Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Maldarlığın əkinçilikdən ayrılması



Yüklə 3,15 Mb.
səhifə18/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   173
Ar2019-47-1

Maldarlığın əkinçilikdən ayrılması. Maldarlığın inkişafında mühüm irəliləyiş var idi. Ev heyvanlarının növü və sayı qat-qat artmışdı. Davarların (qoyun, keçi) sayının artması, habelə atdan istifadə nəticəsində maldarlığın yeni sahəsi – köçmə
(yaylaq) maldarlığı meydana gəlmişdi. Mal-qara yaz-yay aylarında dağ çəmənlərində otarılır, payızda soyuqlar düşəndə isə qışlaqlara qaytarılırdı. Əkinçilik və maldarlığın belə sürətli inkişafı nəticəsində təsərrüfatın bu sahələri bir-birindən ayrılmışdır. Tarixdə birinci böyük ictimai-əmək bölgüsü baş vermişdi. Maldar və əkinçi tayfalar daha çox öz sahələri ilə məşğul olmağa başlamışlar. Maldar tayfalar əkinçilərə nisbətən daha əlverişli şəraitə malik olduğundan tez varlanmışlar. Maldarlığın sürətlə inkişafı şəxsi tələbatdan artıq məhsul istehsal etməyə imkan vermişdir. Artıq qalan məhsul alış-verişin genişlənməsinə imkan yaratmışdır. Maldarlıqla məşğul olan tayfaların daxilində əmlak bərabərsizliyi meydana gəlmişdir.
Sənətkarlıq. Azərbaycanın Erkən tunc dövrü əhalisi sənətkarlığın dul-usçuluq, metalişləmə, toxuculuq və s. sahələri ilə məşğul olmuşdur. Dulusçuluq daha çox inkişaf etmişdir. Müxtəlif saxsı qab nümunələri hazırlanmış, onların forma və bədii tərtibatına xüsusi diqqət verilmişdir. Onların bir qismi xörək və mətbəx qabları olmuşdur. Ərzaq ehtiyatı və ağartı xüsusi qablarda saxlanırdı. Tuncdan hazırlanan alətlərin, əşyaların keyfiyəti yaxşılaşmışdır. Arxeoloji qazıntılar zamanı Erkən Tunc dövrünə aid abidələrdən metal ərintisini tökmək üçün qəliblər və metalişləmə sənətkarlığı ilə bağlı tunc əşyalar aşkar olunmuşdur. Tuncdan əmək alətləri, silahlar, habelə bəzək şeyləri (muncuq, qolbaq və s.) və məişət əşyaları (biz, iynə, bıçaq və s.) hazırlanmışdır. Bəzi sənətkarlar qızıl əşyalar da hazırlamışlar.
Tuncun kəşfinə baxmayaraq, məişət və təsərrüfatda daş, sümük alətlərdən hələ də istifadə olunurdu. Qoyunçuluğun inkişafı toxuculuğu genişləndirmişdir.
Erkən Tunc dövründə əhalinin dünyagörüşündə, dini inam və mərasimlərində də yeniliklər olmuşdur. Axirət dünyasına inam vardı. Qəbir abidələrinin quruluşu və dəfn alətləri bunu sübut edir. Tunc dövründə ölülər yaşayış məskənindən kənarda dəfn edilmiş, bəzi qəbirlərin üzərində kurqanlar (torpaq təpələr) qurulmuşdur. Ölüyandırma və kollektiv dəfnetmə adəti meydana gəlmişdir.
Əkinçiliyin, maldarlıq və sənətkarlığın inkişafı cəmiyyətin ictimai həyatına da təsir göstərmişdir. Tunc dövrünün əvvəllərindən ailədə, təsərrüfatda və ictimai həyatda kişilərin rolu artmağa başlamışdı. Çünki xış əkinçiliyi, maldarlıq güc və dözüm tələb edirdi. Qadınlar bu işin öhdəsindən gələ bilməmişlər. Nəticədə anaxaqanlığı (matriarxat) süqut etmiş, ataxaqanlığı (patriarxat) yaranmışdır. Ailəyə və tayfaya kişilər başçılıq etməyə başlamışlar.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin