1400 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları
2800 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları
5600 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 60 ABŞ dolları
2800 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları
5600 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 60 ABŞ dolları
11200 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 120 ABŞ dolları
211.5. Azərbaycan Respublikasının ərazisində qalma müddətindən asılı olaraq bu Məcəllənin 211.1.2-ci və 211.1.3-cü maddələrində göstərilən avtonəqliyyat vasitələri üzrə bu Məcəllənin 211.1.2, 211.1.3 və 211.4-cü maddələrinə uyğun olaraq hesablanmış verginin məbləği hər gün üçün aşağıdakı qədər artırılır:
2 gündən 7 günədək — 20 faiz;
7 gündən 30 günədək — 30 faiz;
30 gündən sonra — 40 faiz.
211.4. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə hesablanmış yol vergisinə nəzarət dövlət vergi orqanları, Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisinin hesablanmasına və ödənilməsinə nəzarət isə gömrük orqanları tərəfindən həyata keçirilir.
Maddə 212. Yol vergisinin tutulması
212.1. Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən bu Məcəllənin 211.1.-ci maddəsində müəyyən edilmiş vergini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə keçirirlər.
212.2. İllik yol vergisinin bu Məcəllənin 212.4-cü maddəsində göstərilən qaydada ödənildiyini təsdiq edən sənədlər təqdim edilmədikdə, avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtonəqliyyat vasitələrinin qeydiyyatı, yenidən qeydiyyatı və texniki baxışı keçirilmir.
212.3. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.
212.4. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslər illik yol vergisini avtomobillər texniki baxışdan keçən zaman dövlət büdcəsinə ödəyirlər.
212.5. Avtonəqliyyat vasitələrini dövlət qeydiyyatına alan müvafiq icra hakimiyyəti orqanı hər rüb hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq, yeni qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələri barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
212.6. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə yol vergisindən azaddır;
212.6.1. dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;
212.6.2. xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.