Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Məhəmməd Xudabəndə. Daxili çəkişmələr



Yüklə 3,15 Mb.
səhifə69/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   173
Ar2019-47-1

Məhəmməd Xudabəndə. Daxili çəkişmələr. II Şah Ismayıl vəfat etdikdən sonra qızılbaş əmirlərinin böyük bir toplantısı oldu. Bu toplantıda tayfa ağsaqqalları dövlətin ümumi mənafeyi üçün II Şah Ismayılın hakimiyyətinin ilk günlərindəki qan davasını xatırlayıb yeni çəkişmələrə yol verməyəcəklərinə and içdilər. Bundan sonra taxta kimin çıxacağını müzakirə etdilər. II Ismayılın səkkiz aylıq oğlu Şahşücanın namizədliyi onun atabəyi tərəfindən irəli sürülsə də, buna heç kim razılıq vermədi. Sonra I Şah Təhmasibin böyük oğlu Məhəmməd Xudabəndinin hakimiyyətə gətirilməsi məsələsi ortaya atıldı. Toplantıda hamı buna razı oldu.
1578-ci il fevralın 13-də Şah seçilən Məhəmməd Xudabəndi gözləri zəif görməklə yanaşı, həm də iradəcə möhkəm adam deyildi. Onun razılığı ilə toplantıdakı əmirlərin hər birinin öz tayfasının ağsaqqalı olması qərarlaşdırıldı.
Məhəmməd Xudabəndə dövründə də imperatorluğun siyasi və əsgəri təşkilatı yenə də türk tayfa bəylərinin əlində idi. O da türk tayfa bəylərindən möhkəm yerli dayaqlar yaratmaq kimi mühüm daxili siyasəti davam etdirirdi.
Ancaq 1577-ci il toplantısındakı andlara baxmayaraq, oymaqlar arasındakı narazılıqlara tam son qoyulmamışdı. Məhəmməd Xudabəndinin zəifliyindən istifadə edən bir sıra əmirlərin dövlətin siyasi və əsgəri təşkilatında yüksək vəzifələri ələ keçirmək cəhdləri ilə əlaqədar olaraq oymaqlararası çəkişmələr yenə də qalırdı.
XVI yüzilliyin 70-ci illərində səfəvi-osmanli savaşlari. Ölkə daxilində tayfalararası bu çəkişmələr Osmanlı dövləti üçün də çox əlverişli oldu. III Murad (1574-1585) bəhanələrlə 1578-ci ildə Amasiya barışığını pozub, Qars qalasının bərpa olunması haqqında göstəriş verdi. Osmanlı dövləti Zaqafqaziyaya ordu yeridib, Xəzərin qərb sahillərindəki liman məntəqələrini tutmaq və Volqa-Xəzər beynəlxalq karvan yolu üzərində nəzarəti ələ almaq istəyirdi. Osmanlı dövlətinin əsas ordusu Güney Qafqaza daxil olmalı və qısa müddətdə nəzərdə tutulmuş bölgə fəth olunmalı idi. Əsas hərbi əməliyyatdan Səfəvi dövlətinin diqqətini yayındırmaq üçün Xoy, Salmas və Urmiyaya hücumla başladılar. Burada gedən döyüşlərdə Osmanlı ordusu qələbə çalıb Şahın ərəb atları cinsindən olan 10 mindən çox ilxısını da ələ keçirdilər. Azərbaycan bəylərbəyi Əmir xanın tutulmuş torpaqları geri almaq cəhdləri boşa çıxdı.
Osmanlı dövlətinin vəziri Qara Lələ Mustafa paşa III Sultan Muradın əmrinə görə Gürcüstan, Şirvan və Azərbaycanı tutmalı idi. Vəzir Lələ Mustafa paşanın ordusu avqust 1578-ci ildə Ərdəhan tərəfdən hücuma keçdi. Osmanlı hücumunun qarşısını Çuxur Səd bəylərbəyi Ustaclı Məhəmməd Toxmaq xan və Qarabağ bəylərbəyi Qacar Imamqulu xan almalı, eyni zamanda Azərbaycan bəylərbəyi Əmir xan və vəliəhd Həmzə Mirzə də onlara köməyə gəlməli idilər. Ancaq Əmir xan dövlətin qərb sərhəddində Osmanlılarla bağlı təhlükə qaldığına görə, onlara vaxtında kömək edə bilmədi.
Ustaclı Məhəmməd Toxmaq xanla Qacar Imamqulu xan 15 minlik qoşunla ordusunun sayı onlardan qat-qat çox olan Lələ Mustafa paşa ilə qarşılaşdılar. Çıldırda avqust 1578-ci ildə baş verən döyüşdə Səfəvi bəylərbəyiləri məğlub oldular.
Osmanlılar Gürcüstanın xeyli torpaqlarını tutub Şirvana doğru irəlilədilər.
Qanıq (Alazan) çayı sahilində Osmanlılar Türkman Əmir xan və Qacar Imamqulu xanın qüvvələri ilə qarşılaşdılar (sentyabr 1578). Səfəvi ordusu ilk döyüşdə qələbə çalsa da, Əmir xan oğlu Sultan Murad xanın səhvi nəticəsində baş verən ikinci döyüşdə xeyli itki verdi. Türkman Əmir xan bu uğursuzluqdan sonra Təbrizə dönməyə məcbur oldu. Şirvan bəylərbəyi Rumlu Araz xan təkbaşına osmanlılara qarşı döyüşə bilməyəcəyini gördükdə Kür sahilinə çəkildi. Vəzir Qara Lələ Mustafa paşa Dərbəndə qədər Şirvan torpaqlarını tutub, Özdəmir oğlu Osman paşanı bu bölgəyə hakim təyin edib, özü Ərzruma döndü. Gürcüstanın bir qismi ilə Şirvan Osmanlı hakimiyyəti altına düşdü. Mustafa paşa geriyə qayıdan kimi Araz xan Rumlu Təkəli Ərdoğdu xəlifə və başqa əmirlərlə birləşib Osmanlı qüvvələrinə qarşı hərəkət etdi. Qarabağ bəylərbəyi Qacar Imamqulu xan isə Qaytas paşanın üstünə getdi. Ərəş qalası ətrafında Qacar Imamqulu xan qələbə çaldı. Qaytas paşanın əsgərlərinin çoxu öldürüldü. Rumlu Araz xan Şamaxını boşaldıb Özdəmir oğlu Osman paşanın xeyli qüvvəsini məhv etdi. Bu vaxt Krımdan Adil Gərayın köməyə gələn qüvvəsi ilə birləşən osmanlılar Araz xanı məğlub etdilər. Araz xan əsir götürüldü. Araz xanın oğulları, Ərdoğdu xəlifə qalan qüvvə ilə Salyana çəkildi. Amma qızılbaşların ardınca gedən, onları izləyən Adil Gəray onları dağıdıb çoxlu qənimət ələ keçirdi. Rumlu Araz xan da öldürüldü. Bu vaxt Səfəvilərin baş vəziri Salmanın ordusu Şirvana daxil oldu. Mollahəsəndə gedən döyüşlərdə (noyabr 1578) Krım qüvvələri dağıdıldı və ələ keçirdikləri qənimətlər geri alındı. Adil Gəray əsir götürüldü. Özdəmir oğlu Osman paşa Dərbəndə çəkildi. Mollahəsən qələbəsindən sonra qızılbaş əmirləri Şah qərargahından Osman paşanın təqib olunması, Dərbəndin tutulması barədə əmr alsalar da, ona əməl etməyib Qarabağa döndülər. Qızılbaşların bu səhvindən Osman paşa istifadə edib, Dərbənddə möhkəmlənərək Şirvana nəzarəti öz əlində saxlaya bildi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin