Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Azərbaycanda sosial-iqtisadi və mədəni dirçəliş



Yüklə 393,13 Kb.
səhifə149/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   145   146   147   148   149   150   151   152   153
C fakepathmuhazire tarix (3)

2. Azərbaycanda sosial-iqtisadi və mədəni dirçəliş. SSRİ-də 80-ci illərin ikinci yarısında başlanan siyasi proseslər Azərbaycanın da iqtisadiyyatına və sosial-mədəni həyatına ağır zərbələr vurdu. 400 mindən çox neft quyusunda hasilat dayanmışdı. Milli gəlirin 1/3 müharibəyə xərclənirdi. Ərazimizin 1/4 hərbi əməliyyat meydanına çevrilmişdi. 1 mln. ha kənd təsərrüfatı sahəsi, 65 min baş qaramal, 240 min baş davar, 173 sənaye obyekti, 200-dən çox faydalı qazıntı yataqları, o cümlədən 4 qızıl, 3 civə, 2 qranit, 2 mərmər, 10 mineral su mədəni, 250 min ha meşə sahəsi, o cümlədən Zəngilanda dünyada II, Avropada isə I olan 107 ha çinar meşəsi düşmən əlinə keçmişdi.

H.Əliyev tez bir zamanda dövlət intizamını gücləndirib, siyasi sabitlik yaratdı və iqtisadi tənəzzülün qarşısını almaq üçün ciddi tədbirlər görməyə başladı. 1994-cü ilin əvvəllərində milli valyuta-manat yeganə ödəniş vasitəsi oldu. Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankı ilə müqavilələr bağlandı. Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankına qoşuldu. Büdcə kəsirinə ciddi nəzarət edildi, onun artmasına yol verilmədi. Nəticədə 1995-ci ildə inflyasiya kəskin surətdə azaldı. 1998-ci ildə tam aradan qalxdı. Manatın məzənnəsi dollara nisbətən artdı. 1995-1997-ci illərdə 20 min kiçik dövlət müəssisəsi özəlləşdirildi. Gömrük vergisi azaldıldı. 1994-cü ilin aprelində xarici ticarətin sərbəstləşdirilməsi haqqında fərman verildi. 1994-1995-ci illərdə neftayırma zavodlarında 2 yeni ALOW-2 qurğusu işləməyə başladı. Sumqayıtda, 2000-ci ildə Şəmkir-Yenikənd su-elektrik stansiyası istifadəyə verildi. 1995-ci ilin martında “Dövlət aqrar islahatı” Komissiyası yaradıldı. “Torpaq islahatı haqqında” Qanun 1996-cı il iyulun 16-da qəbul edildi. Bu qanuna görə torpaq kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz verildi. Respublikanın vahid torpaq fondu əsasında 3-dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyəti forması müəyyən olundu. Kənd təsərrüfatı torpaqlarının 22%-i-1 miln. 911 min ha xüsusi, 45%-i dövlət, 33%-i bələdiyyə mülkiyyətinə verildi. “Dövlət torpaqları haqqında”, “Torpaq vergisi haqqında” qanunlar, bunlara uyğun normativ aktlar qəbul olundu. 1996-cı ilin iyulunda Aqrar kredit kassaları yaradıldı. Respublikada 3,5 mln. vətəndaşa torpaq payı ayrıldı. Əsrin sonlarında kənd təsərrüfatında sahibkarlığa əsaslanan 23 min kəndli (fermer) təsərrüfatı, yüzlərlə istehsal kooperativi, kiçik müəssisə fəaliyyət göstərirdi. 2001-ci ilin əvvəllərində respublikada 1 milyon 300 min ha torpaq özəlləşdirilmişdi. 1996-cı ilin oktyabrında “Sudan pullu istifadə haqqında əsasnamə” qəbul olunması meliorasiya xidmətinin yaxşılaşdırılmasına imkan yaratdı. Azərbaycan 100-dən çox ölkə ilə ticarət əlaqələri saxlayırdı. Qaçqın və məcburi köçkunlərin problemlərini sistemli şəkildə həll etmək və sosial müdafiəsini gücləndirmək məqsədi ilə 1998-ci il sentyabrın 17-də xüsusi Dövlət Proqramı qəbul edilmişdi. Dövlət Proqramına müvafiq olaraq, 1998-2001-ci ilərdə bir sıra rayonlarda yaşayış məntəqələrinin salınması, infrastrukturun yenidən qurulması, kommunikasiya xətlərinin, məktəblərin, tibb məntəqələrinin bərpası, təsərrüfatla məşğul olmaq üçün əkin sahələrinin ayrılması, yeni iş yerlərinin yaradılması istiqamətində çoxlu işlər görülmüşdü. Qaçqın və məc-buri köçkünlərin mənzil-kommunal şəraitinin yaxşılaşdırılmaq və məşğulluğunu yüksəltmək məqsədi ilə Azərbaycan Respublikasında Dünya Bankının, digər beynəlxalq, qeyri-hökumət və kredit təşkilatlarının maliyyə dəstəyi əsasında 1999-cu ilin dekabrında Sosial İnkişaf Fondu yaradılmışdı. Bir qrup ədəbiyyat, incəsənət və elm xadiminə, gənc istedadlara fərdi təqaüdlər müəyyən edildi. 2002-ci ilin iyunundan etibarən xalq qarşısında mühüm xidmətləri olan şəxs-lərə yüksək Prezident təqaüdü verilməyə başlandı. “Yoxsulluğun azaldılması və İqtisadi İnkişaf üzrə dövlət Proqramı” hazırlandı. Ölkədə abadlıq işləri, tikinti, xidmət sahələri sürətlə inkişaf etməyə başladı. 1994-cü ildə “Əhalinin sağlamlığının qorunması haqqında” qanun qəbul edildi. Səhiyyə təşkilatlarının özünümaliyyələşdirmə sisteminə keçməsi haqqında xüsusi proqram hazırlanıb həyata keçirilməyə başlanmışdı. Demək olar ki, 2003-cü ildə respublikada 414 tibb müəssisəsi əhaliyə pulla xidmət göstərirdi. Azərbaycanın bir dövlət kimi qarşıya qoyduğu məqsədlərdən biri də ordunun Vətənə, Azərbaycan xalqına və dövlətinə sadiq, yüksək hərbi hazırlığa malik milli hərbi kadrların yetişdirilməsində müasir tələblərə cavab verən hərbi təhsil sisteminin inkişafı və təkmilləşdirilməsidir. Prezident Heydər Əliyevin 1999-cu il 20 fevral tarixli fərmanı ilə Hərbi Akademiya yaradılmışdır. Azərbaycanın 3,3 milyard dolları keçən illik hərbi büdcəsi Milli ordumuzun ən yeni hərbi texnika, silah-sursat və digər döyüş vasitələri ilə təchiz edilməsinə sərf olunur. Hərbi Dəniz Qüvvələri gəmilərinin, Hərbi Hava Qüvvələri isə Rusiya, Ukrayna və Belorusiyadan alınan döyüş təyyarəsi və helikopterlərin, İsraildən isə alınan yeni nəsil döyüş texnikası hesab edilən pilotsuz təyyarələrin sayına və hərbi-texnika imkanlarına görə Azərbaycan regionda ən güclü hava qüvvələri və donanmaya malik dövlətə çevrilmişdir.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin