Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


XI Mövzu: Azərbaycan XX əsrin 20-30-cu illərində



Yüklə 393,13 Kb.
səhifə119/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   115   116   117   118   119   120   121   122   ...   153
C fakepathmuhazire tarix (3)

XI Mövzu: Azərbaycan XX əsrin 20-30-cu illərində

Plan:

1.Azərbaycanda sovet rejiminin bərqərar olması və ona qarşı

üsyanlar

2.Azərbaycanda sovet milli siyasəti. DQMV-nin təşkil

3.Azərbaycanda sosialist yenidənqurmaları və onların nəticələri.

Kütləvi repressiyalar

4.Azərbaycanda mədəni quruculuq

1. Azərbaycan sovet rejiminin bərqərar olması və ona qarşı üsyanlar.

1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edildi. Hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə verildi və Azərbaycan SSR Xalq Komissarları Soveti yaradıldı (N.Nərimanov-sədr, H.Sultanov, Ə.H.Qarayev, Q.Musabəyov, M.D.Hüseynov, Ç.İldırım, D.Bünyadzadə, Ç.Vəzirov). Qırmızı ordu hissələri aprelin 28-30-da Lənkəranı, Salyanı, Şuşanı, Ağdamı və b., mayın əvvəllərində Gəncəni, Şamaxını, Goyçayı, Şəkini, Zaqatalanı və Balakəni zəbt etdilər, mayın ortalarında isə Qarabağ bölgəsini öz nəzarətləri altına aldılar. Rusiyanın hərbi donanması Lənkəran və Astaraya desant çıxardı. İnqilab Komitəsinin 1920-ci il 3 may tarixli dekreti ilə yerlərdə qəza, mahal və kənd inqilab komitələri yaradıldı, polis ləğv edildi, fəhlə-kəndli milisi təşkil olundu. Torpaq haqqında 1920-ci il 5 may tarixli dekreti ilə bütün xan, bəy torpaqları müsadirə edildi və ödənişsiz kəndlilərin istifadəsinə verildi. 1920-ci il mayın 7-də ordu və donanmanın yenidən təşkili barədə dekret verildi. Digər bir dekretlə isə Azərbaycan ərazisindəki meşələr, sular və yeraltı sərvətlər milliləşdirilərək, dövlət mülkiyyətinə verildi. 1920-ci il 12 may tarixli dekreti ilə silki və mülki rütbələr (zadəgan, kəndli, bəy, xan, knyaz və s.) ləğv edildi. Xalq Maarif Komissarlığının 15 may tarixli qərarı ilə vicdan azadlığı elan olundu, hər cür dini ayinlərin icra olunması qadağan edildi, din dövlətdən və məktəbdən ayrıldı. Fövqəladə Komissiya (ÇK) və Ali İnqilabi Tribunal təşkil olundu. 1920-ci il sentyabr tarixli fərman ilə kəndlərdə yaradılan yoxsul komitələri 1921-ci ilin yayından etibarən kənd sovetləri ilə əvəz olundu. 1920-ci il 24 may tarixli dekret ilə neft sənayesi milliləşdirildi, onu idarə etmək üçün V.İ.Lenin tərəfindən göndə-rilmiş A.P.Serebrovskinin başçılığı ilə Azərbaycan Neft Komitəsi (sonralar “Azneft”) təşkil olundu və neft faktiki olaraq Sovet Rusiyasının ixtiyarına keçdi.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin