mövcud olmaması

d) törədilmiş əməldə qanunda göstərilmiş cinayət tərkibinin mövcud olması

e) törədilmiş əməldə müstəntiqin müəyyənləşdirdiyi cinayət tərkibinin mövcud olması


469. Cinayət tərkibi dedikdə nə başa düşülür?

a) cinayət əməlini törədən şəxslərin tərkibi

b) konkret ictimai-təhlükəli əməli cinayət kimi xarakterizə edən əlamətlərin Konstitusiya Qanunu ilə müəyyən edilmiş məcmusu

c) konkret ictimai-təhlükəli əməli cinayət kimi xarakterizə edən əlamətlərin Konstitusiya ilə müəyyən edilmiş məcmusu

d) konkret ictimai-təhlükəli əməli cinayət kimi xarakterizə edən əlamətlərin cinayət qanunu ilə müəyyən edilmiş məcmusu

e) cinayət əməlini törədən şəxslərin və ondan zərər çəkən şəxslərin tərkibi


470. Cinayət subyekti kimlər ola bilər?

a) yalnız hüquqi şəxslər

b) istisnasız olaraq bütün fiziki şəxslər

c) yalnız qanunla müəyyən edilmiş şərtlərə cavab verən bütün fiziki şəxslər

d) həm istisnasız olaraq bütün fiziki şəxslər, həm də hüquqi şəxslər

e) yalnız cinayətkarlar


471. Cinayətin subyektiv cəhətini xarakterizə edən cəhətlər aşağıdakılardan hansılardır?

a) təqsir, vasitə və məqsəd

b) təqsir, motiv və niyyət

c) təqsir, motiv və amal

d) təqsir, motiv və məqsəd

e) təqsir, vasitə və niyyət


472. Cinayətin obyektini hansı ictimai münasibətlər təşkil edir?

a) qanunla mühafizə edilən ictimai münasibətlər

b) cinayət qanunu ilə mühafizə edilən ictimai münasibətlər

c) konstitusiya ilə mühafizə edilən ictimai münasibətlər

d) beynəlxalq hüquqla mühafizə edilən ictimai münasibətlər

e) milli qanunvericiliklə mühafizə edilən ictimai münasibətlər


473. Cinayətin obyektiv cəhətinin əlaməti kimi, əməl neçə formada çıxış edir və onlar hansılardır?

a) 3 - cinayətkar hərəkət, cinayətkar hərəkətsizlik və cinayətkar laqeyidlik

b) 2 - hərəkət və laqeyidlik

c) 2 - cinayətkarlıq və cinayətkar əməl

d) 2 - cinayətkar hərəkət və cinayətkar hərəkətsizlik

e) 3 - cinayətkar hərəkət, cinayətkar hərəkətsizlik və cinayətkar biganəlik


474. İctimai-təhlükəli əməl ilə baş verən ictimai - təhlükəli nəticə arasında səbəbli əlaqə cinayət tərkibinin hansı elementinin əlamətlərinə aiddir?

a) cinayət subyektinin əlaməti

b) cinayətin subyektiv cəhətinin əlaməti

c) cinayət obyekinin əlaməti

d) cinayətin obyektiv cəhətinin əlaməti

e) cinayətin obyektiv cəhətinin, eləcə də subyektiv cəhətinin əlaməti


475. Cinayət hüququnda təqsirin neçə forması var və onlar hansılardır?

a) 2 - qəsd və niyyətlilik

b) 2 - qəsd və biganəlik

c) 2 - qəsd və ehtiyatsızlıq

d) 3 - qəsd, ehtiyatsızlıq və son zərurət

e) 3 – ehtiyatsızlıq, biganəlik və son zərurət


476. Subyektin cinayət törətdiyi zaman rəhbər tutduğu, dərk olunmuş daxili arzusunun şərtləndirilmiş tələbatı və maraqları Cinayət Hüququnda necə adlanır?

a) arzu


b) məqsəd

c) motiv

d) tələbat

e) maraq
477. Cinayət Məcəlləsinin 21-ci maddəsinin 1-ci hissəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs necə adlanır?

a) xəstə

b) anlaqsız

c) səfeh

d) anlamaz

e) psix
478. Dövlət idarəçiliyi orqanlarının icraedici-sərəncamverici fəaliyyətlərindən törənən ictimai münasibətləri, digər dövlət orqanlarının idarəçilik fəaliyyətindən törənən ictimai münasibətləri və ictimai təşkilatların idarəçilik xarakterli funksiyaları həyata keçirmələrindən yaranan ictimai münsibətləri nizama salan hüquq sahəsi necə adlanır?

a) Dövlət Hüququ

b) Konstitusiya Hüququ

c) Cinayət Hüququ

d) İnzibati Hüquq

e) Dövlət İdarəçiliyi Hüququ


479. İnzibati hüququn xüsusi hissəsinin normaları neçə əsas qrupa bölünür?

a) 7


b) 5

c) 4


d) 3

e) 2
480. İdarəçilik fəaliyyəti üçün xarakterik olan ictimai münasibətlər İnzibati Hüququn hansı hissəsinin normaları ilə nizamlanır?

a) ictimai münasibətlər hissəsinin

b) xüsusi hissənin

c) idarəçilik hissəsinin

d) ümumi hissənin

e) idarəçilik və dövlət orqanları hissəsinin
481. İnzibati hüququn predmentini geniş mənada neçə qrup ictimai münasibət təşkil edir?

a) 5


b) 1

c) 2


d) 3

e) 7
482. Aşağıdakılardan biri İnzibati Hüququn mənbəyinə daxil deyil:

a) dövlət orqanları ilə ictimai təşkilatların inzibati hüquq normalarını özündə əks etdirən birgə normativ aktları

b) dövlət hakimiyyəti orqanlarının inzibati hüquq normalarını özündə əks etdirən normativ aktları

c) dövlət idarəçilik orqanlarının inzibati hüquq normalarını özündə əks etdirən normativ aktları

d) ictimai təşkilatların və Bələdiyyələrin inzibati hüquq normaları müəyyən edən və dövlət tərəfindən təsdiq edilməmiş normativ aktları

e) ictimai təşkilatların və bələdiyyələrin inzibati hüquq normaları müəyyən edən və dövlət tərəfindən təsdiq edilən normativ aktları
483. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi nəyə əsaslanır?

a) yalnız və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına

b) Azərbaycan Respublikasının Konstitusiyasına, inzibati hüququn nizamasalma metodlarına

c) Azərbaycan Respublikasının Konstitusiyasına və inzibati hüququn əsas prinsiplərinə

d) yalnız və yalnız hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə

e) Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə


484. İnzibati hüququn nizamasalma metodu üçün aşağıdakılardan biri xarakterik deyil:

a) birtərəfli hakimiyyət-tabeçiliyi

b) təşkilati tabeçilik

c) qeyri-təşkilati tabeçilik

d) dispozitivlik

e) b, c və d variantlarında göstərilənlərin hər üçü


485. İnzibati hüquq normaları ilə nizama salma aşağıdakı hansı formalarda həyata keçrilir?

1. konkret tərəflərə qarşı zor tətbiq etmək yolu ilə

2. konkret tərəflərə müəyyən cavabdehlik həvalə etmək yolu ilə

3. tərəflərə müvafiq hədiyyələr vermək yolu ilə

4. tərəflərə müvafiq səlahiyyətlər vermək yolu ilə

5. tərətflərə maddi təminat vermək yolu ilə

6. tərətflərə hüquqi təminat vermək yolu ilə

a) 2, 3, 5

b) 1, 4, 5

c) 2, 4, 6

d) 1, 3, 6

e) 1, 4, 6


486. İnzibati hüquq normalarının strukturu neçə elementdən ibarətdir və onlar hansılardır?

a) 2 - impiçment və sanksiya

b) 3 - prezumpsiya, dispozisiya və sanksiya

c) 3 - immunitet, dispozisiya və sanksiya

d) 3 - hipoteza, dispozisiya və sanksiya

e) 2 - impiçment və immunitet


487. Aşağıdakılar variantlardan biri inzibati hüquq normalarının növ müxtəlifliyini əks etdirmir:

a) səlahiyyətverici inzibati hüquq normaları

b) məcburedici inzibati hüquq normaları

c) qadağanedici inzibati hüquq normaları

d) tabedici inzibati hüquq normaları

e) müəyyənedici inzibati hüquq normaları


488. İnzibati hüquq normalarının konkret məzmunu və istiqamətinə görə neçə növü fərqləndirilir?

a) 2


b) 3

c) 5


d) 7

e) 8
489. İnzibati hüquq normalarının fəaliyyət müddətinə görə növləri aşağıdakı variantlardan hansında düzgün göstərilmişdir?

1. qeyri-müəyyən müddətə müəyyən olunan normalar

2. uzun müddətə müəyyən olunan normalar

3. müəyyən müddətə qəbul edilən normalar

4. qısa müddətə müəyyən olunan normalar

5. ən azı bir il müddətə müəyyən olunan normalar

6. ən azı üç il müddətinə müəyyən olunan normalar

a) 4, 5

b) 1, 2


c) 3, 6

d) 1, 3


e) 2, 5
490. İnzibati hüquq normalarının tətbiqinə dair aşağıda əksini tapmış fikirlərdən biri yanlışdır:

a) İnzibati hüquq normaları dövlət tərəfindən müəyyən olunan qaydada tətbiq olunmalıdır, bu tətbiq olunma-proses qaydaları əsasında həyata keçrilməlidir

b) İnzibati hüquq normaları hansı məqsəd üçün müəyyən olunmuşdursa, həmin məqsəd üçün də tətbiq edilməlidir

c) İnzibati hüquq normaları səlahiyyətli dövlət orqanları və ya vəzifəli şəxslər tərəfindən öz səlahiyyətləri dairəsində tətbiq edilir

d) İnzibati hüquq normaları bir sıra hallarda müəyyən olunmadıqları məqsədlər üçün və fiziki şəxlər tərəfindən tətbiq edilə bilərlər

e) İnzibati hüquq normalarının tətbiqi hüququ-aktlar vermək yolu ilə həyata keçirilir. Bu kimi hüquqi aktlar idarəçilik orqanlarının qərarlarından, sərəncamlarından və əmrlərindən, habelə Məhkəmə orqanlarının qərar və qətnamələrindən ibarətdir


491. İnzibati hüquq subyektləri dedikdə nə başa düşülür?

a) yalnız inzibati hüquq münasibətlərində iştirak edən hüquqi şəxslər

b) inzibati hüquq münasibətlərində iştirak etməyən tərəflər

c) yalnız inzibati hüquq münasibətlərində iştirak edən fiziki şəxslər

d) inzibati hüquq münasibətlərində iştirak edən tərəflər

e) inzibati hüquq münasibətlərində iştirak edən dövlətlər və beynəlxalq təşkilatlar


492. Aşağıdakılardan hansılar İnzibati Hüququn subyektlərinə aiddir?

1. dövlət orqanları, idarələri, müəssisələri, təşkilatları onların nümayəndələri və vəzifəli şəxsləri

2. ictimai təşkilatlar, onların orqanları, nümayəndələri və vəzifəli şəxsləri

3. dövlətlər, hüquqi şəxslər, kommersiya təşkilatları onların nümayəndələri və vəzifəli şəxsləri

4. ictimai təşkilatlar, onların orqanları, nümayəndələri və vəzifəli şəxsləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz elan edilmiş şəxslər

5. Azərbaycan Respublikası vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və xarici dövlətlərin vətəndaşları

6. dövlətlər, dövlət orqanları, idarələri, müəssisələri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz elan edilmiş şəxslər

a) 2, 4, 6

b) 1, 3, 5

c) 1, 2, 5

d) 3, 5, 6

e) 1, 4, 6


493. Fiziki şəxsin inzibati hüquq qabiliyyəti:

a) onun 15 yaşına çatması ilə yaranır, vəfatı ilə də ləğv olur

b) onun anadan olması ilə yaranır, müəyyən hallarda məhkəmə tərəfindən ləğv oluna bilər

c) onun anadan olması ilə yaranmır, müəyyən yaşda əmələ gəlir və vəfatı ilə də ləğv olur

d) onun 18 yaşına çatması ilə yaranır, vəfatı ilə də ləğv olur

e) onun anadan olması ilə yaranır, vəfatı ilə də ləğv olur


494. Seçkilərdə iştirak etməklə əlaqədar inzibati fəaliyyət qabiliyyəti neçə yaşda yaranır?

a) zəruri hallarda 14 yaş

b) 15 yaş

c) bir sıra hallarda 17 yaş

d) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə 17 yaşa endirilə bilər

e) 18 yaş


495. İnzibati xətanın ictimai təhlükəli olması harada göstərilir?

a) Cinayət Məcəlləsində

b) İnzibati Prosessual Məcəllədə

c) İnzibati Xətalar Məcəlləsində

d) Konstitusiyada

e) kütləvi informasiya vasitələrində


496. İnzibati hüquq münasibətləri ilə əlaqədar aşağıda əksini tapmış fikirlərdən biri yanlışdır:

a) inzibati hüquq münasibətləri idarəçilik fəaliyyəti dairəsində yaranır

b) inzibati hüquq münasibətləri həm üstün, həm də asılı tərəflərindən birinin təşəbbüsü ilə yaranır

c) inzibati hüquq münasibətləri icraedici-sərancamverici funksiya ilə əlaqədardır

d) inzibati hüquq münasibətləri inzibati hüquq normaları, habelə idarəçilik hüququ normaları və cinayət hüquq normaları ilə tənzimlənir

e) inzibati hüquq münasibətlərində tərəflərdən birisi mütləq dövlətin icraedici-sərancamverici funksiyasını həyata keçirən orqan (və ya onun vəzifəli şəxsi) olur


497. İnzibati hüquq münasibətlərinin maddi və prosessual olmaqla iki qrupa ayrılmasının əsasında hansı meyar dayanır?

a) inzibati hüquq münasibətlərinin məqsəd və təyinatı meyarı

b) inzibati hüquq münasibətlərində tərəflərin hüquq və vəzifələri meyarı

c) inzibati hüquq münasibətlərinin subyektləri meyarı

d) inzibati hüquq münasibətlərinin məzmunu meyarı

e) inzibati hüquq münasibətlərini meydana gətirən dəyərlər meyarı


498. İctimai təşkilatlar inzibati hüquq münasibətlərinin subyekti kimi çıxış edə bilərmi? Bu suala aşağıdakı verilən cavablardan biri səhvdir:

a) qanunvericiliklə qadağan olunmuş hallarda çıxış edə bilməz

b) dövlət aktlarının icra edilməsi prosesində çıxış edə bilər

c) əsla çıxış edə bilməz

d) idarəçilik orqanlarının nəzarət funksiyasının yerinə yetirilməsində çıxış edə bilər

e) ictimai təşkilatlara verilən və onlara məxsus olan əmlakların, binaların, müəssisələrin idarəçiliyində çıxış edə bilər


499. Vətəndaşlar özlərinə məxsus hüquqlardan istifadə edərkən onlarla dövlət orqanları arasında hansı növ hüquq münasibətləri yaranır?

a) adət hüququ münasibətləri

b) cinayət hüquq münasibətləri

c) beynəlxalq hüquq münasibətləri

d) inzibati hüquq münasibətləri

e) mülkiyyət hüquq münasibətləri

500. İnzibati hüquq normalarının tələblərinin pozulması zamanı hansı növ hüquqi məsuliyyət meydana gəlir?

a) konstitusion-hüquqi məsuliyyət

b) konstitusion-hüquqi məsuliyyət və inzibati-iltizam məsuliyyəti

c) cinayət hüquqi məsuliyyəti

d) inzibati-hüquqi məsuliyyət

e) inzibati-hüquqi məsuliyyət və cinayət hüquqi məsuliyyət


501. İnzibati xətanı cinayətdən fərqləndirən ən əsas amil nədir?

a) əməlin obyekti

b) əməlin obyektiv cəhəti

c) əməlin subyektiv cəhəti



d) əməlin ictimai təhlükəliliyinin dərəcəsi

e) əməlin subyekti
Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin