Fəsil XVI. Mədən vergisi
Maddə 213. Mədən vergisi
Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi tutulur.
Maddə 214. Vergi ödəyiciləri
Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.
Maddə 215. Vergitutma obyekti
Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar vergitutma obyektidir.
Maddə 216. Verginin dərəcələri
216.1. Yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı olaraq, mədən vergisi onların topdansatış qiymətinə tətbiq edilməklə aşağıdakı kimi müəyyənləşdirilir:
Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı
|
Mədən vergisinin dərəcələri (faizlə)
|
Xam neft
|
26
|
Təbii qaz
|
20
|
Filiz faydalı qazıntıları:
|
|
bütün növ metallar
|
3
|
216.2. Yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı olaraq, mədən vergisi hər kubmetr üçün aşağıdakı dərəcələrlə hesablanır:
Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı
|
Mədən vergisinin dərəcələri
(manatla)
|
Qeyri-filiz faydalı qazıntıları:
|
|
seolit
|
0,5
|
barit
|
0,5
|
mişar daşları
|
0,5
|
çınqıl xammalı
|
0,5
|
yüngül doldurucular (keramzit, aqloporit) istehsalı üçün gillər
|
0,5
|
bentonit gilləri
|
0,5
|
kərpic-kirəmit gilləri
|
0,5
|
vulkan külü və pemza
|
0,5
|
kvars qumları
|
0,5
|
tikinti qumları
|
0,5
|
sement xammalı (əhəng daşı, mergel, gil, vulkan külü)
|
0,5
|
üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı)
|
1
|
qiymətli və yarımqiymətli bəzək daşları
|
4
|
daş duz
|
4
|
yodlu bromlu sular
|
0,02
|
mineral sular
|
6
|
Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı
|
Mədən vergisinin
dərəcələri (manatla)
|
Qeyri-filiz faydalı qazıntıları:
|
|
- seolit
|
1,0
|
- barit
|
1,0
|
- mişar daşları
|
2,0
|
- çınqıl xammalı
|
1,0
|
- yüngül doldurucular (keramzit, aqloporit) istehsalı üçün gillər
|
1,0
|
- bentonit gilləri
|
1,0
|
- kərpic-kirəmit gilləri
|
1,0
|
- vulkan külü və pemza
|
1,0
|
- kvars qumları
|
1,0
|
- tikinti qumları
|
1,0
|
- sement xammalı (əhəng daşı, mergel, gil, vulkan külü)
|
1,0
|
- üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı)
|
1,0
|
- qiymətli və yarımqiymətli bəzək daşları
|
6,0
|
- duz
|
6,0
|
- yodlu-bromlu sular
|
0,04
|
- mineral sular
|
10,0
|
Maddə 217. Verginin hesablanması qaydası, ödənilməsi müddəti və bəyannamənin verilməsi
217.1. Mədən vergisi bu Məcəllənin 216.1-ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə yerin təkindən çıxarılmış faydalı qazıntıların topdansatış qiymətinə, 216.2-ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə isə yerin təkindən çıxarılmış faydalı qazıntıların hər kub metrinə müvafiq vergi dərəcələrini tətbiq etməklə hesablanır.
217.2. Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir.
217.3. Mədən vergisinin ödəyiciləri hər ay hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına, yerli büdcələrə daxil olan vergisi üzrə isə bələdiyyələrə mədən vergisinin bəyannaməsini verirlər.
217.4. Bu maddədə müəyyən edilən qaydada hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.
217.5. Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla) dövlət büdcəsinə ödənilir. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.
Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kiramid gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik çınqıl xammalı aid edilir.
217.6. Xam neftin və qazın hasilatı zamanı bu Məcəllənin 217.1-ci maddəsinə uyğun olaraq mədən vergisi hesablanarkən, hasil edilmiş neftin və qazın miqdarından texnoloji proseslə əlaqədar quyuya geri vurulan neftin və qazın miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən normativlər əsasında çıxılır.
Fəsil XVII. Sadələşdirilmiş vergi
Maddə 218. Sadələşdirilmiş verginin ödəyiciləri
Aksizli mallar istehsal edən müəssisələr, kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları istisna olmaqla, ƏDV-nin məqsədləri üçün bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qeydiyyata alınmamış müəssisələr habelə mənzil-kommunal təsərrüfatı təşkilatları və onların xidmət sahələri sadələşdirilmiş sistem üzrə verginin ödəyiciləridir.
218.1. Bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 120.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.
Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyiciləri (bu Məcəllənin 218.1.1 maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduqları vergi orqanına təqdim edirlər. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir.
218.1.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər:
218.1.1.1. mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər;
218.1.1.2. mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq sahəsində) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər);
218.1.1.3. idman mərc oyunlarının operatoru və satıcıları olan şəxslər.
218.2. Avtomobil nəqliyyatı vasitələri, o cümlədən taksi ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər.
218.2. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:
aksizli mallar istehsal edən şəxslər;
kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;
qeyri-dövlət pensiya fondları;
əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər;
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri;
mükiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (bu Məcəllənin 218.1.1-ci maddəsində göstərilən şəxslər istisna olmaqla) qalıq dəyəri 1000000 manatdan artıq olanlar.
218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir:
218.1.1. bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;
218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər;
218.1.3. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər).
218.2. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir.
218.3. Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən şəxs tikinti-quraşdırma işlərinə başladığı andan 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına seçdiyi vergitutma metodu barədə yazılı formada məlumat təqdim etməlidir. Bu halda şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur.
218.4. Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir:
218.4.1. mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər;
218.4.2. idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər;
218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər;
218.4.4. fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər;
218.4.5. mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini (bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər.
218.5. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:
218.5.1. aksizli mallar istehsal edən şəxslər;
218.5.2. kredit və sığorta təşkilatları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;
218.5.3. qeyri-dövlət pensiya fondları;
218.5.4. əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər;
218.5.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri;
218.5.6. mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (bu Məcəllənin 218.1.2-ci, 218.1.3-cü və 218.4-cü maddələrində göstərilən şəxslər istisna olmaqla) qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər;
218.5.7. publik hüquqi şəxslər.
Dostları ilə paylaş: |