Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 4. XVIII Əsr Azərbaycan-Rusiya Münasibətləri



Yüklə 3,15 Mb.
səhifə102/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   173
Ar2019-47-1

§ 4. XVIII Əsr Azərbaycan-Rusiya Münasibətləri


4.1. Xanlıqların Rusiya ilə münasibətləri
XVIII əsrin ikinci yarısında Rusiyanın Qafqaza marağı daha da artmışdır. Rusiya mütləqiyyətinin Cənubi Qafqaz, Xəzər hövzəsini ələ keçirmək üçün xüsusi planı var idi. Rus çarizminin müstəmləkəçilik siyasətinə baxmayaraq Azərbaycanın Rusiyaya birləşdirilməsi meyli onun İran əsarətindən qurtarmağa, feodal müharibələrinin aradan qaldırılmasına imkan verirdi.
İran tərəfindən daim gözlənilən təhlükə şəraitində Azərbaycanın bəzi xanlıqları Rusiya ilə yaxınlaşmağa cəhd edirdilər. Onlar belə hesab edirdilər ki, Rusiyanın köməyi ilə İranın hücumlarını dəf etmək olar.
1768-74-cü illərdə Türkiyə-Rusiya müharibəsi dövründə Rusiyaya yaxınlaşma prosesi daha qüvvətlənmişdir. Türkiyə öz elçilərini Azərbaycan və Dağıstana göndərir, müxtəlif vədlərlə yerli hakimləri öz tərəfınə çəkməyə çalışırlar. Onları Rusiyaya qarşı birgə mübarizəyə çağırırlar.
Türkiyə Azərbaycanın ən güclü xanı Fətəli xanı öz tərəfinə çəkməyə daha çox cəhd edirdi. Türkiyə nümayəndəsi Fətəli xanın yanına gəlmiş, onu Rusiyaya qarşı çıxmağa təhrik etmişdir. Lakin Fətəli xan bu təklifı qəbul etməmişdir. 1769cu ildə Bakıda olan rus konsulu öz hökumətinə bildirmişdi ki, Fətəli xan Rusiyaya qarşı müharibədə Türkiyəyə kömək təklifini qəbul etmədi və onun hədiyyələrini almadı. Fətəli xan türk elçisinə belə cavab vermişdir: «Onlar mənə lazım deyil, mənə öz varidatım bəsdir». 1770-ci ildə Rusiyanın diplomatik nümayəndəsi bildirdi ki, türklərin Quba xanını öz tərəfinə çəkmək üçün etdiyi bütün cəhdləri boşa çıxdı. Fətəli xan buna heç bir meyil göstərmədi və heç şey etmədi: həqiqətən də o, əvvəlki dostluğunu davam etdirməkdən başqa Rusiyaya qarşı heç bir şey başlamaq fıkrində deyildi. Fətəli xanın simasında özünə müttəfiq qazanmaq istəyən Kərim xan Zənd 1774-cü ildə çoxlu hədiyyələrlə elçi göndərmişdir. Lakin Fətəli xan hədiyyələri qəbul etmədi və onun təkliflni rədd etdi.
Quba xanlığı Rusiya ilə ittifaqı və dostluğu ardıcıllıqla aparmışdır. Quba xanlığı dəfələrlə Rusiyanın himayəsinə qəbul edilməsini xahiş etmişdir. Azərbaycanda olan rus səyyah və məmurları Azərbaycan əhalisinin Rusiyaya meylini dəfələrlə qeyd etmişdirlər. XVIII əsrin ikinci yarısında yüksək vəzifəli rus məmurları, diplomatları, alim və səyyahlarının Azərbaycanda olması rus-Azərbaycan əlaqələrini daha da möhkəmləndirmişdir.
Qafqazda Rusiya mənafeyi nöqteyi-nəzərindən Rusiya Elmlər Akademiyasının həqiq üzvü S.T.Qmelinin 1769-1774-cü illərdəki ekspedisiyası böyük rol oynadı. Ekspedisiyanın məqsədi böyük iqtisadi və hərbi-siyasi əhəmiyyətə malik olan Həştərxandan Gilana qədər Kaspi sahili vilayətləri tədqiq etmək olmuşdur. Bu ekspedisiyanın elmi axtarışları arxasında siyasi məqsədlərin olduğu yerli hakimlərə məlum idi. Qmelin Fətəli xanın yanında olmuş, hətta xan ona öz yanında qalmağı təklif etmişdir. Ekspedisiya geri qayıdarkən Əmir Həmzə tərəfindən yaxalandı. Qmelin əsirlikdə öldü (1774). Ekspedisiyanın 5 cildlik təsviri Qafqaz, orada yaşayan xalqlar, oranın etnoqrafiyası, iqtisadiyyatı haqqında geniş məlumat toplamışdır. Hesabatda Azərbaycanın təbiətinə, abidələrinə, qədim tarixinə, ayrıayrı siyasi xadimlərinə geniş yer verilmişdir. Hesabat Azərbaycanın o dövrdəki tarixini öyrənmək baxımından maraqlıdır. Orada Azərbaycan xalqının Rusiyaya meyil etmələrinə də toxunulmuşdur.
XVIII əsrin 80-ci illərinin əvvəllərində rus sərkərdəsi A.V.Suvorov Zaqafqaziya ilə yaxmından maraqlanmışdır. 1780-ci ilin yanvarında Kaspi sahilinə yürüşə başçılıq etmək üçün Həştərxana gəlmişdir. 1782-ci ildə Krım və Kuban qoşunlarına komandan təyin olunmuşudr. O, Zaqafqaziyanın bir sıra siyasi xadimləri ilə yazışırdı.
Fətəli xan Rusiya ilə münasibətlərini daim genişləndirirdi. 1768-74-cü il müharibəsinin Rusiyanın qələbəsi ilə başa çatması, onun Qafqazdakı mövqeyini möhkəmləndirdi. 1783-cü ildə Gürcüstanın Rusiya tərkibinə daxil olması haqqında Georgiyevskdə müqavilə bağlandı. Bunu Fətəli xan rəğbətlə qarşıladı. 1784-cü ildə Tarku şamxalı Rusiyadan asılılığı qəbul etdi. Beləliklə, bütün Zaqafqaziyanın və Dağıstanın Rusiyaya birləşdirilməsi üçün əlverişli şərait yarandı. Lakin 1787-ci ildə Rusiya ilə Türkiyə arasında başlanan müharibə rus qoşunlarının Gürcüstandan çıxarılması ilə nəticələndi. Türkiyə yenə də müxtəlif vasitə ilə Azərbaycan və Dağıstan əhalisinin öz tərəfinə çəkməyə və onları Rusiyaya qarşı müharibəyə sövq etməyə çalışırdı. 1787-ci ildə Qubaya gələn türk nümayəndəsi Fətəli xanın Rusiyaya qarşı müharibəyə təhrik etdi. Lakin bu təklif rədd edildi. O zaman Rusiyanın xarici siyasətinə başçılıq edən Potyomkin II Yekaterinaya xəbər verirdi ki, Fətəli xan «Onu Rusiyaya qarşı silahlandırmağa qızışdıran sultan fərmanını və vəzirin məktubunu göndərmişdir... Bunun əleyhinə qarşı olaraq o (Fətəli xan), öz düşmənlərinə qarşı birgə çıxış etmək haqqında çar İrakliyə kömək təklif etmişdir. Mən onun bu hünərini tərifsiz qoymadım.
1787-ci ildə Quba xanlığının 17 nəfərdən ibarət elçi heyəti Peterburqa gəldi.
Ona görkəmli diplomat Sadıq Məhəmməd Vəliyev başçılıq edirdi. Fətəli xanın II Yekaterinaya göndərdiyi məktubda deyilir: «İmperator həzrətlərindən xahiş edirəm ki, mənim ixtiyarımda olan bütün xalq və vilayətləri birlikdə ali həkimiyyətimizə qəbul edəsiniz. Xan bütün dövrlərdə Rusiyanın dostu olacağını bildirirdi. Onun məktublarının birində deyilir: «Əmin edə bilərəm ki, bütün ömrüm boyu Rusiyaya qarşı sədaqətimlə zərrə qədər olsun qüsur olmayacaqdır. Mən daim Rusiyanın dostlarına dost, düşmənlərinə düşmən olacağam».
Onu da qeyd etməliyik ki, Fətəli xan Rusiyanın köməyinə arxalanaraq Azərbaycan torpaqlarını birləşdirməyə çalışırdı. Ona görə də Rustya hökuməti onun qüvvətlənməsi ilə razılaşmırdı. Hətta II Yekaterina 1775-ci ildə Fətəli xanın köməyinə göndərilmiş rus ordusunun geri çəkilməsini tələb etmişdir. 1784-cü ildə Fətəli xanın Ərdəbili tutması rus çarını narahat etmişdir. Lakin buna baxmayaraq Fətəli xan Rusiyaya meylində ardıcıl siyasət yeritmişdir.
Yadellilərə qarşı mübarizədə və öz mövqeyini möhkəmlətməkdə Qarabağlı İbrahim xan da Rusiya ilə yaxınlaşmağa çalışırdı. 1783-cü üdə İbrahim xan məktubla II Yekaterinaya müraciət etdi və Peterburqa nümayəndə heyəti göndərərək Qarabağ xanlığının Rusiya təbəəliyinə qəbul edilməsini xahiş etdi. 1783-cü ilin yayında Qafqaz qoşunlarının komandiri Patyomkinə II Yekaterinanın fərmanında deyilir: «İbrahim xana gəlincə, onun Rusiya təbəəliyinə qəbul olunmasında heç bir çətinlik və şübhə yoxdursa, görünür, çar İrakliyə qarşı yetirdiyimiz siyasəti rəhbər tutmaq olar; belə olduqda onun Rusiya imperatoru taxtına tabe olması, mənim və xələflərimiz üzərində ali həkimiyyətin tanınması haqqında müqavilə bağlamaq barədə general Patyomkinə tapşırıq verməyi yaddan çıxarmayın». Lakin İbrahim xan Rusiya ilə münasibətdə ardıcıl olmamışdır.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin