Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Azərbaycanda Nadir şah zülmünə qarşı mübarizə



Yüklə 3,15 Mb.
səhifə93/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   173
Ar2019-47-1

Azərbaycanda Nadir şah zülmünə qarşı mübarizə. Nadir şahın apardığı
müharibələrin bütün xərci xalqın üzərinə düşürdü. Ona görə də vergilər günügündən artırılırdı. Digər tərəfdən, Nadir vergilərin toplanmasını mərkəzləşdirdiyinə görə yerli feodalların da gəliri azalmışdı və buna görə də onlar da Nadir şahın hakimiyyətindən narazı idilər. bütün bunlar Nadir şaha qarşı xalqın mübarizəsini gücləndirirdi.
İlk olaraq 1734-cü ildə Astarada ac kəndlilərin çıxışı baş verdi. Şəkinin Bi-
ləcik kəndinin sakinləri üsyan edərək, Cənik və Tala kəndlərinin əhalisini köməyə çağırdılar. Lakin, Nadir şahın cəza dəstələri üsyanı yatırdı və onları cəzalandırdı. Şimal-qərbi Azərbaycanda camaatın apardığı mübarizə, həmin hadisələrin şahidi Molla Məhəmməd Carinin qələmə adığı “XVIII əsr Car müharibələri salnaməsin”də öz əksini tapmışdır.
1737-ci ildə Nadir şah Hindistan və Mərkəzi Asiyaya yürüş etdi. Nadir şahın ölkədə olmamasından istifadə edən Car camaatı 1738-ci ildə yenə üsyan qaldırdı. Onlara Divanə İbrahim və Xəlil başçılıq edirdi. 1738-ci ildə Manik kəndi yaxınlığındakı döyüşdə Nadir şahın qardaşı İbrahim xanın qoşunları dağlıların birləşmiş orduları tərəfindən məğlubiyyətə uğradılmış, İbrahim xan və Gəncə bəylərbəyi Uğurlu xan Qacar öldürülmüşdü. Nadir şahın oğlu Rzaqulu xan Əmiraslan xanın başçılığı ilə Cara qoşun göndərdi. Lakin bu qoşun da üsyançılar tərəfindən darmadağın edildi. 1739-cu ildə Mirzə Səfi xanın başçılıq etdiyi qoşun üsyanı çətinliklə yatırdı.
XVIII əsrin 40-cı illərinin əvvəllərində Azərbaycanın şimal və şimal-şərqində Nadir şaha qarşı üsyanlar şiddətli mərhələyə çatdı. Tutduğu ölkələrdə silahlı qarnizonlar saxlayan Nadir şah 1741-ci ildə Dağıstan üzərinə yeridi. Məsələ burasında idi ki, Nadir Hindistanda olarkən dağlılar tabeçilikdən çıxmışdılar. Üstəlik onların dəstələri tez-tez Dərbənd, Şamaxı, Kaxetiya və Car-Balakən vilayətləri üzərinə hücum edirdilər.
1741-ci ilin yayında Nadir şah üsyanı yatırmaq üçün Azərbaycanın şimalşərqinə qoşun yeritdi, lakin əhalinin müqavimətini qıra bilmədi. Dağıstandakı uğursuzluqdan sonra 1743-1747-ci illərdə ölkəni üsyanlar dalğası bürüdü. 1743cü ildə Şirvanda Nadir şaha qarşı üsyan baş verdi. Bu üsyandan özünü Səfəvi şahzadəsi adlandıran şəxslər xalq narazılığından öz məqsədləri üçün istifadə etməyə çalışırdılar. Nəticədə I, II, III Sam Mirzələr meydana çıxdı. I Sam Mirzə Şirvanda peyda oldu və İrəvana gələrək Nadir şahdan narazı olan 20 min nəfəri ətrafına topladı. 1743-cü ilin əvvəlində Yeni Şamaxını ələ keçirdi. Əhalini öz ətrafına çəkmək üçün verhiləri ləğv etdi. Lakin Nadir şahın oğlu Nəsrulla xan üsyanı amansızlıqla yatırdı. I Sam Mirzə edam edildi.
1743-cü ilin payızında üsyana Ərdəbildən gəlmiş II Sam Mirzə başçılıq etdi.
Nadir şah zülmündən cana doymuş xalq onun tərəfinə keçdi. Yeni Şamaxıdan Dərbəndə qədər ərazi üsyançılar tərəfindən tutuldu. II Sam Mirzə vergiləri yüngülləşdirdi, bir qismini ləğv etdi. Yeni Şamaxının əhalisi üsyan edib, onu şəhərə dəvət etdi, lakin Nəsrulla xan II Sam Mirzənin də üsyanını yatırdı.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin