Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Kənd təsərrüfatının kollektivləşdirilməsi siyasəti 1929-cu ilin ikinci yarısından etibarən



Yüklə 393,13 Kb.
səhifə126/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   122   123   124   125   126   127   128   129   ...   153
C fakepathmuhazire tarix (3)

Kənd təsərrüfatının kollektivləşdirilməsi siyasəti 1929-cu ilin ikinci yarısından etibarən Azərbaycanda həyata keçirilməyə başlandı. Bu məqsədlə inzibati və zorakılıq yolu ilə kəndliləri kolxozlara yazmağa başlamışdılar. 1928-ci ildən sonra qolçomaqları məhdudlaşdırmaq və sıxışdırmaq siyasəti yürüdülürdü: onlara yük-sək vergilər qoyulur, artıq taxılları zorla müsadirə edilir, muzdur saxlamaq, torpağını və texnikasını icarəyə vermək məhdudlaşdırılırdı, bir sinif kimi ləğv etmək siyasəti keçirildi, Sibir və Qazaxıstanın şaxtalı ərazilərinə sürgün olundu. 1930-cu ildə kütləvi olaraq kəndlilər kolxozlardan çıxmağa başladılar, lakin 1930-cu ilin sonu-1931-ci ilin əvvələrindən etibarən kolletivləşmə dalğası yüksəlməyə başladı. 1937-ci ildə bütün kəndli təsərrüfatının 86,5%-i kolxozlarda birləşdirildi. 1930-cu ilin birinci yarısında Şəki-Zaqatala mahalında, Naxçıvan MSSR-in Keçili kəndində, Xızı dairəsinin Ağdərə kəndində, Şəmkirin Bitdili kəndində, Cəbrayıl qəzasının Sirik kəndində və s. yerlərdə kəndli üsyanları baş verdi. Təkcə 1931-ci ildə kollektivləşdirməyə qarşı çıxan 132 qaçaq dəstəsi fəaliyyət göstərmişdi. Bu siyasətin zorakılıqla yerinə yetirilməsi nəticəsində kollektivləşdirmənin 4 ilində ona qarşı 400-dən çox silahlı qaçaq dəstəsi mübarizə aparmışdı. Bu siyasət sanki çarizmin ənənəvi təhkimçilik qayda-qanunlarının bərpası demək idi. Belə ki, 1950-ci illərin sonuna kimi pasportu olmayan kolxozçu icazəsiz mənsub olduğu kolxozun hüdudlarından kənara gedə bilməzdi və ya istədiyi təsərrüfata keçmək hüququ da yox idi, kolxozlar sanki əmək düşərgələrini xatırladırdı.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin