Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


X MÖVZU: AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ



Yüklə 393,13 Kb.
səhifə114/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   110   111   112   113   114   115   116   117   ...   153
C fakepathmuhazire tarix (3)

X MÖVZU: AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ

(1918-1920-ci illər).

Plan:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun hakimiyyətinin bütün Azərbaycana yayilması.

2. Milli dövlət quruculuğu. Azərbaycan parlamenti.

3. Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti.

4. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və tarixdə yeri.
1.Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun hakimiyyətinin bütün Azərbaycana yayilması. 1917-ci il oktyabrın 22-də Bakı Sovetinə keçirilən seçkilərdə Bakıda “Müsavat” səslərin 40% topladı və qələbə qazandı. 1918-ci il fevralın 23-də yaradılmış Seym Cənubi Qafqazın ali hakimiyyət orqanı kimi düşünülmüşdü. Zaqafqaziya Seymi öz fəaliyyətinə Osmanlı Türkiyəsi ilə sülh danışıqlarının müzakirəsi ilə başladı. Mart ayının 3-də Sovet Rusiyası Almaniya ilə Brest-Litovsk sülh müqaviləsini imzaladı. Müqavilənin şərtlərinə görə:1)1877-1878-ci illər rus-türk müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli idi; 2)Qars, Ərdəhan və Batum vilayətləri Osmanlı Türkiyəsinə verilməli idi; 3)rus əsgərləri türk ərazilərində və sərhəddə yerləşən erməni silahlı birləşmələrini tərk-silah etməli idilər. 1918-ci il mart ayında başlayan və bir ay davam edən Trabzon konfransında Cənubi Qafqaz nümayəndə heyəti Brest-Litovsk müqaviləsinin Qafqaza aid olan maddələrinə etiraz etdi. Osmanlı imperiyası cavab olaraq qeyd etdi ki, əgər Cənubi Qafqaz hökuməti müstəqil dövlət kimi tanınmaq istəyirsə, ilk növbədə Rusiyadan ayrıldığını rəsmən bildirməli və öz istiqlaliyyətini elan etməlidir. Aprelin 13-də Azərbaycan fraksiyasının etirazına baxmayaraq erməni və gürcü fraksiyasının tələbi ilə Seym Osmanlı imperiyası ilə müharibə haqqında qərar qəbul etdi. Lakin son nəticədə Seym Osmanlıların tələbinə əsasən Brest-Litovsk müqaviləsinin şərtlərini qəbul etdi. Yarandığı andan Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında mövcud olan ciddi fikir ixtilafları Seymin fəaliyyətini iflic vəziyyətə saldı. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi buraxıldığını elan etdi və elə həmin gün də Gürcüstanın müstəqilliyi bəyan edildi. Ertəsi gün, mayın 27-də yaranmış vəziyyətlə əlaqədar olaraq keçmiş Seymin Azərbaycan fraksiyasının fövqəladə iclası keçirildi və Azərbaycan Milli Şurasının yaradılması haqqında qərar qəbul edildu. Milli Şura Azərbaycanın idarə olunmasının tam məsuliyyətini öz üzərinə götürdüyünü bildirdi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov onun müavinləri seçildilər. Daha sonra Milli Şuranın icra orqanı-9 nəfərdən ibarət İdarə Heyətinin təşkil olunmasına başlandı. F.X.Xoyskinin yekdilliklə sədr seçildiyi icra orqanına aşağıdakı partiyaların nümayəndələri daxil oldular: “Müsavat” partiyasından M.H.Hacınski, N.Usubbəyov, X.Xasməmmədov, M.Y.Cəfərov; “Müsəlman sosialist bloku”ndan X.Məlikaslanov, C.Hacınski; “Hümmət”dən Ə.Şeyxülislamov; “İttihad” partiyasından X.Sultanov. Mayın 28-də Azərbaycan Milli Şurasının ilk iclası oldu. X.Xasməmmədovun Azərbaycanın müstəqilliyinin elan edilməsi təklifinə tərəfdar çıxanlar olsa da, F.X.Xoyski yerlərdə vəziyyət aydınlaşmayana kimi Azərbaycanın istiqlaliyyətinin elan olunması məsələsində tələsməməyi və hələlik, yalnız tamhüquqlu Azərbaycan hökumətinin yaradılması ilə kifayətlənməyi təklif etdi. Mübahisələrdən sonra Milli Şura 24 səslə (2 nəfər-S.M.Qəniyev və C.Axundov bitərəf qaldılar) Azərbaycanın dövlət müstəqilliyinin elan olunması haqqında qərar qəbul etdi və “İstiqlal bəyannaməsi”nin mətnini təsdiqlədi. Daha sonra Milli Şura Azərbaycan Demokratik Respublikasının ilk hökumətini təşkil etməyi F.X.Xoyskiyə tapşırdı. Müstəqil Azərbaycanın I hökumətinin tərkibi: Nazirlər Şurasının sədri və daxili işlər naziri-F.X.Xoyski; Hərbi nazir-X.Sultanov; Maliyyə və xalq maarifi naziri-N.Usubbəyov; Xarici işlər naziri-M.H.Hacınski; Yollar, poçt və teleqraf naziri -X.Məlikaslanov; Ədliyyə naziri-X.Xasməmmədov; Əkinçilik və əmək naziri-Ə.Şeyxülislamov; Ticarət və sənaye naziri-M.Y.Cəfərov; Dövlət nəzarəti naziri-C.Hacınski. 1918-ci il mayın 30-da böyük dünya dövlətlərinin xarici işlər nazirlərinə Azərbaycan istiqlaliyyətinin elan olunması haqqında F.X.Xoyskinin imzası ilə teleqram göndərildi. İyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında Batumda Sülh və dostluq müqaviləsi imzalandı. Müqavilənin 4-cü bəndinə görə Osmanlı hökuməti Azərbaycana hərbi yardım göstərməyi öz öhdəsinə götürdü. İyunun ortalarında Tiflisdən Gəncəyə köçən Azərbaycan hökuməti ciddi daxili və xarici problemlərlə üzləşdi. Bu vaxt artıq Nuru paşanın hərbi diviziyası Gəncədə idi. Gəncədə Milli Şura güclü müxalifətlə rastlaşdı. “İlhaq”-Azərbaycanın Osmanlı imperiyasına birləşdirilməsini istəyən bu dairələrin təkidi ilə Nuru paşa Milli Şura üzvlərini qəbul etmədi. Həmin günlərdə Azərbaycanın istiqlaliyyətinin müqəddəratı həll olunurdu, çünki “ilhaqçı”lar ictimaiyyət arasında nüfuza malik idilər. Yalnız M.Ə.Rəsulzadənin başçılıq etdiyi Milli Şuranın qətiyyətli mövqeyi kompromis əldə etməyə imkan verdi. 1918-ci il iyunun 17-də toplanmış Milli Şura 2 qətnamə qəbul etdi: 1.“Müvəqqəti hökumətin hüquq və vəzifələri haqqında”; 2.“Milli Şuranın buraxılması haqqında”. M.Ə.Rəsulzadə Şuranın buraxılmasını demokratiyanın geri çəkilməsi və irticanın müvəffəqiyyəti kimi qiymətləndirdi. İyun hadisələri Azərbaycanın siyasi həyatında sağa dönüşün başlanğıcı demək idi. Bu hadisələrdən sonra sol partiyalar, “Müsavat” da öz fəaliyyətlərini faktiki olaraq dayandırmalı oldular. M.Ə.Rəsulzadə, X.Xasməmmədov, A.Səfikürdski və b. siyasi fəaliyyətdən uzaqlaşdırılaraq danışıqlar bəhanəsi ilə İstanbula göndərildilər. Lakin irtica Milli Şuranın buraxılmasına nail olsa da, demokratik qüvvələr Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlaya bildilər. 1918-ci il iyunun 12-də S.Q.Şaumyanın əmri ilə Bakı Soveti hərbi qüvvələri Gəncə üzərinə hücuma başladı. Yalnız 1918 il 4 iyun tarixli Azərbaycan-türk müqaviləsinin 4-cü bəndinə əsasən birləşmiş Azərbaycan-türk qüvvələri Göyçay ətrafında iyunun 27-dən iyulun 1-dək davam etmiş 4 günlük döyüşdə Bakı Sovetinin qoşunlarını ağır məğlubiyyətə uğradaraq, onların Gəncə üzərinə yürüşünün qarşısını almaq mümkün oldu. Lakin Bakını azad etmək üçün ordunun yaradılmasında hərbi səriştəli adamların və zabitlərin çox az olması çətinlik törətsə də, hökumət müəyyən tədbirlər görürdü: iyunun 26-da keçmiş müsəlman korpusu “Əlahiddə Azərbaycan korpus”una çevrildi, avqustun 11-də ümumi hərbi səfərbərlik elan olundu və 1894-1899-cu il təvəllüdlü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldılar. Sentyabrın 1-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul olundu. Baş nazir F.X.Xoyski həm də müdafiə naziri, general Mehmandarov isə onun müavini təyin olundu. İyulun 31-də Bakı XKS-nin istefasından sonra şəhərdə hakimiyyəti “Sentrokaspi diktaturası” ələ keçirmişdi. Azərbaycan-türk qoşunları sentyabrın 15-də Bakını azad etdilər. Sentyabrın 17-də Milli hökumət Gəncədən Bakıya köçdü.

1919-cu ildə Cənub bölgəsində də separatçı qüvvələrin müqaviməti qırıldı. Hələ, 1918-ci ilin aprelindən etibarən burada rus zabitləri və bolşevik-daşnak qüvvələri ağalıq edirdilər. Hətta, 1919-cu ilin mayında mərkəzi Lənkəran şəhəri olmaqla “Muğan Sovet Respublikası” yaradılmışdı. 1919-cu ilin avqustunda general H.Səlimovun başçılığı ilə keçirilən hərbi əməliyyatlar nəticəsində bu qondarma respublika da ləğv olundu və nəzarət AXC-nin əlinə keçdi.

Şimal bölgəsində də mübahisəli ərazi məsələləri həll olundu. Gürcüstan Respublikası ilə razılıq nəticəsində (1919-cu il 16 iyun müqaviləsi) 91,9 % müsəlmanlardan ibarət olan Zaqatala-Balakən ərazisi Xalq Cümhuriyyətinin tərkibinə daxil edildi. Zaqatala, Qax və Balakən ərazisini əhatə edən Zaqatala quberniyası təsis olundu. Məmmədağa Şahmalıyev qubernator təyin edildi. Quba-Xaçmaz bölgəsində separatçılıq meyllərinə son qoyuldu. Bununla da Azərbaycan Cümhuriyyəti öz hakimiyyətini bütün respublika ərazisində bərqərar etdi. Demək olar ki, Azərbaycan ərazisinin azad olunmasında Qafqaz və İslam ordusunun 2 min əsgəri və zabiti şəhid olmuşdu.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin