Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti



Yüklə 393,13 Kb.
səhifə116/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   112   113   114   115   116   117   118   119   ...   153
C fakepathmuhazire tarix (3)

3.Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti. Yeni Azərbaycan hökumətinin təşkili ilə əlaqədar olaraq general Tomson dekabrın 28-də bəyanat verdi. 1919-cu il yanvarın 22-də Bakıya gəlmiş Cənubi Qafqazdakı müttəfiq qoşunlarının baş komandanı general C.Milton Nazirlər Şurasının sədri F.X.Xoyski ilə görüşü zamanı bir daha bildirdi ki, ingilislər Azərbaycan hökumətini Azərbaycan Respublikası ərazisində yeganə leqal hakimiyyət kimi qəbul edir və ona müttəfiq komandanlığı tərəfindən hərtərəfli yardım göstəriləcəkdir və yenicə yaradılmış Cənubi Qafqaz dövlətlərinin daxili işlərinə qarışmayacaqdır. 1919-cu il fevralın 28-də Azərbaycan hökuməti müttəfiq komandanlığına təqdim etdiyi notada tələb olunurdu ki, Bakıda asayişin bərqərar edilməsinə mane olan L.Biçeraxovun qoşunları şəhərdən çıxarılsın və erməni silahlı birləşmələri tərk-silah edilsin. İngilislər bu tələbi müdafiə etdilər və 24 saat ərzində Biçeraxovun qoşunları Bakıdan çıxarıldı, erməni dəstələri isə tərk-silah olundu. Azərbaycan hökumətinin polis, maliyyə idarələri, mətbuat, Bakı dəniz limanının fəaliyyəti üzərində tam nəzarəti bərpa edildi. General Tomsonun tutduğu Bakı general-qubernatoru vəzifəsi ləğv olundu. General Tomsonun noyabr bəyənnaməsinə əsasən Azərbaycan hökumətinə Bakıda ordu saxlamaq qadağasına görə 1918-ci ilin noyabrından 1919-cu ilin aprelinədək Azərbaycan Respublikasının hərbi nazirliyinin Gəncədəki fəaliyyəti ləğv edildi və ordu Bakıya daxil oldu. 1919-cu il yanvarın 8-də yola düşən və mayın əvvələrində Parisə gəlib çıxan Azərbaycan nümayəndə heyətinin məqsədi Paris sülh konfransı tərəfindən Azərbaycanın istiqlaliyyətinin tamamilə və qeyd-şərtsiz tanınmasına nail olmaqdı.

1919-cu ilin martında Xoyski hökuməti istefa verdi və aprelin 14-də N.Usubbəyovun başçılığı ilə yeni hökumət kabinetinin tərkibi parlament tərəfindən təsdiq edildi. 1919-cü il aprelin 25-də Tiflisdə siyasi, iqtisadi, maliyyə və ərazi mübahisələrini həll etmək üçün Cənubi Qafqaz dövlətlərinin konfransı açıldı. Konfransda Ermənistan ilk növbədə ərazi mübahisələrinin həll edilməsini tələb edirdi. Denikin ordusunun Dağıstan və Gürcüstan üzərinə hücumu ilə əlaqədar olaraq konfransın işi yarımçıq qaldı. Mayın 26-sı və iyunun 5-də parlamentin fövqəladə iclasları keçirildi. Fövqəladə səlahiyyətlərə malik olan xüsusi orqan-Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı. DMK 1919-cu il iyunun 11-də Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan etdi. 1919-cu il iyunun 11-də ingilis qoşunlarının komandanı vəzifəsində Tomsonu əvəz etmiş general Kori N.Usubbəyova məlumat verdi ki, Azərbaycanla Denikin qüvvələri arasında Petrovskin beş mil cənubundan keçən demarkasiya xətti (sərhəd çəkilməsi, təyin edilməsi) müəyyən edilmiş və Denikinə bu xətti keçmək qadağan olunmuşdur. 1919-cu il iyunun 27-də 3 il müddətinə Azərbaycan-Gürcüstan hərbi-müdafiə paktının imzalanmasına cavab olaraq Denikin hər iki respublikaya qarşı iqtisadi blokada elan etdi.

Türkmənçay müqaviləsinin 8-ci bəndini (yalnız Rusiyanın Xəzər dənizində hərbi donanma saxlamaq hüququ var) bəhanə edən Denikin Azərbaycan donanmasının milli dövlət bayrağı altında Xəzər dənizində üzməsinin qarşısını almağa cəhd etdi. Azərbaycan xarici işlər naziri M.Y.Cəfərov Denikinə göndərdiyi notada bunu rədd etdi: “1828-ci il Türkmənçay müqaviləsi Rusiya ilə İran arasında bağlanmışdır və Azərbaycan üçün heç bir qüvvəyə malik deyildir. Nəzərinizə çatdırmaq lazım bilirəm ki, Azərbaycan donanması indiyə qədər olduğu kimi bundan sonra da öz milli bayrağı altında üzəcəkdir”.

İstiqlal günü, 1919-cu il mayın 28-də Paris sülh konfransındakı Azərbaycan nümayəndə heyətini ABŞ prezidenti V.Vilson qəbul etdi. Azərbaycan Respublikasının bütün ərazisinə qarşı iddia irəli sürmüş İranın Paris konfransındakı mövqeyi gözlənilməz oldu. 1919-cu il 9 avqust tarixli ingilis-İran sazişinin imzalanmasından sonra iranlılar konfransın işindən uzaqlaşdırıldılar. 1919-cu il avqustun 2-ci yarısında ingilis qoşunları Azərbaycan ərazisini tamamilə tərk etdilər və Azərbaycan tam müstəqil dövlət kimi yaşamağa başladı. 1919-cu il iyulun 21-də parlament “Azərbaycan Respublikasının Müəssisələr Məclisinə seçkilər haqqında Əsasnamə”ni təsdiq etdi. 1919-cu il avqustun 11-də “Azərbaycan vətəndaşlığı haqqında Qanun”, 1919-cu il sentyabrın 30-da “Mətbuat haqqında Nizamnamə” qəbul olundu. Ümumiyyətlə, Azərbaycan parlamenti fəaliyyət göstərdiyi 17 ay ərzində 134 iclas keçirmişdi. Parlamentə 270-dən çox qanun layihəsi təqdim olunmuşdu. Onlardan 230-a yaxını müzakirə edilib təsdiq olunmuşdu. Müzakirə olunan qanun layihələrinin üçdə ikisi maliyyə, ədliyyə, daxili və hərbi, 30-dan çoxu xalq maarifi, səhiyyə və əmək, 12-si əkinçilik məsələlərinə həsr olunmuşdu.

1919-cu il dekabrın 2-dən 11-dək Bakıda “Müsavat” partiyasının II qurultayı keçirildi. Qurultay partiyanın Mərkəzi Komitəsinin yeni tərkibini seçdi: M.Ə.Rəsulzadə, N.Usubbəyov, M.H.Hacınski, H.Ağayev, Ş.Rüstəmbəyov, M.Vəkilov və M.Hacınski.

1920-ci il yanvarın 11-də Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. RSFSR xarici işlər naziri Q.V.Çiçerin 1920-ci il yanvarın əvvəllərində Azərbaycan hökumətinə göndərdiyi notada Sovet Resiyasının xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət etməsindən dəm vurur və Azərbaycana Denikin əleyhinə hərbi ittifaq bağlamağı təklif edirdi. Azərbaycan hökuməti başa düşürdü ki, bu təklifdə əsas məqsəd Azərbaycanı Denikinlə qeyri-bərabər hərbi münaqişəyə cəlb edib zəiflətmək, sonra isə onun istiqlaliyyətinə son qoymaqdır. Azərbaycanın xarici işlər naziri F.X.Xoyski cavab notasında göstərirdi ki, Denikinlə Sovet hökuməti arasında mübarizə rus xalqının daxili işidir və Azərbaycan hökuməti Rusiyanın daxili işlərinə qarışmaq niyyətində deyil. Q.V.Çiçerin 1920-ci il 23 yanvar tarixli II notasında Azərbaycan hökumətini Denikinə qarşı mübarizə aparmaqdan imtina etməkdə günahlandırdı.F.X.Xoyski bir daha təsdiq etdi ki, Azərbaycan ilə Sovet Rusiyası arasında hər hansı danışıqlar yalnız Azərbaycanın istiqlaliyyətinin Sovet hökuməti tərəfindən qeyd-şərtsiz tanınmasından sonra başlaya bilər. 1920-ci il martın 7-də Azərbaycan hökumətinə göndərdiyi notada Q.V.Çiçerin bildirirdi ki, “Azərbaycanın istiqlaliyyəti yalnız Sovet Rusiyası ilə Azərbaycan arasında münasibətlər kompleksinə daxil olan müxtəlif məsələlər barəsində mürəkkəb danışıqların nəticəsi olaraq tanına bilər”. Q.V.Çiçerin Azərbaycan hökumətinin təkliflərinə konkret cavab verməyərək, bilərəkdən F.X.Xoyski ilə yazışmanı uzadırdı. Rusiyanın bu diplomatik manevrləri Azərbaycana qarşı hazırlanan hərbi müdaxiləni pərdələmək və Azərbaycan hökumətinin sayıqlığını azaltmaq məqsədi güdür.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin