Azərbaycan Respublikasının Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 115,94 Kb.
səhifə10/12
tarix30.12.2021
ölçüsü115,94 Kb.
#49256
1   ...   4   5   6   7   8   9   10   11   12
Xürrəmilər hərəkatı

9.Üsyanın sonrakı təsirləri

Xürrəmilər üsyanının darmadağın edilməsi, Babəkin və. onun tərəfdarlarının dəhşətli surətdə edamı heç də o demək deyildi ki, Azərbaycanda və Xilafətin digər vilayətlərində xalq kütlələrinin hərəkatı yatırılmışdı. Babək üsyanının alovları yenicə söndürülmüşdü ki, 838/9-cu ildə Təbəristanda Karinlər sülaləsindən olan son əmir Məzyərin, ya da Mahyədigə ibn Karin ibn Vanda-Hürmüzün rəhbərliyi ilə üsyan başlandı .

Məzyər kəndlilərə əmr etdi ki, öz feodallarına qarşı üsyan qaldırıb onların malikanələrini yandırsınlar. O, Babəklə yazışır və Xilafətə qarşı onun hərəkətlərini bəyənirdi. Məsudi bildirir ki. Məzyər "Afşinə etiraf etdi ki, o, hər ikisini birləşdirən dini etiqad xatirinə, canlandırmaq istədikləri dualizm və atəşpərəstlik dini xatirinə onu (Babəki) üsyana təhrik edirdi".

Mənbələrdə bildirilir ki, Məzyər ərəblərin hakimiyyətinə və onlara bağlı olan ictimai quruluşa qarşı üsyan qaldıran xürrəmilərdən idi və islam dinini zahirdə qəbul etmişdi, çünki Bəlazurinin dediyinə görə, o, "allahsız və xain" idi. İbn İsfəndiyar bildirir ki, Məzyər Babəki tərifləyib göylərə qaldırırdı. Əl-Bağdadi deyir ki, Məzyər mühəmmirə təriqətindən olan xürrəmi idi.

Həmdullah Qəzvini yazır:

"Məzyərin ardıcılları, qırmızı paltar geyir və açıqca Babəkin ehkamlarını qəbul edirdilər"

Üsyandan sonra, Məzyər əmr etdirdi ki, iri mülkədarların torpağı tutulub kəndlilərə paylansın – bu isə xürrəmilərə xas olan əmlak bölgüsü idi.

Xəlifə Mötəsim Məzyərin qaldırdığı üsyanın bütün təhlükəsini yalnız Abdullah ibn Tahir Afşinin Məzyərə və Məzyərin Afşinə yazdığı məktubları ələ keçirəndən sonra başa düşdü.

Məzyər 840-cı ilin avqustunda öz adamlarının satqınlığı üzündən ovda Abdullah ibn Tahir tərəfindən tutuldu. Samarraya gətirildi və burada xəlifə onu istintaq etdi, Lakin ət-Təbərinin dediyinə görə, xəlifə yazışma məsələsini ondan soraşanda, Məzyər heç bir şeyi boynuna almadı. 840-cı il 24 sentyabrda onu Afşin ilə üzləşdirdilər, bu zaman Məzyər etiraf etdi ki, Afşin onu Xilafətə qarşı üsyana təhrik edirdi. Mötəsim əmr etdi, Məzyəri döyə-döyə öldürsünlər. Ona 450 çubuq vurduqdan sonra Məzyər öldü və Babəkin meyiti yanında dara çəkildi.

Xürrəmilər və Babək təliminin göstərdiyi təsirin izi çox sonralar – XV əsrdə də qalmışdı. Ağqoyunlu dövlətinin varlığının son dövründə, Səfəvilər sülaləsi banilərindən biri olan Şeyx Heydərin üsyanı olmuşdu. Tarixçi Fəzlullah ibn Ruzbehxan bu üsyan haqqında belə məlumatverir:

"Həmin 893 (1488)-cü ilin hadisələrindən miskin şeytanın, yəni ərdəbilli Şeyx Heydərin üsyanını göstərmək olar; o qalxmaq istəyirdi, lakin məğlub edildi... O, vaxtının çox hissəsini öz əməliyyatı üçün qılınc və nizə hazırlamağa sərf etdi. Rum, Talış və Qaradağdan (IX əsrdə xürrəmilər hərəkatının vətəni) çoxlu adam onun yanına toplandı və deyirlər ki, onlar şeyxi özlərinə allah [məbud] hesab edir, dua və ümumi namaza fikir verməyib, ona qiblə kimi baxırdılar... Şeyx onların arasında ibahat etiqadını (yəni qadağan edilib haram sayılan əmələ icazə verilməsini) və Babəkin dini qayda-qanunlarını təbliğ edirdi."


Yüklə 115,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin