Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə95/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   91   92   93   94   95   96   97   98   ...   153
C fakepathmuhazire tarix (3)

1883-cü ildə Qafqaz canişinliyi ləğv edildi. Qafqazın idarə edilməsi Baş hərbi rəisə tapşırıldı.

Şimali Azərbaycanda kapitalist münasibətlərinin təşəkkülü. Keçirilən islahatlar nəticəsində kənd təsərrüfatında kapitalist münasibətlərinin inkişafı sürətləndi. Kənd təsərrüfatında təkmil alətlər tətbiq edildi, texniki bitkilərin əkinləri genişləndirildi, bəzi sahələrdə məhsul istehsalının ixtisaslaşması və s. başlandı. Əkinə yararlı torpaqların üçdəiki hissəsinin çoxunda dənli bitkilər əkilirdi. Qızılboya, barama, sənaye pambıqçılığı, tütünçülük, biyan kökü istehsalına da xüsusi diqqət verilirdi. 1850-ci ildə Tiflisdə yaradılmış “Qafqaz kənd təsərrüfatı cəmiyyəti” kənd təsərrüfatında yeni texnikanın tətbiqində mühüm rol oynadı. 70-90-cı ill. kənd təsərrüfatının bütün sahələrində muzdlu əmək tətbiq olunurdu. Kapita-lizmin inkişafı nəticəsində torpaq alqı-satqı obyektinə çevrilirdi. İcarəyə götürülmüş torpaqlarda muzdlu əməyin tətbiqi artırdı. Dövlət kəndlilərindən pulla “həyət vergisi” adlanan torpaq töycüsü alınırdı. Sahibkar kəndliləri əvvəlki kimi malcəhət (torpaqdan istifadəyə görə 1/10) və bəhrə (suvarma suyundan istifadə edildiyi üçün) vergisi verirdilər. 1887-ci ildə başlayaraq Azərbaycan kəndliləri hərbi vergi adlanan mükəlləfiyyət də daşımağa başladılar. Xristian olmadıqlarına görə orduya çağırılmayan azərbaycanlılar 3 illik orta qazancı nəzərə alınmaqla müəyyən olunmuş həcmdə hərbi vergi verməli idilər.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin