Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


İstanbul sülhü (1724-cü il) və Azərbaycan ərazilərinin bir hissəsinin Rusiya və Osmanlı hakimiyyəti altına keçməsi



Yüklə 3,15 Mb.
səhifə87/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   173
Ar2019-47-1

İstanbul sülhü (1724-cü il) və Azərbaycan ərazilərinin bir hissəsinin Rusiya və Osmanlı hakimiyyəti altına keçməsi. Rusiyanın Xəzər hövzəsində və Cənubi Qafqazda möhkəmlənməsindən narahat olan İngiltərə və Fransa Osmanlı dövlətini Rusiyaya qarşı müharibəyə təhrik edirdilər. Osmanlı dövləti də Rusiyanın Cənubi Qafqazda mövcudluğunun əksinə idi. Azərbaycan əhalisi də bu dövrdə müəyyən qədər Osmanlı dövlətinə meyl edirdi. Bunu İrəvan azərbaycanlılarının adından Ərzurum paşasına yazılmış məktub da təsdiqləyir. Məktubda deyilirdi: “Niyə oturubsunuz? Siz də türksünüz, biz də. Gavurun əlinə düşməkdənsə, sizin əlinizə düşməyimiz yaxşıdır, vaxtında gəlin şəhəri zəbt edin və rusları şəhərə buraxmayın”. Osmanlı qoşunları 1723-cü ilin oktyabrında Gəncəyə hücum etdi. Lakin Səfəvi qoşunları tərəfindən müdafiə olunan şəhəri tuta bilmədilər. Ancaq 1724-cü ilin iyununda osmanlılar İrəvanı müqavimətsiz ələ keçirdilər.
Osmanlı dövlətinin Azərbaycana qoşun çəkməkdə əsas məqsədi Cənubi Qafqazın rusiya tərəfindən işğalına yol verməmək və Xəzər dənizinə çıxaraq rus donanmasının Xəzərdə hegemonluğunun qarşısını almaq idi. Rusiya isə Osmanlı dövləti ilə toqquşmaq istəmir, münaqişəni diplomatik yolla həll etməyə çalışırdı. Beləliklə, Cənubi Qafqazda Rusiya, Türkiyə və Səfəvi dövlətlərinin maraqları toqquşurdu. Avropa dövlətlərinin maneçiliklərinə baxmayaraq, 1724-cü ilin iyunun 12-də Rusiya ilə Osmanlı dövləti arasında Peterburq müqaviləsinin şərtlərinə oxşar sülh müqaviləsi bağlandı. İstanbul müqaviləsinin şərtlərinə görə osmanlılar Dərbənd, Bakı, Salyan, Lənkəran, Rəşt və Ənzəlinin Rusiyaya ilhaqını tanıdı. Rusiya is Xəzəryanı vilayətlərdən başqa Azərbaycanın qalan torpaqlarının Osmanlı dövləti tərəfindən tutulmasına razılıq verdi. Qoşun saxlamamaq şərti ilə Şamaxı osmanlıların himayəsinə keçdi. Yarımmüstəqil Şirvan xanlığı yaradıldı və Hacı Davud Şirvan xanı təsdiq edildi. Beləliklə, Azərbaycan ərazisi Rusiya və Osmanlı imperiyaları arasında bölündü.
Azərbaycan torpaqlarının Rusiya və Osmanlı imperiyalarına qatılması.
İstanbul müqaviləsindən sonra Osmanlı qoşunları Cənubi Qafqazı, o cümlədən
Azərbaycan torpaqlarını tutmağa başladı. 1724-cü ilin yayında Osmanlı qoşunları Səlmas, Xoy, Mərəndi ələ keçirdi. Onlar həmin ilin avqustunda Təbrizi tutmağa cəhd etdilər, lakin Səfəvi qoşunları buna imkan vermədi. İrəvan, Naxçıvan, Ordubad, Qazax, Borçalı Osmanlı hakimiyyətini könüllü qəbul etdilər. 1725-ci ildə Osmanlı qoşunları əvvəlcə Təbrizi və Gəncəni, sonra isə Ərdəbili tutdular. 1726-cı ildə əfqanlarla bir neçə toqquşmadan sonra osmanlılar Həmədanı və Kirmanşahı ələ keçirdilər. Əfqanların başçısı Əşrəf xan osmanlıların tutduqları torpaqları təsdiq etməyə məcbur oldu.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin