Azərbaycan Respublikasının Təhsil Nazirliyi


Yeni dövr fəlsəfəsinin təbii-elmi müqəddəm şərtləri



Yüklə 34,83 Kb.
səhifə2/6
tarix12.10.2022
ölçüsü34,83 Kb.
#64999
1   2   3   4   5   6
Yeni dövr fəlsəfəsi

7. Yeni dövr fəlsəfəsinin təbii-elmi müqəddəm şərtləri

XVII əsr fəlsəfənin inkişafında növbəti- yeni dövr fəlsəfəsi kimi adlanan dövrün əsasını qoymuşdur. Yeni burjua cəmiyyətinin inkişafı nəinki iqtisadiyyatda, siyasətdə və sosial münasibətlərdə dəyişikliklər yaratdı, habelə insanların şüurlarını da dəyişdirdi. İctimai şüurun belə dəyişməsinin ən mühüm amili elm və eksperimental riyazi təbiətşünaslıq idi.


Bu sahə də məhz XVII əsrdə özünün qərarlaşması dövrünü yaşadı. Təsadüfi deyildir ki, XVII əsri, bir qayda olaraq, elmi inqilab dövrü adlandırırlar.
Yeni dövr elminin inkişafı feodal ictimai qaydaların dağılması və kilsənin təsirinin azalması ilə əlaqədar olan sosial dəyişikliklər kimi fəlsəfənin yeni yönümünü tələb edirdi. Əgər orta əsrlərdə fəlsəfə dinlə, intibah dövründə incəsənət və humanitar biliklərlə ittifaqda idisə, bu dövrdə o, elmi əsaslara istinad edirdi. Buna görə də, XVII əsr fəlsəfəsinin qarşısında duran problemləri anlamaq üçün aşağıdakıları nəzərə almaq lazımdır:
 Elmin yeni tipinin əsasını- bu dövrdə qoyulan eksperimental riyazi təbiətşünaslığın spesifikasını nəzərə almaq lazımdır.
 Bir halda ki, bu dövrdə elm aparıcı yer tutur, onda fəlsəfədə də idrak nəzəriyyəsi problemləri, yəni qnoseoloji problemlər ön plana keçir.
Artıq intibah dövründə orta əsrlər sxolastikası daimi tənqid predmetinə çevrilmişdir. Bu sxolastikanın tənqidi bu dövrdə daha da kəskin olmuşdur. Lakin bu zaman hələ orta əsrlərdən başlamış köhnə mübahisə- polemika fəlsəfədə 2 cərəyan: təcrübəyə əsaslanan nomenalistlər və zəka vasitəsilə idrakı daha həqiqi sayan rasionalistlər arasında yeni formada aparılırdı. XVII əsrdə bu cərəyanlar empirizmrasionalizm kimi meydana çıxmışdılar.
Yeni dövr fəlsəfəsi üçün ən əvvəl təcrübi təbiətşünaslıqdan irəli gələn güclü materialist meyl səciyyəvidir. İctimai elmlərdə təbii-hüquq nəzəriyyəsi işlənib hazırlanmışdır. Yeni dövr fəlsəfəsində xüsusilə XVII əsr fəlsəfəsində ontologiya problemlərinə, yəni varlıq və substansiya haqqında təlimlərə böyük diqqət verilirdi. Özü də hərəkət, məkan və zamandan söhbət gedəndə bu diqqət xüsusilə artır. İnsanın təbiət üzərində hakimiyyətinə, insanın sağlamlığına, elmin və fəlsəfənin kömək etmək vəzifəsi onların səbəblərini, mahiyyət gücünü, tədqiq etmək gücünü anlamağa gətirib çıxarır. Ona görə də, substansiya və onun xassələri problemi yeni dövrün demək olar ki, bütün filosoflarını maraqlandırıb. Bu dövrün fəlsəfəsində substansiyanın anlaşmasına 2 cür yanaşma var:
1. Substansiyanı varlığın son əsası kimi qəbul edən ontoloji yanaşma
2. Substansiya anlayışının elmi bilik üçün zəruriliyini qəbul edən qnoseoloji yanaşma
XVII əsr özü ilə birlikdə şəxsiyyətin azadlığının, onun hüquqlarının, ləyaqətinin qorunması hisslərini də təmin edən ideyalar gətirmişdi. Kəskin sosial ziddiyyətlər filosoflardan bu problemlərin həlli üzərində ciddi düşünməyi tələb edirdi. Yeni dövrün qarşısında duran mürəkkəb və vacib məsələlərin uğurla həll edilməsinə şərait yaradan sadaladığımız bu təbii, elmi, ictimai, müqəddəm şərtlər yeni dövrü xarakterizə edən başlıca amillərdir.



Yüklə 34,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin