Azərbaycan Respublikasının Seçki Məcəlləsi


QEYDƏ ALINMIŞ NAMİZƏDLƏRİN VƏ REFERENDUM ÜZRƏ TƏŞVİQAT QRUPLARININ STATUSU



Yüklə 1,64 Mb.
səhifə13/29
tarix01.12.2016
ölçüsü1,64 Mb.
#546
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

QEYDƏ ALINMIŞ NAMİZƏDLƏRİN VƏ REFERENDUM ÜZRƏ TƏŞVİQAT QRUPLARININ STATUSU


   Maddə 69. Qeydə alınmış namizədlərin və referendum üzrə təşviqat qruplarının bərabərliyi

69.1. Qeydə alınmış bütün namizədlər və referendum üzrə təşviqat qrupları onların statusları nəzərə alınmaqla bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar.

69.2. Dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan və ya kütləvi informasiya vasitələrində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri seçki (referendum) kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar (bu qayda Azərbaycan Respublikası Prezidentinə, Milli Məclisin deputatlarına və bələdiyyə üzvlərinə şamil edilmir), müvafiq əmrin (sərəncamın) təsdiq edilmiş surətini qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim edirlər; onlar öz vəzifə və xidməti mövqeyindən imtiyaz qazanmaq və üstünlük əldə etmək məqsədi ilə istifadə edə bilməzlər.

69.3. Dövlət vəzifələrində olan qeydə alınmış namizədlər, referendum üzrə təşviqat qruplarının təşəbbüsçüləri, həmçinin bələdiyyə vəzifələrində olan qeydə alınmış namizədlər və referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri öz vəzifə mövqelərindən üstünlük əldə etmək üçün istifadə edə bilməzlər.

69.4. Vəzifə və xidməti mövqedən üstünlük əldə etmək məqsədi ilə istifadə olunması nəticəsində bərabərlik prinsiplərinin pozulması halları bu Məcəllənin 55.2-ci maddəsi ilə müəyyənləşdirilir.

69.5. Dövlət vəzifələrində olan qeydə alınmış namizədlərin, referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçülərinin, həmçinin bələdiyyə vəzifələrində olan referendum üzrə təşviqat qrupları yaradılması təşəbbüsçülərinin yalnız öz vəzifələrini icra etməkdən azad olunduğu vaxtda seçkiqabağı (referendumqabağı) təşviqat aparmaq hüququ vardır. Qeydə alınmış namizəd, referendum üzrə təşviqat qrupları tərəfindən bu Məcəllənin 81-ci maddəsinə uyğun olaraq televiziya və radio verilişlərinin pulsuz efir vaxtından istifadə etmə hallarına bu qaydalar şamil edilmir.

69.6. Vəzifəli şəxslər, teleradio verilişləri və kütləvi informasiya vasitələri redaksiyalarında işləyən jurnalistlər və yaradıcı işçilər qeydə alınmış namizəddirlərsə, referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsçüləridirlərsə yaxud qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri və ya səlahiyyətli nümayəndələridirlərsə, seçkilərin (referendumun) gedişinin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasında iştirak etmək onlara qadağan edilir.

69.7. Bu Məcəllənin 69.3-cü-69.5-ci maddələri ilə müəyyənləşdirilmiş məhdudiyyətlərə əməl edilməsi Milli Məclisin deputatlarına, bələdiyyə üzvlərinə seçicilər qarşısında səlahiyyətlərini və vəzifələrini yerinə yetirməkdə mane olmamalıdır.

69.8. Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının müvafiq olaraq vəkil edilmiş şəxsləri və səlahiyyətli nümayəndələri, qeydə alınmış namizədlərin vəkil edilmiş şəxsləri, referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri, göstərilən şəxslərin təsisçisi, sahibi, üzvü və ya işçisi olduğu təşkilatlar, göstərilən şəxslərin və ya təşkilatların tapşırığı ilə hərəkət edən digər fiziki və hüquqi şəxslər xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər. Göstərilən şəxslərin və təşkilatların fiziki və hüquqi şəxslərə, seçicilərə maddi və maliyyə yaxud digər xidmətlər göstərmək təklifi ilə müraciət etməsi qadağandır. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupları üzvlərinin, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin adından və onların müdafiəsi üçün fiziki və hüquqi şəxslərin xeyriyyə fəaliyyəti ilə məşğul olması qadağandır.

//çıxarılıb//[55]

   Maddə 70. Qeydə alınmış namizədin fəaliyyətinin təminatları

70.1. Qeydə alınmış namizədin işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının müdiriyyəti, hərbi hissənin komandiri müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir. İşdən, tədrisdən, xidmətdən azad olunduğu halda, müvafiq seçki komissiyası seçkilərin hazırlanması və keçirilməsi üçün büdcədən ayrılmış vəsait hesabına namizədə onun orta aylıq əmək haqqı (təqaüdü) məbləğində, lakin qanunla müəyyənləşdirilmiş minimum əmək haqqının 20 mislindən çox olmayan haqq ödəməlidir. Qeydə alınmış namizədə pul kompensasiyası əsas iş (təhsil) və ya xidmət yeri üzrə əvəzi ödənilməyən məzuniyyətin verilməsi barədə əmrə əsasən xidməti vəzifədən azad edildiyi dövr üçün ödənilir.

70.2. Qeydə alınmış namizədə bu Məcəllə ilə müəyyən edilmiş nəqliyyat xərcləri onun qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ödənilir. Taksi və sifarişli nəqliyyat reyslərindən istifadə xərcləri ödənilmir. Şəhərkənarı və şəhərlərarası nəqliyyat xərcləri gediş-gəliş biletinin, şəhər nəqliyyatı üçün isə müvafiq müddətdə istifadə edilmiş gediş-gəliş biletlərinin təqdim edilməsi əsasında ödənilir.

70.3. Bu Məcəllənin 70.1-ci maddəsində göstərilən müddətdə qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının onların vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən, xidmətdən, təhsil müəssisəsindən çıxarıla bilməz və ya razılığı olmadan başqa işə, başqa yerdə işləməyə (oxumağa, xidmət keçməyə) keçirilə bilməz, habelə ezamiyyətə göndərilə bilməz, hərbi xidmətə və ya toplanışa çağırıla bilməz. Qeydə alınmış namizədin seçkilərdə iştirakı müddəti, qeydə alındığı gündən başlayaraq, işlədiyi ixtisas üzrə əmək stajına daxil edilir.

70.4. Qeydə alınmış namizəd bu Məcəllənin 70.1-ci maddəsində göstərilən müddətdə müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Qeydə alınmış namizəd cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir.

70.5. Qeydə alınmış namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasından hüdudları, ünvanı və telefonları göstərilməklə seçki məntəqələrinin, məntəqə seçki komissiyalarının siyahısını və səsvermə yerlərinin ünvanlarını ala bilər.

70.6. Qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının seçki komissiyasının hərəkəti (hərəkətsizliyi) nəticəsində ona dəymiş zərərin ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət edə bilər.

   Maddə 71. Qeydə alınmış namizədin seçkilərdə iştirakının şərtləri

71.1. Seçkilərdə iştirak edən qeydə alınmış namizəd bu Məcəllənin 2.6-cı maddəsində göstərilən şərtlərlə yanaşı aşağıdakı şərtlərə riayət etməlidir:

71.1.1. qeydə alınmış digər namizədlərin seçki kampaniyası zamanı öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək;

71.1.2. qeydə alınmış digər namizədlərin, siyasi partiyaların, seçicilərin və ictimai təşkilatların hüquqlarına hörmət bəsləmək;

71.1.3. seçicilərlə azad ünsiyyətin yaradılmasında qeydə alınmış digər namizədlərə mane olmamaq.

   Maddə 72. Vəkil edilmiş şəxslər

72.1. Qeydə alınmış namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almış müvafiq seçki komissiyası tərəfindən qeydə alınır. Vəkil edilmiş şəxslərinin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun təqdimatının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində vəkil edilmiş şəxslər qeydə alınırlar. Ərizədə və ya təqdimatda vəkil edilmiş hər bir şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü), yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi göstərilməlidir. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının müvafiq təqdimatlarına bu Məcəllənin 52-ci və 64-cü maddələrində müəyyən edilən qaydalar şamil edilir.

72.2. Vəkil edilmiş şəxslər müvafiq seçki komissiyasından lövhəcik alırlar.[56]

72.3. Vəkil edilmiş şəxs qeydə alınmış namizədin seçilməsi ilə və ya referendumla bağlı təşviqat aparır və digər bu cür fəaliyyətlə məşğul olur. Vəkil edilmiş şəxs müşahidəçi hüququna malikdir.

72.4. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu müvafiq seçki komissiyasını xəbərdar etməklə, vəkil etdikləri şəxsi istənilən vaxt geri çağıra bilər və onların əvəzinə başqalarını təyin edə bilərlər. Belə xəbərdarlıq olduqda seçki komissiyası geri çağırılan vəkil edilmiş şəxsin vəsiqəsini ləğv edir. Vəkil edilmiş şəxs qeydə alınmış namizədi, habelə siyasi partiyanı, siyasi partiyaların blokunu, referendum üzrə təşviqat qrupunu xəbərdar etməklə, ona verilmiş vəsiqəni istənilən vaxt öz təşəbbüsü ilə müvafiq seçki komissiyasına qaytararaq öz səlahiyyətlərindən imtina edə bilər.

72.5. Vəkil edilmiş şəxslərin səlahiyyətləri müvafiq seçki komissiyasının onları qeydə aldığı gündən başlanır və seçkilərin (referendumun) ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq, habelə bu Məcəllənin pozulması barədə şikayət üzrə məhkəmə araşdırması gedirsə, məhkəmənin yekun qərarının qəbul edilməsi günündən gec olmayaraq, bu Məcəllənin 72.4-cü maddəsində göstərilən hallar istisna edilməklə, təmsil etdikləri namizədlərin, referendum üzrə təşviqat qruplarının statusunun itirilməsi ilə başa çatır.

      Maddə 73. Referendum üzrə təşviqat qrupunun öz statusundan imtina etməsi

73.1. Referendum üzrə təşviqat qrupunun yaradılmasının səlahiyyətli nümayəndələri referendum üzrə təşviqat qrupunun yaradılması barədə bildirişi istənilən vaxt geri götürə bilərlər. Bu haqda müvafiq vəsatət referendum üzrə təşviqat qrupunun yaradılmasının səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalıdır. Bu cür vəsatət geri götürülmür.

73.2. Qeydə alınmış referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri istənilən vaxt müvafiq seçki komissiyasına referendum üzrə təşviqat qrupunun qeydiyyatından imtina barədə ərizə ilə müraciət edə bilərlər. Bu cür ərizə referendum üzrə təşviqat qrupunun bütün səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalıdır. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul etməlidir.[57]

   Maddə 73-1. Namizədin namizədlik statusundan imtina etməsi[58]

73-1.1. İrəli sürülmüş namizəd müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək, namizəd olmağa razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Bu cür yazılı xəbərdarlıq geri götürülmür.

73-1.2. Qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Belə ərizə geri götürülə bilməz. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul edir. Qeydə alınmış namizəd öz namizədliyini bu Məcəllənin 73.3-cü maddəsində göstərilən məcburedici əsas olmadan geri götürürsə, müvafiq seçki komissiyası büdcədən ona verilmiş vəsaiti geri almalıdır //çıxarılıb//.[59]

73-1.3. Qeydə alınmış namizədin öz namizədliyini geri götürməsinə məcburedici əsas, habelə siyasi partiyanın, siyasi partiyalar blokunun qeydə alınmış namizədini geri çağırmasına məcburedici əsas dedikdə, qeydə alınmış namizədin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq tibbi ekspertiza orqanı tərəfindən təsdiqlənmiş ağır xəstəliyi və ya iştirakını mümkünsüz edən səbəblər nəticəsində namizədin seçki kampaniyası dövründə sağlamlığının pozulması başa düşülür.

73-1.4. Namizədin öz namizədliyini geri götürməsi haqqında məlumat mərkəzi, dairə və məntəqə seçki komissiyalarının bu Məcəllənin 98.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirilir.

 

On üçüncü fəsil



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin