insanda hissi sinir hüceyrələrinin cismi girdə olur, hərəki neyronlar isə sinir
sisteminin ayrı-ayrı nahiyələrində eyni olmayıb spesifik formaya malik olur; məs.:
beyin qabığının hüceyr ələri çox vaxt piramidə bənzəyir, beyincik qabığında isə
armudşə kllidirl ər. Bir qayda olaraq insanın onurğa beyninin ön buynuzundakı
hərəki hüceyrələr multipolyar və ya çoxbucaqlı şəkildə olur. Sinir hüceyrələri
cisminin ölçüləri də ayrı-ayrı yerdə müxtəlif olur, bu ölçülər çox geniş diapazonda
tərəddüd edir (4-30 mikron).
Şək.7.2
Ən böyük hüceyrələrə insanın beyin qabığında, ən kiçik hüceyrələrə isə
beyincik qabığında rast gəlmək olur (dənə-sinir hüceyrələri). Lakin qeyd etmək
lazımdır ki, beyin qabığında, əksinə, kiçik hüceyrələrə və beyincik qabığında
böyük hüceyrələrə (armudabənzər hüceyrələr) də təsadüf olunur.
Dostları ilə paylaş: