Azərbaycan Respublikasının Təhsil Nazirliyi



Yüklə 34,83 Kb.
səhifə5/6
tarix12.10.2022
ölçüsü34,83 Kb.
#64999
1   2   3   4   5   6
Yeni dövr fəlsəfəsi

Tomas Hobbsun da sosial-fəlsəfi fikirləri maraqlıdır. Onun fikrincə, insanların təbiətində bir-birinə ziyan vurmaq meylləri var. Bu isə nəticədə insanlar arasında münaqişənin yaranmasına gətirib çıxarır. Bundan çıxış yolunu Hobbs cəmiyyətin yaradılmasında görür. Cəmiyyət isə insanların razılğı əsasında onlar arasında müqavilənin bağlanması ilə yaranır. Bu müqavilənin uzun müddət yaşaması və möhkəmlənməsi üçün hakimiyyət gərəkdir. Belə təsisat yaratmaq üçün dövlətin yaranması zəruridir. Dövlətin yaranması ilə meydana çıxan vətəndaşlıq hüququ təbii halları məhdudlaşdırır. Hobbs güclü, mütləq dövlət hakimiyyətinin tərəfdarı olmuşdur. Hobbsun sosial baxışlarından danışında onun dinə münasibətinə də diqqət yetirilməlidir. O, dinin, kilsənin mövcudluğunun zəruruliyini qəbul edirdi. Hobbsa görə, dövlət kilsəyə deyil, kilsə dövlətə tabe olmalıdır. “Levrefa” əsərində o, dövlətin dinə münasibəti məsələsini izah edirdi. Ateizmi ağılsızlıq adlandırır, eyni zamanda, qanunla atesitlərin də qəbul olunmasına qarşına çıxımırdı. Hobbs yazırdı ki, buna heç bir ehtiyac yoxdur. Çünki Allah özü onların cəzasını verəcək.
Təbii hüquq və icitmai müqavilə konsepsiyasını Benedint Spinoza da müdafiə edirdi. Bu konspesiya Spinozada sadəcə insanın anadangəlmə təbiətiylə deyil, onun azadlığı kimi əsaslandırılırdı. O, azadlıq haqqında həm düşünmək, həm də fəaliyyət göstərmək azadlığı kimi fikir yürüdürdü. Onun fikrincə, ümumi qərar şəxsi rəydən üstün olmalıdır. Əgər belə olmasa, cəmiyyətdə hərc-mərclik baş alıb gedər. Spinoza və digərlərinin ictimai-sosial baxışları yeni-dövr fəlsəfəsində sisial fəlsəfi konsepsiyaların daha da inkişaf etməsinə gətirib çıxarır


1[1] F.Engels. Təbiətin dialektikası. Bakı, Azərnəşr, 1966, s.4– 5– 6.

2[2] F.Engels. Təbiətin dialektikası. Bakı, Azərnəşr, 1966, s. 6.

3[3] İnduksiya– xüsusi mülahizələrdən ümumi nəticə çıxarmaq üsulu.

4[4]

Yüklə 34,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin