Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə70/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   173
Ar2019-47-1

Məleykə ilə bağlı çəkişmələr. Bu arada ölkə daxilində baş qaldıran yeni çəkişmələr dövləti xeyli zəiflətdi. Səfəvi şahı Məhəmməd Xudabəndinin özü əlil, uşaqları isə kiçik yaşlı idilər. Qızılbaş əmirlərin razılığı ilə 11 yaşlı böyük oğlu Həmzə Mirzə vəliəhd seçilmişdi. Şahın arvadı dövlət işlərinə qarışır və böyük söz sahibi olmuşdu. Keçmiş Mazandaran əmirlərindən Abdullahın qızı olan Məhdi – Ülya ağıllı, cəsur və olduqca sərt idi. Xeyrannisə adlı bu bəyim Məhdi -Ülya Səfəvi ordusu Adil Gərayı məğlub edib geri dönərkən onları çox acı sözlərlə tənqid etmişdi. Dövlət işlərinə qarışan bu bəyimin bəzi yaxınlarını vəzifələrə çəkməsi qızılbaş əmirlərinin narazılıqlarını artırmışdı. Xeyrannisə bəyin təsirli əmirləri aradan götürməklə bütün dövlət işlərini öz əlinə almaq istəyirdi. Məleykə atasının ölümündə suçladığı Mazandaran hakimi Mirzə xanı öldürtdü. Əsir alınmış Adil Gəray da Məleykə ilə bağlı çəkişmələrin qurbanı oldu. Bu hadisələr dövlət işlərini ələ almağa çalışan Məleykəyə qarşı qızılbaş əmirləri arasında ciddi narazılıq yaradır. Məleykə şahzadələri də mərkəzdə özünün nəzarəti altında saxlamağa çalışır və onların qızılbaş əmirləri ilə əlaqəsindən çox ehtiyat edirdi. Bu vaxt Şah Məhəmmədin kiçik yaşlı oğlu Abbas Mirzə Herat valisi Əliqulu xan Şamlının yanında idi. Mələkə 1578-ci ildə oğlunun Qəzvinə göndərilməsini tələb etdi. Amma Əliqulu xan Şamlı Xorasanın bir çox əmirlərinə arxalanıb Məleykənin tələbini yerinə yetirmədi. Məleykənin mazandaranlıları yüksək vəzifələrə göndərməsi, qızılbaş əmirlərini isə sıxışdırması sonuncuların narazılıqlarını daha da artırdı.
Nəhayət, qızılbaş türk əmirləri Türkman Məhəmməd xanın çağırışı ilə Məleykəyə qarşı hərəkətə başladılar. Məleykə sərt hərəkətləri ilə əsgərləri, sufiləri şahsevən adı ilə onlara qarşı yönəltməyə çalışdı. Amma bu çağırışa başçılıq edə biləcək bir qızılbaş əmiri tapmadı. Şah işin belə qızışdığını görüncə Məleykəni Mazandarana göndərməyi qərara aldı. Amma qızılbaş əmirləri buna da razılıq vermədilər. Onlar sarayın hərəm otağına girib şahın yanında Məleykəni öldürdülər (26 iyul 1579). Məleykənin qətlindən sonra paytaxtdakı mazandaranlı əyanlar da öldürülüb, əmlakları qarət edildi. Məleykənin faciəli aqibəti göstərdi ki, Səfəvi imperatorluğunun qurucuları olan türk qızılbaş əmirlərini nə mərkəzi, nə də yerli idarələrdən sıxışdırıb uzaqlaşdırmaq mümkün deyildir. Ancaq Məleykənin faciəli aqibəti daxili çəkişmələri aradan qaldırmadı. Əksəriyyəti Ustaclı və Şamlı boylarından olan Xorasan əmirləri Əliqulu xanı xanlar-xanı ünvanı ilə özlərinə başçı seçib Abbas Mirzəni də şah elan etdilər (1581). Daxili çəkişmələr dövləti getdikcə gücdən salırdı.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin