Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ «AZƏrbaycan hava yollari» qsc mġLLĠ avġASĠya akademġyasi



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə39/60
tarix15.10.2023
ölçüsü3,55 Mb.
#155940
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   60
09.09.13 ispravl

IV FƏSĠL. RADĠOAKTĠV MƏNBƏLƏR 
 
4.1. Nüvə təhlükəsi 
 
Kütləvi qırğın silahları (KQS) üzrə nüvə təhlükəsi 
proqramın ən məqsədi qanunsuz nüvə partlayışı yaratmaq 
üçün lazım olan xüsusi nüvə materiallarının (XNM) (şək. 4.1)
və radioloji dispersiya qurğularında (RDQ) istifadə edilən 
digər radioaktiv izotopların vaxtında aşkar edilərək müsadirə 
edilməsidir. 
Şək. 4.1. Plutonium metalı 
Təhlükənin ciddiliyi son on il ərzində hüquq mühafizə or-
qanları tərəfindən çoxsaylı silahların müsadirə edilməsilə izah 
olunur. Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) 
hesabatlarına əsasən, 1993-cü ildən bəri radioaktiv mate-
rialların müsadirəsi ilə bağlı 300-dən artıq hadisə baş vermişdir 
və bunlardan 30 - u XNM-lə bağlı olmuşdur. 
XNM - nüvə silahlarında istifadə edilən radioaktiv 
material kateqoriyası olub, Uran-238 və Uran-233 
maddələrində 
zənginləş-idrilmiş 
plutonium 
və 
uran 
maddələrini əhatə edir. Uran-235 aşağı enerjili qamma 
şüalarına malikdir və ondan asanlıqla qorunmaq olur.


106 
Plutonium-239 və Uran-233 maddələri isə yüksək qamma 
şüaları enerjisinə malik olub, özlərindən neytron buraxırlar.
Neytronlardan qorunmaq çox çətindir. Odur ki, XNM 
materiallarının mühafizəsi, nəql edilməsi və saxlanması zamanı 
müvafiq nəzarət səviyyələrinin həyata keçirildiyinə əmin 
olmaq üçün son dərəcə böyük səy göstərilir. Lakin, bu cür 
materialların müsadirə edilməsi ilə bağlı bir sıra hallar 
olmuşdur. Son dövrlərdə çəkisi 16 kq-dan artıq olan yüksək 
dərəcədə zənginləşdirilmiş uran (HEU) və 400q plutonium 
müsadirə edilmişdir. Avropa Birliyi Polis İdarəsinin (Avropol) 
qiymətləndirməsinə əsasən, qara bazarda hal-hazırda 10-30 kq 
yüksək dərəcədə zənginləşdirilmiş uran mövcuddur.
RDQ ənənəvi partlayıcı maddələrdən və radioaktiv 
materiallardan hazırlanır və vəzifəsi radioaktiv materialı 
yaymaq və bununla da ətrafı və adamları radiasiya ilə 
çirkləndirməkdir. Tibbdə və müxtəıif elm sahələrində istifadə 
edilən və oğurlanmış və ya qeyri-qanuni götürülmüş 
maddələrdən istifadə etməklə RDQ-ni gizli yolla hazırlamaq 
mümkündür. RDQ kütləvi qırğın silahıdır, seçilmiş obyektə 
əsaslı təsiri nəticəsində yaranmış çirklənmənin təmizlənməsi və 
dağıdıcı sosial təsirlərin bərpası üçün çox böyük iqtisadi 
xərclər tələb olunur.
Keçən 50 il ərzində dünya miqyasında milyonlarla 
germetikləşdirilmiş radioaktiv mənbələr yayılmış, yüz 
minlərdən bir neçə milyona qədəri isə hal-hazırda istifadə edilir
və saxlanılır. Həmin mənbələrdən bir çoxu zəif radioaktivliyə 
və kiçik radioaktiv riskə malikdir.
İstifadə edilən böyük sayda mənbələri nəzərə alaraq, 
radio-aktiv materialların oğurlanması və müvafiq qeyri-qanuni 
istifadəsi ehtimalı mövcuddur. Gömrük və digər sərhəd 
mühafizəsi orqanları, sərhədçilər və polis çoxsaylı 
qaçaqmalçılıq cəhdləri və oğurlanmış mənbələrin qeyri-qanuni 
oğurlanması hallarını aşkar etmişlər. 


107 
Qeyri-qanuni ticarətlə bağlı aşkar edilən halların çoxu 
gəlir əldə etmək ümidində olan təsadüfi oğruların və səriştəsiz 
cinayətkarların iştirakı ilə baş verir. Bəzi hallarda, mən-bələrin 
əldə edilməsi təsadüfi avtomobillərin oğurlanması nəti-cəsində 
baş vermişdir, digər hallarda isə oğrular mənbələrin qiy-mətli 
cihaz və ya metal qırıntısı kimi yenidən satışı ilə maraq-lanmış 
olurlar. Buna baxmayaraq, aydındır ki, baş verən halların 
çoxunda elə şəxslər iştirak etmişlər ki, onlar oğurlanmış 
mənbə-lərin radioaktiv tərkibi ilə maraqlanan və zərər 
toxundurmaq və ya təhlükəsizliyi qorxu altına almaq 
marağında olan alıcılar tapmağa ümid etmişlər. 
Bəzi radioaktiv mənbələr “itirilmiş” hesab olunur. Belə 
ki, heç vaxt normativ nəzarət altında olmayan mənbələr, 
normativ nəzarət altında olan, lakin sonradan nəzarətsiz qalan, 
itirilmiş və ya səhvən başqa yerə qoyulmuş mənbələr,
oğurlanmış, lazımi səlahiyyətdən çıxarılmış mənbələr 
“itirilmiş”mənbələr hesab olunurlar. Yer üzündə nə qədər 
“itirilmiş” mənbənin olduğu dəqiq məlum deyil, lakin bu 
rəqəmin minlərlə olması ehtimal edilir. 
Germetik mənbələr və ya onların konteynerləri metal 
toplayanlar üçün cəlbedici ola bilər, çünki onlar qiymətli 
metaldan hazırlanmış bəzək kimi görünür və çox zaman 
üzərində radiasiya barəsində xəbərdarlıq edən etiket olmur. Bir 
çox hallar məlumdur ki, belə mənbələrin məlumatı olmayan 
şəxslər və ya hətta təsadüfi şəxslər tərəfindən açılması 
sağlamlıq üçün böyük zərərə, bəzən isə ölüm halına səbəb 
olmuşdur. 


108 
Şək. 4.3. İşlənmiş yanacağın yenidən emalından əldə 
edilən yüksək səviyyəli tullantı 
Şək. 4.4. Yanacaq ayıran aqreqat və nüvə reaktorlarından əldə 
edilən işlənmiş yanacaq 


109 
Şək. 4.5. Hyuston limanında çirklənmiş metal qırıntıları 
Germetik radioaktiv mənbələrdən başqa, nüvə yanacağı 
sənayesindən və ya silah istehsalından əmələ gəlmiş böyük 
miq-darda radioaktiv tullantılar (şək. 4.3), istifadə edilmiş nüvə 
yana-cağı (şək. 4.4) və germetiklənməmiş formada olan 
radioaktiv ma-teriallar mövcuddur. Belə növ materiallardan 
radioaktiv çirklənmə potensialı yuxarıda izah edilən germetik 
materiallardan yayılan radiasiya ilə çirklənmədən qat-qat 
yüksəkdir (şək. 4.5). 

Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin