Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 4. Əhalinin məşğuliyyəti, ictimai həyatı və dünyagörüşü



Yüklə 3,15 Mb.
səhifə20/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   173
Ar2019-47-1

§ 4. Əhalinin məşğuliyyəti, ictimai həyatı və dünyagörüşü


Azərbaycanan münbit torpaqları, dağətəyi və dağlıq zonaları, su mənbələri hələ neolit dövründən burada təsərrüfatın müxtəlif sahələrinin, xüsusilə əkinçilik və maldarlığın inkişafı üçün zəmin yaratmışdır. Qeyd edək ki, bu günə qədər Cənubi Qafqaz ərazisində öyrənilmiş qədim əkinçi-maldar tayfaların təsərrüfat həyatını əks etdirən abidələrin sayı iki yüzü ötmüşdür.
Əkinçilik mədəniyyətinin formalaşması iki mərhələ keçmişdir. Birinci mərhələ neolit dövrünü əhatə edir ki, bu dövrdə əkinçilik ilkin yaranma mərhələsində olur. Onunla bərabər maldarlıq, sənətkarlığın dulusçuluq və toxuculuq kimi sahələri də formalaşmağa başlayır. İkinci mərhələ eneolit dövrünü əhatə edir. Artıq bu zaman təsərrüfat yüksələn xətlə inkişaf etməyə başlayır. Yığıcılıq və ovçuluq nəzərə çarpacaq dərəcədə formalaşır. Məhsuldar qüvvələrin inkişafı istehsalın yeni sahəsinin-metallurgiyanın yaranmasına gətirib çıxarır.
Abidələrdən tapılmış quraşdırma oraq dişləri, dən daşı və sürtgəclər, daş toxalar artıq bu dövrdə əkinçiliyin intensiv xarakter daşıdığına işarədir. Əkinçiliyin inkişafı yalnız təbii şəraitlə deyil, həmçinin burada yabanı taxıl bitkilərinin olması ilə bağlı olmuşdur. Azərbaycanda yumşaq və bərk buğda, çoxcərgəli butulkaşəkilli arpa və digər taxıl növlərinə rast gəlinmişdir. I Kültəpədən noxud və darı dənləri də aşkar olunmuşdur.
İbtidai-icma cəmiyyətində yeni yaranan əsas təsərrüfat sahələrindən biri də maldarlıq olmuşdur. Bu dövrdə heyvan sürüləri artmışdır. Xırdabuynuzlu heyvanlar əsasən keçi və qoyundan ibarət olmuşdur. Ev heyvanları sırasına iti də aid etmək olar.
Vəhşi heyvan sümükləri sırasına maral, ceyran, ayı, qurd, tülkü, quş və s. daxildir.
Abidələrdən maldarlığın inkişafını sübut edən osteoloji qalıqlar və heyvan fiqurları əldə edilmişdir. Osteoloji qalıqlar içərisində öküz sümükləri üstünlük təşkil edir. Tapıntılar arasında qoyun, keçi, donuz, it, dəvə və at sümükləri də vardır.
Yaşayış yerlərinin topoqrafiyasına və bir neçə abidədə mədəni təbəqənin az yığılmasına əsasən söyləmək olar ki, yarımköçəri yaylaq maldarlığı Azərbaycanda artıq Kür-Araz mədəniyyətinin orta inkişaf mərhələsində mövcud olmuşdur. Ehtimal ki, bu, e.ə. IV və III minilliklərin ayrıcına düşür.
Osteoloji materialın təhlili Kür-Araz mədəniyyəti tayfalarının həyatında ovçuluğun müəyyən yer tutduğunu göstərir. Başlıca olaraq, ceyran, maral, ayı, pişik və b. heyvanlar ovlanmışdır. Vəhşi heyvanlara aid osteoloji qalıqların az olması (10%) onların təsərrüfatda ikinci dərəcəli yer tutduğunu göstərir.
Maldarlığın inkişafı təkərli nəqliyyatın və əkinçiliyin inkişafına təkan vermişdir. İribuynuzlu heyvanlardan taxıl döyümündə istifadə edilməsi, əmək məhsuldarlığını və cəmiyyətin inkişafı üçün zəruri olan izafi məhsul istehsalını artırmışdır.
Orta Tunc dövründə xırdabuynuzlu heyvanlar sayca artmış, yarımköçəri yaylaq maldarlığı inkişaf etmişdir. Azərbaycanın yüksək dağlıq zonalarında və dağ ətəklərində yerləşən abidələrin meydana çıxması bununla bağlıdır. Bu tip yaşayış yerləri yarımköçəri maldar tayfaların həyat tərzi ilə bağlı olmuşdur. Gəmiqayada, Xaçbulağın (Daşkəsən) yüksək dağlıq zonasında və Kəlbəcərdə aparılan tədqiqatlar bu dövrdə Azərbaycanda məskunlaşan tayfaların bir qisminin postoral həyat tərzi keçirdiyini göstərir. Dağlıq zonalarda əhalinin məskunlaşması orta və Son Tunc dövründə baş vermişdir. Bu dövrdə Araz çayı ətrafında, Mil-Qarabağ düzündə, Muğanda, Cənub-Şərqi Azərbaycanda güclü maldar tayfalar yaşamışdır. Maldarlığın inkişafı əkinçiliyə nisbətən daha çox izafi məhsul əldə edilməsinə, sərvətin müəyyən qrup adamların əlində toplanmasına imkan yaratmışdır. Bu, son nəticədə əmlak bərabərsizliyinə gətirib çıxarmışdır. Belə ki, maldar tayfaların əlində tez bir zamanda çoxlu var-dövlət yığılmağa başlayır ki, bu da mal-qaranın saxlanması üçün əlavə işçi qüvvəsi cəlb etmək arzusu doğurur. Bu zamandan etibarən müharibələr nəticəsində ələ keçirilmiş əsirlərin əməyindən qul kimi istifadə etməyə başlayırlar. Bu isə sinifli cəmiyyətin ilk rüşeymlərinin meydana çıxmasına səbəb olur. Tayfa başçılarına aid zəngin qəbirlərin meydana çıxması da, şübhəsiz ki, yuxarıda göstərilənlərlə bağlıdır.
Bu dövrdə heyvandarlığın müəyyən sahəsini də atçılıq təşkil etmişdir. Muğanda Əliköməkçi təpəsindən aşkar olunan at sümükləri atın hələ eneolit dövründə əhilləşdirildiyini göstərir.
Neolit və Eneolit dövründə meydana çıxan ibtidai sənətkarlıq Tunc dövründə inkişaf edərək, daha da təkmilləşmişdir. Arxeoloji qazıntılardan əldə edilən müxtəlif əmək alətləri, təsərrüfat əşyaları o dövrdə sənətkarlığın müxtəlif qollarının metallurgiya və metalişləmə, dulusçuluq, daşişləmə, sümükişləmə, dəri və gönişləmə, toxuculuq və s. müxtəlif mərhələlərdə dinamik şəkildə inkişaf etdiyini göstərir. Neolit dövründə dulusçuluq və toxuculuq, Eneolit dövründə bunlarla bərabər metallurgiyanın meydana çıxması, Tunc dövründə isə yuxarıda sadalananlar arasında metallurgiya və metalişləmənin aparıcı yerlərdən birini tutmasına səbəb olmuşdur.
Məlum olduğu kimi, Azərbaycanda və bütün Cənubi Qafqazda məskunlaşan tayfaların metalla ilk tanışlığı hələ eneolit dövründə olmuşdur. Bu dövrə aid abidələrdən xırda metal əşyalar, o cümlədən bəzək üçün muncuqlar tapılmışdır.
Leylatəpədən aşkar olunan maddi-mədəniyyət qalıqlarının ən qiymətlilərin-
dən biri də metallurgiyaya aiddir . Buradan nəinki müxtəlif metal əşyalar, həm də onların bilavasitə yaşayış məskənlərində hazırlanmasını göstərən maddi qalıqlar tapılmışdır.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin