Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ «AZƏrbaycan hava yollari» qsc mġLLĠ avġASĠya akademġyasi



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə40/60
tarix15.10.2023
ölçüsü3,55 Mb.
#155940
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   60
09.09.13 ispravl

 
 
4.2. Radioaktiv çirklənmə 
 
Radioaktiv çirklənmə binaların, ərazilərin, əşyaların və ya 
insan orqanizminin üzərində və ya daxilində yerləşmiş 
arzuedilməz radioaktiv materialdır. Sadəcə desək, radioaktiv 
çirklənmə radioaktiv materialın lazım olmayan yerdə 
yerləşməsidir.


110 
Radioaktiv materialın lazımi nəzarət altında istifadə 
edilməsi bir çox faydalı xüsusiyyətlərə malikdir. Məsələn, tüstü 
detek-torlarının çoxunda, bir sıra tibbi diaqnostika cihazlarında 
və müalicə prosedurlarında radioaktiv materiallardan istifadə 
olunur. Radioaktiv material yalnız arzu edilməyən yerdə 
yerləşəndə (məsələn, torpağın üzərində, suda, insan 
orqanizmində) o, radioaktiv çirklənmə adlanır.
Sərhəd nəzarəti əməkdaşları üçün vacib olan ən mühüm 
aspektlərdən biri də radiasiya ilə çirklənmə arasındakı fərqi 
ayırd edə bilməkdir. 
Radiasiya
-
radioaktiv materialdan 
şüalanan enerji deməkdir.
Radiasiyaya məruz qalmış adamın radioaktiv və ya çirk-
lənmiş olmadığını başa düşmək vacibdir. Digər tərəfdən isə 
radio-aktiv çirklənmə də radiasiya buraxır. Əgər hər hansı bir 
şəxs radioaktiv materialla çirklənmişsə, həmin şəxs ondan 
həmin çirklənmə təmizlənənə qədər radiasiyaya məruz 
qalmaqda davam edir. 
Əgər radioaktiv materialların bağlamaları və ya kontey-
nerləri (yəni, radioaktiv tullantı və ya radioaktiv materialların 
germetiklənməmiş formaları) zədələnərsə və ya sınarsa, onda 
az miqdarda təsir göstərə bilən çirklənmə (seyrək və ya aradan 
qaldırıla bilən) mövcud ola bilər. Təsir göstərə bilən çirklənmə 
sızma nəticəsində radioaktiv mənbələrdən bağlamanın üzərində 
yığıla bilər. Təsir göstərə bilən çirklənmə işçiləri asanlıqla çirk-
ləndirə bilər və çirklənmiş materiala toxunmaq və hərəkət 
etdirmək nəticəsində daha geniş əraziyə yayıla bilər. Mümkün 
çirk-lənməyə rast gələn sərhəd əməkdaşları həmin sahəni 
mühafizə etməli və lazımi orqanlara xəbər verməlidirlər. 

Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin