Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə27/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   23   24   25   26   27   28   29   30   ...   65
Ümit Yalçın:

 Türkiyədə son zamanlar baş verən hadisələrlə 

bağlı Azərbaycan qətiyyətli mövqe nümayiş etdirir

 

ˆ

Azərbaycanın 



xarici işlər naziri Elmar 

Məmmədyarov Türkiyənin 

xarici işlər nazirinin 

müavini Ümit Yalçın ilə 

görüşüb.

Nazirliyin mətbuat 

xidmətindən bildiriblər ki, 

görüşdə ölkələrimiz arasında 

ikitərəfli əlaqələrin qardaşlıq 

və dostluq xarakteri daşıdığı 

vurğulanıb, strateji müttəfiqliyin 

yüksələn xətt üzrə inkişafından 

məmnunluq ifadə olunub.

Ümit Yalçın Türkiyədə son 

zamanlar baş verən hadisələrlə 

bağlı Azərbaycanın nümayiş et-

dirdiyi qətiyyətli mövqeyə görə 

təşəkkürünü bildirib.

Elmar Məmmədyarov 

Türkiyədə baş vermiş son terror 

aktları ilə əlaqədar bir daha 

dərin hüznlə qardaş Türkiyə 

xalqına və hökumətinə başsağ-

lığı verib.

Görüşdə Azərbaycanın və 

Türkiyənin bütün bəşəriyyət 

üçün təhlükə olan terrorizmə 

qarşı mübarizədə birgə 

səylərinin artırılmasının vacib-

liyi qeyd olunub. Azərbaycan 

və Türkiyənin beynəlxalq 

təşkilatlar çərçivəsində 

əməkdaşlığı və bir-birilərinin 

mövqelərini dəstəkləməsi təqdir 

olunub.

Nazir Elmar Məmmədyarov 

Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsinin həlli 

üzrə aparılan danışıqlar pro-

sesi barədə məlumat verib. O, 

Türkiyənin beynəlxalq hüququn 

norma və prinsiplərini rəhbər 

tutaraq, münaqişə ilə bağlı ədalətli 

və qəti mövqeyinin yüksək 

qiymətləndirildiyini diqqətə 

çatdırıb.

Bakı-Tbilisi-Qars 

dəmir yolu xəttinin tezliklə 

fəaliyyətə başlamasının 

regional əməkdaşlığın inkişa-

fına, iki ölkə arasında iqtisadi-

ticarət əlaqələrinin və ticarət 

dövriyyəsinin daha da artmasına 

xidmət edəcəyi vurğulanıb.

Görüş zamanı, həmçinin 

beynəlxalq və regional 

məsələlərə dair fikir mübadiləsi 

aparılıb.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin