Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Xanlıqların ictimai-siyasi quruluşu və iqtisadi həyatı



Yüklə 3,15 Mb.
səhifə105/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   173
Ar2019-47-1

4.4. Xanlıqların ictimai-iqtisadi, siyasi quruluşu və mədəni həyatı

Xanlıqların ictimai-siyasi quruluşu və iqtisadi həyatı


XVII əsrin ikinci yarısında ümumilikdə Azərbaycanda məhsuldar qüvvələr zəif inkişaf edirdi. Kənd təsərrüfatı ağır vəziyyətdə idi. Torpağın becərilməsində ibtidai alətlərdən istifadə edilirdi. Xarici basqınlar, feodal ara müharibələri süni suvarma şəbəkəsini dağıtmış, mal-qaranın sayının azalmasına səbəb olmuşdu.
Lakin buna baxmayaraq ayrı-ayrı xanlıqlarda əkinçilik və maldarlıq dirçəlir, suvarma şəbəkələri bərpa edilr. Pənahəli və İbrahimxəlil xanın dövründə Mildə olan suvarma arxlarınm bərpasına təşəbbüs edilir.
Azərbaycan əhalisi əsas taxılçılıq, maldarlıq, bağçılıqla məşğul olur. Quba, Dərbənd, Bakı xanlıqlarında boya bitkisi, zəfəran və s. yetişdirilirdi. Şəki və Şirvan ipəkçiliyin əsas mərkəzi olaraq qalırdı. Səlyanda Kür çayı hövzəsində balıq ovu genişlənmişdir. Balıq ovu 50 min gümüş manat gəlir verirdi.
Əvvəlki feodal torpaq mülkiyyət formaları qalmaqda idi. Xanlıqlarda bütün torpaqlar xana məxsus idi. Divan torpağı ilə xanın şəxsi torpağı arasında fərq yox idi. Xanın ayrı-ayrı şəxslərə verdiyi torpaq - tyul adlanırdı. Tyuldar xanın fərmanı ilə ona verilən torpağın və kəndlilərin sahibi idi. Tyul torpaqları ancaq xanın fərmanı ilə irsi keçə bilərdi. Tyuldan fərqli olaraq mülk sahibləri xana xidmət etməyə borclu deyildir. Onlar xanın xəzinəsinə müəyyən miqdarda vergi verirdi. Mülklər alınıb-satıla bilərdi.
İstismar olunan kəndlilər bir neçə qrupa bölünürdü. Onların əsas hissəsini raiyyət təşkil edirdi. Kəndlilər icmalarda birləşir, divan, vəqf, sahibkar torpaqlarını becərirdilər. Nisbətən azlıq təşkil edən qrup rəncbərlər idilər. Onlar xanın və naiblərin təsərrüfatlarında işləyirdilər. Feodal ara müharibələri nəticəsində əldə edilən əsirlər, bir çox hallarda rəiyyət rəncbərə çevrilir. Əhalinin müəyyən hissəsi elat təşkil edirdi. Onlar vergilərdən azad edilir, xanın hərbi qüvvələrində iştirak edirdilər. Vergi immunitetinə malik olan elat məaf adlanırdı.

  1. əsrin ikinci yarısında Azərbaycanda yenə də məhsul rentası əsas yer tuturdu. Lakin bununla yanaşı rentanın işlə və pulla ödəmə forması var idi. Rəiyyətdən alma əsas vergi məlcəhət adlanırdı. Müxtəlif xanlıqlarda onun həcmi müxtəlif idi. Otlaqlar üçün çöpbaşı, bağbaşı, dini bayramlar üçün bayramlıq, ağanın ailəsində toy olarkən toy xərci almırdı. Bundan başqa bir çox vergi növləri vardır. Qarabağ xanldığında 17 növ vergi var idi. Bunanla yanaşı feodal rəiyyət biyar və əvrəz adlı mükəlləfiyyətlər yerinə yetirməli idi.

  2. əsrin ikinci yarısında kəndlilərin feodallara qarşı mübarizəsi bəzən passiv, bəzən isə açıq qiyam halını alırdı. Şəkidə yaşamış şair Nəbi Küngüt kəndində Hüseyn xana qarşı baş verən üsyandan bəhs edir quba və Dərbənddə də kəndli çıxışları baş vermişdir.

Natural təsərrüfatın hökm sürdüyü şəraitdə Azərbaycanın iqtisadiyyatında sənətkarlıq mühüm yer tutmuşdur. Şəhər və kəndlərdə əmək alətləri, dəri məmulatı, ev əşyaları hazırlayan sənətkarlıq emalatxanaları vardır. Şamaxı özünə ipək parçaları ilə şöhrət tapmışdır. Şirvanda mis qab-qacaq və silah hazırlanan mərkəz Lahıc idi. Burada kiçik həcmli toplar da tökülürdü. Quba, Qarabağ, Naxçıvanda xalça istehsalı geniş şəkil almışdır.
XVIII əsrin ikinci yarısında Azərbaycanda ümumilikdə şəhər həyatı durğunluq keçirirdi. Ancaq bu və ya digər xanlıqların mərkəzinə çevrilən Şamaxı, Quba, Şuşa, Təbriz, Şəki və s. şəhərlər inkişaf edirdi. Şəhərlərin görünüşündə elə bir dəyişiklik olmamışdır. Şəhər əhalisinin bir hissəsi sənətkarlıq və ticarətlə məşğul olsa da, kənd təsərrüfatında tam ayrılmamışdır. Xəzər dənizində mühüm liman olan Bakının 3 min əhalisi var idi. Onun iqtisadiyyatının əsasını neft və duz təşkil edirdi. Qmelin yazır ki, neft və duzdan 40 min manat gəlir əldə edilirdi. Şamaxıda 5 min əhali yaşayırdı. A.V.Suvorovun məlumatlarında Şuşa, Dərbənd, Lənkəran haqqında maraqlı faktlar vardır.
Xanlıqlar dövründə ticarət xeyli zəifləmişdir. Azərbaycan şəhərlərini əsasən quru ticarət yolları birləşdirirdi. Xarici ölkələrə əsasən neft, ipək, duz, balıq, zəfəran, mahud və s. ixrac edilirdi.
Azərbaycanın xarici ticarətində əsas yeri Rusiya tuturdu. Bakıda tez-tez rus ticarət gəmiləri görünürdü. 1785-ci ildə Həştərxandan Bakıya 22 gəmi gəlmişdi.
Onlar metal şeylər, parça və başqa mallar gətirmişlər. 1793-cü ildə Həştərxandan
Bakıya 310 min manatlıq, Bakıdan oraya isə 240 min manatlıq mal aparılmışdır.
Rusiya ilə ticarətdə Quba xanlığı böyük yer tuturdu. 1782-ci ildə bağlanmış saziş bu sahədə mühüm rol oynadı. Niyazabad limanı abadlaşdırıldı, rus tacirlərinin mallarını qorumaq üçün dəstələr ayrıldı. Xanlıqlar arasında gömrük haqqı daxili ticarətə maneçilik törədirdi. Bakıdan Tiflisə aparılan eyni mal üçün 5 dəfə gömrük haqqı vermək lazım gəlirdi. Azərbaycanda vahid pul sistemi yox idi, hər bir xanlığın özünün pul vahidi var idi. Qarabağda 15 qəp., Pənahabad, Qubada gümüş abbası, Bakıda mis pul, Şirvanda adsız abbası kəsilirdi.
Azərbaycanın xeyli hissəsi İran əsarətindən qurtardıqdan sonra bir sıra xanlıqlar müstəqil dövlət qurumlarına çevrildilər. Xanlıqların dövlət quruluşu İranın dövlət quruluşuna nisbətən xeyli sadələşmişdir. Xanlığın adi hakimi xan idi, hər bir xanlığın özünəməxsus dövlət quruluşu və məhkəmə sistemi var idi. Bəzən xanlıqlarda (məs., Qarabağ) dövlət - dövlət şurası (divan), inzibati, vergi və hərbi idarələrdən ibarət idi. Xanlıqlar inzibati cəhətdən mahallara bölünürdü. Onları xanın təyin etdiyi naib idarə edirdi. Naibin ixtiyarında darğa, yüzbaşı, kəndxuda vardır. Məhkəmə işləri ruhanilərin əlində idi. Ölüm hökmünü xan çıxarırdı. Xanın qoşun hissələrinin əsasını piyada və süvarilər təşkil edirdi. Onlar maaf və tyuldarlar tərəfindən göndərilən dəstələrdən ibarət idi.
Xanlıqların mərkəzi olan şəhərlər sənətkarlıq və ticarət mərkəzləri olmaqla yanaşı mədəni mərkəzlər idilər. Şəhərlərdə olan mədrəsələrdə ərəb və fars dillərində dərslər aparılırdı, əsas yeri dini fənlər tuturdu. Mədrəsələrdə təhsil alan Azərbaycan ziyalıları içərisində şeirə maraq daha güclü idi.
Elm sahəsində elə bir irəliləyiş nəzərə çarpmır. Görkəmli coğrafiyaşünas - səyyah Zeynalabdin Şirvani və tarixçi Əbdülrəzzaq bəy bu dövrdə yaşayıb-yaratmışlar.
Azərbaycan ədəbiyyatında iki cərəyan - xalq və saray ədəbi cərəyanları mövcud idi. Birinci cərəyanın nümayəndələri xalqın istək və arzularını əks etdirdiyi halda, ikinci cərəyan hakim sinfin həyatını mədh edirdi. Şifahi xalq yaradıcılığı və aşıq şeri inkişaf edirdi.
Azərbaycan ədəbiyyatı və dili tədricən xarici sözlərdən təmizlənirdi. Füzuli ənənələrini davam etdinə, aşıq yaradıcılığından bəhrələnən bir sıra şairlər yetişirdi.
Azərbaycan ədəbiyyatında Nişat Şirvani, Şakir Şirvani və s. əsərlərində xalqın etiraz səsi ucalırdı. Nişat Şirvani Şirvanda anadan olub, türk istilası zamanı Rusiyanın himayəsində olan Salyana köçmüşdür. Onun yaradıcılığında əsas yeri məhəbbət mövzusu tutmuşdur. Onun şeirlərində dövrünün haqsıqlıqlarına qarşı etirazlar da vardır. Şakir Şirvaninin «Şirvanın əhvalı» şeirində Nadirin burada törətdiyi hadisələrdən bəhs edilir.
XVIII əsrin II yarısında görkəmli şairlər - Arif Təbrizi, Arif Şirvani, Ağa Məkih Şirvani, Nəbi, Baba Şirvani, Xəstə Qasım və başqaları olmuşlar. Arif Təbrizi Təbrizdə və Şuşada yaşamış lirik bir şair idi. Arif Şirvani Lahıcda yaşamış, çoxlu qəzəl və həcvlərin müəllifıdir. Ağaməsiy Fətəli xanın həyatına həsr etdiyi irihəcmli «Şahnamə» əsərinin müəllifidir. Nəbi Şəkidə baş verən kəndli çıxışlarına şeirlərində geniş yer vermişdir. Xəstə Qasım qoşma və gəraylı formasında yazmışdır. Şikəstə Şirin Qacarın Tiflisdə törətdiyi fəlakətlərdən bəhs etmişdir. XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Vidadi və Vaqif olmuşdur. Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. O, Poylu və Şıxlı kəndlərində müəllimlik etmiş, Qarabağ xanının və II İraklinin saraylarında yaşamışdır. Şair 1807-ci ildə vəfat etmiş, Qaz Gəmiqaya adlı yerdə basdırılmışdır. Vidadinin yaradıcılığında şifahi xalq yaradıcılığı və aşıq poeziyası birləşmiş, onun əsasən lirik şeirləri vardır. Dövrünün acınacaqlı vəziyyəti şairin şeirlərinə çökmüş və onu bədbinləşdirmişdir. 1780-ci ildə Şəki xanı Hüseynin öldürülməsinə həsr etdiyi şeirində feodal ara müharibələrini kəskin tənqid etmişdir. Onun «Vaqif», «Çoxdandır», «Durnalar», «Ağlarsan» və s. şeirləri böyük əhəmiyyətə malikdir. M.P.Vaqif 1717-ci ildə Qazax mahalında anadan olmuş, ilk təhsilini Şərif Əfəndidən almışdır. O, əvvəl Gəncəyə, sonra isə Şuşaya gəlmiş, burada məktəbdarlıqla məşğul olmuşdur. O, İbrahim xan tərəfındən saraya dəvət edilmiş, burada eşikağası və vəzirliyə qədər yüksəlmişdir. Qarabağ xanlığının möhkəmlənməsinə böyük əmək sərf etmişdir. 1797-ci ildə Məhəmməd bəy Cavanşir tərəfındən öldürülmüşdür. Vaqifin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi mərhələ təşkil edir. O, realizm ədəbi cərəyanı səviyyəsinə qədər yüksəlmişdir. Vaqif yaradıcılığında əsas yeri məhəbbət mövzusu tutmuşdur. Onun gözəllərə həsr etdiyi şerləri real həyatdan alınmışdır. O, ilahi gözəlliyi deyil, real gözəlliyi tərənnüm etmişdir. Vaqifin dili sadə, təravətli və aydın idi. Şairin bir sıra şeirlərində ədalətsizlik, zorakılıq tənqid olunmuşdur.
XVIII əsrdə Azərbaycanda incəsənətin musiqi, rəssamlıq, memarlıq sahələri inkişaf etmişdir. Aşıq yaradıcılığı yüksək mərhələyə qalxmışdır. Bu dövrdə ən çox istifadə edilən musiqi aləti saz, tar, balaban, zurna, tütək, nağara, dəf olmuşdur. Azərbaycanda bir sıra memarlıq abidələri yaranmışdır. 1762-ci ildə Şəki xan sarayı tikilmişdir. Şuşada, bir sıra maraqlı memarlıq abidələri tikilmişdir.
Qarabağ tarixçisi Mirzə Camal Cavanşirin yazdığına görə, İbrahimxəlil xan
qalanı möhkəmləndirmək üçün 1783-1784-cü illərdə onun ətrafına 3,7 km uzunluğunda müdafıə hasarı çəkdirmişdir. Üç tərəf təbii sərhəd olduğuna görə həmin yerlərdə müdafiə divarları tikmək lazım gəlməmişdir. Qala divarlarının eni 2 metr 20 sm, hündürlüyü isə 8 metr olmuşdur. Hər 50 metrdən bir iri və əzəmətli bürclər ucaldılmışdı. Qalanın girəcəyində - şimal tərəfə «Gəncə qapısı», qərb tərəfə isə
«İrəvan qapısı» adlanırdı.

FƏ Sİ L 12. AZƏ R BAY CAN T OR PAQL AR I NI N R USİ Y A V Ə İ R AN QACAR L AR AR ASI NDA BÖL ÜŞDÜR ÜL MƏ Sİ



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin