Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası



Yüklə 201,58 Kb.
səhifə2/4
tarix14.05.2023
ölçüsü201,58 Kb.
#113430
1   2   3   4
Ekologiya huququnun menbeleri

1. Ekologiya hüququnun anlayışı
Dövlət və hüququn ekoloji funksiyasının inkişafı hüquq normalarının yeni məcmusunun yaranmasına gətirib çıxarır ki, bu da ekologiya hüququ adlanır. Ekologiya hüququ Azərbaycan Respublikasının hüquq sisteminə daxil olan müstəqil hüquq sahələrindən biridir. O, indiki və gələcək nəsillərin mənafeyi naminə cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsi sahəsində ictimai (ekoloji) münasibətləri tənzimləyir.
«Ekologiya» termini (yunanca oikos - ev, mənzil, yaşayış yeri və loqos - elm sözlərindən əmələ gəlmişdir) elmi dövriyyəyə alman alimi E.Hekkel tərəfindən 1866-cı ildə daxil edilmişdir, ilk dəfə bu termin biologiya elmi sahəsində işlədilmişdir. Həmin termin XX əsrin ortalarından başlayaraq populyarlıq qazanmışdır. Müasir anlamda o, təbiət böhranlarının meydana çıxması, təbiət obyektlərinin mühafizəsi tələbatının yaranması, insanın ətraf mühitə lazımi münasibətində ifadə olunan və bütövlükdə cəmiyyətin təbiətə münasibətini müəyyən edən təbiətdən səmərəli istifadənin xüsusi tələblərinin işlənib hazırlanması zərurəti ilə əlaqədar istifadə olunmağa başlanmışdır.
Ekologiya canlı orqanizmlərin onları əhatə edən təbii yaşayış mühiti ilə qarşılıqlı təsiri haqqında təlim kimi başa düşülür. Ümumi ekologiyadan onun çox mühüm hissəsi olan sosial ekologiya ayrılmışdır.Sosial ekologiyanın mühüm tərkib hissəsindən biri hüquqi ekologiyadır. Hüquqi ekologiya dedikdə, cəmiyyət və təbiətin qarşılıqlı təsiri sahəsində ictimai (ekoloji) münasibətləri tənzim edən normaların məcmusu başa düşülür. Hüquqi ekologiyanın təzahür formalarından biri ekologiya hüququdur. Ekologiya hüququ ətraf təbii mühitin qorunub saxlanması və səmərəli istifadə edilməsi naminə cəmiyyət və təbiətin qarşılıqlı təsiri sahəsindəki ekologiya-hüquq münasibətlərini tənzim edən hüquq normalarının məcmusudur.
Hüquq ədəbiyyatında «ekologiya hüququ» termininin əvəzinə «ətraf mühit hüququ» termininin işlədilməsi zəruriyyəti barədə fikir mövcuddur. Lakin bu mövqe ilə razılaşmaq çətindir. «Ətraf mühit hüququ» ekoloji münasibətlərdən başqa, istehsal-təsərrüfat münasibətlərini də ehtiva edir ki, bu da həmin hüququn predmetini, tətbiqi sərhədlərini, habelə onun sistemini dəqiq müəyyən etməyə imkan vermir. Bu isə hüquqtətbiqetmə fəaliyyətində çətinliklərə gətirib çıxara bilər.
Hüquqi tənzimləmənin predmetinin düzgün müəyyən edilməsi hüquq normalarının düzgün tətbiqinin məcburi şərtidir. Hüquqi tənzimləmənin predmeti qismində yalnız müəyyən əlamətlərə malik ictimai münasibətlər çıxış edə bilər. Həmin əlamətlər sırasında aşağıdakıları göstərmək olar:

  1. Bu münasibətlər iradəvi xarakterə malikdir, yəni onların yaranması, dəyişməsi və xitamı xeyli dərəcədə insanların iradəsi ilə müəyyən olunur

  2. Bu münasibətlər müxtəlif ekoloji sistemləri təşkil edən təbiət obyektləri, habelə müxtəlif daxili və xarici iqtisadi əlaqələrlə bağlı təşəkkül tapır

  3. Bu münasibətlər insanın yaşayış mühitini təşkil edən və onun həyat fəaliyyətinin şəraitini və sağlamlığını təmin edən obyektlər məcmusunun tənzimlənməsinə yönəlir

Ekologiya hüququnun predmetini digər sahələrdən fərqləndirən daha bir meyar mövcuddur: bu, ekologiya hüquq normalarının təsir sahəsidir. Hüquqi tənzimləmə təcrübəsində elə hallara rast gəlinir ki, bir hüquq sahəsinin normaları digər sahələrin normalarının qüvvəsini «idarə edir». Hüquqi tənzimləmənin predmeti dedikdə hüquq normalarının təsirinin yönəldiyi ictimai münasibətlər başa düşüldüyündən, predmet «rəhbər-norma» üzrə deyil, «icraçı-norma» üzrə müəyyən edilir.

Yüklə 201,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin