Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə86/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   173
Ar2019-47-1

1722-ci il iyunun 18-də I Pyotr Həştərxandan hərbi səfərə başladı. Rus qoşunları dəniz və quru yolla Dərbəndə doğru irəliləyirdilər. I Pyotr hərbi səfərə başlamamışdan əvvəl Azərbaycan, fars, ərəb dillərində Bəyannamə hazırlatdırıb Azərbaycana göndərmişdi. Orada Rusiyanın planları pərdələnir və göstərilirdi ki, guya hərbi səfərdə məqsəd yerlərdə əmin-amanlıq yaratmaq, rus tacirlərini qarət edənləri cəzalandırmaqdır. Səfəvi dövləti Rusiyanın bu hücumuna heç bir müqavimət göstərə bilmədi. 1722-ci il avqustun 15-də rus eskadrası, avqustun 23-də isə piyada qoşunları Dərbəndə çatdı. Müqavimət göstərməyin mənasız olduğunu görən şəhər hakimi İmanqulu xan qala darvazalarının açarını və “Dərbəndnamə”nin XVI əsrə aid əlyazmasını I Pyotra təqdim etdi. I Pyotr Senata göndərdiyi məktubunda şəhərdə yaxşı qarşılandığını bildirdi. Lakin Azərbaycanın bir çox şəhərlərinin hakimləri ruslara tabe olmaq niyyətində deyildilər. Bakı hakimi Məhəmmədhüseyn bəy I Pyotrun göndərdiyi məktubu qəbul etmədi. Avqustun 28-də I Pyotr geri qayıtmaq haqqında əmr verdi. Bunun səbəbi İsveçlə başlana biləcək yeni müharibə təhlükəsi və ərzaq gətirən gəmilərin dənizdə fırtınaya düşməsi idi.
Ancaq I Pyotr Xəzər hövzəsini ələ keçirmək planından əl çəkməmişdi.
1722-ci ilin dekabrında polkovnik Şipovun başçılığı ilə rus eskadrası Rəşti işğal etdi. Rəştdə rus konsulluğu yaradıldı və S.Abramov konsul təyin olundu. Matyuşkinin başçılığı ilə rus donanması 1723-cü il iyulun 28-də Bakını tutdu. Şəhərin hakimi Məhəmmədhüseyn bəy Hacı Davudla əlaqə saxlamaqda günahkar bilinib, qardaşları ilə birlikdə Rusiyaya sürgün edildilər və elə orada öldürüldülər. Knyaz İ.Baryatinski Bakının komendantı təyin edildi. Bakıdan sonra ruslar Salyanı ələ keçirdilər.
Peterburq müqaviləsi. II Təhmasib Rusiyadan kömək almaq üçün İsmayıl bəyin başçılığı ilə Peterburqa nümayəndə heyəti göndərdi. O, 1723-cü ilin sentyabrın 12-də Peterburqda Şahdan icazə almadan Rusiya ilə müqavilə bağladı. Müqaviləyə görə Dərbənddən Gilana qədər dəniz sahili torpaqlar Rusiyaya verilirdi. Rusiya isə əfqanlara qarşı mübarizədə Səfəvilərə kömək edəcəyini öhdəsinə götürürdü. Lakin Şah II Təhmasib ondan iznsiz bağlanan bu müqaviləni tanımadı.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin