Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Ağa Məhəmməd Qacar şahın Azərbaycana yürüşləri



Yüklə 3,15 Mb.
səhifə103/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   173
Ar2019-47-1

4.2. Ağa Məhəmməd Qacar şahın Azərbaycana yürüşləri


Kərim xan Zəndin (1759-1779) ölümündən sonra İranda kəskinləşməkdə olan ara müharibələrində Qacarlar daha fəal olmuşdular. 1791-ci ildə Ağa Məhəmməd Qacar (1780-1797) İran və Cənubi Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi. O, Azərbaycanın şimal hissəsini ələ keçirməyə hazırlaşdı. Azərbaycan xanlarına məktublar göndərərək onun hakimiyyətini qəbul etməyi tələb etdi.
Rusiyanın şərqdəki siyasətinə mane olmaq üçün İngiltərə və Fransa İrana kömək edirdi. Orduları yenidən qurmaq üçün İrana təlimatçılar göndərirdilər.
Qacar Qarabağa və Gürcüstana hücuma hazırlaşır. O, İbrahim xandan oğlunun girov göndərməyi tələb etmiş və rədd cavabı almışdır. O, Qarabağa 8 min qoşun göndərmiş, lakin Əsgəran yaxınlığında Qarabağ və Gürcü qoşunları tərəfindən məğlub edilmişdir. Onun digər qoşun hissələri Lənkəran xanlığına soxulmuş, Mir Mustafa xan Xəzər dənizindəki rus donanmasında sığınacaq tapmışdır.
1795-ci ilin yayında Qacar 85 minlik qoşunla Qarabağa hücum etdi. Onun
hücumu bütün Zaqafqaziya üçün təhlükə törətdi. II İrakli Qarabağ xanlığı ilə ittifaqa girdi. Bu ittifaqa Talış və İrəvan xanları da qoşuldular. İttifaqın yaradılmasında xanlığın vəziri Vaqif böyük rol oynamışdır.
Qacar Şuşa şəhərini mühasirəyə aldı. Qarabağın bütün əhalisi düşmənə qarşı mübarizəyə qalxdı. Azərbaycanlılardan ibarət dəstələr tez-tez düşmənə arxadan zərbə vurur, onların ərzaqla təmin edilməsini çətinləşdirirdilər. Mirzə Camal yazır ki, o vaxtın hesabı ilə qatır 4 manat, dəvə 6, yaxşı at 10 manat idi. Şuşa şəhəri qəhrəmanlıqla müdafıə olunurdu... Qalada 15 min xalq qoşunu yaradılmışdı. Onun müdafıəsində qadmlar da iştirak edirdi. Mirzə Camal yazır ki, ermənilər və azərbaycanlılar vahid qoşun təşkil edir, işğalçılara qarşı çiyin-çiyinə vuruşurdular. Fransız zabitlərinin başçılıq etdiyi toplar 3 gün Şuşanı atəşə tutdu, lakin qala divarlarını dağıda bilmədi.
Qarabağlılar tez-tez İran qoşunlarının düşərgələrinə gecə hücumları təşkil edir və onlara böyük tələfat verirdilər. Əsgəran qalasının naibi Həsən bəyin dəstəsi gecə düşmən düşərgəsinə gücum etmiş, düşmənə ciddi tələfat verdikdən sonra geri qayıtmışdır. Sərbazlar onların düşərgədə olduğunu güman edərək bütün gecəni bir-birini qırmışlar. Vərəndə məliyinin dəstəsi düşmənin gözətçi məntəqəsini ələ keçirmiş, onları qırmış və əsir almışdır.
Şuşanın müdafıəsi 33 gün davam etmişdir. İran qoşunlarının sayı azalmış, bütün topları sıradan çıxarılmışdır. Mirzə Adıgözəlbəy bəyin yazdığına görə Ağa Məhəmməd xan Şuşada qoşunlarının tamamilə darmadağın ediləcəyindən ehtiyat edərək deyirdi: «Zərərin yarısından da qayıtmaq mənfəətdir. Müsibətlə dolu olan bu təhlükəli yerdə at başı qaytarmaq nicat xəzinəsinin açarıdır. Yoxsa çox çəkməz, bütün qoşunumuz və heyvanlarımız dərin xunxarlıq dəryasında məhv olub gedər. Bizlərdən bir nəfər olsun İrana salamat qayıtmaz».
Gəncə xanı Cavad xan Ağa Məhəmməd xanın düşərgəsinə gəlmiş və onun himayəsini qəbul etmişdir. O, Gəncədə hakimiyyətini möhkəmlətməkdə Qacardan istifadə etməyə çahşırdı. Cavad xan Şuşanın mühasirəsindən əl çəkməyi və Tiflisə hücum etməyi Ağa Məhəmməd xana təklif etdi. Onlara Səki hakimi Məhəmməd Həsən xan və İbrahim xanın düşmənləri olan məliklər Abov və Məclum da qoşuldular.
Ağa Məhəmməd xan 20 minlik qoşunla Ağdamdan Gəncəyə doğru hərəkət etdi. Onun qoşunlarının ön cərgəsinə Abov və Məclum bələdçilik edirdi. 1795-ci ilin sentyabrın 12-də İran qoşunları şiddətli vuruşmadan sonra Tiflisə daxil oldular. Şəhərə od vurulub yandırıldı. II İrakli qırğının dayandırılmasını xahiş etdi. Ağa Məhəmməd xan bildirdi ki, bu o zaman dayandırılar ki, köməyə gəlmiş qarabağlılar ona təqdim edilsin. İrakli isə bunu rədd etdi. Tiflisdən xeyli adam qırıldı. XVIII əsr Azərbaycan şairi Şikəstə Şirin öz şeirlərində Tiflisin faciəsini ürək ağrısı ilə təsvir etmişdir. İran ordusu Gürcüstanı taladıqdan sonra 1795-ci ilin payızında Azərbaycana qayıtdı və Muğan düzündə düşərgə saldı. İşğalçılar tez-tez hücumlar təşkil edərək şəhər və kəndləri yandırır, əhalini qarət edir, mal-qaranı sürüb aparır. Təkcə Qarabağdan 100 min baş mal-qara aparılmışdır.
Ağa Məhəmməd xan Muğanda qışladıqdan sonra yazda yenidən Şuşaya hücum etməyi planlaşdırmışdır. Lakin rus qoşunlarının Azərbaycana gəlməsi və İranda baş verən üsyan onu geri çəkilməyə məcbur etdi. 1796-cı ilin yazında Ağa Məhəmməd xan İrana qayıtdı və özünü İran şahı elan etdi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin