Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


XVI-XVII əsrlərdə Azərbaycan mədəniyyəti



Yüklə 3,15 Mb.
səhifə83/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   173
Ar2019-47-1

XVI-XVII əsrlərdə Azərbaycan mədəniyyəti. XVI əsrin baçlanğıcında Azərbaycan Səfəvi dövlətinin yaranması, habelə mərkəzləşdirilmiş siyasi qurumun qüvvətlənməsi ilə əlaqədar xalqın mədəniyyəti də xeyli inkişaf etdi. Gəncə, Təbriz, Şamaxı, Marağa, Ərdəbil, şəhərləri bu dövrün mühüm mədəniyyət mərkəzləri kimi tanınmışdı.
XVI əsrdə Azərbaycan mədəniyyətindən danışarkən ilk növbədə maarif, elm sahələri haqqında söhbət açmaq lazımdır. Məktəb və mədrəsələrdə həm şəriət,həm də riyaziyyat, məntiq, fəlsəfə, nücum və.s fənlər tədris olunurdu.Təbrizdə böyük kitabxana var idi.Marağa rəsədxanası bərpa olundu. I Təhmasibin sarayında qulluq edən, hətta onun yürüşlərinin iştirakçısı olan Həsən bəy Rumlu 12 cildlik “Əhsən ət-Təvarix” (Tarixlərin ən yaxşısı) əsərini yazmışdı. Xandəmir təxəllüsü Qiyasəddin ibn Hümaməddin əl Hüseyn (1475-1536)çoxcildlik əsərlər külliyyatının bir hissəsini Səfəvilər dövlətinin yaranmasına həsr etmişdir.
Şərəf xan Bitlisi “Şərəfnamə”əsərində XVI əsr Sıfıvilər dövlətinin zəifləməsi haqqında məlumat verir.
Bu dövrdə tibb elmi də inkişaf edirdi. Əbdül Fəth Təbriz, Əli Təbrizi, İmadəddin Mahmudi kimi məşhur həkimlər vardı. Əsərlər xəttatlar tərəfindən yazılırdı.
I Şah İsmayılın sarayında “şairlərin şahı” –“məlik ül-şüara” Həbibi başda olmaqla Süruri, Şahi, Matəmi, Tüfeyli,Qasimi kimi şairlər var idi. Şah İsmayıl özü Xətai təxəllüsü ilə türk dilində yazırdı. Onun “Divan”,”Nəsihətnamə”,”Dəhnamə” adlı şerlər toplusu var idi.
XVI əsr Azərbaycan ədəbiyyatının, həm də Şərq dünyasının ustadı Məhəmməd Füzuli (1494-1556) elm və mədəniyyət mərkəzlərindən olan Bağdadda yaşayıb yaratmışdır. Klassik ədəbiyyata yaxından bələd olan Füzuli ”Leyli və Məcnun”, “Şikayətnamə”, “ Bəngü-badə” əsərlərinin müəllifidir. Ərəbcə isə “Mətlə-ül etiqad” (“Etiqadın mənşəyi”) əsərini yazmışdır.
Şifahi xalq yaradıcılığının yeniforması olan dastanlar yaranır XVI əsr Azər-
baycan musiqisinin görkəmli nümayəndəsi xanəndə Hafiz lələ olmuşdur.Təbriz miniatür məktəbi bütün Şərqdə məşhur idi.Sultan Məhəmməd və onun məktəbinin yetirmələri Kəmaləddin Behzad, Mir Müsaviri, Mir Zeynalabdin Təbrizi və.b. dünya incəsənət tarixinin inkişaf salnaməsinə unudulmaz səhifələr yazmışdılar.

  1. əsrdə Azərbaycanda çoxlu sosial binalar,karvansara,hamam,ovdan, körpü, məqbərə,məscid tikilmişdir. 1544-cü ildə Qusarın Həzrə kəndində,Samur çayı sahilində Şeyx Cüneyd məqbərəsi,Qubanın Ağbil kəndindəki məqbərə, Naxçıvan MR Qazançı kəndi yaxınlığında Lincə çayı üzərində tikilən körpü, usta Əmirşah tərəfindən tikilən Bakının Şərq darvazaları və.s. göstərmək olar.

XVI-XVII əsrlərdə Azərbaycan Səfəvi dövlətinin mərkəzləşmiş dövləti xalqın mədəniyyətinin xeyli inkişaf etməsinə səbəb oldu. Gəncə,Təbriz, Şəmaxı, Marağa, Ərdəbil kimi mədəniyyət mərkəzləri öz nüfuzunu itirməmişdi. Həm dünyəvi həm də dini elmlər inkişaf edirdi. Astronomiya sahəsində Qiyasəddin Mənsur ibn Əmir Sədrəddin Məhəmməd Şüyx Bəhaəddin Amil,Mövlana Əlirza Təbrizi kimi alimlər vardı. Onlar Marağa rəsədxanasının bərpası ilə məşğul oldular.
Riyaziyyatda Şeyx Məhəmməd Şəbüstərinin ardıcılları Şeyx Abdulla Şəbüstərizadə, Təbrizli Seyid ƏhmədLaləvi, təbrizli Mirzə İbrahim (həm də fəlsəfə sahəsində), dövrünün məşhur münəccimi Mövlana MəhəmmədƏrdəbili, şirazlı alim Mahmud bəy Füsuni (riyaziyyat,astronomiya), təbabətdə I Şah Təhmasibin şəxsi həkimlərindən Əbülfəth Təbrizi,İmadəddin Mahmud İmnanuri, Mövlanə Kəmaləddin Hüseyn oğlu Nurəddin və.b.göstərmək olar. Məşhur ensiklopediyaçı alim Məhəmməd Hüseyn Xələf oğlu Təbrizi, Şirvan alimi Mövlana Mirzə Məhəmməd, filosof Yusif Məhəmmədcan oğlu Qarabağı kimiləri öz müasirlərindən seçilirdilər.
XVI-XVII əsr tarix elmi sahəsində çalışan alimlərdən Həsənbəy Rumlu, Fəzli İsfahani, İskəndər bəy Münşi öz dövrünün tarixi, diplomatik,dövlət işlərini, hadisələrini çox gözəl qələmə almışlar.
XVI-XVII əsrlərdə əsərləri məktəbdə elm kimi tədris olunan filosof Xacə Nəsrəddin Tusini göstərmək olar. Həmçinin Aristotel, Arximed, Evklid,Qalileyin əsərlərindən də məktəblərdə istifadə olunurdu.
Çoxlu məktəb və mədrəsələr tikilmişdi. Bəzi alimlərin öz ali təhsil müəssisəsi vardı. Maarif əsasən şəhərlərdə yayılırdı. Kəndlilərin böyük əksəriyyəti savadsız idi.

  1. əsrdə Azərbaycanda kitablar,adətən xəttatlar tərəfindən üzü köçürülməklə yazılırdı. Kitabxanaçılıq da inkişaf edirdi. I Şah İsmayıl Təbriz kitabxanasına diqqəti həmişə artırırdı.Özünün kitabxanasında minlərlə nüsxə kitab vardı. Şeyx Səfi məqbərəsindəki kitabxananın şöhrəti böyük idi.

XVI-XVII əsrlərdə ədəbiyyat sahəsində Məhəmməd Əmani,Əlican Qövsi Təbrizi, Məsihi,Saib Təbrizi, Tərzi Əfşar,aşıq yaradıcılığında “Aşıq Qərib” “Abbas və Gülgəz, “Şah İsmayıl” “Əsli və Kərəm”dastanları,Qurbani, Abbas Tufarqanlı,Sarı Aşıq Abdulla kimi xalq poeziyasının nümayəndələri var idi.

FƏ Sİ L 10. AZƏ R BAY CAN X V I I I Ə SR İ N Bİ R İ NCİ Y AR I SI NDA


§ 1. XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin siyasi və sosialiqtisadi həyatı, xalq hərəkatı və üsyanlar.
§ 2. I Pyotrun Azərbaycana işğalçılıq yürüşü və onun ağır nəticələri. İstanbul sülhü (1724-cü il) və Azərbaycan ərazilərinin bir hissəsinin Rusiya və Osmanlı hakimiyyəti altına keçməsi.
§ 3. Səfəvi imperiyasının süqutu, Əfşarlar imperiyasının meydan gəlməsi. § 4. Azərbaycan Nadir şah Əfşarın dövründə (1736-1747-ci illər).

§ 1. XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin siyasi və sosial-iqtisadi həyatı, xalq hərəkatı və üsyanlar


XVII əsrin sonu – XVIII əsrin başlanğıcında Səfəvi dövləti dərin iqtisadi və siyasi böhran keçirirdi. Dövriyyədə gümüş pul çatışmamazlığı yarandı, dövlət xəzinəsi tamamilə boşalmışdı. Ərdəbil məqbərəsindəki əşyaları (qızıl, gümüş və mis) əridib pul kimi istifadə edirdilər Şah Sultan Hüseynin(1694-1722) gördüyü tədbirlər maliyyə böhranının qarşısını ala bilmədi. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən iri feodallar müstəqilliyə can atırdılar.
Böhran əhalinin vəziyyətini ağırlaşdırmışdı. Bu zaman Azərbaycanda olmuş rus diplomatı A.Volinski Səfəvi imperiyasının taxıl anbarı sayılan Azərbaycanda tarlaların 7 il əkilməməsindən, ölkədə aclığın hökm sürməsindən yazırdı. Şah Sultan Hüseynin vergini artırması nəticəsində xalq var-yoxdan çıxdı və vəziyyəti daha da ağırlaşdı. Ölkədə şah hakimiyyətinə və feodal zülmünə qarşı xalq hərəkatı genişləndi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin