Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Səfəvi-Osmanlı savaşı (1603-1612)



Yüklə 3,15 Mb.
səhifə75/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   173
Ar2019-47-1

Səfəvi-Osmanlı savaşı (1603-1612). I Şah Abbas daxili çəkişmələrə son qoyub dövlət hakimiyyətini möhkəmləndirdikdən sonra, əvvəlcə Xorasanın özbək xanlarından geri qaytarılmasını qərara aldı. Ona görə ki, Xorasanda Abdullah xan tərəfindən tutulan torpaqların geri qaytarılması və burada dövlətin sərhədlərinin qəti möhkəmləndirilməsi üçün əlverişli vəziyyət yaranmışdı. Belə ki, Xorasanda, Mavərəünnəhrdə, Xarəzmdə özbək tayfa başçıları arasında çəkişmələrin genişlənməsi, bu zaman Abdullah xanın və onun vəlihədi Əbdülmömin xanın ölümündən bacarıqla istifadə edən I Şah Abbas 1598-ci ildə Herat savaşında Div Məhəmməd xanı məğlub etdi. Bu savaşda 4000 nəfərdən çox özbək döyüşçüsü və Div Məhəmməd xan da öldürüldü. Nəticədə Nişapur, Məşhəd, Herat, Mərv daxil olmaqla, bütün Xorasan özbəklərdən geri alındı. Səfəvi imperatorluğunun sərhədləri yenə Ceyhun çayına çatdı. Beləliklə, I Şah Abbas dövlətin şərq sərhədlərinin təhlükəsizliyini gücləndirib, Osmanlı dövlətinə qarşı müharibədə itirilmiş torpaqları geri almaq üçün ciddi şəkildə hazırlaşmaq imkanı əldə edir.
I Şah Abbas ciddi hərbi hazırlıqdan sonra Osmanlılar tərəfindən tutulmuş torpaqları geri qaytarmaq üçün 14 sentyabr 1603-cü ildə Təbrizə doğru hərəkət etdi. Yolda Əmirgünə xan Qacarın Qəzvin və Zülfüqar xan Qaramanlının Ərdəbil alayları da onunla birləşdilər. Onlar on dörd günə Təbriz qala qapılarına çatdılar. Qızılbaş ordusunun yaxınlaşdığını görən Təbriz və onun ətraf əhalisi osmanlılara qarşı çıxışlara başladılar. 21 oktyabr 1603-cü ildə I Şah Abbas Təbrizi tutdu. Təbriz tutulduqdan sonra Qərbə doğru hərəkət edən I Şah Abbas Əli Paşanın başçılıq etdiyi Təbriz qarnizonunu dağıtdı. Əli Paşa əsir götürüldü.
Bu qələbədən sonra Şah Zülfüqar xan Qaramanlını Azərbaycana bəylərbəyi təyin etdi. Amma bir qədər sonra Şah Abbas Azərbaycanın qorunmasını türkmanlara tapşırdı. Onların başçısı Pirbudaq xan Pornaq da Zülfüqar xanı əvəz etdi.
Culfa və Naxçıvan asanlıqla tutuldu. Şəhərdəki osmanlı qarnizonu döyüşsüz təslim oldular. Maku hakimi Mustafa bəy şahın düşərgəsinə gəlib ona sədaqətlə xidmət edəcəyini bildirdi.
Qızılbaş ordusunun gəlişini gözləyən Ordubad əhalisi də osmanlılara qarşı çıxdılar. Elə buna görə də şəhər dağıdıldı. Ordubad şəhərinin əhalisinə və iqtisadi həyatına çox ciddi zərər dəydiyi üçün baş vəzir Hatəm bəy Ordubadinin təklifi ilə şah orbudlıların bütün dövlət vergilərindən azad olunmaları barədə fərman verdi.
Qızılbaşlar Irəvanda çox böyük müqavimətlə qarşılandılar.Irəvanda toplu, tüfəngli 10 min nəfər osmanlı qüvvəsi vardı. 1603-cü ilin sonunda başlanan savaş 8 iyun 1604-cü ilə qədər getdi. Çox çətinliklə Irəvan da tutuldu. Osmanlı ordu başçılarından Şərif Paşa və Xızır Paşa da əsir alındı. Şah onların hər ikisini sərbəst buraxdı. Xızır Paşa öz ölkəsinə getdi. Çuxur-Sədə Əmirgünə xan Qacar bəylərbəyi qoyuldu.
I Şah Abbas Qarabağı tutmamışdan ora Ziyadoğlulardan Hüseyn xan Qacarı bəylərbəyi təyin etmişdi. Hüseyn xanın qoşunu Araz çayına tökülən Qozluçay üzərində düşərgə salmışdılar. Davud Paşanın osmanlı dəstəsi Hüseyn xanı məğlub edib düşərgəsini dağıtdı. Bunu eşidən şah qorçubaşı Allahqulu bəyin başçılığı altında Gəncəyə beş minlik dəstə göndərdi.
Cığaloğlu Sinan Paşanın başçılığı altında osmanlı ordusunun yaxınlaşdığını (1604) eşidən Şah ənənəvi döyüş taktikasına əl atdı. Osmanlı sərhədlərində tutduğu qalaları dağıtdırdı. Əmirgünə xan Çuxur-Səddən yerli əhalini ölkənin içəri bölgələrinə köçürdü. O bilirdi ki, qış vaxtı ağır silahlı Osmanlı ordusu yürüşlər edə bilməyəcəkdir. Yaz, yay hücumlarını Pozmaq üçün isə Osmanlı ordusunun keçəcəyi yollar kənarındakı otlaqları, tarlaları dağıtdırdı. Nəticədə, Təbrizə doğru hərəkət edən iki Osmanlı ordusundan heç biri uğur əldə edə bilmədi. Əksinə, itki də verərək geri çəkildilər. I Şah Abbas dağıtdığı qalaları bərpa etdirib buraya tüfəngçi və topçular yerləşdirdi. Şah Abbas 1604-1605-ci ilin qışını Təbrizdə keçirdi. Qoşun toplanması üçün yeni fərmanlar verdi. Bu vaxt Şirvanda savaş davam edirdi. Şamaxı, Bakı və Dərbənddən başqa, Şirvanın qalan yerləri ger alınmışdı. I Şah Abbas Vandan Cığaloğlunun yeni yürürşlərinin qarşısını almaq üçün Təbrizi möhkəmləndirirdi. Yeni tikdirdiyi qalada iki-üç illik taxıl, sursat yerləşdirdi. Sonra Allahverdi xanın başçılığı altında Vana 30.000 qoşun göndərildi. Vanda
1605-ci ildə savaşda Cığal oğlunun qüvvəsi məğlub oldu. O, özü çox çətinliklə qaça bildi.
Çox keçmədi ki, güclü hərbi qüvvə ilə Cığal oğlu Azərbaycana daxil olub Urmiyaya doğru hərəkət etdi. Yenə də I Şah Abbas yolboyu bütün ərzağı başqa yerlərdə daşıtdırıb, əhalini isə başqa yerlərə köçürdükdən sonra Mərəndə çəkilmişdi.
I Şah Abbas çox ustalıqla döyüşə hazırlıq gördü. Həlledici savaş 7 noyabr 1605-ci ildə Ərdəbillə Sərab arasında oldu. I Şah Abbas qələbə çaldı. Cığal oğlunun xeyli döyüş texnikası, ərzaq, sursatı ələ keçirildi. Şah geri çəkilən osmanlıları izləmədi.
Bu qələbədən sonra 1605-1606-cı ilin sərt qışına baxmayaraq, I Şah Abbas Qarabağa keçdi və Gəncə mühasirə olundu. Kömək gələcəyini gözləyən osmanlılar Gəncənin verilməsi təklifinə razı olmadılar. Gəncənin mühasirəsi dörd ay davam etdi. Gəncə 5 iyul 1606-cı ildə geri alındı, Qarabağa Məhəmməd xan Ziyadoğlu Qacar bəylərbəyi təyin olundu.
I Şah Abbas Dərbəndi tezliklə tutub Qafqazda müharibənin taleyini həll etmək istəyirdi. Bu zaman Şamaxıdakı osmanlı qarnizonu Dərbəndə çəkilməyə hazırlaşırdı. Onlar Krım xanından yardım alıb burada möhkəmlənmək istəyirdilər. Elə bu vaxt Kəffədən Şəmsəddin Paşanın başçılığı ilə Şirvandakı osmalılara kömək göndərildi. Şəmsəddin Paşa bildirdi ki, 1607-ci ilin yayında Qafqaza da yeni Osmanlı qoşunu yeridiləcək. Eyni zamanda Krım xanın da qoşunu şimaldan Şirvana daxil olacaqdır. Elə buna görə də, Osmanlı qarnizonu Şamaxıdan çıxmadı. Şirvana daxil olan şah ordusu 1607-ci ilin yanvarında Şamaxıya çatdılar. Bu vaxt Bakı və Dərbənddə osmanlılara qarşı çıxışlar oldu. Bu çıxışlar Şirvanın geri qaytarılmasını asanlaşdırdı. Şamaxıda 1607-ci il döyüşləri hər iki tərəf üçün ağır oldu. Şah ordusu 27 iyun 1607-ci ildə Şamaxını tutdu. Şahın fərmanı ilə Zülfüqar xan Qaramnalı Şirvan bəylərbəyi oldu. Şamaxı döyüşü ilə savaşın taleyi həll olundu. Bütün Qafqaz yenə də Səfəvilərin hakimiyyəti altına düşdü. Şah Osmanlı dövləti ilə danışıqlara başlamaq üçün Təbrizə qayıtdı. Şah Osmanlı dövləti ilə sülh danışıqlarında Krım xanı Qazi Gərayın köməyinə çox ümid bağlayırdı. Şah Qazi Gərayın yaxın dostu, Osmanlı sərdarlarından olan Xəndan ağanı həbsdən azad etdi. Onunla birlikdə elçisi Əbülqasım bəy Evoğlunu Qazi Gərayın yanına göndərdi. Ancaq Xəndan ağa yolda öldürüldü və Əbülqasım bəy Evoğlunu isə çərkəzlər əsir götürdülər. Bu vaxt Qazi Gəray da vəfat etdi. Şah Sultanla danışıqlara başlaya bilmədi.
Osmanlı dövləti 1607-1611-ci illərdə Azərbaycana yenə də qoşun yeritdi. Osmanlı ordusuna baş vəzir Murad Paşa başçılıq edirdi. Murad Paşanın ordusu Təbriz şəhərini tutub beş gün burada qala bildi. Amma o, I Şah Abbasın yürüşündən ehtiyat edib Vana döndü. Şah Abbas yenə də köhnə ənənəvi savaş qaydalarından istifadə etməyə başladı. Murad Paşa isə Azərbaycana bu uğursuz səfərindən sonra Səfəvilərlə danışıqlara başlamağa razılıq verdi. Ancaq Murad Paşa 6 avqust
1611-ci ildə öldü. Iki imperiya arasında sərhəddin danışıqlarla müəyyən olunması ləngidi.
1612-ci ilin yazında I Şah Abbasın əsas qüvvəsi yerləşdiyi Ucana danışıqlar üçün Osmanlı dövlətindən elçi gəldi. Səfəvilər tərəfindən İstanbula ali ruhani idarəsinin başçısı Qazi xan Sədr əl-Həsən göndərildi. I Sultan Əhməd (1603-1617) Səfəvi elçisini 17 oktyabr 1612-ci ildə çox hörmətlə qarşıladı.
Sultan I Şah Abbasın 1555-ci il Amasiya barışığı əsasında müqavilə bağlamaq təklifini bəyəndi. 1612-ci ildə Istanbulda müqavilə imzalandı. Müqavilə əsasında Sultanın irəli sürdüyü yeni şərtləri şah qəbul etdi. Sultanın irəli sürdüyü əsas şərtində göstərilirdi ki, onun rusların tikdiyi Terek qalasının dağıdılması haqqındakı fərmanına Səfəvi qoşunu mane olmamalıdır. Bu şərt Osmanlı dövlətinin Xəzərə doğru Qafqazdan keçən yürüşləri və bu zaman Səfəvilərlə də baş verən savaşların əsil mahiyyətini aydınlaşdırır. Eyni zamanda Səfəvi dövləti Osmanlı dövlətinə müharibədə dəymiş zərərin qarşılığını ödəmək üçün hər il 200 xarvar (xarvar-300 kq) xam ipək verməyi öhdəsinə götürmüşdü.
Qafqaza qoşun yeritməkdə Osmanlı dövlətinin əsas məqsədi yeni torpaqlar tutmaqdan çox, şimaldan yaxınlaşan və bütün şərq xalqları üçün qorxulu olan təhlükənin qarşısını almaq olmuşdu.
Qərb və Şimali-Qərbdə dövlət sərhədlərinin müəyyən olunması işi ÇuxurSəd bəylərbəyili Əmirgünə xan Qacara, Osmanlı dövləti tərəfdən isə Van hakimi Məhəmməd Paşaya tapşırıldı. Tərəflərin nümayəndələri Salmasa gəlib burada iki ay içində sərhədləri müəyyən etdilər və bu barədə hazırlanan sənədi imzaladılar.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin