Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə124/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   120   121   122   123   124   125   126   127   ...   153
C fakepathmuhazire tarix (3)

1921-ci ilin yayında Əlahiddə Qafqaz ordusunun hissələri hücum etdi və Yuxarı Zəngəzur Ermənistana birləşdirildi. 1921-ci ilin yayında Ermənistan SSR XKS sədri A.Myasnikov tərəfindən Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsi elan olundu. Dağlıq Qarabağda fövqəladə nümayəndə təyin olunan A.Mravyan N.Nərimanovun təkidi ilə iyunun 27-də geri çağırıldı. 1920-ci ilin dekabrında Türkiyə ilə Ermənistan arasında imzalanmış Gümrü (Aleksandropol) sülh müqaviləsinə görə, İrəvan bölgəsi və Göyçə gölü istisna olmaqla, bütün Ermənistan ərazisi təxminən 10 min kv.km hüdudlarında müəyyənləşdirilmişdi. Lakin Rusiya bir müddətdən sonra Gümrü sülh müqaviləsini tanımaqdan imtina etdi.

RK(b)P-nin Qafqaz bürosu 1921-ci il iyulun 4-də toplanmış plenumunda Qarabağ məsələsini müzakirə etdi. Müzakirələrdə 2 fikir irəli sürüldü: I, Qarabağın Azərbaycanın tərkibində saxlanılması və bütün əhalisi arasında rəy sorğusu keçirilməsi; II, Qarabağın dağlıq hissəsinin Ermənistanın tərkibinə qatılması və rəy sorğusunun yalnız ermənilər arasında keçirilməsi. İclasda əksəriyyət (Orcanikidze, Myasnikov, Kirov) 2-ci təklifə səs verdi. Lakin N.Nərimanovun qəti etirazı, kəskin narazılıq yarandığını nəzərə alaraq Qafqaz Bürosu son qərar üçün məsələni RK(b)P MK-nın müzakirəsinə verməyi tövsiyə etdi. Məsələ iyulun 5-də Qafqaz bürosunun plenumunda yenidən müzakirə olundu. Plenum RK(b)P MK-nın rəyini nəzərə alaraq Dağlıq Qarabağın Azəraycan SSR-in tərkibində saxlanılması qərarını qəbul etdi, paytaxtı Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi bəndi salında. Bu məsələdə Stalinin, Çiçerinin, Orcanikidzenin və Kirovun həlledici rolu olmuşdu. Lakin bu qərar Azərbaycan rəhbərliyini qane etmirdi. Buna baxmayaraq, 1923-cü il iyunun 27-də RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin plenumunda bu qərar təsdiq olundu. S.Orconikidzenin təkidi ilə Azərbaycan MİK-i 1923-cü il 7 iyul tarixli qərarı ilə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığını elin etdi.

“RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında” 1920 il sentyabrın 30-da bağlanmış müqavilə, Cənubi Qafqaz respublikalarını Federativ Respublika kimi birləşdirmək siyasəti və 1921-ci ilin noyabrında RP(b)P MK Qafqaz bürosu və RK(b)P MK-nın Siyasi Bürosu tərəfindən Zaqafqaziya Federasiyasının yaradılması barədə qərarlar qəbul etməsi Azərbaycanın formal müstəqilliyinin ləğv olunması demək idi. 1922-ci ilin martında Azərbaycan, Gürcüstan və Ermənistan Mərkəzi İcraiyyə Komitələrinin səlahiyyətli nümayəndələri müqaviləni təsdiq etdilər və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası - ZSFSR yaradıldı. Cənubi Qafqaz Respublikalarının 1922-ci il dekabrın 10-da toplanmış I Sovetlər qurultayında Ali orqan-Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi seçildi. Bununla Azərbaycanın bütün yeraltı və yerüstü sərvətləri, xüsusən nefti digər Cənubi Qafqaz respublikalarının ixtiyarına verildi. 1922-ci il fevralın 22-də Sovet respublikalarının RSFSR ilə bağladıqları sazişə görə bütün respublikalar, o cümlədən Azərbaycan beynəlxalq münasibətlərdə öz mənafeyini təmsil və müdafiə etməyi RSFSR-ə tapşırırdılar. 1922-ci il dekabrın 30-da I So-vetlər qurultayı SSRİ-nin yaradılmasına nail oldu. SSRİ-nin tərkibinə 4 respublika-RSFSR, Ukrayna, Belorusiya və ZSFSR daxil idi. Qurultayda sədrlərindən biri N.Nərimanov olan SSRİ-nin ali orqanı-Mərkəzi İcraiyyə Komitəsi seçildi. 1924-cü ilin yanvarında SSRİ-nin ilk Konstitusiyası qəbul edildi.

Azəraycanda sovet milli siyasətinin bir istiqaməti milli adət-ənənələri yasaq etmək, İslam dininə, İslam mədəniyyətinə qadağa qoymaq, məscidləri dağıtmaq, rus dilini dövlət dili səviyyəsinə çatdırmaq, milli kadr qıtlığı bəhanəsilə qeyri millətlərin nümayəndələrini Azərbaycana gətirmək, “beynəlmiləl” şəhər elan edilən Bakıda əhalinin milli tərkibinin köklü surətdə dəyişdirmək, rəhbərlikdə olan milli kadrlar arasında süni olaraq qarşıdurma yaratmaq, Azərbaycanın milli sərvətlərini hərraca qoymaq, onun əzəli torpaqlarını zaman-zaman qonşulara bəxşiş etmək idi. “Sağlar” və “sollar”, “qocalar və cavanlar” arasında aparılan bu qarşıdurmalar N.Nərimanovun Azərbaycan rəhbərliyindən uzaqlaşdırılması ilə nəticələndi. Sovet milli siyasətində Azərbaycanın müsəlman Şərqinə, Türk dünyasına nüfuzedici amil olması kimi baxılması da mühüm yer tuturdu. Təsadüfi deyildi ki, bu dövrdə Şərq xalqlarının və türkoloqların nüfuzlu yığıncaqları məhz Azərbaycanda-Bakıda keçirilmişdi-1920-ci il sentyabrın 1-7-də Şərq xalqlarının nümayəndələrinin birinci qurultayı. Qurultayda 37 millətin nümayəndəsi iştirak etmişdi.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin