238. Dövlət kimlərin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
a) fəhlə və qulluqçuların
b) hər kəsin
c) xarici vətəndaşların və vətəndaşlığı olmayanların
d) qadın və kişilərin
e) şagird və tələbələrin
239. İnsana qarşı silah işlədilməsinə hansı hallarda yol verilmir?
a) Həbsdə olanın həbs yerindən qaçması zamanı
b) Cinəyətkarın yaxalanmasında
c) İctimai asayışı qəsdən pozduğu zaman
d) Son zərurət zamanı
e) Zəruri müdafiə zamanı
240) Respublikamızda hansı halda şəxsi vətəndaşlıqdan məhrum etmək olar?
a) Ağır cinayət törətdikdə
b) DİN-n əmrinə əsasən
c) Heç bir halda
d) Tüfeyli həyat tərzi keçirdikdə
e) Qeyri dövlətdə yaşamaq fikrində olması aşkar olarsa
241. Məntəqə seçki komissiyasının qərarlarından və hərəkətindən (Hərəkətsizliyindən) hansı orqana şikayyət etmək olar
a) Milli Məclisə
b) Mərkəzi seçki komissiyasına
c) Məhkəməyə
d) Dairə seçki komissiyasına
e) Dairə seçki komissiyasına və məhkəməyə
242. Xaricdə yaşayan AR-ın vətəndaşlarını hansı orqan müdafiə etməlidir.
a) Xarici işlər nazirliyi
b) həmin ölkənin konsulluğu
c) öz dövləti
d) Müdafiə nazirliyi
e) Milli Təhlükəsizlik orqanları
243. Şəxsin AR-n vətəndaşlığına qəbulu haqqında qərarı kim qəbul edir.
a) Müdafiə naziri
b) Daxili işlər naziri
c) AR-n Prezidenti
d) Xarici işlər naziri
e) AR-n Konstitusiya Məhkəməsi
244. Kimlər ana dilindən istifadə hüququndan məhrum edilə bilər?
a) AR-n vətəndaşlığından çıxmış şəxslər
b) ağır cinayət törətmiş şəxslər,
c) üç dəfə məhkum edilmişlər
d) Heç kəs
e) başqa dövlətin vətəndaşı ilə ailə həyatı qurmuş şəxslər.
245. Yaradıcılıq azadlığı kimlərə məxsusdur.
a) memarlara
b) şairlərə
c) hər kəsə
d) rəssamlara
e) Heç kimə
246. AR-də kimlərin seçkilərdə və referendumda iştirak etmək hüququ yoxdur?
a) yaşı 20-yə çatmamış gənclərin
b) yaşı 90-n keçmiş ahılların
c) yaşı 35-i keçmiş qarıların
d) məhkəmənin qərarı ilə fəaliyyət qabliyyətsizliyi təsdiq olunmuş şəxslərin
e) seçki məntəqəsində çalışan şəxsləri
247. Dövlət orqanlarına müraciət etmək hüquqi kimlərə verilə bilər?
a) Heç kimə
b) Yalnız millət vəkillərinə,
c) Yalnız dövlət vəzifəsində çalışanlara
d) Yalnız elm xadimlərinə
e) AR-in vətəndaşlarına
248. Respublikamızda azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə kimlər məşğul ola bilər?
a) Heç kim
b) Hər kəs
c) Yalnız fermer təşkilatları
d) Yalnız vəzifəli şəxslər
e) Yalnız xalqdan mandat almış şəxslər
249. Kimlərin əqli mülkiyyət hüquqları vardır?
a) AR-n xalq yazıçılarının
b) qabaqcıl mexanizatorların
c) AR-n əməkdar müəllimlərinin
d) Hər kəsin
e) AR-n əməkdar rəssamlarının
250. İnsanların şəxsi həyatı haqqında məlumatın toplanılmasına , saxlanılmasına, istifadəsinə və yayılmasına hansı hallarda yol verilir?
a) şəhər, rayon prokurorunun razılığı ilə
b) Məhkəmənin razılığı ilə
c) şəxsin öz razılığı ilə
d) İcra hakimiyyətinin göstərişi ilə
e) “Səni axtarıram ” verlişinin təşəbbüsü ilə
251. Aşağıdakı anlayışlardan biri hüququn anlayışı və mahiyyətini tam əks etdirir:
a) Hüquq ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirmədiyi və sanksiyalaşdırmadığı, dövlət tərəfindən qorunmayan, məcburi olmayan, davranış qaydalarının məcmusudur.
b) Hüquq ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusudur.
c) Hüquq hər bir şəxs üçün bərabər azadlıq və ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusudur.
d) Hüquq hər bir insanın özünün əldə etdiyi hüquqların və yaratdığı davranış qaydalarının məcmusudur.
e) Hüquq ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının, habelə hər bir şəxs üçün bərabər azadlıq və ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusudur.
252. Hüquq barədə nəzəriyyələr arasında aşağıdakılardan biri yoxdur:
a) marksist nəzəriyyə
b) pozitiv nəzəriyyə
c) təbii-pozitiv nəzəriyyə
d) təbii hüquq nəzəriyyəsi
e) hüququn psixoloji məktəbi
253. Hüququn əsas əlamətləri aşağıdakı cərgələrdən birində tam sadalanır:
a) ədalətlilik, sistemlilik, dövlət təminatı, dəfələrlə və qeyri-müəyyən müddətdə tətbiq olunma, geriyə tətbiq, ümumilik və fizik şəxslər tərəfindən yaradılma
b) yalnız normativlik, ümumilik, dövlət təminatı və ədalətlilik
c) təbiilik, normativlik, ümumilik, dövlət təminatı, obyektivlik, rəsmilik, dəfələrlə və qeyri-müəyyən müddətdə tətbiq olunma, ədalətlilik
d) normativlik, ümumilik, dövlət təminatı, obyektivlik, rəsmilik, dəfələrlə və qeyri-müəyyən müddətdə tətbiq olunma, ədalətlilik, sistemlilik
e) normativlik, ümumilik, dövlət təminatı, obyektivlik, rəsmilik, dəfələrlə və qeyri-müəyyən müddətdə tətbiq olunma, ədalətlilik və hüquqi şəxslər tərəfindən yaradılma
254. Hüquqün mənbələri barədə aşağıdakı fikirlərdən biri yanlışdır:
a) hüququn mənbələrindən biri kimi normativ hüquqi akt dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilir
b) hüquqi adətlər hüquq mənbələrinin növlərindən biridir
c) hüququn mənbələri dedikdə hüquq normalarının ifadə forması başa düşülür
d) hüququn mənbələri hüquq normalarının ifadə formalarıdır və hüquq mənbələri ancaq kommersiya hüquqi şəxsləri tərəfindən qəbul edilir
e) hüquq presedenti ölkəmizdə hüququn mənbəyi sayılmır
255. Hüququn əsas prinsipləri neçə növə bölünür?
a) 5
b) 1
c) 2
d) 4
e) 3
256. Hüquq normaları anlayışı və quruluşu barədə aşağıdakı fikirlərdən biri doğrudur:
a) Hüquq normaları ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilməyən, ictimai münasibətlərin iştirakçılarının yalnız vəzifələrini müəyyən edən qaydalalardır. Quruluşca hipoteza, dispozisiya və sanksiyadan ibarətdir.
b) Hüquq normaları xüsusi xarakter daşıyan, qeyri-rəsmi, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalalardır. Quruluşca hipoteza, dispozisiya və sanksiyadan ibarətdir.
c) Hüquq normaları ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalalardır. Quruluşca hipoteza, dispozisiya və sanksiyadan ibarətdir.
d) Hüquq normaları ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalalardır. Quruluşca yalnız sanksiyadan ibarətdir.
e) Hüquq normaları ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, qeyri-hökumət təşkilatları tərəfindən yaradılan, zərurət olmadıqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalalardır. Quruluşca hipoteza və sanksiyadan ibarətdir.
257. Hüquq normalarının təsnifatı onların icra edilməsi tələbinə görə aparıldıqda hüquq normalarının hansı növləri fərqləndirilir?
a) dispozitiv və səlahiyyətverici
b) imperativ və məcburi
c) imperativ və səlahiyyətverici
d) imperativ və dispozitiv
e) məcburi və səlahiyyətverici
258. Konstitusiyanın anlayışı və mahiyyəti barədə aşağıdakı fikirlərdən yalnız biri doğrudur:
a) Konstitusiya dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin hüquqi sistemnin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və lakin onlara zəmanət vermir
b) Konstitusiya dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin yalnız siyasi-hüquqi sisteminin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir
c) Konstitusiya dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin yalnız siyasi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və lakin onlara zəmanət vermir
d) Konstitusiya dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir
e) Konstitusiya dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını kütləvi informasiya vasitələrində elan edir və zəmanət vermir
259. Konstitusiyanın əsas xüsusiyyətlərinə aşağıdakılardan hansı daxil deyildir?
a) hərtərəfli nizamasalma
b) xalq tərəfindən qəbul edilmə
c) təsisedici xarakter daşıma
d) xalq və dövlət tərəfindən qəbul edilmə
e) ən yüksək hüquqi qüvvəyə malik olma
260. Konstitusiyanın legitimliyi dedikdə, ölkəmizin milli hüququ nöqteyi-nəzərindən nə başa düşülür?
a) Konstitusiyanın xalq tərəfindən seçilmiş ali nümayəndəli hakimiyyət orqanı tərəfindən ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi
b) Konstitusiyanın xalq tərəfindən seçilmiş ali nümayəndəli hakimiyyət orqanı tərəfindən qəbul edilməsi
c) Konstitusiyanın xüsusi təsis yığıncağı tərəfindən qəbul edilməsi
d) Konstitusiyanın xüsusi təsis yığıncağı tərəfindən ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi
e) Konstitusiyanın ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi
261. Konstitusiyanın hüquqi qüvvəsi məsələsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə istinadən aşağıda ifadə olunan fikirlərdən biri tamamilə yanlışdır:
a) Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir
b) Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir
c) Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək, birbaşa və qeyri-hüquqi qüvvəyə malikdir
d) Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır
e) Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi malikdir
262. Konstitusiyanın əsas funksiyaları aşağıdakı cərgələrdən yalnız birində düzgün göstərilmişdir:
a) hüquqi, sosial, texniki, tərbiyəvi
b) hüquqi, sosial, siyasi, dini
c) hüquqi, sosial, siyasi, tərbiyəvi
d) hüquqi, sosial, fəlsəfi, tərbiyəvi
e) hüquqi, mədəni, dini, tərbiyəvi
263. Konstitusiyanın forması dedikdə başa düşülür?
a) onun yazılı və ya elektron formada olması
b) onun yazılı və ya hüquqi olması
c) onun yazılı, ya şifahi və ya hüquqi olması
d) onun yazılı və ya şifahi olması
e) onun şifahi və ya hüquqi olması
264. Konstitusiyanın strukturu (Azərbaycan Respublikasının Konstitusiyasının) necədir?
a) preambula, bölüklər, fəsillər, maddələr
b) preambula, bölmələr, sezonlar, maddələr
c) preambula, bölmələr, sezonlar, bəndlər
d) preambula, bölüklər, sezonlar, maddələr
e) preambula, bölmələr, fəsillər, maddələr
265. Konstitusiyanın növlərinə aşağıdakılardan hansı aid deyil?
a) şifahi
b) yazılı
c) hökumət
d) parlament
e) prezident
266. Konstitusiyaların qəbulu qaydası barədə aşağıdakı fikirlərdən hansı doğrudur?
a) referendum (ümumxalq səsverməsi) yolu ilə yalnız ölkə ərazisində yaşayan və işləyən fiziki şəxslər tərəfindən qəbul olunur
b) referendum (ümumxalq səsverməsi) yolu ilə ölkə vətəndaşları tərəfindən qəbul olunmur
c) referendum (ümumxalq səsverməsi) yolu ilə yalnız ölkə ərazisində yaşayan və işləyən bütün əhali tərəfindən qəbul olunur
d) referendum (ümumxalq səsverməsi) yolu ilə yalnız ölkə vətəndaşları tərəfindən qəbul olunur
e) referendum (ümumxalq səsverməsi) yolu ilə yalnız hüquqi şəxslər tərəfindən qəbul olunur
267. Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi qaydası:
a) Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən birgə qəbul edilən normativ hüquqi aktla tənzimlənir
b) konstitusiyanın özündə nəzərdə tutulmayıb
c) Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir
d) Azərbaycan Respublikası I Vitse Prezidenti tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir
e) konstitusiyanın özündə nəzərdə tutulub
268. Referendum və seçki anlayışları aşağıdakı fikirlərdən biri doğrudur:
a) referendum konkret namizədlərin vəzifələrə seçilməsi deməkdir
d) seçki konstitusiya mətninin lehinə və ya əleyhinə səsvermə deməkdir
b) nəticə etibarilə eyni məna kəsb edir
c) nəticə etibarilə fərqli məna kəsb edirlər
e) referendum ümumxalq səsverməsi, seçki isə, yalnız konkret vəzifəli şəxslərin səsverməsi deməkdir
269. Referendumun təsnifatı zamanı məkan kriteriyasına görə referendumun hansı növləri fərqləndirilir?
a) ümummilli, universal, lokal
b) ümummilli, lokal, yerli
c) ümummilli, regional, universal
d) ümummilli, regional, yerli
e) ümummilli, rayonlar üzrə, yerli
270. Azərbaycanda konstitusiyanın inkişaf mərhələləri aşağıdakıların hansında illər üzrə xronoloji ardıcıllıqla düzgün göstərilmişdir?
a) 1918, 1920, 1937, 1978, 1995
b) 1918, 1921, 1937, 1978, 1995
c) 1921, 1923, 1937, 1978, 1995
d) 1921, 1927, 1937, 1978, 1995
e) 1921, 1927, 1938, 1978, 1995
271. Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixli konstitusiyasının əsas cəhətləri arasında aşağıdakılardan biri yoxdur:
a) milli hüququn əsas mənbəyidir
b) Azərbaycan ərazisindəki əcnəbilərə şamil olunmur
c) Azərbaycan Respublikası ərazisində ən yüksək hüquqi qüvvəyə malikdir
d) dövlət, bələdiyyə və xüsusi olmaqla mülkiyyətin 3 formasını tanıyır
e) Azərbaycan ərazisindəki qaçqın və məcburi köçkünlərə şamil olunmur
272. Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixli konstitusiyasının II fəslinin 7-ci maddəsinin I bəndinə əsasən Azərbaycan dövləti:
a) demokratik, pozitiv-hüquqi, dünyəvi, unitar respublikadır
b) demokratik, hüquqi, dünyəvi, federativ respublikadır
c) demokratik, hüquqi, müsəlman, unitar respublikadır
d) demokratik, hüquqi, dünyəvi, unitar respublikadır
e) demokratik, təbii-hüquqi, dünyəvi, unitar respublikadır
273. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsas elementlərinə aid deyil:
a) xalqın suverenliyi
b) xalqın hakimiyyəti
c) müasir dünyəvi və dini dövlət prinsipi
d) hakimiyyət bölgüsü
e) insan və vətəndaşın hüquq və azadlığının üstünlüyü
274. Azərbaycan dövlətinin demokratik xarakteri özünün ifadəsini konstitusiya quruluşunun hansı struktur elementlərində tapır?
a) xalq hakimiyyəti, hakimiyyətin bölgüsü, siyasi plüralizm, milli muxtariyyat
b) hüquqi dövlət, hakimiyyətin bölgüsü, iqtisadi plüralizm, yerli özünüidarəetmə
c) hüquqi dövlət, hakimiyyətin bölgüsü, dini-mədəni plüralizm, yerli özünüidarəetmə
d) xalq hakimiyyəti, hakimiyyətin bölgüsü, siyasi plüralizm, yerli özünüidarəetmə
e) xalq hakimiyyəti, hakimiyyətin mərkəzləşməsi, siyasi plüralizm, yerli özünüidarəetmə
275. Hüquqi dövlət barədə danışarkən hüququn aliliyi, hakimiyyətin bölgüsü, hamının qanun qarşısında bərabərliyi, hüquq və azadlıqların üstünlüyü, insan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı, qarşılıqlı məsuliyyət və nəhayət məhkəmə hakimiyyətinin müstəqilliyi nəyi xarakterizə edir?
a) hüquqi dövlətin növlərini, əsas əlamətlərini və prinsiplərini
b) hüquqi dövlətin əsas əlamətlərini və növlərini
c) hüquqi dövlətin növlərini, funksiyalarını və prinsiplərini
d) hüquqi dövlətin əsas əlamətlərini və prinsiplərini
e) hüquqi dövlətin prinsiplərini və funksiyalarını
276. Demokratik dövlətlərdə hakimiyyətin mənbəyi:
a) xalq və prezidentdir
b) xalq və Nazirlər Kabinetidir
c) yalnız monarxdır
d) xalq və parlamentdir
e) yalnız xalqdır
277. Aşağıdakı fikirlərdən biri yanlışdır:
a) Dünyəvi dövlətlərdə heç bir rəsmi din mövcud deyildir
b) Dünyəvi dövlətlərdə din dövlətdən tamamilə ayrıdır
c) Dünyəvi dövlətlərdə din dövlətdən ayrdır, ancaq çoxluğun dini ölkənin idarə olunmasında imtiyazlara malikdir
d) Dünyəvi dövlətlərdə bütün dini etiqadlar qanun qarşısında tamamilə bərabərdir
e) Yalnız yuxarıdakı b, c və d variantları doğrudur
278. Dövlət idarəetməsinin neçə forması mövcuddur və onlar hansılardır?
a) 4, monarxiya, respublika, qarışıq və cümhuriyyət
b) 3, monarxiya, respublika və qarışıq
c) 1, cümhuriyyət
d) 2, monarxiya və respublika
e) dövlət idarəetməsinin forması olmur
279. Dövlət quruluşunun hansı formaları fərqləndirilir?
a) unitar, federativ və konqlomerat
b) unitar, universal və konfederativ
c) unitar, federativ və konfederativ
d) muxtar, federativ və konfederativ
e) muxtar, federativ və lokal
280. Dövlət rejiminin neçə növü fərqləndirilir?
a) 4
b) 2
c) 8
d) 3
e) 5
281. İnsan və vətəndaşın hüquqi statusuna dair aşağıdakı fikirlərdən yalnız biri doğrudur:
a) vahid hüquqi statusa mənsub olan hər bir insanın hüquqlarının həcmi müəyyən dərəcədə, bu fərdin insan yoxsa, vətəndaş kimi çıxış etməsindən asılı deyildir
b) vahid hüquqi statusa mənsub olan hər bir insanın hüquqlarının həcmi müəyyən dərəcədə, bu fərdin insan yoxsa, vətəndaş kimi çıxış etməsindən asılıdır
c) insan və vətəndaşın hüquqi statusu dedikdə hüquqi şəxslərin malik olduqları hüquq və azadlıqlar arasında müxtəlifliklərin olması başa düşülür
d) insanın hüquqi statusu yalnız milli hüquqla, vətəndaşın hüquqi statusu isə, yalnız beynəlxalq hüquqla müəyyənləşdirilir
e) milli mentalitetə və adət-ənənələrə əsasən vahid hüquqi statusa mənsub olan hər bir insanın hüquqlarının həcmi onun kişi və ya qadın olmasından asılıdır.
282. İnsan hüquqlarının anlayışı və əhəmyyəti haqqında danışılan zaman Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqlarının universallığını ifadə etmək üçün aşağıdakı hansı cərgədəki ifadələrdən yararlanır?
a) hər kəs, hər bir kişi və qadın, hər bir insan
b) hər kəs, hər bir vətəndaş, hər bir insan
c) hamı, hər bir fiziki şəxs, hər bir vətəndaş
d) hər kəs, hər kəsə, hər kəsin
e) hamı, hər fiziki və hüquqi şəxs, hər bir insan
283. İnsan və vətəndaş hüquqları arasındakı fərqlər aşağıdakı hansı cümlədə açıqlanır?
a) “hər bir vətəndaş fiziki şəxsdir, hər bir insan isə hüquqi şəxsdir”
b) “hər bir vətəndaş insandır və hər bir insan da vətəndaşdır”
c) “hər bir vətəndaş insandır, hər bir insan hələ vətəndaş deyil”
d) “hər bir vətəndaş 18 yaşına çatdıqdan sonra vətəndaşlıq əldə edir, hər bir insan isə, anadan olduğu andan insandır”
e) hər ikisi mahiyyət etibarilə eyni anlayışlardır
284. İnsan və vətəndaşın əsas hüquqlarının əlamətlərinin hüquqda hamılıqla qəbul olunan sayı neçədir?
a) 8
b) 7
c) 9
d) 10
e) 12
285. İnsan hüquqlarının təsnifatı aparılarkən onların məzmun meyarına görə növləri aşağıdakı hansı cərgədə tam sadalanır?
a) şəxsi, fərdi, kollektiv, iqtisadi, sosial, mədəni
b) şəxsi, siyasi, iqtisadi, sosial, əsas və əlavə
c) şəxsi, siyasi, iqtisadi, sosial, ümumi
d) şəxsi, siyasi, iqtisadi, sosial, xüsusi
e) şəxsi, siyasi, iqtisadi, sosial, mədəni
286. Subyektiv mənada hüquq və vəzifə arasında fərq aşağıdakı variantlardan hansında tam açıqlanır?
a) hüquq insana aiddir, vəzifə isə yalnız vəzifəli şəxslərə
b) subyektiv mənada hüquq şəxsin öz iradəsilə həyata keçirə bildiyi vəzifələrdir. Vəzifə isə insanın obyektiv mümkün davranış variantı, imkanıdır
c) hüquq haqdır, vəzifə isə, vəzifədir
d) subyektiv mənada hüquq şəxsin öz iradəsilə həyata keçirə bildiyi mümkün davranış variantı, imkanıdır. Vəzifə isə insanın obyektiv zəruri, məcburi davranışıdır
e) Subyektiv mənada hüquq istənilən şəxsin öz iradəsilə həyata keçirə bildiyi mümkün davranış variantı, imkanıdır. Vəzifə isə yalnız vəzifəli şəxslərin obyektiv zəruri, məcburi davranışıdır
287. İnsan hüquq və əsas azadlıqlarının qorunması üzrə rəsmi mexanizmlərə aşağıdakılardan biri aid deyildir:
a) hüquq mühafizə orqanları
b) məhkəmələr
c) ombudsman
d) qeyri-hökumət təşkilatları
e) Avropa İnsan Haqları Məhkəməsi
288. Vətəndaşlığın anlayışı Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində nəzərdə tutulmuşdur. Bu anlayış aşağıdakılardan hansıdır?
a) Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində, habelə ondan kənarda və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
b) Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi, hüquqi, sosial, mədəni, dini bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
c) Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
d) Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
e) heç biri
289. Vətəndaşlığın əldə olunmasnın ümumi əsaslarına aşağıdakılardan biri aid deyil:
a) optasiya
b) filiasiya
c) naturalizasiya
d) reinteqrasiya
e) transfert
290. Azərbaycan Respublikası vətəndaşlığının prinsiplərinin hüquq ədəbiyyatında qəbul olunan sayı neçədir?
a) 4
Dostları ilə paylaş: |