Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Azərbaycanda Osmanlı inzibati – idarə üsulu



Yüklə 3,15 Mb.
səhifə88/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   173
Ar2019-47-1

Azərbaycanda Osmanlı inzibati – idarə üsulu. Osmanlılar tutduqları ərazilərdə öz inzibati idarə sistemlərini yaratdılar. Azərbaycan ərazisi vilayət və bəylərbəyliklərə bölündü. Bəylərbəyliklər sancaqlardan, sancaqlar isə mahal və nahiyələrdən ibarət idi. Vilayətləri Sultan tərəfindən təyin edilmiş sərəsgər idarə edirdi. Sancağı bəylər, mahal və nahiyələri yerli feodallardan təyin olunan naiblər və kəndxudalar idarə edirdi. Kürdən şimaldakı ərazilərdə Osmanlı qoşunu saxlanılmırdı. Buranı “paşa” titulu almış yerli hakimlər idarə edirdilər.
Xəzəryanı ərazilər Rusiyanın hakimiyyətində. Xəzəryanı bölgələri ələ ke-
çirən Rusiya əvvəl burada komendant idarə üsulu tətbiq etsə də, sonra Səfəvi idarə üsulunu olduğu kimi saxladı. Xəzəryanı ərazilər əyalətlərə, mahallara, nahiyələrə və kəndlərə bölündü. Mahalları darğalar, nahiyələri yüzbaşılar, kəndləri isə kəndxudalar və kovxalar idarə edirdilər. Əyalətdə hərbi-siyasi hakimiyyət rus zabitlərinin əlində idi.
I Pyotr Bakı neftinə xüsusi maraq göstərir, Rusiya manufakturalarını xam ipəklə təmin etmək üçün ipəkçiliyə, pambıqçılığa diqqət yetirirdi. Osmanlıların irəliləməsi Rusiyanı narahat edirdi və işğal etdiyi ərazilərdə möhkəmlənmək üçün hərbi-diplomatik tədbirləri gücləndirdi. I Yekaterina II Təhmasiblə münasibətləri qaydaya salmaq üçün knyaz V.Dolqorukovu Gilana göndərdi. 1727-ci ildə sərhədlərin müəyyənləşdirilməsi barədə razılıq əldə edildi. Cavad, Salyan, Şeşpara, Rustov, Quba və Təngə Rusiyaya verildi. Rusiya hakimiyyəti altında yaşamaq istəməyən bu bölgənin ləzgi əhalisi Hacı Davudun da təsiri ilə Osmanlı dövlətinə verilən bölgələrə – Göyçaya, Ağdaşa, Qəbələyə, Şəkiyə köçdülər. Hacı Davud Osmanlının Rusiya ilə bu razılaşmasına qarşı çıxdığından 1728-ci ildə sultan tərəfindən həbs edilib Kiprə sürgün olundu. Rusiya Azərbaycanda möhkəmlənmək üçün xristianlardan, o cümlədən ermənilərdən istifadə edirdi. 1724-cü ildə I Pyotrun verdiyi fərmanda rusların işğal etdiyi Azərbaycan ərazilərində ermənilərin yerləşdirilməsi tövsiyə edilirdi. Şirvan bölgəsində ermənilərin kütləvi məskunlaşdırılmasına bu dövrdə başlanılmışdır.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin