Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Şimalı Azərbaycanda aqrar qanunlar



Yüklə 393,13 Kb.
səhifə104/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   100   101   102   103   104   105   106   107   ...   153
C fakepathmuhazire tarix (3)

Şimalı Azərbaycanda aqrar qanunlar. 1870-ci il kəndli islahatı Azərbaycanda aqrar məsələni yarımçıq həll etdi. 1882-ci ildə kəndli torpaq bankı təşkil edildikdən sonra kəndlilərin az-çox bir qismi müəyyən qədər torpaq payı almağa müvəffəq oldu. Kəndlilərin öz pay torpaqlarını satın almasını çətinləşdirən amillərdən biri də Azərbaycanda pay torpaqlarının satınalma qiymətinin Rusiyadakından dəfələrlə yüksək olması idi. Torpağın çox hissəsi dövlətin əlində idi. Kəndlilərin 68%-ni dövlət kəndlisi təşkil edirdi. 1900-cü il mayın 1-də qəbul edilən “Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu” haqqında qanun dövlət kəndlilərinə kənd icması yığıncaqlarının razılığı ilə icma torpaqlarından nəsli istifadə hüququ verirdi. Qanunun bu maddəsi icma torpaq mülkiyyətinə çox ağır zərbə vurdu. “Cənubi Qafqazın beş quberniyasında pay torpaqlarını mü-əyyənləşdirmək və torpaq quruluşu işini aparmaq qaydası haqqında” əsasnamə 1903-cü il aprelin 21-də qüvvəyə mindi. Qanuna görə, pay torpaqlarının planı hazırlanarkən istifadə edilən mövcud sərhədlər əsas götürülməli idi. Əsasnamədəki yenilik kəndlilərə əlavə pay torpağının verilməsi, çəmən, otlaq və meşələrdən pay ayrılması qaydalarından ibarət idi. Lakin nə qanun, nə də əsasnamə dövlət kəndlilərinin torpaq quruluşu məsələsini tam həll etmədi. Kəndlilərin istifadəsində olan pay torpaqları əsasən yenə də dövlət mülkiyyətində idi.

1912-ci il dekabrın 20-də “Cənubi Qafqaz quberniyasında torpaqların məcburi surətdə satın alınması haqqında” qanun verildi. Qanunla birlikdə təsdiq edilən “Qaydalara” görə, Azərbaycandakı sahibkar kəndliləri 1913-cü il yanvarın 1-dən mükəlləfiyyət daşımaqdan azad olunurdular. Kəndlilər pay torpaqlarını məcburi şəkildə satın almalı idilər. Onlar yalnız torpaq nizamnaməsində göstərilən torpağı öz mülkiyyətinə keçirə bilərdi. İcarəyə verilən torpaqlar mülkədarın mülkiyyətində qalırdı. Kəndli çəmən, otlaq və meşə sahələrini satın ala bilməzdi. O, həmin yerlərdən yalnız torpaq sahibinin razılığı ilə istifadə edə bilərdi. Su arxları mülkədarların xüsusi mülkiyyəti olaraq qalırdı. Dövlət xəzinəsi torpağın haqqını 20 il ərzində kəndlilərdən toplamalı idi, mülkədarlar isə torpaq üçün əvəz haqqını dövlət xəzinəsindən alırdı. 1912-ci il aqrar qanunu Zaqatala dairəsi kəndlilərinə şamil edilmədi. 1913-cü il iyulun 7-də hökumət Dağıstan və Zaqatala dairəsində feodal-asılı münasibətlərinin ləğv olunması haqqında qanun qəbul etdi. 1912-1913-cü illər aqrar qanunları pay torpaqlarının sahibkar kəndlilərinin xüsusi mülkiyyətinə çevrilmısinə, onların “müvəqqəti mülkiyyətli” münasibətlərdən azad edilməsinə imkan verdi.

XX əsrin əvv. Şımali Azərbaycanda əhalinin sosial tərkibində sənaye və ticarət burjuaziyasının xüsusi çəkisi artırdı. Kənddə kənd varlılarının və qolçomaqların ayrılması baş verirdi.

Şimali Azərbaycanın həm kəndlərində, həm də şəhərlərində sosial münasibətlər getdikcə kəskinləşirdi. Milli burjuaziyanın nümayəndələri -H.Z.Tağıyev, Ş.Əsədullayev, M.Səlimxanov, M.C.Əliyev idi.

XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Fətəli xan Xoyski, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov və b. yüzlərcə ziyalı milli şüurun, milli özünüdərkin formalaşmasında mühüm rol oynayırdı.

Böhran illərində sənayenin, xüsusən neft sənayesinin geriləməsi nəticəsində fəhlələrin sayı on minə qədər azalıb, 27 min nəfərə endi. Böhran illərində fəhlələrin də, kəndlilərin də vəziyyəti son dərəcə ağırlaşmışdı. 1900-cü ilin sonlarında Bakıda sosial-demokratik hərəkat genişlənməyə başladı. 1901-ci ildə Bakı və onun rayonlarında RSDFP-nin 15 dərnəyi fəaliyyət göstərirdi. 1901-ci ilin yazında RSDFP-nin Bakı Komitəsi yaradıldı. 1901-ci ilin martinda Bakıda Sabunçu “Remont” mexaniki və b. emalatxanaların fəhlələri tətil etdilər. 1902-ci ilin aprelində Bakıda 5 min fəhlənin iştirakı ilə ilk dəfə açıq nümayiş keçirildi. 1903-cü il martın 2-də Bakıda fəhlələrin açıq küçə nümayişi keçirildi. 1903-cü il iyulun 1-dən 22-nə qədər Bakıda ilk ümumi siyasi tətil keçirilmişdi. Tətilçilər əsasən iqtisadi tələblər irəli sürürdülər. Azərbaycan kəndində sinfi mübarizənin kəskinləşməsi, kəndli çıxışlarının artması müşaiyət olunurdu. Milli-azadlıq hərəkatına tələbələr və ziyalılar da qoşulurdular: N.Nərimanov, M.Ə.Rəsulzadə, S.M.Əfəndiyev, Ə.Ağayev, M.Əzizbəyov, C.Məmmədquluzadə, M.Ə.Sabir və b.

1904-cü ilin yanvarında başlanmış rus-yapon müharibəsi fəhlə və kəndlilərin həyat şəraitini daha da ağırlaşdırdı. Bu isə zəhmətkeş kütlələri mübarizəyə sövq edirdi, onları müharibə əleyhinə çıxışlara qaldırırdı. Əvvəllər dərnək tipli olan sosial-demokratların özəyi 1904-cü ildə “Hümmət”adlı qəzet buraxmağa başladı. Qəzet zəhmətkeşləri mütləqiyyətə, sosial ədalətsizliyə qarşı mübarizəyə çağırırdı. Tezliklə “Hümmət” adlı sosail-demokrat təşkilatının əsası qoyuldu.

1904-cü ilin dekabrın 13-də “Xəzər-Qara dənizi cəmiyyəti” zavodu, sonra isə bir sıra başqa sənaye müəssisələrin, fabrik və zavodlarının fəhlələri tətil etdilər. Şəhərdə hərbi vəziyyət elan olundu. Dekabrın 30-da fəhlələrin “Mazut Konstitusiyası” adlandırdığı müştərək müqavilə imzalandı. Müqavilənin əsas müddəaları bunlar idi: 9 saatlıq iş günü, ayda 4 dəfə istirahət günü və ildə bir dəfə məzuniyyət verilməsi; orta əmək haqqının 20-25 % artırılması, xəstəlik üzündən işləyə bilməyən fəhlələrə əmək haqqının verilməsi və s. göstərilən bu güzəştlər ancaq neft sənayesində çalışan fəhlələrə aid idi. Dekabrın 31-də tətil qalibiyyətlə başa çatdı.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin