Azərbaycan Respublikasının Təhsil Nazirliyi


Yeni dövr fəlsəfəsində ontologiya və qnoseologiya problemləri



Yüklə 34,83 Kb.
səhifə3/6
tarix12.10.2022
ölçüsü34,83 Kb.
#64999
1   2   3   4   5   6
Yeni dövr fəlsəfəsi

8. Yeni dövr fəlsəfəsində ontologiya və qnoseologiya problemləri

Yeni dövr fəlsəfəsində substansiyanın anlaşılmasına 2 cür yanaşma olmuşdur:


1. Substansiyanı varlığın son əsası kimi qəbul edən ontoloji yanaşma
2. Substansiya anlayışının elmi bilik üçün zəruriliyini qəbul edən qnoseoloji yanaşma
Ontoloji yanaşmanın əsasını F.Bekon qoymuşdur. O, substansiyanın formalarının keyfiyyətcə təsvirini vermiş və onu konkret əşyaların forması ilə eyniləşdirmişdir. Bekonun materialist baxışları digər filosof Hobbsun əsərlərində sistemləşdirilib. İngilis filosofları Bekon və Hobbs dünyanın izahında maddi varlığı əsas götürürdülər. Bekonda təbiət canlı, rəngarəng, hər bir predmetin özünəməxsus xüsusiyyətlərinin olması ilə səciyyələnirdi. Hobbs isə həndəsə ilə məşğul olduğuna görə materiyanı keyfiyyət müəyyənliyi cəhətdən yox, kəmiyyət cəhətdən tədqiq edirdi. Bekon materiyanı yeganə substansiya kimi nəzərdən keçirir. Cisim və olayları bu substansiyanın təzahür forması kimi təsəvvür edir. Materiya əbədidir, cisim və olaylar isə müvəqqətidir, onlar yaranır və yox olurlar. Təfəkkürü materiyadan ayırmaq olmaz, çünki yalnız materiyanın özü düşünür.
Bekon və Hobbsun substansiyanı monistcəsinə şərhinə qarşı fransız filosofu Rene Dekart dünyanın dualistcəsinə anlaşılmasını irəli sürmüşdür. Dekart bir-birindən asılı olmayan 2 müstəqil başlanğıcın: qeyri-maddi (düşünən) substansiyanın və maddi (yer tutan) substansiyanın olduğunu göstərirdi. Hər iki substansiya paralel mövcuddurlar. Onların öyrənilməsi ilə metafizika və fizika məşğul olur. Metafizika, hər şeydən əvvəl, mənəvi substansiyanı, onunla bağlı olan idrak problemlərini və varlığı tədqiq edir. Fizika isə təbiətin fəlsəfəsini tədqiq edir.
Substansiya haqqında Dekartın dualist təlimi holland filosofu Benedint Spinoza (1632-1677) tərəfindən dəf edildi. Spinoza dünya haqqında monist təlim yaratdı. Onun monizmi panteizm formasında meydana çıxır. Öz ontologiyasında o, Allahla təbiəti eyniləşdirirdi. Spinoza deyirdi ki, yalnız yeganə maddi substansiya var. Onun əsas atributları yer tutmatəfəkkürdür. Beləliklə, bütün təbiət canlı təbiətdir. Təkcə ona görə yox ki, o Allahdır, həm də ona görə ki, ona təfəkkür, düşüncə xasdır. Bütün təbiəti canlandırmaqla Spinoza həm də filosof-ilozoist (bütün təbiəti canlı sayan filosoflar) kimi çıxış edirdi. O belə hesab edirdi ki, maddi substansiyanın atributları da materiyanın özü kimi əbədidirlər. Onlar heç vaxt yaradılmırlar və məhv olmurlar.
Filosof substansiyanın konkret qurumlarına- moduslarına çox diqqət verir. O, modusları 2 qrupa bölür: əbədi (sonsuz) və müvəqqəti (sonlu) moduslar. Sonsuz moduslar substansiyanın atributları- təfəkkür və yer tutma ilə müəyyən olunur. Sonlu moduslar isə bütün qeyri-olay və cisimlərlə müəyyən olunur.
Spinoza sübut edirdi ki, hərəkət hər hansı ilahi təkamülün nəticəsi deyil, çünki “təbiət özü özünün səbəbidir”. Hərəkət təbiətin mahiyyəti və mənbəyidir. Lakin hərəkət Spinozaya görə, atribut deyil, yalnız modusdur (əbədi modusdur). Spinozaya görə, hərəkət konkret cisimlərdə müşahidə olunur, substansiya isə hərəkət və dəyişilmədən məhrumdur və zamana heç bir münasibəti yoxdur. Spinoza materiyanın özünün hərəkətinin mahiyyətini anlamamışdır. Hərçənd, materiyanı özü özünün səbəbi kimi xarakterizə etməklə, faktiki olaraq, materiyanın özünə hərəkəti kimi göstərmişdir. Hərəkətin mənbəyi, düzdür, Allah deyilsə də, moduslarını qarşılıqlı zahiri təkanlarıdır. Bununla yanaşı, Spinoza ardıcıl determinist idi. O belə hesab edirdi ki, olayların meydana gəlməsi, mövcudluğu, məhvi obyektiv səbəblərlə şərtlənmişdir. O, 2 növ səbəb haqqında- daxili (immoment) və zahiri (mexaniki) səbəb haqqında danışırdı. Determinizm konsepsiyasında təsadüf zərurətlə yanaşı, mövcud olan obyektiv olay kimi qəbul olunur.
Alman alimi, riyaziyyatçısı və filosofu Leybnits (1646-1716) Spinozanın substansiya anlayışına fəal qüvvə, yəni özfəaliyyət prinsipini birləşdirmişdi. Əsas əsəri olan “Monodologiya” kitabında öz təlimini şərh etmişdir. Leybinsə görə, Monodolar dünyanı təşkil edən bölünməz, ilkin, ruhi başlanğıclar və vahidlərdir.
Substansiya anlayışını təhlil etməyə 2-ci yanaşma qnoseoloji yanaşmadır. Qnoseologiya- insanın həqiqəti dərk etmək qabiliyyəti haqqında fəlsəfi yanaşmadır. Bu yanaşmanın başlanğıcını ingilis filosofu Con Lokk (1632-1704) qoymuşdur. Yeni dövr fəlsəfəsi idrak nəzəriyyəsinin (qnoseologiyanın) inkişafında irəliyə böyük addım atmışdır. Qnoseologiyada insan tərəfindən xarici aləmin dərk olunması metodologiyası, xarici və daxili təcrübənin əlaqəsi problemləri başlıca problemlər kimi tədqiq olunur. Bütün əldə olunan biliklər sisteminin əsasında durmalı olan həqiqi biliyin qazanılması vəzifəsi qarşıya qoyulur. Bu vəzifənin həyata keçirilməsinin müxtəlif yollarının seçilməsi 2 əsas qnoseoloji cərəyanın: empirizminrasionalizmin meydana gəlməsini şərtləndirmişdir.
İdrakın empirik metodunun əsasını qoyan Bekon olmuşdur. O, təcrübi müşahidə və eksperimentə üstünlük verirdi, biliklərin mənbəyini və onların həqiqiliyinin meyarını təcrübədə görürdü. İdrakı xarici aləmin insan şüurunda inikası kimi nəzərdən keçirməklə o, təcrübənin idrakda da həlledici rol oynadığını göstərmişdir. Lakin filosof idrakda zəkanın rolunu inkar etmirdi. Zəka hissi idrakın və təcrübənin verdiyi məlumatları təhlil etməli, hadisələr arasındakı köklü səbəbiyyət əlaqələrini, təbiətin qanunauyğunluqlarını tapmalıdır. O, idrakda hissi və rasional anların vəhdətini, əlaqəsini qeyd edirdi. İdrakda zəkanın rolunu qiymətləndirməyən dar empirikləri, habelə hissi idraka etinasız yanaşan, zəkanı idrakın mənbəyi və əsası hesab edən rasionalistləri tənqid edirdi.
Bekon deduktiv metoddan fərqli olan induktiv metodu işləyib hazırlamışdır. Yəni, ayrı-ayrı faktları öyrənməkdən ümumi müddəalara doğru hərəkət etmək hər bir idrakın əsas metodu olmalıdır.
Bekon sxolastikanın dərin məzmunlu tənqidini vermişdir. O bildirmişdir ki, yeni metod, hər şeydən əvvəl, insan zəkasını qabaqcadan hasil olunmuş hər cür yanlış ideyalardan, keçmişdən miras qalmış, yaxud insan təbiətinin xüsusiyyətləri ilə şərtlənmiş yalançı təsəvvürlərdən azad olmağı tələb edir. Bu qabaqcadan hasil olmuş ideyaları Bekon “idollar”, yaxud “kabuslar” adlandırır. Onları 4 qrupa bölürdü:

Yüklə 34,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin