Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə84/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   173
Ar2019-47-1

Car-Balakən, Şamaxı, Təbriz və digər ərazilərdə xalq hərəkatı başladı. 1707-ci ildə başlanana Car-Balakən üsyanının əsas səbəbi sosial zülm idi. Lakin şah qoşunları onu amansızlıqla yatırdı, Car kəndi yandırıldı. 1711-ci ildə Car-Balakəndə üsyan yenidən başlandı. Üsyançılar silahlanıb Şamaxıya hücum etdilər, döyüşdə qalib gəldilər və Şirvan bəylərbəyini öldürdülər. Şah Sultan Hüseyn Keyxosrovu Şirvana yeni bəylərbəyi təyin etdi.
Muğan əhalisi də mərkəzi hakimiyyətdən üz döndərdi. A.Volinski qeyd edir ki, onlar şahın göndərdiyi hakimi qəbul etmədilər, hakimi öz aralarından seçdilər. 1709-cu ildə Şəki, Şirvan və Təbrizdə sənətkar və yoxsulların üsyanı baş verdi. 1709-1715-ci illərdə Soucbulaq və Muğanda sosial zülmə qarşı kəndli üsyanları olmuşdur.
Feodal zülmünə qarşı mübarizənin əsas mərkəzlərindən biri Şirvan və Cənubi Dağıstan idi. Burada üsyana Müşkür mahalından olan sin xadimi Hacı Davud başçılıq edirdi. 1719-cu ildə müşkürlü Hacı Davud üsyan qaldırdı, Dərbənd, Şirvan və Xudata hücum etdi və buna görə 1719-cu ildə Səfəvi hakimiyyəti tərəfindən həbs olundu.
1720-1721-ci illərdə Şirvan və Cənubi Dağıstanda üsyan yenidən alovlandı və həbsdən qaçan Hacı Davud üsyana rəhbərlik etməyə başladı. Hacı Davud qazıqumuxlu Surxay xanla birləşərək 1720-ci ildə Şabran və Xudat qalasını tutdu. Bundan sonra üsyançılar Şamaxını, Bakını və Dərbəndi tutmağa çalışsalar da, onların cəhdləri nəticəsiz qaldı. Bu şəhərləri öz gücü ilə tuta bilməyən Hacı Davud 1721-ci ilin 22 aprelində Rusiyaya müraciət edib hərbi yardım istədi. Hacı Davud müraciətində həmçinin Rusiya təbəəliyini qəbul etmək istəyini və Rusiyaya canlabaşla xidmət edəcəyini də bildirdi. Həştərxan general-qubernatoru A.P.Volinskinin məsləhəti ilə çar I Pyotr Hacı Davudun təklifini rədd etdi.
Min nəfərlik Dağıstan süvariləri ilə birləşən Hacı Davud öz qüvvələri ilə 1721-ci il avqustun 10-da Şamaxıya hücüm etdi, əhalinin köməyi ilə şəhəri tutdu. Bəylərbəyi Keyxosrov xan və 800 Səfəvi tərəfdarı öldürüldü. Bir çox ölkələrdən gələn əcnəbi tacirlər, o cümlədən rus tacirləri üsyançılar tərəfindən qarət edildi, bəziləri qətlə yetirildi. Üsyançılar müqavimətə rast gəlmədən Gəncəyə qədər irəliləsələr də, Gəncədə məğlub olub geri qayıtdılar. 1721-ci ilin oktyabrında Hacı Davud və Surxay xan Osmanlı sultanı III Əhmədə (1703-1730) müraciət edərək Osmanlı təbəəliyini qəbul etməyə hazır olduqlarını bildirdilər və Sultandan qoşunlarla kömək etməyi xahiş etdilər. Rusiyadan fərqli olaraq III Əhməd onların müraciətinə müsbət cavab verdi və Hacı Davuda Şirvan xanı titulu verildi.
XVIII əsrin 20-ci illərinin əvvəlində Şimali Azərbaycanda və Dağıstanda Səfəvi hakimiyyətinə qarşı yönəlmiş üsyanın iştirakçıları kəndlilər, yerli feodallar, rühanilər idi. Bu üsyan müəyyən dərəcədə dini xarakter daşısa da, mahiyyət etibarı ilə şah zülmünə qarşı sosial hərəkat idi.
1722-ci ildə Əfqan tayfaları Səfəvilərə qarşı üsyan qaldırdılar. Səfəvilərin paytaxtı İsfahanı 8 ay mühasirədə saxladılar, şəhəri yalnız həmin ilin sentyabrın 23-də tutdular. Səfəvi şahı Sultan Hüseyn üsyanın başçısı Mir Mahmud xanın düşərgəsinə gəldi, taxt-tacı və digər şah nişanlarını ona təslim etdi. Şah Sultan Hüseyn və bütün ailə üzvləri əsir alındı. Şahın böyük oğlu Təhmasib əfqanlara təslim olmadı, Azərbaycana qaçdı, Astarabadda özünü II Təhmasib adı ilə şah elan etdi. Şah Sultan Hüseyn II Təhmasibi şah kimi tanımadı. Rusiya Səfəvilər dövlətindəki ikitirəlikdən istifadə etməyi və Azərbaycan torpaqlarını ələ keçirməyi qərara aldı.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin