Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası



Yüklə 201,58 Kb.
səhifə4/4
tarix14.05.2023
ölçüsü201,58 Kb.
#113430
1   2   3   4
Ekologiya huququnun menbeleri

Ekologiya hüququnun sistemi.
«Ekologiya hüququnun sistemi» anlayışı üç mənada işlədilir: hüquq sahəsi, elm və tədris fənni kimi ekologiya hüququnun sistemi. Hüquq sahəsi kimi ekologiya hüququnun sisteminin təməl daşı şəxslərin müəyyən dairəsi üçün və dəfələrlə istifadə olunmaq üçün nəzərdə tutulmuş ümumi qaydanı təsbit edən ekologiya hüquq normasıdır. Ekologiya hüquq norması da öz növbəsində elementlərdən ibarət sistemdir. Hüquq sahəsi kimi ekologiya hüququ belə mikro- sistemlərdən təşkil olunmuşdur. Ekologiya hüquq normasının elementləri ənənəvi olaraq hipoteza, dispozisiya və sanksiyadır.
Hipoteza ekologiya hüquq normasında təsbitini tapmış qaydanın tətbiq edilməli olduğu şəraitdir (müvafiq şərtlərin məcmusudur).
Dispozisiya hüquq münasibətləri subyektlərinin normada təsbitini tapmış davranış qaydasıdır
Ekologiya hüquq normasının sanksiyası normanın yerinə yeti- rilməməsinə, yaxud lazımi qaydada yerinə yetirilməməsinə görə yarana biləcək məsuliyyət tədbirləridir. Qanunvericilikdə ekologiya hüquq pozuntularına görə intizam, inzibati və cinayət məsuliyyəti, zərər yetirildikdə maddi məsuliyyət, habelə müəyyən hallarda xüsusi məsuliyyət (məsələn, istifadəyə verilmiş təbiət obyektinin geri alınması) nəzərdə tutulmuşdur.


3.Ekologiya hüququnun mənbələrinin anlayışı
Maddi mənada hüququn mənbəyi dedikdə, bu və ya başqa sənəd barəsində xalqın referendum və ya rəy sorğusu yolu ilə ifadə olunmuş iradəsi başa düşülür. Bu mənada hüququn mənbəyinə ən yaxşı misal Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il referendumunda qəbul edilmiş Konstitusiyası ola bilər.
Formal mənada hüququn mənbəyi dedikdə, ümumi davranış qaydalarını - hüquq normalarını özündə əks etdirən hüququn müxtəlif ifadə formaları başa düşülür. Ölkəmizdə belə ifadə forması qismində müxtəlif normativ hüququ aktlardan ibarət olan qanunvericilik çıxış edir. Qanunvericilik hüququn zahiri ifadə formasıdır, çünki hüquq təkcə hüquq normalarından yox, həm də həmin normaların tətbiqi prosesində meydana çıxan hüquq münasibətlərindən ibarətdir
Hüquq normalarının onların təsbit forması olan ekologiya hüququnun mənbələri ilə üst-üstə düşməməsini şərtləndirən əlamətlərin üç əsas qrupunu fərqləndirmək olar:
a) ifadə formasına görə. Hüquq mənbəyi yalnız normativ mətnlə ifadə oluna bilər və yalnız müəyyən normativ hüquqi aktlar (qanunlar, məcəllələr, əsasnamələr, nizamnamələr və s.) şəklində mövcuddur. Hüquq norması isə bu və ya digər normativ hüquqi aktın mövcud olmaması, yaxud «susması» yolu ilə də ifadə oluna bilər.
b) sahələrin strukturuna görə. Ekoloji hüquq normaları hüquq sahəsi kimi ekologiya hüququnu təşkil etdiyi halda, ekologiya münasibətlərini tənzimləyən normativ hüquqi aktlar qanunvericilik sahəsini təşkil edir. Hüquq sahəsi yalnız şaquli struktura malik olduğu halda, qanunvericilik sahəsi həm üfüqi, həm də şaquli struktura malik ola bilər.
c) hüquq normasını və normativ hüquqi aktı təşkil edən ilkin elementlərin strukturuna görə. Hüquq norması daimi struktura (hipoteza, dispozisiya və sanksiya) malik olduğu halda, normativ hüquqi akt çoxlu sayda daxili elementlərə malik ola bilər (maddələr, bəndlər, yarımbəndlər və s.). Ona görə də normativ hüquqi aktın bir bəndində və ya maddəsində bir neçə hüquq norması əks oluna bilər, eyni zamanda bir hüquq norması bir neçə normativ- hüquqi aktda, yaxud bir aktın bir neçə maddəsində təsbit edilə bilər.
Hüquq normalarını təsbit edən normativ hüquqi aktlardan ibarətdir. Onlar aşağıdakı tələblərə cavab verməlidir:
1. Normativ hüquqi akt müvafiq səlahiyyətli orqanın qəbul etdiyi sənəd şəklində obyektiv ifadə olunmuş formaya malik olmalıdır.
2. Hər hansı sənəd normativ hüquqi akt ola bilməz. Yalnız səlahiyyətli dövlət orqanının və ya müvafiq normativ hüquqi aktların qəbul edilməsi səlahiyyətinin verildiyi başqa qurumun qəbul etdiyi sənəd normativ hüquqi akt qismində tanına bilər.
3. Səlahiyyətli dövlət orqanlarının qəbul etdiyi normativ hüquqi aktlar qanunla müəyyən edilmiş formaya malik olmalıdır.
4. Nəhayət, bu və ya digər normativ hüquqi aktın ekologiya hüququnun mənbəyi qismində çıxış edə bilməsi üçün o, hüquq yaradıcılığı üçün müəyyən edilmiş prosessual qaydalara riayət edilməklə qəbul edilməlidir.
Ekologiya hüququnun mənbəyi dedikdə müvafiq səlahiyyətə malik dövlət orqanının müəyyən olunmuş formaya və qaydaya riayət etməklə qəbul etdiyi və ekologiyadan istifadə sahəsində qanunvericinin dövlət iradəsini təsbit edən normativ hüquqi aktlar başa düşülməlidir.

  • Hüquqi qüvvəsinə görə ekologiya hüququnun mənbələrini qanunlara və qanun qüvvəli aktlara ayırmaq olar.

Ekologiya hüququnun mənbəyi kimi qanunlar Azərbaycan Respublikasının ali qanunvericilik orqanı - Milli Məclis tərəfindən qəbul edilən və Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanaraq dərc edilən normativ hüquqi aktlardır.

  • Tənzimləmə predmetinə görə ekologiya hüququnun mənbələrini ümumi və xüsusi mənbələrə bölmək olar.

Ümumi mənbələr onunla xarakterizə olunur ki, onların tənzimləmə predmeti genişdir və həm ekoloji münasibətləri, həm də ekologiya sahəsinə aid olmayan digər münasibətləri ehtiva edir.
Xüsusi mənbələrin tənzimləmə predmetini yalnız, yaxud başlıca olaraq ekoloji münasibətlər təşkil edir.

  • Hüquqi tənzimləmənin istiqamətinə görə bütün mənbələri maddi və prosessual mənbələrə ayırmaq olar.

Maddi mənbələrin tənzimləmə predmetini bu və ya digər təbiət obyektlərindən istifadə ilə əlaqədar yaranan ekoloji münasibətlər təşkil edir.
Prosessual mənbələr ekologiyadan istifadənin təmin edilməsi qaydasını tənzim etməyə istiqamətlənmişdir və onun təmin edilməsi formasını təşkil edir. Bu növ mənbələrə aid normativ hüquqi aktlar təbiətdən istifadə üzrə konkret fəaliyyətin həyata keçirilmə qaydasını müəyyən edir.

  • Normativ hüquqi aktların xarakterinə görə ekologiya hüququnun mənbələrini məcəllələşdirilmiş aktlara və digər aktlara ayırmaq olar.

Məcəllələşdirilmiş aktlara hüquqyaradıcı fəaliyyətin gedişində normativ materialın tənzimlənən ictimai münasibətlər sisteminə müvafiq surətdə sistemləşdirilərək, vahid sənəd halına gətirildiyi normativ aktlar aid edilə bilər. Belə aktlar qanunvericilik texnologiyası və ictimai münasibətləri tənzimləmə baxımından daha yüksək keyfiyyətə malikdir və bu və ya digər hüquq sahəsində başlıca yer tutur. Ekologiya hüququ sahəsində Torpaq Məcəlləsi, Su Məcəlləsi, Meşə Məcəlləsi və bəzi başqa qanunvericilik aktları kimi belə mənbələr mövcuddur.

  • Dərəcəsinə görə ekologiya hüququnun mənbələri əsas və köməkçi normativ hüquqi aktlara ayrılır.

Əsas normativ hüquqi aktlar qüvvədə olan qanunvericiliyin özəyini təşkil edir və şəxslərin qeyri-məhdud dairəsinə şamil olunan ümumi xarakterli qaydaları, ekoloji inzibati xətaların ümumi xarakterini və s. ümumi məsələləri təsbit edir.
Köməkçi normativ hüquqi aktlar, bir qayda olaraq, texniki-hüquqi xarakter daşıyır və bu və ya digər normativ hüquqi aktın hüquqla tənzimlənən münasibətlərə düzgün tətbiq edilməsinə kömək edir.

Nəticə
Ekologiya hüququnun mənbələrinin iyerarxiyasında milli qanunvericiliyin əsas özəyini təşkil edən Azərbaycan Respublikasının Konstitusiyası birinci yerdə dayanır. Konstitusiya ölkənin ictimai həyatının ən ümumi məsələlərini, dövlətlə cəmiyyətin, fərdlə dövlətin qarşılıqlı əlaqələrini ümumi şəkildə tənzimləyərək dövlətin siyasi, sosial-iqtisadi və ictimai əsaslarını müəyyən edir. Azərbaycan Respublikasının qanunları- Ekologiya hüquq münasibətlərinin tənzimlənməsində Azərbaycan Respublikasının qanunları həlledici rol oynayır. Azərbaycan Respublikası qanunları Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunur, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanaraq dərc edilir.
Təbiətdən istifadənin, ətraf mühitin mühafizəsinin və ekoloji təhlükəsizliyin təmin edilməsinin əsas prinsiplərini və qaydalarını müəyyən edən həmin qanunlar əsasında Azərbaycan Respublikası Prezidentinin xeyli sayda fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və başqa mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları qəbul edilmişdir. Qanunların əsasında qəbul olunmuş həmin aktlar ölkəmizdə ekologiya sahəsində ictimai münasibətlərin lazımi səviyyədə tənzimlənməsini təmin edir.
Azərbaycan Respublikası Prezidentinin fərmanları ekologiya hüququnun mənbələri sırasında xüsusi yer tutur. Mərkəzi icra hakimiyyəti orqanlarının ekologiya hüququ sahəsində qəbul etdikləri normativ hüquqi aktları üç əsas qrupa ayırmaq olar:
a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları;
b) idarələrarası normativ hüquqi aktlar;
c) nazirlik və idarələrin qəbul etdikləri idarə normativ hüquqi aktları.


Ədəbiyyat siyahısı
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2016.
2. “Ekologiya hüququ” fənnindən mühazirələr.Sumqayıt-2020
3. İ.Balayev. Beynəlxalq hüquq. Ümumi hissə. Bakı, 2000;
4. R. Məmmədov. Beynəlxalq hüquq. Bakı, 2002;
5.Azərbaycan Respublikasının ekologiya qanunvericiliyi (normativ-hüquqi aktlar toplusu). Bakı: Qanun, 2006,
6.2.Əsədov A.Ə., Axundzadə L.T., Quliyeva Z.N. Ekologiya hüququ. Bakı, 2007.


Yüklə 201,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin