§ 1. XIX əsrin birinci yarısında Şimali Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyəti § 2. Çar Rusiyasının köçürmə siyasəti və onun nəticələri § 3. Çarizmin müstəmləkə zülmünə qarşı üsyanlar § 4. XIX əsrin 40-cı illərdə keçirilmiş islahatlar § 5. XIX əsrin birinci yarısında Azərbaycan mədəniyyəti
§ 1. XIX əsrin birinci yarısında Şimali Azərbaycanın
sosial-iqtisadi və siyasi vəziyyəti XVIII əsrin sonu XIX əsrin əvvələrində Rusiyanın Cənubi Qafqaz, o cümlədən Azərbaycan siyasətində ilk dövrlərdə iqtisadi motivlərdən daha çox hərbistrateji rejim mühüti yer tuturdu.
Türkmənçay müqaviləsinin imzalanmasınadək Şimali Azərbaycanın iqtisadi əhəmiyyəti çar hökuməti tərəfindən hələ ki axıradək, aydın şəkildə dərk olunmamışdı. Doğrudur, Şimali Azərbaycan Rusiya manufakturası üçün xammal bazası kimi heç də az əhəmiyyətə malik deyildi. Lakin rus manufaktura səneyesinin özünün inkişafı hələ o dərəcədə yüksək deyildi ki, bu, müəyyənedici amil rolunu oynaya bilsin.
Rusiyanın Şimali Azərbaycanda ağalığı 1840-cı ilədək sırf hərbi işğal rejimi şəklində özünü göstərirdi. Rusiyanın daxili və mərkəzi qaberniyalarında mövcud olan idərəçilik sisteminin bu dövrədək burada tətbiq edilməməsi də bir daha buna dəlalət edir. Bundan başqa, XIX əsrin 40-cı illərinədək rus hakimiyyət orqanlarının Rusiya tərəfindən yenicə tutulmuş bu ölkədə idərəçilik məsələsi barəsində vahid xətti hələlik yox idi. Rusiyaya hərbi müqavimət göstərmiş Gəncə və Bakı xanlıqları onların hərbi istilasından dərhal sonra ləğv edilmişdisə, Şəki xanlığı, Şəmşəddil və Qazax sultanlıqları 1819-cu ilədək, Şirvan xanlığı 1820-ci ilədək, Qarabağ xanlığı 1822-ci ilədək, Lənkəran xanlığı 1826-cı ilədək, İrəvan və Naxçıvan xanlıqları 1827-ci ilədək, İlusu sultanlığı isə 1844-cü ilədək mövcud olmuşdu. Lakin bütün bunlar taktiki gedişlər, yenicə istila edilmiş yad müsəlman ölkəsində yerli əhalini hələləik mümkün qədər az qıcıqlandırmaq istəyindən başqa bir şey deyildir.
Yerli xan sülalələrini məhv etdikdən sonra çar hökuməti xanlıqları əyalətlərə çevirirdi. Bu əyalətlərə rus zabitləri sırasından olan komendantlar başçı təyin edilmişdilər. Komendantlar vaxtilə xanların malik olduqları bütün hüquqlardan istifadə edir, bir çox hallarda özlərini tam mütləq kimi aparırdılar. Komendant əyalət və şəhər məhkəmələrində sədrlik edir, yerli ruhanilərin başçısı-axund və ya qazını, mahal naiblərini və digər əyalət məmurlarını vəzifələrə təyin edirdilər. Ayrıayrı bəylərə və başqalarına mülklə bərabər rəiyətlərin bağışlanması barəsində keçmiş xanların verdikləri fərmanların təsdiq edilib-edilməməsi də komendantların ixtiyarında idi. Komendantlar özləri də ayrı-ayrı bəylərə tiyul torpaqları, habelə rəncbərlər paylayırdılar. Xan sənədləri üzrə bəylik almış şəxslərin bu rütbələrinin təsdiqi, habelə "siyasi cəhətdən səbatsız" bəylərin mülklərinin müsadirə olunması və başqa şəxslərə verilməsi də komendantdan asılı idi. Komendantın adicə əmri ilə xəzinəyə məxsus kəndlər və kəndlilər xüsusi şəxslərə verilə, xüsusi sahibkarların mülkləri xəzinənin ixtiyarına keçirilə bilərdi. Komendantlar sərbəst sürətdə rəncbərləri rəiyyətlərə, rəiyyətləri rəncbərlərə çevirirdilər.
Hələ xanlıqlar dövründə mövcud olmuş vergi sistemi də, demək olar ki, dəyişdirilmədən XIX əsrin 40-cı illərinədək saxlanılmışdı. Vergilərin əsas ağırlığı ilk növbədə kəndli kütlələrin üzərinə düşürdü. Məsələn, Qarabağ əyalətində xəzinənin xeyrinə aşağıdakı vergilər alınırdı: - malcəhət (taxıl məhslunun 1/10-i), salyana (arpa və buğda ilə ödənilən xüsusi illik rüsum), mirzəyana (dəftərxana və digər idarələrin saxlanması üçün yığılan rüsum), otaq xərci (mənzil və alaf mükəlləfiyyətini əvəz etmiş vergi), at arpası (ordunun ehtiyacları üçün arpa ilə ödənilən vergi), kələntərlik (aşağı rütbəli məmurların saxlanılması üçün yığılan vergi), bayramlıq (bayram hədiyyələri), karxana xərci (ipəksarıma müəssisələri və digər emalatxanalardan yığılan vergi), bağbaşı (bağlardan yığılan vergi), çöpbaşı (otlaq vergisi) və bir çox başqaları.
Bu dövrdə yaradılan əyalətlərin sərhədləri müvafiq keçmiş xanlıqların sərhədləri ilə üst-üstə düşürdü. Xanlıqlar dövründə mövcud olan mahallara (rəsmi rus terminalogiyasına görə isə sahələrə) bölgü əyalətlərdə də saxlanılmışdı. Xanlıqlar dövründə olduğu kimi, mahal naibi vəzifəsinə komendat etibarlı hesab etdiyi yerli torpaq sahibləri-bəylərdən birini təyin edir, bəzi yerlərdə isə bu vəzifəni irsi məliklərdən birinə həvalə edirdi.
Şəki, Şirvan, Qarabağ və Lənkəran əyalətləri inzibati cəhətdən iqamətgahı Şuşa şəhərində yerləşən müsəlman əyalətləri hərbi dairə rəisliyinə, Bakı, Quba və Dərbənd əyalətləri isə iqamətgahı Dərbənd şəhərində yerləşmiş Dağıstan hərbi rəisinə təbe idi. Keçmiş Gəncə xalığının ərazisi isə bu dövrdə inzibati cəhətdən Şərqi Gürcüstan ərazisində yaradılmış inzibati vahidlərin tərkibinə daxil edilmişdi.
XX əsr tarixşunaslığında komendant idərəçilik üsulu adlandırılan bu inzibatçılıq üsulunu çar hökumət orqanları Hərbi xalq idərəçiliyi adlandırırdı, əslində isə rus zabitlərindən təyin olunan komendantlar öz səlahiyyətlərinin miqyasına görə mahiyyətcə XVIII əsr Azərbaycan xanlarından, demək olar ki, heç nə ilə fərqlənmirdilər. Onlar bircə ölüm cəzası verə bilməzdilər. Onların bəziləri ölüm hökmünü gizli şəkildə həyata keçirirdilər. Beləliklə, XIX əsrin ilk rübündə rus komendantlarının Şimali Azərbaycanda tədbiq etdikləri idarəçilik üsulları tamamilə feodal idhərəçilik üsulları idi, lakin Xan idərəçilik üsulundan fərqli olaraq çar üsulu həm də özünün aydın təzahür edən müstəmləkəçilik xarakteri ilə səciyyələndirilirdi. Başqa sözlə deyilərsə, Şimali Azərbaycan əhalisi bu dövrdə 2 qat- həm feodal, həm də müstəmləkə əsarəti altında idi. Kəndli kütlələri və hətta tacirlər üçün bu rejim və onun vergi sistemi xanlıqlar dövrünün inzibati maliyyəçilik qaydalarına nisbətən daha ağır və əziyyətli idi. Rus hakimiyyət orqanları xanlıq dövrünün bir dənə də vergisini ləğv etmədən bunlara yeni-yeni vergilər əlavə edirdilər. Komendant üsulu-idarəsi dövründə formal olaraq şəriət və xan qanunları qüvvədə idi, lakin komendant bu qanunlar ilə ancaq özələrinə və ruslarla əlaqədə olan kiçik yerli feodal qurupuna sərf edəcək dərəcədə hesablaşırdı. Xanlıqlar dövrünün maliyyəinzibati sistemi hərbi-xalq idərəçiliyi dövründə özünün ən pis və ağır formasında, rus polis-bürokratik dövlətinin qüdrəti ilə gücləndirilmiş və müstəmləkə əsarəti üsullarına əlavələr olunmuş şəkildə mövcud idi. Komendant-üsul idarəsinin müvəqqəti, işğalçı xarakteri və Qafqazın baş rəisləri dövründə müxtəlif tərəddüdlərə və dəyişikliklərə məruz qalan daxili siyasətdə vahid hərəkət xəttinin olmaması bu bölgədə çarizm üçün hansısa möhkəm və sabit sosial baza yaratmağa imkan yarada bilməzdi. Halbuki müstəmləkə istismarının dərinləşdirilməsi, işğal olunmuş ölkənin iqtisadi cəhətdən məniməsənilməsi üçün çar Rusiyasının belə sosial bazaya güclü ehtiyacı duyulurdu. Əlbəttə ki, çarizm yerli xiristian əhalisi və bəzi çox cüzi feodal qurupları (Qarabağın xiristian məlikləri , bəzi kəngərli bəyləri, Bakı xan sülaləsinin Maştağa qolu və s.) içərisində çox zəif və sürüşkən sosial dəstəyə malik idi. Lakin XIX yüziiliyin 20-30-cu illərində rus hakimiyyət orqanları Şimali Azərbaycanda nə öz sosial bazalarını genişləndirə, nə də bu bazadan özünün müstəmləkəçilik siyasətinin məqsədcləri üçün tam şəkildə istifadə edə bilirdi. Rusiya hökuməti yerli ali müsəlman silkinin hüquqlarını, onların torpaq sahibliyini təsdiq etmədi. Çar hökumət idarələri belə bir tezis irəli sürmüşdülər ki, guya Azərbaycanda yerli feodallar malikanələrin xüsusi sahibkarları yox, sadəcə olaraq xəzinə torpaqlarının yalnız idarə ediciləri, müdürləridilər. Bu iddia çar hökumətinin əli ilə yerli feodallara təzyiq gösərmək vastəsinə çevrilmişdi. Bu vasitədən istifadə edən hökumət istənilən feodal mülkünü, malikanəsini müsadirə edə bilərdi. Xəyanətdə ancaq şübhəli bilinən bəylərin belə xeyli torpagını müsadirə edən çar hökuməti komendantlara bu torpaqlardan özlərinin istədikləri kimi istifadə etmək hüququ vermişdi. Komendantlar isə belə torpaqları əsasən səbatlı, etibarlı, xüsusən də rus ordusunda xidmət etmiş bəylərə paylayırdılar.
XIX əsrin ilk onilliklərində Şimali Azərbaycanda müstəmləkə siyasəti çar Rusiyası tərəfindən yerli torpaq sahiblərinin kobudcasına qarət olunması, Rusiya mütləqiyyətinin soykənə biləcəyi yeni feodal, torpaq sahibləri zümrəsinin yaradılmasına cəhd göstərilməsi prosesi gedirdi, lakin 30-cu illərin sonunadək bu proses özbaşına, mərkəzi hakimiyyətdən daha çox onun yerli Cənubi Qafqazdakı idarələrinin iştirakı ilə gedirdi. Bu dövrdə rus hakimiyyəti orqanlarının yeni müsəlman zadəganları təbəqəsini yaratmaq barəsində az-çox düşünülmüş sistemi hələ ki, yox idi.
XIX əsrin 30-cu illərinin əvvələrində Rusiya Şimali Azərbaycanda yeritdiyi müstəmləkə siyasəti yeni mərhələyə daxil olmuşdu. Bu ilk növbədə XIX əsrin ilk onilliklərində bir-birini əvəz etmiş Rus-İran və Rus-Türk müharibələrinin başa çatması ilə əlaqədar idi. Cənubi Qafqazdakı Rus siyasətində hərbi strateji məqamlar müəyyən müddət üçün arxa plana keçmişdi. Digər tərəfdən də artıq bu dövrdə Rusiya iqtisadiyyatında xüsusən toxuculuq sənayesində yüksəliş prosesi müşahidə olunurdu ki, bu da Cənubi Qafqaz və İranın ilk növbədə rus mallarının satış bazarlarına çevrilməsini şərtləndirirdi: Belə ki, məhdud daxili bazara malik olan təhkimçi Rusiya belə bazarlara möhtac idi. Eyni zamanda, müstəmləkə orqanları Rusiya sənayesini ucuz xammalla təhciz etmək xatirinə Cənubi Qafqazda bəzi sahələrin inkişafına yardım etməyə cəhdlər göstərirdilər. İpəkçilik, pambıqçılıq və b. texniki bitkilər becərilməsinin genişləndirilməsi üçün bəzi tədbirlər görülməyə başlanmışdı. Rusiya və yerli tacirlərin nümayəndələrindən ibarət qarışıq ticarət kompaniyalarının yaradılması üçün bəzi tədbirlər görmüşdü. Bütün bu dəyişikliklər, xüsusən də XIX əsrin 30-cu illərində xalqın güclü anti-müstəmləkə çıxışları rus hökumətini komendant idarə üsulunu yenidən nəzərdən keçirməyə vadar edir-
di. Qafqazdakı rus qoşunları komandanı, general Paskeviç buradakı idarəçilik sisteminin dəyişdirilməsi barəsində mərkəzi hökumət idarələri qarşısında hələ 1829cu ildə məsələ qaldırmışdı. Qraf Paskeviç hərbi idarəçilik sisteminin dəyişdirilməsi ilə yanaşı hüquq, məhkəmə və idarəçilik sahələrində yerli xüsusiyyətləri tamamilə ləğv etməyi və burada Rusiyanın mərkəzi quberniyalarındakına bənzər mərkəzləşdirilmiş idarəçilik sistemi yaratmağı təklif edirdi. Bu dövrdə mürtəce rus generalı yerli xalqların adət və ənənələrini, etnoqrafiq, dini və mədəniyyətini qətiyyən nəzərə almırdı. XIX yüzilliyin 30-40-cı illərinin əvvələrində həyata keçirilmiş bir sıra tədbirlər – sahibkar torpaqların kütləvi surətdə müsadirəsi, ağaların hüquqlarının ləğvi, bəylərin hüquqlarının ləğvinə cəhdlər və s. məhz çar hökumətinin Şimali Azərbaycanda rus zadəganlarını yerləşdirmək niyyətlərindən irəli gəlmişdi. 1840-1841-ci illərdə çar Rusiyası Şimali Azərbaycan torpaq sahiblərini torpaqlardan və onlardan götürülən gəlilərdən məhrum etməyə cəhd göstərirdi.
Lakin çarizmin bu layihələri elə kağız üzərindəcə qaldı. Ilk növbədə, elə ona görə ki, bu ucqar Asiya ölkəsində məskunlaşmağa razı olan kifayət qədər rus zadəganı tapılmadı. Cənubi Qafqaz diyarını rus kəndliləri və sənətkarları ilə məskunlaşdırmaq planları da elə bu səbəb üzündən, hələlik həyata keçirilmədi. Belə mürəkkəb şəraitdə Rusiya imperiyası Dövlət şurası Cənubi Qafqaz idarəçiliyi sahəsində islahat işini senator Qanın başçılığı ilə bu diyara göndərilmiş xüsusi komisiyanın ixtiyarına verdi. Senator Qann yadellilərin xüsusiyyətləri, adət və ənənələlərini öyrənməyə artıq iş sayıb Paskeviç, Meçnikov və Kutaysovun layihələri əsasında Cəniubi Qafqaz diyarının inzibati idarəçiliyinin islahatı layihəsini işləyib hazırlamağa başladı. 1838-ci ilin fevralında o, öz layihəsini senata təqdim etdi. Hökumətin ümumi mövqeyi Qanın layihəsinin əsaslarına o qədər yaxın idi ki, həm Dövlət Şurası, həm də Qafqaz Komitəsi belə bir faktı nəzərə almadılar ki, bu layihənin müəllifi Qafqazı ötəri görmüşdür və Qafqaz barəsində kifayət qədər təsəvvürə malik deyildi. Qan çətinlik çəkmədən layihəsini qəbul elətdirə bildi. Layihə cənubi Qafqazı inzibati cəhətdən 2 yerə Gürcüstan-İmeretiya quberniyasına və
Xəzər vilayətinə bölürdü. Diyarda baş idarəçilik Qafqazın baş rəisinin öhdəsinə verilirdi. O, öz vəziyyətinə, hüquq və səlahiyyətlərinə görə, daxili Rusiya quberniyalarının general-qubernatorları ilə eyniləşdirilirdi. Baş rəisin yanında Baş İdarə Şurası yaradılırdı. Quberniya, vilayət və qəza idarələri ciddi surətdə daxili Rusiya quberniyalarındakı idarəçiliyə müvafiq olaraq qurulurdu. Layihə heç bir yerli müsəlman qanunu tanımırdı. Şəriət məhkəmələrinin ixtiyarında ancaq kəbin-talaq məsələləri saxlanılırdı. Yerli bəylərdən olan divanbəyiləri, mahal naibləri və b. işdən uzaqlaşdırılır, rus və digər xristian məmurları ilə əvəz olunurdular. Mahal naiblərinin yerinə sahə iclasçıları vəzifələri təsis olunurdu. Komendant idarəçilik üsulu ləğv edilirdi. Layihəyə görə yerlərdə ruslaşdırma siyasətinin realaşdırılması bu işin başlıca icraçıları sayılan sahə iclasçılarına həvalə olunurdu. Sonunculara müəyyən torpaq sahələri ayrılır, bu torpaqlarda yaşayan rəiyyətlər üzərinə iclasçının xeyrinə vergilər ödəyib mükəlləfiyətlər yerinə yetirmək öhdəlikləri qoyulurdu. Qanun layihəsinin başlıca məğzi ondan ibarət idi ki, hökumət yerli bəylərə və digər imtiyazlı zümrə nümayəndələrinə arxalanmaq xəttindən büsbütün imtina etsin.
Şimali Azərbaycanda öz hakimiyətinin ilk onilliklərində çar hökumətinin bu diyarı idarə etmək üçün dəqiq idarəçilik sistemi yox idi. Burada hər baş komandan, hər bir komendant, hər bir məmur öz düşüncələrinə, öz insani keyfiyyətlərinə, öz təhsilinə müvafiq şəkildə hərəkət edirdi. Buradakı rus rəisləri tez-tez dəyişdirildiklərindən qaydalar da eyni tezliklə yeniləşdirilirdi. Yerli əhalinin nə mülkiyyət hüququ, nə də şəxsi təhlükəsizliyi heç bir qanunla mühafizə və təmin olunmurdu.
Qanunsuzluqlar və bununla əlaqədar olan sui-istifadələr xalqı əzir, normal həyata gedən hər cür yolu bağlayırdı. İdarəçiliyin Rusiya metodları bu torpağın əsl sahibi olan yerli xalq üçün yad və başa düşülməyən idi.
XIX əsrin 40-cı illərinədək Şimali Azərbaycanda əvvəlki dövrlərdə mövcud olmuş xüsusi torpaq mülkiyyəti formaları – mülk və tiyul qalmaqda idi.
Mülk qeyri-şərti, nəslən keçən torpaq mülkiyyəti forması idi. Tiyul isə şərti torpaq mülkiyyəti forması olub, tiyuldarlara hərbi və ya başqa xidmət müqabilində verilirdi.
Şimali Azərbaycanda Rusiya işğallarının gedişində və rus əsarətinin ilk mərhələsində çar hökuməti öz sosial siyasətini yürüdərkən, təbii ki, bir hissəsi əldə silah Rusiya ağalığına qarşı vuruşan yerli feodallar içərisində özünə dayaq tapa bilməmişdi. Bu dövrdə Azərbaycanın ali müsəlman silkinin əksər hissəsi Rusiya üçün səbatsız, etibarsız kütlə kimi hökumətin rəsmi siyasətinə dayaq ola bilməzdi. Lakin eyni zamanda yerli feodal dairələrinin yardımı olmadan çarizm özü üçün ənənəsi, dili və dini yad olan bu diyarı idarə edə bilməzdi. Buna görə də, hökumət yerli ali müsəlman silkinə siyasi və iqtisadi cəhətdən təzyiq göstərmək metodları axtarmaq məcburiyyətində qalmışdı.
XIX yüzilliyin ilk onilliklərində Şimali Azərbyacanda əvvəlki torpaq sahiblərinin soyulması və rus hakimiyyətinə arxalanan yeni feodal kadrlarının formalaşdırılması prosesi gedirdi. Lakin 30-cu illərin sonlarınadək bu proses mərkəzi hökumətin deyil, ən çox yerli hakimiyyət orqanlarının iştirakı ilə həyata keçirilirdi. Rus mutləqiyyətinin feodal təbiəti onu Azərbaycan feodallırının müəyyən qruplarına arxalanmağa sövq etsə də, XIX əsrin 40-cı illərinədək çar hökumətinin bu sahədə az-çox düşünülmüş siyasəti hələ ki, yox idi.
XIX əsrin ilk 30 illiyində çar hökuməti tərəfindən xanlıqlar dövründəki vergi və mükələfiyyətlər sisteminin əsasən qorunub saxlanılmasına baxmayaraq, Şimali Azərbaycan kəndlilərinin vəziyyəti xeyli pisləşmişdi. Bu, onunla izah olunur ki, xan tərəfindən ciddi və yaxın nəzarət şəraitində bu sistem xanın yaxıq adamlarının zənginləşməsi vasitəsi ola bilməzdi. Çar idarəçiliyi dövründə tam qeydiyyatsızlıq, nəzarətsizlik, cəzasızdıq şəraitində isə Şimali Azərbaycan kəndlilərindən təkcə dövlət xəzinəsinə gedən vergilər deyil, həm də rus məmurlarının şəxsi cibinə axan var-dövlət də qoparılıb alınırdı. Qayda-qanunsuzluğun son həddə çatdığı bir şəraitdə sui-istifadələrdə günahkar olanları aşkara çıxarmaq çox çətin idi. Kəndlilər çox vaxt xəzinəyə nə qədər vergi ödəməli olduqlarını belə bilmirdilər. Vergilər müəyyən qaydalar əsasında deyil, məmurların kefləri istədiyi şəkildə yığılırdı.
Cənubi Qafqazda öz hökmranlıgını təsbit etməyə başladığı ilk günlərdən
çar hökuməti bölgəyə həm də ilk növbədə iqtisadi mənimsəmə obyekti kimi baxırdı. Özü də bu zəngin diyar rəsmi çar dairələrinin diqqətini təkcə satış bazarı kimi deyil həmçinin böyük imkanlara malik rəngarəng xammal mənbəyi kimi çəkirdi.
Hələ işğalların gedişində çar hökuməti diyarın iqtisadi vəziyyətini öyrənməyə, iqtisadi və maliyyə imkanlarını aşkara çıxarmağa sistemli cəhdlər göstərirdi. Bir çox şəhər və bölgələr ələ keçiriləndən dərhal sonra onların əhalisi siyahıya alınmış, bir sıra xanlıqlar (Şəki, Şirvan, Qarabağ) ləğv edilən kimi onların geniş və müntəzəm iqtisadi təsvirləri (əhali sayımı, torpaq, vergilər və s. göstəricilər verilməklə) tərtib olunmuşdur. Artıq XIX əsrin əvvələrində müstəmləkəçi rus idarələri Şimali Azərbaycanda texniki bitkilərin becərilməsi işinin yaxşılaşdırılması, yeni texniki bitkilərin becərilməsini təşkil etmək üçün bir sıra tədbirlər görməyə cəhdlər göstərirdi. 1837-ci ildə hökumət idarələri şəkər qamışı becərib ondan qənd istehsal etmək şərti ilə şəkər zavodu üçün Lənkəran əyalətində 500 desyatin torpaq ayırmışdı.
Hələ bundan 20 il əvvəl, 1816-cı ildə Qafqazdakı rus qoşunlarının baş komandanı və həm də buradakı rus idarəçilik sisteminin başçısı A.P.Yermolov Cənubi Qafqazda xəzinə və ya heç olmasa xüsusi şüşə zavodunun açılmasını, habelə mahud fabrikinin tikilməsini təklif edirdi.
Çar hökuməti idərələrinin başlıca qayğısı Cənubi Qafqaz diyarında Rusiya-
nın aparıcı sənaye müəssisələrini xammalla təchiz etmək üzrə tədbirlərin həyata keçirilməsi idi. Nəzərdən keçirilən dövrdə Rusiya toxuculuq sənayesi rəngləyici material kimi marenaya güclü ehtiyac hiss edirdi. Cənubi Qafqazın, ilk növbədə isə Şimali Azərbaycanın işğalınadək rus toxuculuq sənayesinə lazım olan marena xaricdən, əsasən Hollandiyadan gətirilirdi. Cənubi Qafqaz çarizm tərəfindən işğalınadək Rusiyanın ipəkçilik sənayesi çox ləng inkişaf edirdi. Bu sənaye üçün xammal (əsasən iplik xam sap) Rusiyaya Italiya, Fransa, Iran və Osmanlı imperiyasından gətirilirdi.
Rusiyada ipəkəyirmə sənayesinin yaradılması və inkişafı ölkəyə keyfiyyətli və ucuz ipək xammalının gətirilməsi məsələsini kəskin şəkildə qabardırdı. Bunun nəticəsi olaraq XIX əsrin 20-ci illərindən etibarən Rusiya müstəmləkəçilik orqanları Cənubi Qafqazda ipəkçiliyə xüsusi diqqət yetirməyə başlamışdılar.
Şimali Azərbaycanda başlıca ipəkçilik rayonları Car-Balakən, Şəki, Şirvan, Qarabağ, Ordubad qismən də Quba və Lənkəran bölgələri idi. İpəkçiliyin inkişafı və Şimali Azərbaycan ipəyinin digər yerlərə aparılmasının artması artıq XIX əsrin II rübündə müəyyən sosial-iqtisadi nəticələrə gətirib çıxardı. Ticarət-sələmçi kapital özünün bütün fəsadları ilə birlikdə kənd təssərrüfatının bu sahəsinə soxulurdu. İpəkçiliklə məşğul olan kəndlilər, sənətkarlar, tacirlər və möhtəkirlərin güclü asılılğına düşmüşdülər.
1829-cu ildə Nuxada ipəksarıma müəssisəsi təşkil olunmuş, oraya ipəksarıyan maşınlar və xəzinə rəncbərlərinə mükəmməl ipəksarıma üsularını öyrətmək üçün ustalar göndərilmişdilər. İpəksarımanın yeni mükəmməl üsulu təkcə Şəki əyalətində yayılmırdı. İpəksarimanın yeni mükəmməl maşın üsulunu tətbiq etmək üçün Şirvan və Qarabağ əyalətlərində də bir neçə yeni ipəksarıma maşını göndərilmişdir. 1836-cı ildə Cənubi Qafqazda ipəkçiliyi və ticərəti yayan cəmiyyət yaradıldı. Bu, mülkədar kapitalına əsaslanan özəl səhmdar cəmiyyət idi. Onun başında fransız taciri Tribodino dururdu. XIX əsrin I yarısında çar hökumətinin Şimali Azərbaycandan müstəmləkə kimi istifadə etməyə yönəlmiş iqtisadi siyasəti çarizmin ümumi müstəmləkəçilik siyasətinin mühüm tərkib hissəsini təşkil edirdi.
XIX əsrin əvvələrində Şimali Azərbaycan ticarətinin inkişafına feodalizmə xas olan bir sıra institutlar mane olurdu. Bunların içərsində daxili feodal rüsumları institutu daha aydın şəkildə nəzərə çarpırdı. XIX əsrin 20-ci illərinin sonu 30-cu illərinin əvvələrində Şimali Azərbaycanda hələ də 17 cür rahdar maddəsi və müxtəlif peşə və sənət sahələri üzərinə qoyulan 120 rüsum saxlanılmaqda idi. Eyni zamanda yeni gömrük xətti yaradılır, özü də müxtəlif gömrükxanalarda rüsumlar müxtəlif tariflər üzrə alınırdı. Bütün bunlar çarizmin bu şərq ölkəsində yürütdüyü iqtisadi siyasətin yararsızlığı və çaşqınlığıqa dələlət edirdi.
1821-ci il oktyabrın 8-də Cənubi Qafqazda yeni güzəştli gömrük tarifi tətbiq edildi. Bu tarifə görə itxal edilən xarici mallardan cəmisi 5 faizlik rüsum alınırdı. Təxminən 10 il fəaliyyət göstərmiş 1821-ci il güzəştli gömrük tarifi diyarda ticarətin inkişafına, iriməbləğli sərmayələrin meydana çıxmasına təkan verdi, yerli daxili rüsumların qalmasına baxmayaraq, yerli bazarın qapalılığını xeyli sındırdı, xarici ticarətə müəyyən sərbəstlik verdi. Bu tarifin tətbiqi həm də göstərir ki, bu dövrdə çarizmin ticarət siyasətinin əsas vəzifəsi diyari Avropa və Asiya arasındakı ümumdünya mübadiləsinə cəlb etmək, onu bu ticarətin vasitəsinə çevirmək idi. Əsas məqsəd isə bu yolla da bu yeni müstəmləkədən mümkün olan gəlirləri daha da artırmaq idi.
Lakin XIX əsrin 20-ci illərin sonunda Rusiya toxuculuq sənayesinin istehsalatın mexanikləşdirilməsi sahəsində ilk addımlarlı müşaiyət olunan yüksəlişi şəraitində Rusiyanın çox gənc sənaye burjuaziyası dairələri içərisində Cənubi Qafqazdan buraya Qərbi Avropanın sənaye məhsullarının gətirilməsinə imkan verən 1821-ci il güzəştli tarifindən narazılıq yetişirdi. Çünki bu burjuaziya hələ xarici tərəfi – müqabilələrlə rəqabətə qadir deyildi.
Əgər XIX əsrin ilk rübündə çar hökumətinin Şimali Azərbaycanda yürütdüyü ticarət siyasətinin başlıca məqsədi Rusiyanın Avropa və Asiya arasında ümumdünya ticərət mübadiləsinə cəlb etməkdən ibarət idisə, həmin əsrin 20-ci illərin sonlarından etibarən Rusiyanın Asiya ticarətinin mənafeləri barəsindəki təsəvvürlərdə dəyişikliklər baş verir. Avropa və Asiya arasındakı dünya ticarətində vasitəçilik, Hindistan ticarətinə maraq diqqət tədricən uzaqlaşır, Asiya bazarının Rusiya sənaye məhsulları üçün satış bazarına çevrilməsi vəzifəsi isə əksinə ön plana keçir.
1831-ci il 3 iyun əsasnaməsi Cənubi Qafqaz bazarlarına təkbaşına yiyələnmək uğrunda Rusiya burjuaziyası ilə uzunmüddətli mübarizəsinin qanunauyğun nəticəsi oldu. Bu əsasnaməyə görə:
-Cənubi Qafqaz tranzit ticarət yolu Avropa malları üçün əslində bağlanılmış
oldu:
-Əsasən Qərbi Avropa ölkələrinin toxuculuq sənayesi məhsulları üzərinə faktiki olaraq qadağanedici tariflər qoyuldu.
Sənətkarlıq, o cümlədən ev sənətkarlığı məhsulları üzərinə qoyulmuş daxili rüsumlar barəsində isə bu Əsasnamədə deyilirdi: daxili sənaye məhsullarına aid rahdar maddələri də tədricən dəyişdirilməli və ya ləğv olunmalıdır.
1831-ci il əsasnaməsi üzrə Cənubi Qafqaz, o cümlədən də Şimali Azərbaycan I Nikolay hökumətinin mühafizəedici gömrük siyasəti çevrəsinə daxil olur və Rusiya sənaye məhsulları üçün daxili satış bazarına çevrilirdi. Yuxarıda haqqında danışılan rahdar rüsumları daxili ticarətin inkişafına fövqəladə dərəcədə maneçilik törədirdi. Lakin onların ləğvi işi xeyli ləngidi. Iki dəfə 1832-ci il martın 15-də və
1836-cı il iyunun 6-da rahdarın ləğvi haqqında məsələ qaldırılmış, lakin Qafqazın baş rəisi baron Rozen xəzinənin maliyyə mənafelərini müdafiə edərək hər dəfə bu işin həyata keçirilməsini hər vasitə ilə ləngidirdi. Rəngarəng rahdar rüsumları tədricən aradan qaldırılmış və ancaq 1846-cı ildə onlar tamamilə ləğv olunmuşdur.
Qadağanedici gömrük tarifləri sistemi də 1846-cı ildə ləğv olundu. 1846-cı il 14 dekabr tarixi əsasnaməyə görə 1831-ci il əsasnaməsinin qadağanedici şərtləri aradan qaldırılmış, Qərbi Avropadan gətirilən mallar üzərinə qoyulan gömrük rüsumları xeyli azaldılmışdır.