AZƏRTAC
Müdafiə Nazirliyində
geniş kollegiya iclası keçirilib
Dekabrın 21-də müdafiə naziri general-
polkovnik Zakir Həsənovun sədrliyi ilə 2016-cı tədris
ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş
kollegiya iclası keçirilib.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a
bildiriblər ki, əvvəlcə Azərbaycan
xalqının ümummilli lideri Heydər
Əliyevin və ölkəmizin ərazi
bütövlüyü uğrunda həlak olanların
xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
İclasda hesabat dövründə
ordu quruculuğu sahəsində
görülən işlər və əsas istiqamətlər
üzrə yerinə yetirilən tapşırıqlarla
bağlı vəzifəli şəxslərin məruzələri
dinlənilib, perspektiv məsələlər
müzakirə edilib.
Tədbirdə geniş məruzə
ilə çıxış edən müdafiə naziri
Z.Həsənov Prezident İlham
Əliyevin Azərbaycan Ordusu-
na göstərdiyi diqqət və qayğını
xüsusi qeyd edib. Nazir Ali Baş
Komandanın rəhbərliyi ilə aprel
döyüşlərində əldə edilən uğur-
ların dövlətimizin, ordumuzun
qüdrətinin, xalqın həmrəyliyinin,
vətənpərvərliyinin nəticəsi oldu-
ğunu vurğulayıb və son illər əldə
edilən nailiyyətlərdən danışıb.
Z.Həsənov hesabat dövründə
görülən tədbirlərin təhlilini apa-
raraq, xidməti döyüş fəaliyyəti,
davam edən islahatlar, döyüş
hazırlığı və mənəvi-psixoloji
vəziyyət, müdafiə sistemi və onun
hərtərəfli təminatı, qoşunların
döyüş qabiliyyətinin artırılması
məqsədilə 2017-ci tədris ilində
Silahlı Qüvvələr qarşısında duran
əsas vəzifələrin yerinə yetirilməsi
məqsədilə komandir-rəis heyətinə
tapşırıqlar verib.
Sonra kollegiya iclasının
qərar layihəsi müzakirə edilərək
qəbul olunub.
Müdafiə nazirinin əmrinə
əsasən, 2016-cı tədris ilində
döyüş hazırlığının yekunlarına
görə xidmətdə fərqlənən hərbi
qulluqçular müxtəlif medallarla
təltif edilib, təşəkkürnamə, fəxri
fərman və qiymətli hədiyyələrlə
mükafatlandırılıblar.
Dostları ilə paylaş: |