79. Cinayət tərkibinin əlaməti deyil?
A) cəzanın məqsədi
B) cinayətin subyektiv cəhəti
C) cinayətin obyekti
D) cinayətin subyekti
E) cinayət məsuliyyəti
80. Aşağıda sadalanan cəza növlərindən hansı yetkinlik yaşına çatmayanlara tətbiq edilmir?
A) islah işləri
B) ictimai işlər
C) cərimə
D) müəyyən müddətə azadlıqdan məhrumetmə
E) azadlığın məhdudlaşdırılması
81. Cinayətdə iştirakçılığın formalarını tapın:
A) cinayəti əlbir törətmə
B) qismən və tam
C) qısa müddətli və uzun müddətli
D) cinayətdə fərdi fəaliyyət və cinayətdə birgə fəaliyyət
E) sadə və mürəkkəb
82. Təqsirə görə məsuliyyət prinsipi hansı hüquq sahəsinə aiddir?
A) Mülki hüquq
B) İnzibati hüquq
C) Əmək hüququ
D) Ailə hüququ
E) Cinayət hüququ
83. Azərbaycan Respublikasında nigah yaşı neçədir?
A) kişilərdə 18; qadınlarda 17
B) kişilərdə 18; qadınlarda 18
C) kişilərdə 17; qadınlarda 17
D) kişilərdə 17; qadınlarda 18
E) kişilərdə 16; qadınlarda 17
84. Nigaha daxil olmaq istəyən şəxslər ərizə verdiyi gündən sonra hansı müddətə nigah bağlanır?
A) 3 ay ərzində
B) 15 gün sonra
C) 3 gün sonra
D) 2 ay ərzində
E) 1 ay sonra
85. Nigah hansı halda etibarsız sayıla bilər?
A) tərəflərdən birinin tələbi ilə
B) heç bir halda
C) istənilən vaxt
D) məhkəmə qaydasında
E) dövlət orqanı tərəfindən
86. Qəyyumluq uşaq üzərində neçə yaşadək təyin edilir?
A) 12
B) 18
C) 17
D) 7
E) 14
87. Övladlığa götürmə barədə hansı orqana müraciət olunur?
A) uşaq müəssisəsinə
B) himayəçilik orqanına
C) qəyyumluq orqanına
D) məhkəməyə
E) icra hakimiyyətinə
88. Bunlardan hansı Mülki hüququn ümumi hissəsində öyrənilmir?
A) fiziki və hüquqi şəxslər
B) vərəsəlik hüququ
C) əşya hüququ
D) Mülki Məcəllənin məqsəd və vəzifələri
E) Mülki müddətlər
89. Əqdlər neçə tərəfli ola bilər?
A) bir, iki
B) iki, çox
C) iki
D) bir, iki, çox
E) iki, üç, çox
90. Formasına görə əqdlər neçə yerə bölünür?
A) imzalı və imzasız
B) təsdiqli və təsdiqsiz
C) yazılı və şifahi
D) müqaviləli və müqaviləsiz
E) müddətli və müddətsiz
91. Məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin vurduğu zərəri kim ödəyir?
A) ailə üzvləri
B) valideynləri
C) özü
D) dövlət
E) atası
92. İnzibati Hüququn prinsiplərinə daxil deyil:
A) qanunçuluq prinsipi
B) ədalətlilik prinsipi
C) insan hüquqlarına hörmət prinsipi
D) humanizm prinsipi
E) təqsirsizlik prezumpiyası prinsipi
93. Aşağıdakılardan hansı inzibati təhbeh növü deyil?
A) inzibati həbs
B) xəbərdarlıq
C) inzibati cərimə
D) cərimə
E) inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququn məhdudlaşdırılması
94. Azərbaycan Respublikası Konstitusiyasına görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə daxildir:
1. İnzibati ərazi bölgüsü
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul etmək
3. Siyasi sığınacaq verilməsi məsələsini həll etmək
4. Dövlətlərarası müqavilələri təsdiq və ləğv etmək
5. Vətəndaşlıq məsələlərini həll etmək
A) 1-2-4 B) 2-3-4 C) 2-3-5 D) 3-4-5 E) 2-4-5
95. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.3-cü maddəsinə əsasən mütəşəkkil dəstə dedikdə, nə başa düşülür?
A) Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsdən ibarət olan mütəşəkkil qrup mütəşəkkil dəstə adlanır
B) Ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədilə sabit mütəşəkkil cinayətkar qrup mütəşəkkil dəstə adlanır
C) Bir neçə ağır cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup mütəşəkkil dəstə adlanır
D) Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup mütəşəkkil dəstə adlanır
E) Bir və ya bir neçə ağır cinayətin törədilməsi məqsədi ilə iki və ya daha çox şəxsdən ibarət sabit cinayətkar qrup mütəşəkkil dəstə adlanır
96. Azərbaycan Respublikası Milli Məclisində aşağıdakı adda komissiya fəaliyyət göstərmir:
A) Elm və təhsil komissiyası
B) Regional məsələlər komissiyası
C) Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komissiyası
D) Siyasi məsələlər komissiyası
E) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyası
97. Nikahın bağlanmasına hansı halda yol verilmir?
A) Vətəndaşlığı olmayanlar arasında
B) Yaxın qonşular arasında
C) Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında
D) Nikah üçün müəyyən olunmuş yaşa çatdıqda
E) Nikaha daxil olan şəxslərdən biri hepatit xəstəsi olduqda.
98. Nikahın etibarsız sayılması ilə bağlı aşağıdakılardan hansı səhvdir?
A) Nikahın bu və ya digər səbəbə görə etibarsız hesab edilməsini həmin nikahda olmuş ər (arvad) öləndən sonra da tələb etmək olar
B) Nikah etibarsız sayıldıqda ər və arvad üçün nikahdan əmələ gələn qarşılıqlı hüquq və vəzifələr ləğv edilir
C) Ailə qurmaq niyyəti olmadan nikahın bağlanması halı nikahı etibarsız hesab etmək üçün müstəqil əsas sayıla bilməz
D) Nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumu nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir
E) Nikahın etibarsız sayılması nikahın etibarsız sayılması günündən sonra 500 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir
99. Aliment ödənilməsi barədə razılıq almadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay alınacak aliment miqdarı maksimum nə qədər ola bilər?
A) Hər uşaq üçün qazancın (başqa gəlirlərin) 10 faizi
B) Qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi
C) Qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi
D) Qazancın (başqa gəlirlərin) yarısı
E) Hər uşaq üçün qazancın maksimum 12 faizi
100. İnzibati hüququn xüsusi hissəsinin normaları 4 əsas qrupa bölünür. Aşağıdakılardan hansı bu normalar arasında yer almır?
A) sosial-iqtisadi sahədə idarəçiliayi nizama salan normalar
B)dövlət idarəçiliyi funksiyasının həyata keçirilməsi sahəsindəki münasibətləri nizama salan normalar
C) İnzibati hüquq normalarının pozanların intizam və ya inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar normalar
D)ictimai-mədəni quruculuq sahəsində idarəçiliyi nizama salan normalar
E)ictimai-siyasi idarəçilik sahəsini nizama salan normalar
101. İnzibati hüquq münasibətləri özünün məqsəd və təyinatına görə iki yerə bölünür. Aşağıdakılardan hansı bu təsnifata daxildir?
A) Şaquli inzibati hüquq münasibətləri
B) İdarəçilik fəaliyyətləri ilə əlaqədar olan münasibətlər
C) Əmlak xarekterli inzibati hüquq münasibətləri
D) Qeyri-əmlak xarakterli inzibati hüquq münasibətləri
E) İnzibati qaydada qorunan inzibati hüquq münasibətləri
102. Əmək Məcəlləsinə görə kollektiv müqavilə hansı müddətə bağlana bilər?
A) Müddətsiz
B) 1-3 il
C) 1 il
D) 1-5 il
E) 5 ilə qədər
103. Qanunsuz sahiblik iki yerə bölünür. Bunlar:
A) maddi və mənəvi
B) hüquqi və qeyri-hüquqi
C) fərdi və kollektiv
D) vicdanlı və vicdansız
E) əşya və əmlak
104. Bələdiyyə əmlakının yaranması mənbələrindən biri:
A) fiziki və hüquqi şəxslərin bələdiyyələrə məcburi maddi yardım şəklində verdikləri əmlak
B) bələdiyyə sədrinin şəxsi əmlakı
C) bələdiyyənin müsadirə etdiyi əmlak
D) varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak
E) beynəlxalq təşkilatların və fondların bələdiyyələrə ödəmək məcburiyyətində olduqları pul vəsaitləri
105. Əşyanı tapan şəxs, onu mülkiyyətçisinə verdiyi zaman tapılmış əşyanın dəyərinin neçə faizi miqdarında bəxşiş tələb edə bilər?
A) 5
B) 10
C) Üçdə biri
D) 50
E) 20
106. Müsadirə mülkiyyət hüququnun əldə edilməsinin hansı üsuluna daxildir?
A) Sahibsiz əmlak üzərində mülkiyyət hüququ
B) İlkin
C) Yeni hazırlanmış əşya üzərində mülkiyyət hüququnun əldə edilməsi
D) Törəmə
E) Yığılması hamıya müyəssər olan əmlakın mülkiyyətə götürülməsi
107. Vindikasiya iddiasına aşağıdakılardan kim malikdir?
A) Bütün vətəndaşlar
B) Əmlakın faktiki sahibi olan mülkiyyətçi
C) Əmlakdan istifadə edən şəxs
D) Dövlət
E) Əmlakın sahibliyini itirmiş mülkiyyətçi
108. Azərbaycan Respublikası Konstitusiyasının birinci bölməsi neçə fəsildən ibarətdir?
A) 2
B) 3
C) 4
D) 5
E) 6
109. Azərbaycan Respublikası Konstitusiyasının birinci bölməsinin fəsilləri hansılardır?
A) dövlətin əsasları və icra hakimiyyəti
B) xalq hakimiyyəti və icra hakimiyyəti
C) xalq hakimiyyəti və dövlətin əsasları
D) icra və qanunvericilik hakimiyyəti
E) vətəndaş hüquqları və seçki
110. Konstitusiyamızın bu fəlsində dövləti səciyyələndirən əsas elementlərin xüsusiyyətləri və onun fundamental əsasları ilə bağlı məsələlər tənzimlənir:
A) xalq hakimiyyəti
B) dövlətin əsasları
C) icra hakimiyyəti
D) qanunvericilik hakimiyyəti
E) vətəndaş hüquqları
111. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək hüququ:
A) azadlıq
B) suverenlik
C) müstəqillik
D) hüquq bərabərliyi
E) demokratiya
112. Azərbaycan Respublikası Konstitusiyasının birinci bölməsınin hansı maddəsinə 24 avqust 2002-ci ildə əlavə edilmişdir?
A) 5-ci maddəsinə
B) 2-ci maddəsinə
C) 4-cü maddəsinə
D) 1-ci maddəsinə
E) 3-cü maddəsinə
113. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan dövləti necə müəyyən olunub?
A) Azərbaycan dövləti demokratik, sosial, dünyəvi, unitar respublikadır
B) Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, sosial, unitar respublikadır
C) Azərbaycan dövləti demokratik, dünyəvi, hüquqi respublikadır
D) Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır
E) Azərbaycan dövləti sosial, demokratik, dünyəvi unitar respublikadır
114. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsinə görə dövlətin ali məqsədi necə müəyyən olunmuşdur?
A) Müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etmək
B) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri tətbiq etmək
C) Mülkiyyətin hər növünə hörmət göstərmək və qorumaq
D) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir
E) Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək dövlətin ali məqsədidir
115. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə görə “Xəzər”in statusu dəniz, yoxsa göl kimi müəyyən olunub?
A) Daxili su hövzəsi olaraq
B) Dəniz kimi
C) Göl kimi
D) Həm dəniz, həm də göl kimi
E) Xarici su hövzəsi kimi
115. Milli Məclis nə vaxt səlahiyyətli sayılır?
a) 95 deputatın səlahiyyəti təsdiq olunduqda
b) 42 deputatın səlahiyyəti təsdiq olunduqda
c) 125 deputatın səlahiyyəti təsdiq olunduqda
d) 63 deputatın səlahiyyəti təsdiq olunduqda
e) 83 deputatın səlahiyyəti təsdiq olunduqda
116. Milli Məclis hər il neçə dəfə sessiyalarına yığılır?
a) yaz, payız və qış sessiyalarına
b) yaz, yay, payız və qış sessiyalarına
c) iki növbəti yaz və payız sessiyalarına
d) payız və qış sessiyalarına
e) yaz və qış sessiyalarına
117 Milli Məclisin ilk iclası nə vaxt çağırılır?
a) 63 deputatın səlahiyyəti təsdiq edildikdən sonra
b) 95 deputatın səlahiyyəti təsdiq edildikdən
c) 83 deputatın səlahiyyəti təsdiq edilən gündən sonra
d) 42 deputatın səlahiyyəti təsdiq edildikdən sonra
e) 83 deputatın səlahiyyəti təsdiq edilən gündən başlayaraq bir həftədən gec olmayaraq
118, AR Milli Məclisinin növbədənkənar sessiyalarını Milli Məclisin sədri kimlərin tələbi əsasında çağrılır?
a) Baş Nazirin
b) Baş Prokurorun
c) Ali Məhkəmənin sədrinin
d) Daxili İşlər Nazirinin
e) AR Prezidentinin və ya Milli Məclisin 42 deputatının
119. Milli Məclisin növbədənkənar sessiyasının gündəliyini kimlər müəyyənləşdirir?
a) Milli Məclisin sədri
b) AR –nın Baş Naziri
c) Onun çağırılmasını tələb edənlər
d) Ədliyyə Naziri
e) Ali Məhkəmənin sədri
120. Kimin təklifi ilə Milli Məclisin sessiyasının qapalı iclası keçirilə bilər?
a) Baş Prokurorun
b) Milli Məclisin sədrinin
c) AR Baş Nazirinin
d) Ali Məhkəmənin sədrinin
e) AR Prezidentinin
121. Milli Məclisin deputatı cinayət başında yaxalandıqda onu tutan orqan bu barədə dərhal kimə xəbər verməlidir?
a) AR-nın Baş Prokuroruna
b) Milli Məclisin sədrinə
c) Ədliyyə nazirinə
d) AR-nın Prezidentinə
e) Ombudsmana
122. Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi qaydası necədir?
a) Baş Prokurorun təqdimatına əsasən Prezidentin
b) Baş prokurorun təqdimatına əsasən Ədliyyə Nazirin əmri ilə
c) Baş Prokurorun təqdimatına əsasən Baş Nazirin qərarı ilə
d) Baş Prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə qərarı
e) Baş Prokurorun təqdimatına əsasən Konstitusiya Məhkəməsinin qərarı ilə
123. AR-ın Milli Məclisinin aktları hansılardır?
a) Qanunlar, sərəncamlar
b) Konstitusiya qanunları, qanunlar və qərarlar
c) Sərəncamlar, fərmanlar
d) Əmrlər, təlimatlar
e) Qərarlar və sərəncamlar
124. Aşağıdakı məsələlərdən biri üzrə referendum keçirilə bilər:
a)
b) Vergilər və dövlət büdcəsi
c) Amnistiya və əfvetmə
d) Qanunvericilik və icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi
e) Azərbaycan Respublikası Konstitusiyasının dəyişikliklər edilməsi
125. AR-nın Prezidentinin seçkiləri , Milli Məclisin deputatlarının statusu və referenduma dair qanunlar neçə səs çoxluğu ilə qəbul edilir?
a) 63
b) 95
c) 83
d) 75
e) 125
126. Qanun və ya qərar layihəsini AR-nın Prezidenti , Ali Məhkəmə, AR—nın Prokurorluğu və Naxçıvan MR-nın Ali Məclisi təcili elan ediblərsə hansı müddət ərzində səsə qoyulur?
a) 3 ay
b) 1 ay
c) 2 ay
d) 20 gün
e) 25 gün
127. Qanunvericilik təşəbbüsü qaydasında AR- Prezidentinin , AR Ali Məhkəməsinin, AR-nın seçki hüququ olan 40 min vətəndaşının , AR Prokurorluğunun və Naxçıvan MR Ali Məclisinin Milli Məclisə təqdim etdiyi qanun və ya qərar layihələri hansı müddətdə səsə qoyulur?
a) 1 ay
b) 2 ay
c) 3 ay
d) 1 ay 15 gün
e) 4 ay
128. Qanunlar qəbul edildiyi gündən neçə gün müddətində AR-nın Prezidentinə imzalamaq üçün təqdim edilir?
a) 7 gün
b) 21 gün
c) 14 gün
d) 28 gün
e) 30 gün
129. Təcili elan olunan qanun layihəsi AR-Prezidentinə imzalamaq üçün qəbul edildiyi gündən hansı müddət ərzində təqdim edilir?
a) 12 saat
b) 48 saat
c) 72 saat
d) 24 saat
e) 16 saat
130. Qanunun özündə başqa qayda nəzərdə tutulmayıbsa o nə vaxtdan qüvvəyə minir?
a) AR Prezidentinə imzalamaq üçün təqdim edilən gündən
b) AR Prezidenti imzaladığı gündən
c) Dərc edildiyi gündən
d) Milli Məclisdə qəbul edildiyi gündən
e) Dərc ediləndən 10 gün sonra
131. AR –də icra hakimiyyəti kimə mənsubdur?
a) AR-nın Baş Nazirinə
b) AR-nın Prezidentinə
c) AR-nın Baş Prokuroruna
d) Konstitusiya Məhkəməsinin sədrinə
e) Milli Məclisin sədrinə
132. AR Prezidenti seçilmiş şəxsin and içmə mərasimində kimlərin iştirakı zəruridir?
a) Nazirlərin
b) Millət vəkillərinin
c) Konstitusiya Məhkəməsi hakimlərinin
d) Seçicilərin
e) Ailə üzvlərinin
133. AR-in Prezidenti öz səlahiyyətlərinin icrasına nə vaxt başlamış sayılır?
a) seçkilərdən 5 gün sonra
b) seçkilərin yekunları elan olunduğu gündən
c) seçkilərdən 14 gün sonra
d) seçkilərdən 7 gün sonra
e) and içdiyi gündən
134. AR Prezidenti istefa verdikdə onun istefa ərizəsi hansı orqana təqdim olunur?
a) Mərkəzi Seçki Komissiyasına
b) AR-in Baş Prokuroruna
c) AR-in Konstitusiya Məhkəməsinə
d) AR-in Milli Məclisinə
e) Ali Məhkəməyə
135. AR-ın Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə növbədənkənar Prezident seçkiləri hansı müddət ərzində keçirilir?
a) 1 ay ərzində
b) 3 ay ərzində
c) 2 ay ərzində
d) 4 ay ərzində
e) 45 gün ərzində
136. AR Milli Məclisinin deputatlarının neçə səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında AR –nın Prezidenti vəzifəsindən kənarlaşdırıla bilər?
a) 125 səs çoxluğu ilə
b) 63 səs çoxluğu ilə
c) 83 səs çoxluğu ilə
d) 95 səs çoxluğu ilə
e) 100 səs çoxluğu ilə
137. AR Milli Məclisinin AR-ın Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərarını kim imzalayır?
a) AR Milli Məclisinin sədri
b) Ali Məhkəmənin sədri
c) Ədliyyə Naziri
d) AR Konstitusiya Məhkəməsinin sədri
e) Baş Prokuror
138. AR-nın Baş Nazirini kim vəzifəyə təyin edir və vəzifəsindən azad edir?
a) Milli Məclis
b) Konstitusiya Məhkəməsi
c ) Milli Məclisin razılığı ilə AR-ın Prezidenti
d) Ali Məhkəmə
e) Baş Prokuror
139. Nazirlər Kabinetinin istefası haqqında qərarı kim qəbul edir?
a) AR-ın Baş Naziri
b) AR-ın Milli Məclisi
c) AR-ın Prezidenti
d) AR-nın Baş Prokuroru
e) AR-ın Konstitusiya Məhkəməsi
140. AR-nın Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq neçə gün ərzində imzalayır?
a) 14 gün ərzində
b) 56 gün ərzində
c) 42 gün ərzində
d) 21 gün ərzində
e) 63 gün ərzində
141. AR –Prezidentinin hərbi vəziyyət elan edilməsi və fövqəladə vəziyyət tətbiq edilməsi barədə qəbul etdiyi fərmanı hansı müddətdə Milli Məclisin təsdiqinə verir?
a) 3 gün müddətində
b) 5 gün müddətində
c) 24 saat müddətində
d) 10 gün müddətində
e) 7 gün müddətində
142. AR Prezidentliyinə namizəd yaşı neçədən aşağı olmayan AR vətəndaşı olmalıdır?
a) 21-dən
b) 12 oktyabr 2016-cı il tarixinədək 35-dən, həmin tarixdən etibarən isə yaş məhdudiyyəti birbaşa göstərilmir
c) 18-dən
d) 25-dən
e) 40-dan
143. AR ərazisində neçə ildən artıq daimi yaşayan AR vətəndaşı AR Prezidenti seçilə bilər?
a) 15 ildən
b) 5 ildən
c) 10 ildən
d) 3 ildən
e) 1 ildən
144. AR-in Prezidentinin səlahiyyət müddəti neçə ildir?
a) 7 il
b) 4 il
c) 5 il
d) 3 il
e) 10 il
145. AR Prezidenti hansı səs çoxluğu ilə seçilir?
a) 2/3 səs çoxluğu ilə
b) Şərtləndirilmiş səs çoxluğu ilə
c) Səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə
d) Nisbi səs çoxluğu ilə
e) ¾ səs çoxluğu ilə
146. AR Nazirlər Kabinetinin tərkibinə kimlər daxildir?
a) Komitə rəhbərləri
b) Müəssisə rəhbərləri
c) İdarə rəhbərləri
d) Baş Nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
e) Deputatlar və hakimlər
147. Nazirlər Kabinetinin iclaslarına bir qayda olaraq kim sədrlik edir?
a) Baş Prokuror
b) Baş Nazir
c) Milli Məclisin sədri
d) Maliyyə Naziri
e) Daxili işlər Naziri
148. Nazirlər Kabinetinin qərar və sərəncamları nə vaxt qüvvəyə minir?
a) Dərc ediləndən 5 gün sonra
b) Dərc ediləndən 10 gün sonra
c) İmzalandığı gündən
d) Onlarda başqa qayda nəzərdə tutulmayıbsa dərc edildiyi gündən
e) Dərc ediləndən 2 gün sonra
149. Baş Nazir vəzifəsinə yaşı neçədən aşağı olmayan AR vətəndaşı təyin edilir?
a) 12 oktyabr 2016-cı il tarixədək 30-dan, həmin tarixdən etibarən yaş məhdudiyyəti birbaşa göstərilmir
b) 35-dən aşağı olmayan
c) 25-dən aşağı olmayan
d) 40-dan aşağı olmayan
e) 21-dən aşağı olmayan
150. Baş Nazirin müavini, nazir və digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə yaşı neçədən aşağı olmayan AR vətəndaşı təyin edilir?
a) 12 oktyabr 2016-cı il tarixədək 30-dan, həmin tarixdən etibarən yaş məhdudiyyəti birbaşa göstərilmir
b) 20-dən
c) 35-dən
d) 21-dən
e) 30-dan
151. Baş Nazirin toxunulmazlığına kim tərəfindən xitam verilə bilər?
a) Konstitusiya Məhkəməsinin sədri
b) Baş Prokuror
c) Ali Məhkəmənin sədri
d) Baş Prokurorun təqdimatına əsasən AR Prezidenti
e) Milli Məclisin sədri
152. İcra hakimiyyəti başçılarını kim vəzifəyə təyin və vəzifədən azad edir?
a) Baş Nazir
b) Milli Məclisin sədri
c) AR Prezidenti
d) Daxili İşlər Naziri
e) Ali Məhkəmənin sədri
153. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini kim müəyyən edir?
a) Nazirlər Kabineti
b) Baş Nazir
c) Milli Məclis
d) AR Prezidenti
e) Konstitusiya Məhkəməsinin sədri
154. Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında qərarı hansı orqan qəbul edir ?
a) Ədliyyə Nazirliyi
b) Nazirlər Kabineti
c) Konstitusiya Məhkəməsi
d) 83 səs çoxluğu ilə Milli Məclis
e) AR Prezidenti
155. Məhkəmənin qəbul etdiyi qərarlar kimin adından çıxarılır?
a) Hakimin
b) AR Prezidentinin
c) Baş Prokurorun
d) Dövlətin
e) Şəhərin, rayonun
156. Konstitusiya Məhkəməsi neçə hakimdən ibarətdir?
a) 7
b) 9
c) 15
d) 11
e) 13
157. Konstitusiya Məhkəməsi hakimləri vəzifəyə necə təyin edilir?
a) Seçki yolu ilə
b) Ali Məhkəmənin qərarı ilə
c) Referendum yolu ilə
d) Milli Məclisin qərarı ilə
e) AR Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən
158. Kassasiya qaydasında ədalət mühakiməsini hansı orqan həyata keçirir?
a) Apellyasiya Məhkəmələri
b) Konstitusiya Məhkəməsi
c) Ali Məhkəmə
d) Hərbi Məhkəmələr
e) İqtisad Məhkəmələri
159. Məhkəmə qərarı nəyə əsaslanmalıdır?
a) faktlara
b) Fərziyyələrə
c) Qanuna və sübutlara
d) Ehtimallara
e) Adət və ənənələrə
Dostları ilə paylaş: |