3.16. Siqnalizator-indikator СИГ-1208М
Saat formasında olan СИГ-1208М siqnalizator-
indikatorunun funksiyası qamma şüalanma və qamma
şüalanmasının gücü də daxil olmaqla fasiləsiz olaraq
ionlaşdırıcı şüalanmanı (radiasiyası) ölçmək və ekranda əks
etdirməkdən ibarətdir (şək. 3.39). İndikatorda qamma
şüalanmanın və qamma-şüalanma gücünün təbii fon hədləri
proqramlaşdırılır. Ətrafda ionlaşdırıcı şüalanma bu həddi
keçdikdə, siqnalizator-indikator səs və işıq xəbərdarlıq siqnalı
ilə bunu xəbər verir.
104
Şək. 3.39. Siqnalizator
Məişətdə, yaşayış binalarının, tikililərin, məişət
əşyalarının, nəqliyyat vasitələrinin və torpaq sahələrinin
radiasiya təmizliyinə nəzarət üçün də istifadə edilir. Ölçmələrin
nəticələri yaddaşa yazılır. Kompüterə çıxışı vardır.
Texniki xarakteristikaları
Detektor..................................Heyger sayğacı СБМ-21
İş rejimi.............................................................fasiləsiz
Qamma şüalanma dozasının
gücü, mkZ/saat................................................0,1-4000
Ölçmə xətası, %......................................................+30
Qamma şüalanmanın ekvivalent
dozası, mkZ..................................................1-9999999
Ölçmə xətası, %......................................................
20
Beta və ya qamma şüalanmanın
enerjisi, MeV....................................................0,06-1,5
Temperatur rejimi,
C.........................................0
+45
Bir komplekt batareyadan istifadə
müddəti, il..................................................................1
İstismar müddəti, il.....................................................8
Çəkisi, q....................................................................100
Qabarit ölçüləri, mm...................................... 50x45x20
Kompüterlə əlaqə................................................İQ port
|