Totalitar sosializm cəmiyyətinin qurulması. Kütləvi repressiyalar. Sovet rejimi proletar diktaturası adlandırılırdı. Ölkədə qanunlar deyil, partiya qərarları işləyirdi. AK(b)P yaranandan 30-cu illərin ortalarına kimi Azərbaycanda partiya rəhbərliyi çox tez-tez dəyişirdi. Ona əvvəllər V.Noneyşvili, Y.Stasova, V.Dumbadze, Q.Kaminski, S.M.Kirov başçılıq etmişdi. Sonra Mirzoyan-Qarayev-Ağaverdiyev birliyi, N.Giqalo, V.Polonski, Ruben və nəhayət, 1934-cü ildə M.C.Bağırov gətirilmişdi və 1953-cü ilədək sabitlik olmuşdu. 20-ci illərin ortalarından başlanan sosialist yenidənqurmalarının başlıca nəticəsi olaraq Azərbaycandan da Stalin modelli totalitar sosializm cəmiyyəti quruldu. İstehsal vasitələri ictimai mülkiyyət adı ilə dövlətin əlində cəmləşdi. Respublika əhalisinin sosial tərkibini ancaq fəhlələr, kolxozçu kəndlilər və onların arasından çıxan ziyalılar təşkil edirdilər. 86% əhali dövlət sosializm təsərrüfatında əhatə olunmuşdu. 1936-cı il dekabrın 5-də qəbul olunmuş yeni Konstitusiyaya görə Azərbaycanın daxil olduğu Zaqafqaziya Federasiyası ləğv olündu. Azərbaycan birbaşa SSRİ tərkibinə daxil edildi. 1937-ci il martın 10-da Azərbaycan SSR-nin yeni Kons-titusiyası qəbul olundu.