Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


IX MÖVZU: AZƏRBAYCAN XX ƏSRİN İLK ONİLLİKLƏRİNDƏ (1901-1918-ci illər)



Yüklə 393,13 Kb.
səhifə102/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   98   99   100   101   102   103   104   105   ...   153
C fakepathmuhazire tarix (3)

IX MÖVZU: AZƏRBAYCAN XX ƏSRİN İLK ONİLLİKLƏRİNDƏ (1901-1918-ci illər)

Plan:

  1. XX əsrin əvvəllərində Şimali Azərbaycanda iqtisadi və siyasi vəziyyət. Siyasi partiya və təşkilatların yaranması.

  2. Azərbaycan I Dünya müharibəsi illərində.

  3. 1917-1918-ci ilin əvvəlində Azərbaycanda ictimai-siyasi vəziyyət. Azərbaycanlıların soyqırımı.

  4. XX əsrin əvvəllərində Cənubi Azərbaycanda demokratik və milli-azadlıq hərəkatı.


1.XX əsrin əvvəllərində Şimali Azərbaycanda iqtisadi və siyasi vəziyyət. Siyasi partiya və təşkilatların yaranması. 1900-1903-cü illər dünyadakı iqtisadi böhran Rusiyaya da öz təsirini göstərdi. Böhran neft sənayesinin bütün sahələrinə-neft çıxarılmasına, onun emalına, yeni quyuların qazılmasına, neftin və neft məhsullarının ixracına, kəşfiyyat işlərinin aparılmasına ağır zərbə endirdi. Böhran illərində xirda və orta müəssisələrin iflasa uğraması nəticəsində istehsalın təmərküzləşməsi xeyli güclənmişdi. Təkcə 1899-1900-cü ildə Bakıda olan 208 şirkətdən 90-nı iflasa uğradı, iri inhisarların ixtiyarına keçdi. İnhisarlar neftin istehsalı, emalı, daşınması və satışını öz əllərində cəmləşdirirdi. Neft ixracı Nobel qardaşları, Rotşild kimi inhisarçıların əllərində cəmləşdi. Bakıda 20 iri neft sənayesi şirkəti sırasına Azərbaycan kapitalının nümayəndələri Musa Nağıyev və Şəmsi Əsədullayevin şirkətləri də daxil idilər. 1903-cü ilədək ingilis kompaniyaları Bakının neft müəssisələrinə 60 mln. manat kapital qoymuşdular. İngiltərə, Fransa və ABŞ ağ neftə olan tələbatlarının xeyli hissəsini Bakının hesabına ödəyirdi. 1912-ci ildə yaradılmış “Oyl”inhisarının tərkibində 1913-cü ildə “Tovuz” portland sementi və digər tikinti materialları istehsalı səhmdar cəmiyyəti təsis edildi. Ölkə sənayesi təkcə neft hasilatından ibarət olmayıb, sənayenin digər sahələri-dağ-mədən, mexaniki istehsal, energetika, toxuculuq, pambıqtəmizləmə, ipək emalı, yeyinti sənayesi, nəqliyyat, rabitə, bank-kredit sistemı və ticarət də inkişaf edirdi. Neft sənayesi ilə yanaşı, Azərbaycanda əlvan metallurgiya sənayesi də inkişaf edirdi. Gəncə quberniyasındakı 8 mis zavodu içərisində Gədəbəydəki “Simens qardaşları”səhmdar cəmiyyətinə məxsus olan zavodlar fərqlənirdi. XX əsrin əvvəlində Azərbaycanda yeni mis filizi ehtiyatları aşkar edildikdən sonra Qalakənd çayı üzərində ikiturbinli elektrik stansiyası-ilk su-elektrik stansiyası tikildi.

1900-cü ildə xırda müəssisələr nəzərə alınmasa, Nuxa-Zaqatalada 46 fabrik var idi. Qarabağda və Naxçıvanda xeyli ipək fabriki işləyirdi. Bu dövrdə 100-dən çox pambıqtəmizləmə zavodu vardı. Pambıqtəmizləmə sənayesinə qoyulan sərmayənin 80 %-i milli kapitala-H.Z.Tağıyev, Mahmudbəyov qardaşları və Məstanzadəyə məxsus idi. Azərbaycanda maldarlığın geniş yayılması gön-dəri istehsalı üçün əlverişli şərait yaradırdı. Azərbaycanın yeyinti sənayesinin mühüm sahələrini şərabçılıq, spirt, konyak istehsalı təşkil edirdi.



Tütünçülük Zaqatala dairəsində, Nuxa, Cavanşir, Şamaxı qəzalarında yayılmışdı. Azərbaycanda ilk tənbəki fabriki XIX əsrin ikinci yarısında Nuxada fəaliyyətə başlamışdı. XX əsrin əvvəllərində Azərbaycanın 7 qəzasında balıqçılıqla məşğul olurdular. Balıq sənayesində də milli kapital-H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov və b. üstünlük təşkil edirdi. Şimali Azərbaycanda istehsal olunan məhsulların ümumi dəyəri və fəhlələrin sayına görə balıq sənayesi neft sənayesindən sonra 2-ci yerdə dururdu. Gəncə, Kürdəmir, Ucar və Ləkidə biyan emalı zavodları var idi. Emal prosesində alınan maye-cövhər əsasən yeyinti sənayesində istifadə olunurdu. 1902-ci ildə Şəkidə çiyid yağı zavodu tikildi. 1906-cı ildə bu müəssisənin əsasinda “Qafqaz yağ zavodu” səhmdar cəmiyyəti təsis edilmişdi. Daşduz Naxçıvan qəzasında, şor duz Abşeronda və Cavad qəzasında çıxarılırdı. “Kəlbalıxanov qar-daşları və K`” şirkətinin Sust mədənlərində daş duz əldə edilirdi. XX əsrin əvvəllərində Azərbaycanda kapitalist münasibətlərinin inkişafı şəhər təsərrüfatının, ticarətin, nəqliyyatın, rabitənin inkişafına güclü təsir göstərdi. Nuxa ölkədə 2-ci sənaye və ticarət mərkəzi, Bakı isə yük dövriyyəsinə görə Rusiyada 1-ci liman şəhəri idi. Bakıdakı iri ticarət səhmdar banklarının sahibləri arasında H.Z.Tağıyev, M.Nağıyev kimi milli burjuaziyanın nümayəndələri var idi.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin