4.5. Radiasiya riski
Elmi tədqiqat işlərinin nəticələrinə əsasən ionlaşdırıcı
radia-siya dozası insanlarda xərçəng xəstəliyinin potensial
səbəbi kimi müəyyən edilmişdir. Əsasən, Xerosima və
Naqasakidə atom bom-bası partlayışından xilas olanların
tədqiqinə əsasən hesablamalar göstərmişdir ki, 91000 nəfər sağ
qalmış adamların 6270 nəfəri xərçəng xəstəliyindən vəfat
etmişdir.
Radiasiya həmçinin radiasiya mənbəyi qurğularından
ayrıla bilər. Bir sıra hallarda, belə qurğularda radioaktiv
materiallar olmaya bilər, məsələn, tibbi yoxlama üçün rentgen
qurğuları və ya yüklərə nəzarət etmək üçün cihazlar. Belə
avadanlıqlarla yaradılan radiasiya materiallardan nüfuz edərək
keçir, lakin onları radio-aktiv etmir. Radiasiya yaradan digər
qurğular, məsələn, boru ra-dioqrafik mənbələri, quyu karotajı
avadanlığı, qida məhsullarını və ya tibbi materialları
şüalandırmaq üçün sənaye şüalandırıcıları öz tərkiblərinə görə
radioaktiv mənbələr adlanırlar və qoruyucu qat olmasa, insan
sağlamlığı üçün böyük təhlükə yarada bilərlər.
4.6. Sənayedə istifadə olunan neytron mənbələr və izotoplar
Yerin bərkliyini və rütubətliyi yoxlayan ötürücülər (şək.
4.6), asfaltın qalınlığını yoxlayan ötürücülər, quyu karotajı
avadanlıqları (şək. 4.7) və maye səviyyələri ölçmək üçün
kalibrlər (şək. 4.8) çox zaman neytron mənbələrə malik olur.
.
113
Şək. 4.6. Sıxlığı və rütubəti ölçmək üçün kalibrlər
Şək. 4.7. Mənbələrlə birlikdə quyu karotajı zondu
114
Şək. 4.8. Maye səviyyələrini ölçmək üçün
kalibrlər
Qalın təbəqəli metalların “görünməsi” və çətinliklə daxil
olunan sahələrə nəzarət edilmək üçün tətbiq edilən qamma
şüaları buraxan radioqrafik mənbələrdən sənayedə çox geniş
istifadə edilir (şək. 4.99a, b, c). Sənaye radioqrafik mənbəyinin
tərkibini adətən 0,1 küri radioaktivliyə malik Radium-226
təşkil edir. Elastik trosun sonuna bərkidilmiş metal kapsulda 30
küridən 100 küriyə-dək İridium-192 və ya Kobalt-60
yerləşdirmək olur.
115
a) b)
c)
Şək. 4.9a, b, c. Portativ tipli sənaye radioqrafiya cihazları
116
a) b)
Şək. 4.10. RTG stronsium-90 mənbəyinin a) - xarici görünüşü
və b) - daxili konstruksiyası
Çirkli bomba- radiasiya və ya radioaktiv şüa buraxmaqla
insan həyatına təhlükə yaratmağa qadir olan və bu məqsədlə
layi-hələndirilmiş və ya nəzərdə tutulmuş hər hansı bir silahdır.
Çirkli bombanın tərkibində ənənəvi partlayıcı maddə ilə
bərabər Amersium-241, Kalifornium-252, Sezium-137, Kobalt-
60, İridium-192, Plutonium-238, Radium-226, Stronsium-90
(şək. 4.10) kimi radioaktiv maddələrdən hansısa biri istifadə
oluna bilər.
Aşağıdakı şəkillərdə ilkin material olaraq təbii
radioaktiv mənbələrə, aşağı aktivlikdən yuxarı aktivliyədək
sənaye mənbə-lərinə və təlabat mallarına aid bir sıra
nümunələr verilmişdir (şək. 4.11 – 4.21).
117
a) təbii filiz b) uran tərkibli minerallar
c) torium
Şək. 4.11. Təbii filiz (a), birləşmiş uran (b), torium (c)
Şək. 4.12. Detektorlar üçün radiasiya mənbələri
118
Şək. 4.13. Tüstü detektorları
Şək. 4.14. Quyu
karotajı
üçün yük
maşını
Şək. 4.15. Quyu karotajı üçün
konteynerlər
119
Şək. 4.16. Mənbələrlə birlikdə quyu karotajı zondu
120
Şək. 4.17. Lümünset qol və stolüstü saatlar,
lümenset ölçü cihazları
Şək. 4.18. Bayram üçün
qab dəstləri
Şək. 4.19. Toriumlu qaynaq
elektrodları
121
Şək. 4.20. Fotoaparat
obyektivləri
Şək. 4.21. Uranla bəzədilmiş
şüşələr
Dostları ilə paylaş: |