Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə82/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   173
Ar2019-47-1

Hakim zümrə. Kəndlilər. XVI-XVII yüzillərdə hakim zümrə dörd əsas qo-
la bölünürdü: 1. Yarımköçəri qızılbaş tayfaların hərbi əyanları (başqa tayfalardan və şah qvardiyası sıralarından olan hərbçilər də buraya daxil idi, ancaq onlar sayca çox deyildi); 2. Ali müsəlman ruhaniləri; 3. Mərkəzi və yerli idarələrin mülki məmurları; 4. Qədim oturaq yerli əyanlar.
Hakim zümrə tərkibində qızılbaş tayfa əyanları başlıca yer tuturdular. Dövlətdə siyasi və hərbi hakimiyyət onların əlində idi. Səfəvi imperatorluğunun bütün yerli idarələrində də qızılbaş tayfa əyanları hakimiyyətdə olub, ən iri torpaq sahibkarları da onlar idilər. I Şah Abbasın islahatlarından sonra şah qvardiyası sıralarından yeni hərbi əyanlar yaranırdı. Ancaq yerli dayaqları olmadığı üçün onlar qızılbaş tayfa əsilzadələrini sıxışdıra bilmədilər. I Şah Abbasdan sonra qızılbaş tayfa əyanları ilə çəkişmədə onların əvvəlki mövqeyi sarsıdıldı. Onlar dövlət quruluşunda qızılbaşların hakimiyyətini qəbul etmək məcburiyyəti qarşısında qaldılar.
Vəqf əmlakı ilə bağlı olan ali müsəlman ruhanilərinin də böyük nüfuzu vardı. Onların çoxu iri torpaq sahibləri idilər. Mərkəzi və yerli idarələrdə çalışan məmurlar da hakim zümrənin mühüm qolu idilər. Maliyyə idarələrinin topladığı vergilərin müəyyən hissəsi onların saxlanılmasına xərclənirdi. Qədim oturaq əsilzadələr əsasən mülk sahibləri idilər. Qarabağ və Şirvanın bir çox məmurlarının başçıları oturaq əyanlar içərisindən təyin edilirdi.
XVI-XVII yüzillərdə kəndlilərin təbəqələşməsi genişlənməkdə idi. Bu dövrdə kənd əhalisinin xeyli hissəsi ümumdövlət iqtisadi bazarı ilə bağlı olan varlı sahibkar kəndlilərdən ibarət idi. Azad kəndlilərin - icmaçıların sayı getdikcə azalır, torpaqlarını itirən kəndlilərin sayı isə artırdı. Torpaqsız və aztorpaqlı kəndlilər feodallardan torpaq icarəyə götürürdülər.
Vergi və mükəlləfiyyətlər. Kənd və şəhər əhalisi dövlətə, sahibkarlara müxtəlif vergilər ödəyirdilər. Eyni zamanda bir çox mükəlləfiyyətlər daşıyırdılar. Səfəvilər dövründə vergilərin toplanmasında bir çox illər Uzun Həsənin Qanunnaməsi əsas götürülmüşdü. Ağqoyunlu Sultan Yaqubun 1488-ci il fərmanında adı keçən 27, Ağqoyunlu Qasımın isə 1498-ci ildə soyurqal haqqındakı fərmanında xatırladılan 31 növ vergi və mükəlləfiyyətin demək olar hamısı qüvvədə qalırdı.

  1. yüzilin əvvəllərindən Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında irəliləyişlər və Səfəvi şahlarının iqtisadi siyasətinə uyğun olaraq köhnə vergi sistemində müəyyən dəyişikliklər edilmişdi.

Şah I Təhmasib 1555/6-cı ildə vergi, mükəlləfiyyət və cərimələrin miqdarını aydınlaşdırmaq üçün 96 maddədən ibarət qanun verdi. Bu qanun (dəstur əl-əməl) daş üzərinə yazılıb Təbriz şəhərinin meydanına qoyuldu. 1565-ci ildə isə Azərbaycan, İraq, Fars, Xorasan, Şirvan və Kirmanda tacir və sənətkarlardan alınan tamğa vergisinin ləğv olunmasına dair onun fərmanı çıxdı. Zərbxanalardan da tamğa vergisinin alınmasına son qoyuldu. Təbriz sənətkarlarına aid ayrıca fərman ilə şah onları qanunla toplanılan bütün vergilərdən azad etdi. Həmin fərman daş lövhə üzərinə yazılıb Təbriz məscidlərindən birinin qapısına bərkidildi. Rəiyyətin üzərinə qoyulan vergi və mükəlləfiyyətlərin sayı 35-dən çox idi. Alınan vergilər bir qayda olaraq maliyyə idarələrində vergi dəftərinə yazılırdı. Amma bir çox mükəlləfiyyətlər vergi dəftərlərində yazıya alınmırdı.
Malcəhət (xərac) başlıca vergi olub, torpağın münbitliyinə və ya yığılan məhsulun həcminə görə alınırdı. Vergi ümumi məhsulun 1/5, yaxud 1/3 hissəsinə bərabər idi. Bağbaşı bağlardan toplanılan məhsulun 1/10 həcmində alınırdı; Çobanbəyi otlaqlardan istifadə əvəzinə alınırdı. Ələfə və Ülfə ordunun ərzağı və atlarına verilən yem, ulaq nəqliyyat mükəlləfiyyəti, qonalgə yol gedən elçi, qasid məmura verilən yer və ərzaq, rəsmi-sədarə baş ruhani xeyrinə yığılan rüsum, rəsmivüzarə vəzirlərin xeyrinə alınan rüsum, rüsum daruğəgi polis rəisi üçün alınan rüsum, rüsumi-ümmal maliyyə idarəsi işçiləri üçün alınan rüsum idi.
XVI-XVII yüzillərdə Azərbaycanda torpaq rentası məhsul, pul və biyar şəklində mənimsənilirdi. Avarizat adlı vergi məhsulla da, pulla da alınır və bəzən isə işləyib ödəmə şəklində yerinə yetirilirdi. Ancaq əvvəlki yüzilliklərdə olduğu kimi vergilər əsasən məhsul (natura) şəklində ödənilirdi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin