XVIII əsrin ortalarında Azərbaycanda yaranan xanlıqlar arasında əsası Pənahəli xan tərəfindən qoyulmuş Qarabağ xanlığı böyük nüfuza malik idi. Xanlığın əhalisini Cavanşir, iyirmi dörd, otuz ikilər, Kəbirli, Ziyadoğlu, Baharlı türk tayfaları təşkil edirdi. Pənahəli xan Qarabağda yaşayan cavanşirlər tayfasına məxsus Sarcallar kəndindən çıxmışdır. Tarixçilərin verdiyi məlumata görə ata-babaları adlı-sanlı, dövlətli şəxslər idi. Pənahəli gəncliyində qardaşı Behbudəli ilə birlikdə Nadir şahın yanında xidmət etmişdir. Lakin qardaşının Nadirin qəzəbinə düçar olmasından sonra Pənahəli Muğana qaçmış və burada ətrafına dəstələr toplayaraq ətraf ərazilərə basqınlar təşkil etmişdir.
Muğanda Nadir şaha tacqoyma mərasimində Qarabağın bu tayfaları onun əleyhinə çıxdılar. Ona görə də Nadir şah qarabağlıları cəzalandıraraq onları Xorasan vilayətinə və Əfqanıstan sərhədlərinə sürgün etdi. Pənahəli bəy və onun qardaşı Fərzəli bəy də onların arasında idi. Fərzəli bu siyasətə qarşı çıxdığı üçün edam edildi. 1738-ci ildə Pənahəli bəy yaxın adamları ilə Qarabağa gedir və bir müddət Zəngəzurda yaşayır, 1743-cü ildə özünü xan elan edib, xanlığın əsasını qoyur.
Nadirin ölümündən sonra Pənahəli (1743-1763) 1748-ci ildə Qarabağda öz hakimiyyətini möhkəmlətmək üçün cavanşirlər, otuzikilər və başqa tayfaların qüvvələrindən istifadə etmişdir. Nadirin Qarabağdan Xorasana köçürdüyü tayfalar XVIII əsrin ortalarında yenidən öz yerlərinə qayıdaraq, dinc əməklə məşğul olmağa başladılar. Pənahəli onları öz tərəfinə çəkmək üçün Şirvan, Şəki, Gəncə və s. yerlərə basqınları zamanı ələ keçirdiyi mal-qara, at və müxtəlif əmlakı onlara paylayırdı. Qarabağ xanlığının mərkəzi Şuşa şəhəri idi. Əhalisi əkinçilik, maldarlıq, arıçılıq və toxuculuqla məşğul olurdu. Şuşada «Panabad» adlı pul kəsirdilər. Pənahəli hakimiyyətini möhkəmləndirmək üçün qohum olduğu Car icmalarının hakimi və Vərəndə məliyi Şahnəzərin köməyindən istifadə edirdi. Pənahəli İran və digər xanlardan qorunmaq üçün Kəbirli mahalında 1748-ci ildə Boyat qalasını tikdirdi. Xanın ailəsi və qohumları buraya köçürüldü. Qarabağ xanlığının qüvvətlənməsi digər xanları narahat etməyə başladı. Şəki xanı Hacı Çələbi Şirvan xanı ilə birləşərək Qarabağa soxulsa da müvəvəqiyyət qazana bilmədi. Pənahəli xanın bu qələbəsi oııun nüfuzunu daha da artırmış, Qarabağın bütün əhalisi onun hakimiyyətini qəbul etmişdir. Pənahəli gələcəkdə öz düşmənləri ilə daha müvəffəqiyyətli mübarizə aparmaq məqsədi ilə Ağdam yaxınlığında 1751-ci ildə Şahbulaq qalasını tikdirdi.
Qarabağın qədim adı Arsaq (Арцаг) adlanır. Onun Арцаг adlanması SavirXəzər türkdilli tayfalarla bağlıdır. Erməni mənbələrinə də onlardan keçmişdir. VVII əsrlərdəki erməni qaynaqları Savir- Xəzərlərdəki fonetik variantı yazıya almışdır. Arsaq qəbiləsi Azərbaycan xanlığının soykökündə duran başqa qəbilələrlə qaynayıb-qarışdıqca qəbilə birləşməsi müstəqilliyini itirmiş və yer, ərazi adı kimi arxa plana çəkilmiş, «Qarabağ» sözü ön plana çıxmışdır. «Qara» və «bağ» tərkiblərindən yaranmış «Qarabağ»ın I hissəsinin «rəng», «pis», «qayğılı», «bədbəxt», «şimal», eləcə də başçı, böyük, güclü anlamı vardır. Azərbaycanın bir sıra yerlərində böyük qardaşa da qara deyirlər. «Qarabağ» adının ikinci tərkibi «bağ»ın
«bağ(ip)», «düyün», «bağ (bağ-bağat», «soybirləşməsi silsiləsi», «xalqın bir hissəsi» və b. anlamları daha çox yayılmışdır. Qarabağ - güclü, böyük saybirləşməsinin, xalqın başçısı, bölgüsü deməkdir. Görünür ki, burada azərbaycanlıların güclü, böyük bölgüsü məskən salmışdır. Doğrudan da, bu torpaqlarda vaxtilə Orta Asiyadan Qafqaza qədər böyük, güclü qəbiləbirləşməsi nıəskən salmışdır (M.Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: 1989, səh. 36-37).
Qarabağa Kiçik Qafqaz dağları daxil olmaqla Kür-Araz çayları arasındakı ərazi daxildir. Oııun sərhədləri cənub-şərqdən Kür-Araz çayları qovşağı, cənubdan Araz çayı, qərbdən Qarabağ dağları adlanan Kəşkəb, Salvarlı və Ərikli dağları ilə Göyçəgölünə qədər uzanmış, şərqdən Goran-Kür çayı ilə sərhədlənmişdir. Qarabağ 17 mahala bölünmüşdür: Sisyan, Kəbirli, Talış, Cavanşir (Qarabağ düzü və ona bitişik olan Bərdədən cənubdakı torpaqlar). Otuziki, İyirmidörd, Xaçın, Çiləbörd (Çarabörd), Vərəndə, Dizax və s. Talış bəzən Gülüstan adlanırdı. On iki mahal bütünlüklə azərbaycanlı türklərindən ibarət idi.
Nadirin ölümündən sonra hakimiyyətə keçən oğlu Əliqulu (Adil şah) Azərbaycanın idarə edilməsini Əmir Aslan xana tapşırdı. Hacı Çələbi üzərindəki qələbədən sonra özünə yeni düşmən qazanmamaq üçün Əmir Aslan xanın yanına elçi göndərərək Adil şahın hakimiyyətini qəbul etdiyini bildirdi.
Pənahəli xan Qarabağın beş məlikliyini asılı vəziyyətə saldı. Vərəndə məliki özü Pənahəli xanın hakimiyyətini qəbul etdi. Dörd məliklik (Xaçın, Dizaq, Ciləbörd, Gülüstan) zorla tutulmuşdur. Pənahəli xan öz ərazisini cənubi-qərbə doğru genişləndirərək Sisiyan, Qapan, Mehrini xanlığa birləşdirdi. Xanlığın sərhədləri şimaldan Gəncə xanlığına, şərqdən Kür-Arazın birləşdiyi yerə, cənubdan Araz çayına, qərbdən isə Mehri, Sisiyana qədər çatırdı.
Pənahəli xan yeni qalanı möhkəmlətməklə məşğul olarkən Cənubi Azərbaycan və İran hakimləri dəfələrlə buraya hücum etmişlər. 1757-ci ildə Məhəmməd Həsən xan Qacarın qoşunları Qarabağa soxuldu. O, Pənahabadı mühasirə etməyə cürət etmədi. Şuşanın 30 verstliyində «Xatın arxı» yanında baş verən döyüşdə məğlub oldu. Pənahəli xan iki ağır top qənimət götürdü. İranda Kərim xan Zəndin ona qarşı çıxış etdiyini eşidən Məhəmməd Həsən xan İrana qayıtdı. 1759-cu ildə Qarabağa Urmiya xanı Fətələi xan Əfşarın 30 minlik qoşunu hücum etdi. 6 ay davam edən mübarizə Pənahəli xanın asılılığı qəbul etməsi və oğlu İbrahimxəlili girov verməsi ilə nəticələndi. Yaranmış vəziyyətlə əlaqədar olaraq Pənahəli xan zahirən olsa da, onunla sazişə girməyə məcbur oldu. Oğlu İbrahimxəlili girov kimi onun yanına gətirdi.
XVIII əsri 50-ci illərində İranda hakimiyyəti ələ keçirən Kərim xan Zənd Fətəli şah Əfşarı məğlub edərək Azərbaycanın cənub torpaqlarını tutdu və Qarabağ xanlığını hədələməyə başladı. Kərim xan Zənd Fətəli şah Əfşarla Pənahəli xanın qüvvələrindən istifadə etdi. Lakin Kərim xan Zənd Urmiyanı aldıqdan sonra orada dustaq olan İbrahimxəlil ağanı hakimiyyət fərmanı ilə Qarabağa yola saldı.
Beləliklə Qarabağ xanlığına ciddi zərbə vurmuş oldu. O, Pənahəli xanı özü ilə Quma «Şiraz qonaqlığına» aparmış, bəhanələrlə onu geri qayıtmağa qoymamışdır. Xanlığın idarəsini oğlu İbrahimxəlil xana (1763-1806) həvalə etmişdir. Qarabağın idarə edilməsini isə Pənahəli xan kiçik oğlu Mehralıya tapşırmışdı. Bundan sonra Mehralı bəylə İbrahimxəlil qardaşları arasında çəkişmə başlamış, 1763-cü ildə İbrahimxəlil qalib gəlmişdi. Mehrəli Qubaya qaçmış, hücumlarda iştirak etmiş və 1785-ci ildə öldürülməsi ilə nəticələnmişdi. İbrahimxəlilin dövründə Qarabağ xanlığı daha da möhkəmlənmişdir. O, mərkəzi hakimiyyətdən uzaqlaşmağa çalışan məlikləri özünə tabe etmiş, fəal xarici siyasət yeritmişdir. A, Avar hakimi Ümmə xanın qızı ilə evlənmiş və onun qüvvələrindən istifadə etmişdir. İbrahimxəlil xan hakimiyyətini müəyyən vaxtlarda Naxçıvan, Gəncə və Təbriz xanlıqlarına da yaya bilmişdi.
Pənahəli xanın ölümündən sonra Dizaq məliyi Yesay, Çiləbörd məliyi Məclum, Gülüstan məliyi Bəyləryan asılılıqdan qurtarmağa çalışmışlar. Vərəndə məliyi Şahnəzər və Xaçın məliyi Mirzəxan İbrahim xana sədaqətlərini bildirmişlər. Şahnəzər qızı Hüzadı İbrahimxəlil xana verdi. 1781-ci ildə İbrahimxəlil xan ona sadiq olan məliklərin köməyi ilə Tuğu mühasirə etdi. Yesayı tutub həbsə saldı. Hakimiyyətə oğlu Bəhmən keçdi. Lakin məliklər mübarizəni davam etdirdi. Onlar İbrahimxəlilə qəsd təşkil etməyə çalışır. Qəsdin üstü açılır. Məclum və Abov həbs edilir, sonra onlar qaçaraq II İrakliyə sığmırlar. İbrahimxəlil onları tələb etmiş, ələ keçməklərindən qorxaraq Cavad xanın yanına qaçmışlır. Sonra Qacarın Tiflisə hücumunda bələdçi olmuşlar.
İbrahimxəlil gürcü çarı II İrakli ilə ittifaqa girmiş, danışıqlar aparmaq üçün
vəziri Vaqifi oraya göndərmişdir.