İncəsənətin inkişafı: teatr, musiqi, memarlıq. 1873-cü il martın 23-də Bakı realnı məktəbinin həvəskar teatr truppası tərəfindən görkəmli dramaturqumuz Mirzə Fətəli Axundovun “Sərgü-zəşti vəziri-xani Lənkəran” komediyasının tamaşaya qoyulması ilə milli teatrımız yarandı. H.Z.Tağıyev 1883-cü ildə Bakıda teatr binası tikdirdi. 1895-ci ildə Azərbaycanın teatr xadimləri “Bakı artistlər cəmiyyəti”ni yaratdılar. XIX əsrin ikinci yarısında musiqidə böyük canlanma var idi. Peşəkar aşıqlardan Aşıq Alı, Aşıq Ələsgər, Molla Cümə böyük şöhrət qazanmışdılar. Tarzən Sadıqcan tarı təkmilləşdirmişdi. Xanəndələrdən Xarrat Qulu, Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryağdıoğlu və b. muğam sənətinin inkişafında misilsiz xidmətlər göstərmişdilər. Dövrün ən görkəmli memarı olan Qasım bəy Hacıbababəyov Bakıda böyük bir karvansara inşa etmişdi. 1865-ci ildə dənizkənarı bulvar salınmağa başladı. 1886-cı ildə isə Bakının ikinci qala qapıları tikilmişdi. Dövrün görkəmli rəssamlarından Mir Mövsüm Nəvvab “Quşlar”miniatürünü və Teymurləngin portretini çəkmişdi. Mirzə Qədim İrəvani “Cavan oğlan”, “Oturan qadın” və s. rəsmləri ilə təsviri rəssamlıq sənətini zənginləşdirmişdi.
Ədəbiyyat:
1.Azərbaycan tarixi. 7 cilddə, IV c., Bakı, 2000,s.14-388
2.Azərbaycan tarixi. Z.Bünyadovun redaktorluğu ilə, s.569-630
3.Azərbaycan tarixi. İ.Əliyevin redaktorluğu ilə, s.203-226
4.Azərbaycan tarixi. S.Əliyarlının redaktorluğu ilə, s.625-771
5.Azərbaycan tarixi. M.Abdullayevin redaktorluğu ilə, s.172-210
6.Məmmədov İsmayıl. Azərbaycan tarixi, Bakı, 2005, s.206-267
7.Məmmədov Çingiz. Azərbaycanın siyasi tarixi. Bakı, 2006, s.3-17
8. Azərbaycan tarixi. İ.T.Nuriyeva. Bakı, 2015, s. 172-212.
Dostları ilə paylaş: |